8.1 Əgər skaut münaqişəli vəziyyətdən yan qaça bilməzsə, o, aşağıdakı hərəkətlərdən birini etməklə məsələni düzgün həll etməyi bacarmalıdır:
8.1.1 Münaqişə problemini liderlə (skaut müəllimlə, bilavasitə rəhbərlə) müzakirə etmək;
8.1.2 Lider problemi həll edə bilmədikdə və ya özü bilavasitə həmin problemə cəlb edilmiş olduqda, skaut Etika Komissiyasına müraciət etməlidir;
8.1.3 Lider və ya Etika Komissiyasının nümayəndəsi skauta yaranmış vəziyyətdə necə davranmalı olduğuna dair göstərişlər verməlidir;
8.1.4 Etik münaqişənin həlli zamanı lider və ya Etika Komissiyasının nümayəndəsi normaları pozan skautu müzakirə prosesinə cəlb edə bilər;
8.1.5 Zəruri hallarda lider və ya Etika Komissiyasının nümayəndəsi münaqişəyə aiddiyyatı olan skautu həmin münaqişə ilə bağlı bütün müzakirə proseslərindən çıxara bilər;
8.1.6 Lider və ya Etika Komissiyasının nümayəndəsi münaqişə səbəbini ətraflı nəzərdən keçirməli və bu Qaydanin normalarına müvafiq qərar qəbul etməlidir;
8.1.7 Situasiyaya cəlb edilmiş müvafiq şəxslər qəbul edilmiş qərar haqqında məlumatlandırılmalıdırlar.