Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix28.02.2022
ölçüsü0,96 Mb.
#53246
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
kitab20100816020715748

Xərac  və  bac.  XV  əsrdən  xərac  istilahını  əvəz  edən  mal,  mal-o  çehat, 
bəhre sözləri daha çox işlənməyə başladı. ―Əhsənüt-təvarix‖ əsərində bu sözlər bir-
birinin sinonimi kimi getmişdir. Orada bəzən bac və xərac istilahları birləşdirilərək 
bac-o xərac kimi göstərilir (64, 257b). Qeyd etdiyimiz bu mənasından əlavə xərac 
sözü  bir  dövlətin  özünə  tabe  etdirdiyi  vilayət  və  ölkələrdən  aldığı  vəsait  kimi  də 
işlənmişdir (64, 2146; 77, 165). İ. P. Petruşevski və Ə. Ə. Əlizadə xərac istilahını 
kənd  təsərrüfatından  yığılan  əsas  vergi  mənasında  vermişlər  (39,  267;  26,  210). 
Lakin məlum olduğu kimi xərac yalnız kənd təsərrüfatı məhsulları ilə yox, pul ilə 
də  ödənilirdi.  Buna  aid  ―Əhsənüt-təvarix‖  salnaməsində müəyyən misallar  vardır. 
Ağqoyunlu  Yaqub  şah  886  (1481/82)-cı  ildə  Gürcüstana  hücum  etdikdə  gürcü 
hökmdarı  Kvarkvare  bu  ağqoyunlu  hökmdarına  ildə  500  tümən  xərac  verməyə 
boyun olmuşdu (64, 1286). Həsən bəy  Rumlunun başqa bir məlumatından bilinir 
ki,  Şirvanşah  Fərrux  Yasar  da  Yaqub  şaha  hər  il  5000  tümən  məbləğində  xərac 
göndərirdi (64, 123-a). 
―Əhsənüt-təvarix‖dən  aydın  olur  ki,  əgər  xərac  verilişi  dayandırılsaydı, 
xərac  verməli  olan  yer  hücuma  məruz  qalırdı.  906  (1500/01)-cı  ildə  Şirvanşah 
Fərrux  Yasar  qızılbaşlar  tərəfindən  öldürülmüş  və  İsmayıl  Səfəvi  Bakı  qalası 
üzərinə  hücuma  keçmişdi,  çünki  ―bakılılar  onların  öhdəsinə  qoyulan  xəracı 
ödəmirdilər‖ (65. 45).  
Ümumiyyətlə,  xərac  ağır  vergi  olmuşdur.  Təsadüfi  deyil  ki,  istər 
Azərbaycan,  Şirvan,  istərsə  də  başqa  ölkə  və  vilayətlər  bəzən  bu  vergini 
ödəməkdən  boyun  qaçırır,  beləliklə  də,  bir  növ  üsyan  edirdilər.  I  Şah  İsmayılın  
Şirvana hücumunun səbəbi ―şirvanşahın istiqlaliyyətdən dəm vurmasında və xərac 
verməkdən boyun qaçırmasında‖    olmuşdur
34

Həsən  bəy  Rumlu  göstərir  ki,  hökmdar  tərəfindən  təqsirləndirilən  şəxs 
müəyyən  cəzalara  məruz  qalırdı:  qətl  edilir,  yandırılır,  yaxud  da  onun  üzərinə 
                                                             
34
  I  Şah  İsmayılın  Şirvana  bu  hərbi  səfəri  də  ―Əhsənüt-təvarix‖də  təfsilatı  ilə  verilmişdir,  lakin  səbəb 
göstərilməmişdir  (Bax:  65,108  –  109).  Biz  həmin  səfərin  səbəbini  A.  Bakıxanovdan  götürdük  (Bax: 
6,99) 


57 
 
böyük  məbləğdə  xərac  qoyulurdu.  953  (1546/47)-cü  ildə  I  Şah  Təhmasibə  qarşı 
üsyan edən Əlqas Mirzə bağışlanmasından ötrü öz şah qardaşının yanına anası və 
oğlunu  yolladıqda,  şah  onu  əfv  etmiş  və  hər  il  xəzinəyə  1000  Təbriz  tüməni 
məbləğində xərac verməyini cəza əlaməti kimi ona qəbul etdirmişdi (65, 315; 74, 
82). 
Orta  əsrlər  Azərbaycanında  ticarət  yollarından  istifadə  olunaraq  mal 
daşınarkən,  şəhərə  giriş  darvazasında  bac  alınırdı.  Bacı,  əsasən,  tacirlərdən  tələb 
edirdilər (26, 223 - 224) ki, bu da ticarətin inkişafına olduqca pis təsir göstərirdi. 
(26,  67  -  68).  ―Əhsənüt-təvarix‖də  bac  istilahı  xərac  sözünün  sinonimi  kimi 
işlənmişdir (64, 251b; 74, 127, 142). 
Mal.  Müxtəlif  xüsusi  əmlakdan  bağ,  meşə  sahəsi,  dəyirman  və  s.-dən, 
ümumiyyətlə, rəiyyət və köçərilərdən alınan vergi olmuşdur (26, 240). Bəzən mal 
dedikdə  dövlət  xəzinəsinə  daxil  olan  vergilər  yığımı  nəzərdə  tutulurdu  (65,  386; 
26, 240). Mal məhsul, ya da pulla verilirdi. Bu istilah mülkiyyət, xüsusiyyət və pul 
mənasında  da  işlədilir  (64,  177a;  26,  240).  ―Əhsənüt-təvarix‖də  bu  söz  qənimət 
mənasında da göstərilmişdir (64, 263a). 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin