221. XIX əsrin 50-60-cı illərində Azərbaycanda qızılboya daha çox becərilirdi.
A) Quba qəzasında
B) Lənkəran qəzasında
C) Bakı qəzasında
D) Şamaxı qəzasında
E) Şuşa qəzasında
222. XIX əsrin son rübündə Azərbaycanda qızılboya istehsalının tənəzzülünün başlıca səbəbi.
A) süni boyaq – alizarinin kəşfi
B) Rusiyanın toxuculuq sənayesində böhranın başlaması
C) kəndlilərin kütləvi yoxsullaşması
D) qızılboya istehsalına yüksək vergi qoyulması
E) Azərbaycanda kütləvi kəndli üsyanlarının baş verməsi
223. XIX əsrin 70-ci illərində Azərbaycanda neft sənayesinin inkişafına təkan verdi..
A) neft sənayesində iltizam sisteminin ləğv olunması
B) burjua islahatlarının həyata keçirilməsi
C) yeni neft yataqlarının kəşf olunması
D) neftli torpaqların icarəyə verilməsi
E) bakıda neft emalı zavodunun tikilməsi
224. Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran sənayeçi olmuşdu.
A) H. Z. Tağıyev
B) M. Nağıyev
C) M. Muxtarov
D) Ş. Əsədullayev
E) C. Məlikov
225. XIX əsrin son rübündə Azərbaycanda qadın və uşaq əməyindən geniş istifadə olunduğu istehsal sahəsi.
A) toxuculuq
B) dağ-mədən
C) balıqçılıq
D) üzümçülük
E) neft çıxarılması
Dostları ilə paylaş: |