Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan Ərəb Xilafətinin tərkibində. Xürrəmilər hərəkatı.630-cu ildə



Yüklə 393,13 Kb.
səhifə27/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   23   24   25   26   27   28   29   30   ...   153
C fakepathmuhazire tarix (3)

4.Azərbaycan Ərəb Xilafətinin tərkibində. Xürrəmilər hərəkatı.630-cu ildə Ərəbistan yarımadasında yeni dövlətin – Ərəb Xi­la­fətinin əsası qoyuldu. Dövlətin banisi İslam dininin əsasını qoyan Məhəmməd peyğəmbər oldu.

Ərəb ordusu 633-cü ildə Sasanilər imperiyasına hücum etdi. Albaniya-Girdiman hakimi Varaz Qriqor 634-cü ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasani hökmdarı III Yezdəgerdin köməyinə qoşun göndərdi. Cavanşir 636-cı ildə Kadisiyyəni, 638-ci ildə Sasanilərin paytaxtı Ktesifonu 6 ay müdafiə etdi. Müharibənin mənasız olduğunu görən Cavanşir 640-cı ildə Albaniyaya qayıtdı. Cavanşir (616-681) 21 yaşında Albaniyanı idarə etmə­yə başladı. 7 il vuruşduqdan sonra o, mübarizəni vətənində davam etdirdi. Sasanilər imperi­yası dağıldıqdan sonra Cavanşir ərəblərə qarşı mübarizəni davam etdirməli oldu və Bi­zans imperatoru ilə ittifaqa girdi. 654-cü və 660-cı illərdə Bizans imperatoru II Konstantin və Cavanşir görüşdülər. VII əsrin 60-cı illərinin əv­vəl­lərində xəzərlər Albaniyaya soxuldular. Cavanşir xəzərlərin başçısı ilə sülh bağlayıb qohum oldu. Hər il onlara xərac verməli oldular. 60-cı illərin əvvəllərində Bizans Xilafətlə müqayi­sədə zəif idi. Şimaldan xəzərlərin, cənubdan İran feodallarının hücumlarını nəzə­rə alaraq Alban hakimi Xilafətlə münasibətləri diplomatik yolla ni­zama saldı. 667-ci və 670-ci illərdə 2 dəfə Dəməşq şəhərinə gedə­rək xəlifə Müaviyə ilə görüşdü. Xəlifə Al­ba­niyanın daxili müstəqilliyinə toxunmadı, vergiləri 1/3 qədər azalt­dı. Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın strateji-coğrafi mövqeyi, zəngin sərvətləri və Albaniya hökmdarının şəxsi nüfuzu idi. 681-ci ildə ölkə daxilində müstəqilliyə can atan bizanspərəst feodalların sui-qəsdi nəticəsində Cavanşir qətlə yetirildi. Xilafət Albaniyanın tədricən daxili müs­təqilliyini ləğv etdi, həmin il Cavanşirin intiqamını almaq bəhanəsi ilə xəzərlər hücuma keçdilər, Varaz Trdat çətinliklə sülh bağlayıb onları geri qay­tardı. 705-ci ildə Cavanşirin so­nuncu varisini ailəsi və yaxın adamları ilə Dəməşq şəhərinə aparıb edam etdilər. Bununla da Albaniyada Mehranilər sülaləsinin haki­miyyəti sona çatdı və Albaniyanın daxili müstəqilliyi ləğv edildi.



Ərəblər 642-ci ildə NəhavəndHəmədan, QumKaşanı tutdular, Sasani imperiyası tamamilə dağıdıldı və bunun ardınca Azərbaycana soxuldular. Ərdəbil yaxınlığında döyüş başladı. GilanaMuğana doğru hərəkət etdilər, Xəzərin qərb sahili ilə şi­mala doğru irəliləyərək Dərbəndə yetişdilər. Ərəblər 643-cü ildə Dərbənddən şimalda Bələncər yaxın­lığında xəzərlərlə döyüşdə məğlub oldular. Ərəblərdə əsir olan İsfəndiyar 644-cü ildə sülh bağlamağa məc­bur oldu. Müqaviləyə görə azərbaycanlılar can vergisi-cizyə ver­məli idi. Qadınlar, uşaqlar, xəstələr, imkansızlar bundan azad idi. Əhali ərəblərə tabe olmalı, ərəblər isə onların dininə, adət-ənə­nə­lərinə və məişət işlərinə qarışmamağı öhdələrinə götürdülər, onlara tabe olmayıb ölkəni tərk etmək istəyənlərə imkan yaradırdılar. Ərəb ordusunda qulluq etmək istəyənləri vergi və mükəlləfiyyətdən azad edirdilər. Bundan sonra ərəb qoşunları Gilana Muğana doğru hərəkət etdilər. Ərdəbildə qalxan üsyanı yatırtmaq üçün 646-cı ildə buraya yeni ərəb qoşunları gəldi və yeni müqavilə imzalandı. Vergilərin miq­darı əvvəlkindən xeyli artırıldı. Naxçı­vanı, ŞəkiGorusu, Beyləqanı, Bərdəni işğal etdikdən sonra mü­qavilə bağlandı. Onlar Qəbələni, Şəmkiri, Şəkini, Şirvanı, Şabranı çapıb taladılar. Lakin bu uğurlar asanlıqla başa gəlmədi. 653-cü ildə Dərbənddən şimalda Bələncər yaxınlığında xəzərlərlə döyüşdə ərəblər məğlub oldular. 730-cu ildə 300 minlik ordu ilə xəzərlər ərəbləri Ərdəbilə sıxışdırdılar. Savalan dağı yaxınlığında xəzərlər qələbə çaldı. DiyarbəkrəMosula çatan xəzərlərin hücumunu Van gölü yaxınlığındakı Hilat şəhəri ətrafında çətinliklə dayandırdılar. Ərəb­lər böyük ordu ilə hücuma keçdilər və xəzərləri Azər­bay­candan çıxartdılar. VIII əsrin 90-cı illərində xəzərlər 100 minlik qoşunla Azərbaycanın şimal hissəsini talan etdi. 100 illik mübarizədən sonra ərəb orduları Azərbaycanın is­tilasını başa çatdırdı.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin