34. XVIII ƏSR N ƏVVƏLLƏR NDƏ XƏZƏRSAH L V LAYƏTLƏR N
RUSLAR TƏRƏF NDƏN ŞĞALI. PETERBURQ RAZILAŞMASI.
Hər zaman Azərbaycan öz strateji mövqeyi, təbii sərvətləri, xammal ehtiyatları
ilə qonşu ölkələrin, xüsusilə, Rusiyanın diqqətini cəlb edib. Rusiya hər zaman
Azərbaycanı isğal etməyə can atıb. Öz gücünü bərpa edən1721-ci ilin Nistad sülhü ilə
özünü imperiya elan edən, Avropaya, dənizlərə yol açan Rusiya Azərbaycanın
Xəzəryanı sahələrini isğal etməyi qərara alır. Bu yürüşün əsas məqsədi Xəzər dənizinin
qərb sahilini ələ keçirmək və imkan daxilində burada möhkəmlənmək idi. XVIII əsrin
ə
vvəllərində Rusiyanın Xəzəryanı bölgələrini isğal etmək siyasəti ilə Osmanlı
dövlətinin siyasəti toqquşurdu.Osmanlı dövləti Rusiyanın bu əraziləri isğal etməsinə öz
etirazını bildirir. Buna görə də I Pyotr məsələnin həllini gələcəyə saxlamağı qərara alır.
Sonradan Rusların Xəzəryanı vilayətlərə soxulmağı üçün bəhanə tapılır. Guya
Rusiya Şirvan üsyanı zamanı öldürülən tacirlərinin intiqamını almaq üçün bu ərazilərə
qoşun göndərir. Ancaq bu sadəcə I Pyotrun əsas məqsədini pərdələmək üçün bir vasitə
idi. I Pyotrun gəlməyini eşidən Hacı Davud kömək üçün Osmanlı sultanı II Əhmədə
müraciət edir. Əhməd bu təklifi qəbul edir. Bununla da Osmanlı Türkiyəsi
Azərbaycanın daxili işlərinə qarışmaq üçün yaxşı fürsət əldə edir. Rusiya həm inkişaf
etməkdə olan manufaktura sənayesini xammalla təmin etmək üçün, həm də Osmanlının
burada möhkəmlənməsinin qarşını almaq üçün isğalını sürətləndirir.1722-ci ildə I Pyotr
Həştərxan əzazisindən işğala baslayır. Digər ərazilərdə isə ona qarşı ciddi müqavimət
göstərilmirdi. Çünki səfəvi sərkərdələri qüvvələrin fərqini başa düşərək döyüşmürdülər.
I Pyotr din amilindən istifadə edərək xalqı da öz tərəfinə çəkirdi. O, xristian əhaliyə
onları müsəlmanların zülmündən xilas etməyə gəldiyini bildirirdi. Müsəlman əhaliyə isə
bu ərazilərə işğal üçün yox, əmin-amanlıq yaratmaq üçün gəldiyini inandırmağa
çalışırdı. Hətta bunun üçün Azərbaycan dilində Bəyannamə də qəbul edir. Əlbəttə, bu
onun öz riyakar planının üstünü örtmək üçün vasitə idi. 1722-ci ilin avqustunda rus
qoşunu Dərbəndə çatır. mamqulu bəy şəhərin açarını I Pyotra verir. I Pyotr sveçin
müharibə təhlükəsi yaratmağına görə geri qayıtmağa məcbur olur, yerinə isə Matyuşkini
komandir təyin edir. I Pyotrun əmri ilə 1722-ci ilin dekabrında Rəst şəhəri tutulur,
1723-cü il iyulun 6-da rus eskadrası Bakı körfəzinə daxil olur. Məhəmməd Hüseyn
bəyin müqavimət göstərməsinə baxmayaraq, rus qoşununun top atəşləri nəticəsində
şə
hər 1723-cü il iyulun 23-də zəbt edilir. Bakının tutulmasına I Pyotr o qədər sevinir ki,
onun əmri ilə Sank-Peterburqda yaylım atəşi açılır. Bakı xanı isə həbs olunaraq
Roqaçevskə sürgün olunur. Bakıdan sonra rus qoşunu Salyanı da asanlıqla ələ keçirir.
1723-cü il sentyabrın 12-də II Təhmasibin Sank-Peterburqa göndərdiyi elçisi
smayıl bəy şahdan xəbərsiz Rusiya ilə razılaşma imzalayır. Səfəvi şahı bu razılaşmanı
tanımasa da, 1724-ci ildə demək olar ki, eyni şərtlərlə yeni müqavilə imzalandı. Rusiya
ilə Səfəvi arasında bağlanan Peterburq müqaviləsinə görə Xəzəryanı bölgələr-
Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd, Bakı, Salyan, Lənkəran,
Rəşt və Ənzəli) Rusiyaya ilhaq edilir. Bunun əvəzində isə Rusiya Səfəvi şahına
ə
fqanlarla mübarizədə hərbi yardım edəcəyini öz üzərinə götürür. Lakin Səfəvi şahı bu
müqaviləni təstiq etmir. Beləliklə də, rusların Xəzəryanı bölgələrə olan 1722-1723-cü il
isğalları başa çatır.
Öz növbəsində Osmanlı Türkiyəsi Azərbaycanın Cənublu-Şimallı qalan
torpaqlarını qısa vaxtda işğal edir. Türk qoşunlarının Qafqaz ərazilərinə irəliləməsi
Rusiyanı narahat etməsə də yenidən bir neçə istiqamətdə müharibə aparmağın
çətinliyini başa düşən Rusiya Türkiyə ilə sülh danışıqları aparmağa məcbur oldu. 1724-
cü il iyulun 12-də stanbulda Rusiya ilə Türkiyə arasında sülh müqaviləsi imzalandı.
Ə
slində 1723-cü ilin Peterburq razılaşması təsdiq olundu.
35. AZƏ RBAYCAN NAD R Ş AH Ə FŞ ARIN HAK M YYƏ T DÖVRÜNDƏ
Səfəvi şahı II Təhmasibin uğursuz daxili və xarici siyasəti, Azərbaycanın əslində
Rusiya və Türkiyə arasında işğal zonasına bölünməsi ölkədə vəziyyəti son dərəcə
ağırlaşdırdı. Belə bir şəraitdə vaxtilə Xorasana köçürülmüş Əfşar tayfasından olan Nadir
xanın yüksəlməsi başlayır. Onun başçılığı ilə ruslar əvvəlcə Kürün sol sahil zonasından
(1732-ci ilin Rəşt müqaviləsinə görə) sonra isə bütövlükdə Cənubi Qafqazdan (1735-ci
ilin Gəncə müqaviləsi ilə) uzaqlaşdırıldı. Bunun ardınca 1735-ci ilin sonunda Türk
qoşunları Ön Qafqazdan çıxarıldı. Hələ 1732-ci ildə II Təhmasibi taxtdan salaraq yerinə
kiçik yaşlı III Abbas kimi əyləşdirən Nadir xan 1736-cı ildə III Abbasın müəmmalı
ölümündən sonra özünü şah elan etmək qərarına gəldi.
1736-ci ilin martında Əfşarlar sülaləsindən olan Nadir (Muğanda, Cavad kəndi
yaxınlığında) Suqovuşanda özünü şah elan etdi. Nadirin şah olmasına tərəfdar olmayan
bir sira Azərbaycan feodalları, o cümlədən, Ziyadoğlu adı ilə məşhur olan Gəncə
xanları, habelə 32-lər, Kəbirli, Cavanşir tayfalarının başçıları ailələri ilə birlikdə
Xorasana sürgün edildilər. Qazax və Borçalı Kartli hakimliyinə, Qarabağın erməni
məlikləri (Vərədə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə bəylərbəyliyinə tabe edildi.
Nadir keçmiş inzibati bölgələri – Şirvan, Çuxursəd, Qarabağ və Təbriz
bəylərbəyliklərini ləğv edərək, əslində Azərbaycan adı altında vahid inzibati bölgü
yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi qardaşı brahim oldu.
Nadir şah hakimiyyətinin ilk vaxtlarında vergiləri nizama saldı. Artıq vergiler ayrı-
ayrı adamlar tərəfindən mənimsənilmir, birbaşa xəzinəyə gedirdi. Vergilər çox ağır idi.
Xalq bu vergiləri ödəyə bilmirdi. Nadir şahın bu siyasəti əhalini tamamilə var-yoxdan
çıxarırdı. Vergiləri verə bilməyənlərə Nadir şahin əmri ilə dəhşətli isğəncələr verirdilər.
Bu cür işgəncələrdən təngə gələn əhali və mövqeyi sarsılmış iri feodallar Nadir şaha
qarşı çıxışlara başladı.
Nadir şaha qarşı ən böyük üsyan 1738-ci ildə Carda baş verdi. Bu üsyanda brahim
xan öldürüldü. Üsyanın qalib gəlməsinə səbəb Nadir şahın Hindistana səfərə çıxması
idi. Lakin Nadir şah geri dönəndən sonra üsyanı yatırdı və iştirakçılarına divan tutdu.
1743-cü ilin əvvəllərində Şirvanda ran zülmünə qarşı yeni hərəkat geniş vüsət aldı.
Belə bir tarixi şəraitdə özlərini Səfəvi xələfləri kimi təqdim edən yalançı sahzadələr I,
II, III Sam Mirzələr meydana çıxdılar. I və II Sam Mirzələr Şirvanda fəaliyyət
göstərirdilər. I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşayiəti ilə Yeni Şamaxıya
girdilər. I Sam Mirzə Nadir sahın qoyduğu bütün vergiləri ləğv etdiyinə görə xalq onu
dəstəkləyirdi. Lakin Nadir sahin oğlu Nəsrullah Mirzə böyük bir qoşunla I Sam
Mirzənin qoşununu məğlub etdi və I Sam Mirzə öldürüldü. Lakin xalqın üsyanları,
çıxışları zəifləmədi. 1743-cü ilin son rübündə azadlıq hərəkatına II Sam Mirzə başçılıq
edirdi. Şamaxı əhalisi vergi yığanları və digər məmurları şəhərdən qovaraq II Sam
Mirzəni bura dəvət etdilər. Nəsrullah Mirzənin basçılıq etdiyi ordu üç dəfə məğlub olsa
da, nəhayət, top atəşi ilə Ağsu qalasını ala bildilər. II Sam Mirzə Gürcüstana qaçsa da,
Kaxetiya çarı Teymuraz tərəfindən tutularaq Bərdəyə, Nəsrullah Mirzənin yanına
göndərildi. Gözü çıxardılan II Sam Mirzə Qarsa göndərilərkən yolda öldü.
Şə
kidə də Nadir şaha qarşı Hacı Çələbi üsyana qalxdı. O, Nadir şahın başının
Osmanlı dövləti ilə qarışıq olmasından istifade edərək Şəki xanlığını yaratdı və Nadir
ş
ahin onun üstünə gələcəyindən ehtiyat edərək əhalini Gələrsən-görərsən qalasına yığdı.
Hacı Çələbi nə qədər mübarizə aparsa da, Nadir şah onun üsyanını da yatiırdı və Hacı
Çələbini özünə tabe etdi. Nadir şaha qarşı baş vermiş III Sam Mirzənin üsyanı da
yatırıldı. Bu dövrün bütün üsyanlarının məğlub olma səbəbləri eynidir. Heç birində
birlik yox idi, vahid mərkəzdən idarə edilmirdi, kortəbiiliyi ilə seçilirdi. Bununla belə
həmin üsyanların böyük tarixi əhəmiyyəti vardı. Azərbaycan, Dağıstan, Gürcüstan,
indiki Ermənistan və əsarətə alınmış digər ölkələrdə xalq azadlıq hərəkatının
genişlənməsi üçün əlverişli şərait yaranırdı. Aramsız ara müharibələri nəticəsində gərgin
iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarilə Nadir şahin dövlətinin süqutuna səbəb
oldu. Nadir şahin özü isə 1747-ci il iyunun 20-də sui-qəsd nəticəsində öldürüldü.
36. Qarabağ xanlığı
Qarabağ xanlığının əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. O,1738-ci ildə
Nadir şahın qulluğundan uzaqlaşaraq Qarabağa gəlir və Qarabağ bəylərbəyliyinin
qərbində yeni xanlığı yaratmağa başlamışdır.Bu xanlıq cənubda Araz çayı, qərbdə
rəvan, şimalda Sınıq körpü, şərqdə Kür çayı ilə həmsərhəd idi. Xanlığın əsası isə 1748-
ci ildə qoyulmuşdur. Pənahəli xan əvvəlcə Qarabağda müstəqil fəaliyyət göstərən ayrı -
ayrı feodal hakimlərini mərkəzi hakimiyyətə tabe etdirmək siyasəti yürüdərək sonradan
xanlığın ərazisini genişləndirməyə başladı. Birinci mərhələdə müdafiə xarakterli qalalar
(1748 –ci ildə Bayat qalası, sonra isə Şahbulaq qalası) tikdirdi. Qarabağ ərazisində
yerləşən 5 məlikliyi (Çiləbörd, Vərəndə, Gülüstan, Dizaq, Xaçın) mərkəzi hakimiyyətə
tabe etdi. Pənahəli xan 1756-1757 – cı ildə Şuşa qalasını tikdirərək, onu xanlığın
inzibati və ticarət mərkəzinə çevirdi. Qarabağ xanı Pənahəli xanın əsas məqsədi Gəncə,
rəvan, Naxçıvan, Ərdəbil xanıqlarını ələ keçirməkdən ibarət idi. Bu xanlıqları nigah
diplomatiyası ilə öz təsir dairəsinə salan Pənahəli xan cənub – qərbə doğru əraziləri –
Tatev , Sisyan, Qafan, Mehrini də Qarabağa birləşdirdi.
1751- ci ildə Qarabağ xarici müdaxilə ilə sarsıldı. randan Məhəmmədhəsən xan
Qacar Qarabağa hücum etdi. Qarabağı bu basqından qorumaq üçün Şəki hakimi də ciddi
köməklik göstərdi.Məhəmmədhəsən xan Qarabağı tərk edən kimi xanlıq ərazisinə yeni
bir işğalçı-Urmiya hakimi Fətəli xan Əfşar hücum etdi.1760- cı ildə Qarabağa daxil olan
Ə
fşar Şuşa qalasını mühasirəyə aldı. Pənahəli xan oğlunu ( brahimxəlil xanı) girov
verərək Şuşanı mühasirədən azad etdi.
Bu dövrdə randa hakimiyyət uğrunda mübarizəyə qoşulan Kərim xan Zənd
Urmiya xanı Fətəli xan Əfşara qarşı ittifaq təklif etdi və Qarabağ xanı bu təkliflə
razılaşdı. 1763 – cü ildə birləşmiş qüvvələr Urmiya xanlığına qarşı uğurlu hərbi
ə
məliyyat keçirərək qalib gəldilər. Lakin qələbədən sonra Kərim xan Zənd Pənahəli
xanı randa (Şirazda) saxladı. Beləliklə, 1763-cü ildə Qarabağda hakimiyyət
girovluqdan azad olunan brahimxəlil xana (1763-1806) tapşırıldı.
brahimxəlil xan Qarabağda hakimiyyətə gəldikdən sonra Gəncə, Naxçıvan,
rəvan və Qaradağ xanlıqları üzərində siyasi üstünlüyünü qoruyurdu.Şəki xanı Səlim
xanla qohumluq münasibətləri yaratmışdı, həmçinin brahimxəlil xan Gürcü çarı II
rakli ilə də dostluq münasibətləri saxlayırdı. Qarabağın daxili siyasi vəziyyəti 60-80- ci
illərdə nisbətən pozulsada, brahimxəlil xan xanlıq daxilində siyasi sabitliyi bərpa
edərək, hətta hərbi yürüşlərə də çıxdı. Lakin Qarabağ xanının Naxçıvan və Xoy
səfərləri uğursuz sona çatdı. 1795- ci ildə Qarabağ xanlığı ağa Məhəmməd xan (sonra
ş
ah) Qacarın yürüşləri ilə yenidən sarsıldı. Lakin 1797–ci ildə Ağa Məhəmməd şah
Qacarın öldürülməsi Qarabağda brahimxəlil xanın hakimiyyətinin bərpa edilməsinə
şə
rait yaratdı. Qarabağ xanlığı rusların Azərbaycana işğalına qədər (1805-ci ilə) öz
varlığını qorudu.
37. Şə ki xanlığ ı
Şə
ki xalığının əsası 1743-cü ildə Hacı Çələbi Qurban oğlu tərəfindən
qoyulmuşdur. Nadir şaha qarşı mübarizə aparan Hacı Çələbi onun ölümündən sonra öz
ə
razilərini genişləndirməyə başladı. Şəki, Ərəş və Qəbələ mahallarına sahib olduqdan
sonra Şəki xanı həm Təbrizi, həm də Qarabağı ələ keçirmək iddiasında idi. Lakin
Çələbinin Qarabağ və Təbriz səfəri uğursuz oldu .
Hacı Çələbi Qarabağ səfərinə Şirvan xanı ilə birgə çıxdı. Müttəfiqlər Kəbirli
mahalındakı Bayat qalasını bir aydan artıq mühasirədə saxlasalar da, Qarabağın işğal
edilməsi mümkün olmadı. Qarabağ və Gəncə xanlıqlarını ələ keçirməyə çalışan Kartli
və Kaxetiya çarlıqları Çələbinin Qarabağ üzərinə yürüşündən sonra fəallaşmağa
başladılar. Gürcü çarları Teymuraz və II rakli ilə Çələbinin ilk qarşılaşması 1751- ci
ildə Carda baş verdi. Çələbi bu döyüşdə böyük qələbə qazandı. Şəki xanlığının
uğurları həm yerli xanları, o cümlədən gürcü çarlarını ona qarşı birləşməyə sövq etdi.
1752- ci il martın 21- də Qarabağ, Gəncə, rəvan, Naxçıvan xanları ilə gürcü çarlarının
ittifaqı gözlənildiyi kimi baş tutmadı. Gürcü çarları Azərbaycan xanlarını əsir götürdülər
və bu hadisə “Qızılqaya xəyanəti” kimi tarixə daxil oldu. Hacı Çələbiyə qarşı gürcülərlə
birləşən Azərbaycan xanlarını Şəki xanı əsirlikdən azad etdi. 1752-ci ildə gürcülər
üzərinə hücuma keçən Çələbi xan hətta Qazax və Borçalı ərazilərini də işğal etdi. 1755-
ci ildə Şəki xanı Şirvana hücüm etdi. Lakin Şirvan xanlığı Quba xanlığı tərəfindən
müdafiə olundu.
1755-ci ildə Çələbi xanın ölümündən sonra hakimiyyətə əvvəlcə Ağakişi bəy
Məhəmməd xan, sonra isə Hacı Çələbinin nəvəsi Hüseyn xan gətirildi. Bu tarixdən
etibarən Quba ilə isti münasibətlər saxlayan Hüseyn xan Fətəli xanla birləşərək Şamaxı
üzərinə uğurlu yürüş həyata keçirdi. Lakin onlar arasında ittifaq 1768 – ci ildə pozuldu.
Öz aralarında baş vermiş döyüşün qalibi isə Quba xanı Fətəli xan oldu. 1769 – cu ildə
iki tərəf arasında sülh müqaviləsi imzalandı. 1779 – cu ildə Hüseyn xanın ölümündən
sonra hakimiyyətə Əbdulqadir xan gəldi. Lakin onun Şəkidə hakimiyyəti Quba
tərəfindən dəstəklənsədə, Qarabağ xanlığı tərəfindən qəbul edilmədi və nəticədə
Məhəmmədhəsən ağa Şəki xanı elan edildi. Onun hakimiyyəti illərində Quba ilə
münasibətlər kəskinləşdi. 1785 – ci ildə baş vermiş döyüşdə Şəki xanı məğlub edildi.
Bu tarixdən başlayaraq Qubalı Fətəli xanın ölümünə qədər (1789) Şəki Qubadan asılı
şə
kildə idarə edildi. Fətəli xanın ölümündən sonra Şəki müstəqil siyasət yürütməyə
başladı.1795-ci ildə ran hökmdarı Ağa Məhəmməd şah Qacarın hücumu zamanı
Məhəmmədhəsən xanın hakimiyyəti ləğv edildi. 1804 – cü ildə Şəkidə hakimiyyətə
qardaşı Səlim xan gəldi. Səlim xan Şəkini 1805 – ci ilə qədər , yəni Rusiya himayəsinə
keçənə qədər idarə etdi.
38. Quba xanlığ ı. Azə rbaycanı vahid dövlə tdə birləş dirmə k cə hdi
Quba xanlının əsası XVIII əsrin əvvəllərində qoyulmuşdur. Xanlığın ilk hakimi
Hüseynəli xan (1722 - 1758) Salyan, Axtıpara, Altıpara, Doqquzpara ərazilərini xanlığa
birləşdirmişdi. Hakimiyyətə Fətəli xanın (1758 - 1789) gəlməsi ilə Quba xanlığı öz
tarixi inkişafında yeni mərhələyə qədəm qoydu.
Fətəli xan əvvəlcə daxildə bəzi islahatlar keçirərək xanlığın daxili iqtisadi və siyasi
sabitliyini təmin etdi. Bu islahatlar içərisində vergi islahatı, məmurların idarə etmə
mexanizmində dəyişikliklər, xanlıq ərazisinə bəzi tayfaların köçürülməsi xüsusilə
diqqəti cəlb edir. Fətəli xan islahatların ardından Quba bayrağı altında Azərbaycan
ə
razilərini birləşdirmək siyasəti yürütməyə başladı. Əvvəlcə 1757-ci ildə Salyan üzərinə
hücuma keçdi. Salyan hakimi brahim bəy Rübdərini silah gücünə hakimiyətdən
uzaqlaşdıraraq xanlığı Qubaya birləşdirdi.
Fətəli xan Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə ittifaqa
girdi. Həmzə ilə ittifaqı gücləndirmək üçün onun bacısı Tutu Bikə ilə evləndi. Lakin
sonralar Həmzə ilə münasibətlər pozuldu.
Fətəli xan Salyanın ardından mühüm əhəmiyyətə malik Dərbəndə qarşı müdaxi-
ləyə başladı. Dərbənd əhalisi və feodallar da Fətəli xanı dəstəkləyirdilər. O, əvvəlcə
Samur çayının sağ sahilindəki torpaqları- Müşkür, Niyazabad, Şabran, Rustov,
Beşbarmağı tabe etdi. Daha sonra 1759–cu ilin noyabrında Dərbənd şəhərini ələ
keçirərək Dərbənd hakimi Məhəmməd Hüseyn xanı hakimiyyətdən devirdi. Dərbəndin
idarəsi Mirzə Sadiq Məmmədəliyevə və Mirzə bəy Bayata tapşırıldı.
Dərbənddən sonra böyük strateji əhəmiyyəti olan Bakının birləşdirilməsi
başlandı. Bakı xanlığı 1766 - cı ildə Qubanın himayəsinə keçdi. Quba üçün böyük
iqtisadi əhəmiyyətə malik olan Bakıda əhalinin böyuk bir hissəsi Quba xanlığına
birləşməyi dəstəkləyirdi. Fətəli xan Bakını ələ keçirmək üçün nigah diploma- tiyasına əl
atdı. Öz bacısını (Xədicə bikə) Bakı xanı Məlik Məhəmmədlə evləndirərək əvvəlcə
Bakının daxili işlərinə müdaxilə etdi. Onun ölümündən sonra isə səltənət valisi Fətəli
xanın bacısı Xədicə Bikə təyin olundu. Fətəli xan 1768 – ci ildə Şamaxı xanlığını,
1785- ci ildə isə Şəkini özündən asılı hala salaraq demək olar ki, bütün şimal – şərqi
Azərbaycanı Qubanın hakimiyyəti altında birləşdirdi. Cavad xanlığı isə hələ 1768 - ci
ildə Qubanın təsir dairəsinə daxil olmuşdu. Lakin, Quba xanlığının möhkəmlənməsi
diğər xanlıqları və ayrı – ayrı feodal hakimlərini narahat etməyə başladı və ona qarşı
ittifaq təşkil olundu. 1774- cü ildə Şamaxı xanı və Dağıstan feodalları Qubaya qarşı
yürüş təşkil etdilər (Gavduşan döyüşü). Quba bu hücumdan Rusiyanın dəstəyi ilə
müdafiə olundu. 1789 – cu ildə Fətəli xanın ölümündən sonra hakimiyyətə Əhməd
xan(1789-1791) və ondan sonra Şeyx Əli xan (1791-1810) keçsədə, Quba xanlığı
zəifləməyə və tutduğu əraziləri itirməyə başladı. 1806-cı ildə Rusiya tərəfindən işğal
olundu.
39. Cə nubi Azə rbaycan xanlıqları. Ağ a Mə hə mmə d ş ah Qacarın Ş imali
Azə rbaycana yürüş lə ri
Nadir şahın ölümündən sonra (1747-ci il mayın 8-dən 9-a keçən gecə, yaxud
iyunun 16-sı) bir il yarım müddətində (1747-1748), 4 iddiaçı şah taxtı uğrunda mübarizə
apardı-bunlar Nadir şahın qardaşı oğlu Əli Qulu Mirzə, (Agil şah adı ilə, onun qardaşı
brahim Mirzə, Səfəvi nəslindən olan və II Süleyman adını götürən Səid Məhəmməd,
nəhayət Nadir şahın nəvəsi Şahrux idilər. Lakin bunların heç biri hakimiyyətdə qala
bilmədilər. Dövlət süqut etdi. Həm Şimali, həm də Cənubi Azərbaycanda ayrı-ayrı
feodal dövlətləri yarandı. Cənubi Azərbaycan xanlıqlarından Ərdəbil, Maku, Cərab,
Təbriz, Urmiya, Salmas, Qaradağ, Mərənd, Marağa, Astarabad və s. göstərmək olar.
Azərbaycanın cənubunda yerləşən və əsası Fətəli xan Əfşar (Əfşar tayfası)
tərəfindən qoyulan Urmiya xanlığı 1747 – ci ildən 1763 – cü ilə qədər fəaliyyət
göstərmişdir. Həmin tarixdə xanlıq Kərim xan Zənd və onun müttəfiqləri tərəfindən
tutulmuşdu.
Qaradağ xanlığının əsasını isə Kazım xan (1748-1752) qoymuşdur (Qaradağ
tayfası). Xanlığın mərkəzi Əhərdə yerləşirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və
Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal olunmuşdu.
Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-1780)
(başqa məlumata görə Əmir Aslan xan) olmuşdur. Müəyyən vaxtlarda Urmiya
xanlığından asılı düşsədə, sonradan müstə- qillik qazanmışdı.
Marağa xanlığının əsası Əliqulu xan Müqəddəm (Müqəddəm tayfası) (1747-
1750) tərəfindən qoyulmuşdur. Ağa Məhəmməd Qacarın hakimiyyətə gəlişinə qədər
fəaliyyət göstərmişdir.
Ə
rdəbil xanlığı Şahsevən tayfasından olan Nəzərəli bəyin(1747-1783) dövründə
yaradılmışdı. O, Qarabağ xanı və Lənkəran xanı ilə dostluq münasibətləri saxlayırdı.
Kərim xan Zənd tərəfindən 1779-cu ilə qədər əsir saxlanılsada, sonra- dan xanlığın
idarəsini yenidən ələ almışdı.
Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) (başqa məlumata görə
Ə
hməd xan) olmuşdur. Xoy xanlığı Urmiya xanlığı ilə dostluq münasibətləri saxlayırdı.
Maku xanlığı isə Bayat tayfasından olan Əhməd Sultan(1747-1778) qoymuşdur. Sonra
isə brahim bəy hakimiyyətdə olmuşdur. Xanlığın paytaxtı Maku şəhəri olmuşdur.
Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfindən
qoyulmuşdur. Kərim xan Zəndin dövründə nominal asılı şəkildə idarə olunsada, xanlıq
sonradan müstəqilliyə qovuşmuşdur.
Astarabadda, sonra isə Mazandaranda Qacar tayfasından olan Məmməd Həsən
xan hakimiyyətdə olmuşdur. Sonra o, Təbrizi də tutmuş, oğlu Ağa Məmməd xanı
buraya hakim təyin etmişdir.
Kərim xan Zəndin ölümündən sonra (1779), XVIII əsrin 80 - ci illərində randa
hakimiyyəti ələ keçirən Ağa Məhəmməd xan Qacar bütün Ön Qafqazın işğalını
planlaşdırırdı.Əvvəlcə Azərbaycan və Dağıstan feodallarına xəbərdarlıq edərək tabe
olmalarını tələb etdi və rədd cavabı aldı. Bu səbəbdən Ağa Məhəmməd xan Qacar 1795-
ci ildə Qafqaza yürüşə başladı və rəvandan keçərək Qarabağa soxuldu. Şuşa qalası
mühasirəyə alındı. Şuşanın 33 günlük mühasirəsindən sonra uğursuzluğa düçar olan
Ağa Məhəmməd xan Qacar Tiflisə dorğu istiqamət götürdü. Azərbaycan xanları (Quba,
Qarabağ, Talış) Qacardan qorunmaq məqsədilə Rusiyadan yardım istədilər. 1796 - cı
ildə rus qoşunu Azərbaycana daxil olduğu zaman (general Valeriyan Zubovun başçılığı
ilə) Ağa Məhəmməd xan Qacar rana geri çəkildi. Ağa Məhəmməd xan Qacarın
Azərbaycana növbəti səfəri 1797-ci ilə təsadüf edir. 1796-cı ildə rus çariçası II
Ekaterinanın qəflətən ölümündən sonra taxta çıxan oğlu Pavel Rus qoşunlarını
Qafqazdan geri çağırdı. Bu fakt 1796-cı ildə randa şah taxtına keçən Ağa Məhəmməd
ş
ah Qacara Azərbaycana yeni səfəri üçün münbit şərait yaratdı. Əvvəlcə Şuşa üzərinə
hücüm edərək qələbə qazandı. Lakin 1797-ci il iyulun 4-də Ağa Məhəmməd şah
Qacarın qəfildən öldürülməsi Qarabağ, Bakı , Gəncə, rəvan və s. xanlıqlarının azad
olmasına şərait yaratdı.
Dostları ilə paylaş: |