Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin əvvəllə­rində



Yüklə 393,13 Kb.
səhifə25/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   21   22   23   24   25   26   27   28   ...   153
C fakepathmuhazire tarix (3)

Mehranilər sülaləsi. Girdiman dövləti. VII əsrin əvvəllə­rində Albaniyanın Girdiman vilayətində (Şəmkir-Qazax bölgəsi) Meh­ranilər sülaləsinin hökmranlığı yaranmışdır. Dövlətin mərkəzi Par­tav (Bərdə) idi. Mehranilər sülaləsinin banisi Sasani şahı II Xos­rovun qohumu Mehran (570-590) olmuşdur. II Xosrovun atasının ölümündə təqsirləndirilən Mehran qorxaraq Albaniyaya Uti vila­yə­tinə qaçaraq xəzərlərlə birləşmək istəyirdi. Bundan ehtiyatlanan II Xos­rov Mehrana Albaniyada istədiyi yerə sahib olmaq icazəsini verir. Mehran Girdiman vilayətində Mehrəvan şəhərini saldırdı. Girdiman vilayətində VI əsrin 70-ci illərində türk mənşəli Sabir tayfaları məskunlaşmışdılar. Mehran sabir türklərinin nəslindən idi. 591-ci ildə Bizansla İran arasında bağlanmış müqaviləyə əsasən Girdiman vilayəti Sasanilərin hakimiyyəti altında qalmışdı. Mehran yerli əyanlardan 12 nəfəri öldürüb bü­tün Girdiman vilayətinə sahib çıxdı. Onun nəticəsi Vardanın (600-615) nəvəsi Varaz Qriqor (630-642) Bizans imperatoru İraklinin siyasi təsiri altına düşdü. Varaz Qriqorun oğlu Cavanşir (642-681) ilk dövrdə Sasani şahı III Yezdəgerdə tabe idi və ərəblərə qarşı vuruşurdu. 651-ci ildə Sasani dövlətinə Ərəb xilafəti son qoydu. Cavanşir Bizans impe­ratoru tərəfinə keçdi. II Konstatinin (641-668) himayəsi sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına və “Hun darvaza­larına” (Dərbəndə) kimi ərazini əhatə edən Alban ölkəsinin hakiminə çevrildi. Bu dövrdə Xəzər türklərinin Albaniyaya təkrar hücumlarından ölkəni xilas etmək üçün Cavanşir Xəzər xaqa­nının qızı ilə evləndi. Cavanşir cənubdan gələn təhlükəni Alba­ni­yadan sovuşdurmaq və Albaniyanın bütövlüyünü saxlamaq üçün Ərəb xilafətinin asılılığına keçdi.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin