Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
kitab20100816020715748

GÖSTƏRİCİLƏR 
 
Əhsənüt-təvarix” əsərində işlədilən Azərbaycan sözləri 
 
Monoqrafiyaya  əlavə  edilən  sözlərin  əksəriyyətinin  Azərbaycan  dili,  onun  yazılı 
abidələri və eləcə də dialekt və şivələrində qeydə alınan sözlərlə eyni və ya oxşar fonetik 
tərkibdə  işləndiyini  nəzərə  alıb,  onların  yuxarıdakı  başlıq  altında  verilməsini 
məqsədəuyğun  hesab  etdik.  Fikrimizi  sübut  etmək  məqsədi  ilə  bir  neçə  fakta  diqqət 
edək. 
Nəsimidə: - dəlu (dəli), doquz (doqquz), səksən, gözəl, yil (il), yüz, ağac, aruq (arıq) və 
s. (Bax: C. Q\əhramanov. Nəsimi divanını leksikası, Bakı, 1970). 
―Kitabi-Dədə  Qorqud‖da:-  çomaq,  dəlu  (dəli).  Budaq  (şəxs  adı)  və  s.  (Bax:  Ə. 
Dəmirçizadə. ―Kitabi Dədə Qorqud‖ dastanlarının dili‖, Bakı, 1959). 
Şah İsmayıl Xətaidə:-qapuçu (qapıçı), yəraq (yaraq), yengi (yeni), və s. 
Kişvəridə:-saru (sarı), eşik və s. 
―Şühədanamə‖də:-yengi (yeni), yil (il) və s. 
H. Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası, Bakı, 1962. 
Dialekt  və  şivələrimizdə:-yil,  yıl  (il),  yüz  (üz),  dədə  (ata)  və  s.  (Bax:  M.  Şirəliyev. 
Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1967). 
Heç şübhəsiz ki, bizim fikrimizi linqvistik faktlarla yanaşı, monoqrafiyada göstərdiyimiz 
bir sıra tarixi faktlar da təsdiq edir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin