Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 57,91 Kb.
səhifə44/48
tarix26.12.2016
ölçüsü57,91 Kb.
#3546
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   48
Taxta Nişanı təlimləri Lider Təlimçi və onun komandası tərəfindən aparılır (hər 5 təlim keçən şəxsə bir təlimçi). Təlimdə iştirak edən şəxslərin minimum sayı 12, maksimum sayı isə 36 nəfər təşkil edir. İştiraççılarin minimal yaşı 20 yaş olmalıdır və Taxta Nişanı Təlimlərində işitrak etməzdən azı 6 ay öncə Baza təlimlərini uğurla başa vurmuş ASA üzvləri arasında seçilir. Əgər təlimdə iştirak edən şəxs Baza Təlimlərində uğurla iştirak edibsə, onda o, Baza Təlim Sertifikatını almış olduğu yaş qrupunun Taxta Nişan Təlimində iştirak edə bilər.

  1. Xüsusi Skaut Vərdişləri ilə bağlı Təlimlər

Bu təlim hissəsinin məqsədi iki əsas alt-qruplarda Skaut liderinin xidmət göstərdiyi yaş qrupu ilə bağlı tətbiq etdiyi bilik və vərdişlər təqdim etməkdir.

Bu hissəni özündə birləşdirən modulllar aşağıdakılardır:

  1. Hər hansı yaş qrupuna (Mauqli skautlar, Skautlar, Cəngavər skaut, Böyükyaşlılar) cəlb olunmuş Skaut Liderləri tərəfindən görülmüş baza pedaqoji Skaut işlərinə aid.

Bu alt-qruplarda baza modullar aşağıdakılardır: i) Mauqli skaut / Skaut/Cəngavər skautnin Düşərgə Təlimatçısına təlim keçirilməsi və ii) kiçik qayıqlarda şkipper kimi fəaliyyət göstərməsi üçün təlim keçirilməsi (6-10nəfər, 30 fut uzunluğunda); və burada Skautlar və Cəngavər skautlər avar çəkir və üzür. Bu təlim modulları təlimlərin qayəsini təqdim etmək üçün xüsusi bacarıqlara malik olan Təlimçi və ya Lider Təlimçilər tərəfindən idarə olunur.

Xüsusilə, Mauqli skaut / Skaut / Cəngavər skaut Düşərgələri liderlərinə düşərgə üçün müvafiq sahənin seçilməsi, ASA iyerxiyasına müraciət edilməsi, spesifik düşərgə fəaliyyətində iştirak etmək üçün lisenziya əldə etmək kimi bacarıqları ilə bağlı təlim keçirilməsi modulunda. Sahələrdən istifadə etmək üçün icazə alınması məqsədilə müraciət edin, düşərgənin salınmasında yardım göstərmiş bütün tərəflərə düzgün PR tətbiq edin, maliyyə büdcəsini hazırlayın, təhlükəsiz düşərgənin salınması üçün lazım olan avadanlıqların siyahəsini hazırlayın, spesifik yaş qrupunda olan uşaqların və yeniyetmələrin qəbul etdikləri qida və düşərgənin qida rasionu ilə bağlı balanslaşdırılmış plan hazırlayaraq icra edin, düşərgə müddətində düşərgə iştirakçılarının səhhətində baş verə biləcək kiçik problemlərin ortadan qaldırılmasına yardım etmək üçün İlkin Yardımın əsaslarını bilin və tətbiq edin. Nəhayət, düşərgədə düzgün Mauqli skaut / Skaut / Cəngavər skaut proqramını tətbiq edin ki, düşərgə spesifik qrupun illik proqramını tamamlaya və spesifik komandanın üzvlərinin pedxaqoji ehtiyaclarını ödəyə bilsin. Sonuncu hissə 4 günlük model düşərgə zamanı həyata keçirilir.

Bu təlim sessiyasını Təlimçi və ya Lider Təlimçi aparır. Təlimdə iştirak etmək üçün namizəd ilk olaraq özünün spesifik yaş qrupuna aid Baza Təlimdə uğurla iştirak etmiş olmalıdır. Bu bacarığı nişanlamaq üçün uniformanın üzərində xüsusi fərqləndirici nişan əlavə edilir.

Xüsusilə, Skautlar və Cəngavər skautlərin avar çəkərək üzdüyü kiçik ölçülü qayıqlarda (6-10 nəfər, 30 fut uzunluqda) şkipper olmaq üçün təlim modulu təhlükəsizlik məsələlərində, eləcə də tətbiq etmək və dəniz tədbirlərində iştirak edəcək azböyükyaşlılara təlim keçmək üçün texnikalarda önə çəkilən modullardan ibarətdir. Bu 6 günlük təlim sessiyalarında xüsusi gəmi təlimləri də keçirilir.

Bu təlim sessiyasını Təlimçi və ya Lider Təlimçi aparır. Təlimdə iştirak etmək üçün namizəd ilk olaraq özünün spesifik yaş qrupuna aid Baza Təlimində uğurla iştirak etmiş olmalıdır.


Yüklə 57,91 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin