7. Etik normalara zidd olmayan hədiyyələrin / mükafatların alınma qaydası
7.1 Skaut hədiyyələrin, mükafatların alınması və xidmətlərin göstərilməsinin maraqların münaqişəsinə gətirib çıxara biləcəyi faktını tam surətdə dərk etməlidir.
7.2 Maraqların münaqişəsindən qaçınmaq üçün skaut bu Qayda ilə müəyyən edilmiş etik norma və qaydaları rəhbər tutmalıdır.
7.3 Skaut onun patrulda (Assosiasiyada) davranış normalarına yaxud bu və ya digər qərarların qəbul edilməsinə təsir göstərə biləcək hədiyyə və mükafatlardan imtina etməlidir.
7.4 Maraqların münaqişəsindən qaçınmaq üçün şəxsi hədiyyə, mükafat və xidmətlərə dair aşağıdakı qaydalar müəyyən olunur:
7.4.1 Hədiyyə, mükafat və xidmət alarkən skaut maksimal ehtiyatlılıq və sağlam düşüncə nümayiş etdirməlidir;
7.4.2 Skaut şəxsi hədiyyə olaraq pul qəbul etməməlidir;
7.4.3 Skaut müstəsna olaraq öz liderinə məlumat vermədən bir jest kimi aşağı dəyərə malik olan (10 manatdan baha olmayan) suvenir və ya hədiyyə qəbul edə bilər;
7.4.4 10 manatdan 100 manata kimi dəyərə malik şəxsi hədiyyə almış skaut hədiyyənin xarakteri, onun maddi dəyəri, eləcə də hədiyyənin kim tərəfindən nə zaman və nə ilə əlaqədar olaraq təqdim edilməsi haqqında öz liderinə məlumat verməlidir;
7.4.5 Əgər skaut dəyəri 100 manatdan artıq olan, könüllü olaraq təqdim edilmiş hədiyyə alarsa, o, ya həmin hədiyyəni təqdim edən şəxsə geri qaytarmalı, ya da özünün bilavasitə rəhbərinə bu barədə məlumat verərək hədiyyəni Assosiasiyaya bağışlamalıdır (Assosiasiyanın regional və ya milli ofisi vasitəsi ilə).