510-cu ildə Sasanilər Ön Qafqazda müstəqil dövlət qurumlarını ləğv etdi. Albaniyada Sasani məzrbanlığının uzunmüddətli hökmranlığı dövrü (510-629) başlandı.
III əsrdə Maninin başçılığı ilə Sasani dövlətində azadlıq hərəkatı yayıldı.
481-529-cu illərdə başlanan Məzdəkilər hərəkatının əsas təlimi ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Bu təlimə görə Xeyirin Şər üzərində qələbəsini Allahın və işıqlı qüvvələrin köməyi ilə təmin etmək olar. 481-529-cu illərdəbaşlanan Məzdəkilər hərəkatının əsas təlimi ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaq idi. Bu təlimə görə Xeyirin Şər üzərində qələbəsini Allahın və işıqlı qüvvələrin köməyi ilə təmin etmək olar. I Qubad (488-531)iri feodalların gündən-günə artan təsirinə qarşı mübarizədə Məzdəkilər hərəkatından istifadə etdi, lakin bu hərakat təhlükəyə çevrildiyindən I Qubad və onun oğlu Xosrov (531-579) məzdəkilərə qanlı divan tutdular. Məzdək 529-cu ildə edam edildi, 80 mindən artıq adamı öldürüldü. Ermənilər Bizansa arxalanır, xristian dini pərdəsi altında Sasani hakimiyyətinə qarşı çıxır, Azərbaycan torpaqlarını işğal etmək siyasəti yeridirdilər. Bizans və İrandakı siyasi hərc-mərclik Azərbaycanda, xüsusilə Albaniyada xristianlığın mövqeyini zəiflədir, türk etnosların siyasi üstünlüyü şəraitində birləşməsini təmin edirdi.