Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə



Yüklə 393,13 Kb.
səhifə133/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   129   130   131   132   133   134   135   136   ...   153
C fakepathmuhazire tarix (3)

Azərbaycan siyasi mühacirəti. Sovet rejimi yarandıqdan sonra xarici ölkələrə mühacirətə getmiş azərbaycanlılardan çoxu Almaniyanın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbaycanın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginski Baltikyanı ərazilərdə almanlara əsir düşmüş, 1941-ci ildə Hitlerə azərbaycanlılardan ibarət hərbi hissə yaratmaq haqqında müraciət etmiş, 1941-ci ildə M.Ə.Rəsulzadə Almaniyaya dəvət olundu. Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradılması haqqında sərəncam verdi. 1943-cü ildə Azad türk diviziyası yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərkibinə daxil olundu. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil olundu.

Faşistlərin planına görə Guzey və Güney Azərbaycan Almaniyanın gələcəkdə yaratmaq istədiyi “Böyük Türküstan” dövlətinin əyaləti olmalı idi. M.Ə.Rəsulzadə Hitlerin Azərbaycan haqqında niyyətlərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. Antifaşist çıxışlarına görə M.Ə.Rəsulzadə Almaniyadan getməyə məcbur oldu. Lakin bəziləri hələ də Almaniyaya inanırdı. 1943-cü il noyabrın 6-da Berlində azərbaycanlıların milli qurultayı keçirildi. 1943-cü ilin payızında Berlində mühacir Azərbaycan Parlamenti və hökuməti yaradıldı. Başçı Ə.Fətəlibəyli-Düdənginski idi. Alman hökuməti “Mühacir Azərbaycan hökuməti”ni tanıdı. Bu “hökumət” 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.



Azərbaycan milli legionu Fransanın cənubunda almanlarla birlikdə müttəfiqlərin qoşunlarına qarşı vuruşurdular. Məğlub olaraq İtaliyanın şimalına çəkildi. Mühaibə qurtarandan sonra bitərəf ölkələrin ərazilərinə köçdülər. Çox hissəsi Türkiyədə məskunlaşdı. Vətənə qayıdanlar isə təqib və sürgünə məruz qaldılar.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin