Azərbaycan tariXİ (ən qədim zamanlardan–xxi əsrin əvvəllərinədək) I mövzu: azərbaycan qəDİm dövrdə


Azərbaycan İntibah mədəniyyəti. XII əsr Azərbaycan intibah dövrü



Yüklə 393,13 Kb.
səhifə39/153
tarix02.01.2022
ölçüsü393,13 Kb.
#39328
1   ...   35   36   37   38   39   40   41   42   ...   153
C fakepathmuhazire tarix (3)

4.Azərbaycan İntibah mədəniyyəti. XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi mər­kəzlər yaradılmışdı. Şivanşahların və Eldənizlərin saraylarında riyaziyyat, təbiət­şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə xidmətləri olan dövrün ən yaxşı alimləri toplanmışdı. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib et­mişdir. XI-XII əsrlərdə həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəd­din, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh­zəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar. Hərtərəfli biliyə malik olan Fəxrəddin Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı “Ta­rixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir. “Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi” hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini, Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-Urməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar.

XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağ­lılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli ola­raq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yara­dildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq et­diyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətir­məsidir. Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara türkcə deyər ki, sənsən”) misralı məşhur beytində işlədilmiş “sən­sən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, gunduz, xatun, sürmə, qara qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar. XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir.

Dahi Nizami Gəncəvinin “Xəmsəsi” dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Görkəmli söz ustaları Əmir Xosrov Dəhləvini, Hacı Kirmanini, İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir Nə­vaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab etmək olar.


Yüklə 393,13 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin