Azərbaycan tarixi



Yüklə 21,65 Kb.
tarix26.03.2022
ölçüsü21,65 Kb.
#54232
Azərbaycan tarixi1


Azərbaycan tarixi


Gülməmmədov Əhməd

  1. XII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların Azərbaycana 3 yürüşü olmuşdur:

Birinci yürüş,1220-1223-cü illəri əhatə edir vəkəşfiyyat xarakteri daşıyan bu yürüşə 30minlik qoşuna malik Cəbə Subatay başçılıq etmişdir.Bu yürüş bir çox vəhşiliklərə yadda qaldı.

Monqolların ikinci yürüşü və Azərbaycanın işğalı. 1231-ci ildə monqol qoşunları Çormoğon Noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. 1235 -ci ildə monqollar Gəncə,sonra Şəmkir ,Tovuz və Bakını ələ keçirdilər.1239-cu ildə Dərbənd şəhərinin tutulması iləAzərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.

Monqlların üçüncü yürüşü,Azərbaycan Hülakü dövlətinin mərkəzi kimi.Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı,və Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı,1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. 1357-ci ildə Hülakü dövləti süquta uğradı.


  1. 1136-cı il Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətə başlaması tarixi kimi qəbul olunmuşdur. Şəmsəddin Eldəniz az vaxta demək olar ki, bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirə bilmişdir. İlk paytaxtı Naxçıvan şəhəri olmuşdur.Şəmsəddin Eldənizin hakimiyyət illərini 1136-1175-ci illər əhatə edir.1175-ci ildə Şəmsəddin Eldəniz vəfat edir.Məhəmməd Cahan Pəhləvan Həmədandan Naxçıvana gələrək orduya, xəzinəyə və Azərbaycan taxt-tacına sahib çıxdı. Tarixi qaynaqlara görə,1186-cı ildə Məhəmməd Cahan Pəhləvan vəfat etdi. Hələ həyatda ikən oğlu Əbu Bəkiri Azərbaycan və Aranın təyin etmiş,ölkənin digər vilayətlərini idarəsini isə qalan üç oğluna tapşırmışdı. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyət uğrunda övladları,İnanc Xatun,Sultan Toğrul və qardaşı Qızıl Arslan böyük savaşa başladılar və Qızıl Arslan qalib gəldi.1210-cu ildə ƏbuBəkir vəfat etdi və taxta bacarıqsızlıqda və gününü əyyaşlıqla keçirməkdə odan geri qalmayan qardaşı Müzəffər Özbək çıxdı.Bütün bunların nəticəsindir ki, Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xazərmşah şəhzadəsi və sərkərdəsi Cəlaləddin tərəfindən son qoyulmuşdur.



  1. Qəsri-şirin müqaviləsi.1639-cu ildə Səfəvi-Osmanlı dövlətləri arasında bağlanan sazişdir.Müqavilənin şərtləri bunlardan ibarətdi:

Bu müqavilə, əsasən 1612-ci il Səfəvi-Osmanlı sülhünü saxlayırdı. Müqaviləyə görə,Osmanlı-Səfəvi müharibəsinə qoyuldu.I sülh müqaviləsi 1639-cu il mayın 20-də Şah Səfi tərəfindən təstiq edilərək Məhəmmədqulu xan vasitəsi ilə İstanbula gondərildi və IV Sultan Murad damüqaviləni təsdiq etdi.

İstanbul sülh müqaviləsi. 1590-cı ildə Iabbas və Sultan III Murad arasında bağlanılmış sülh müqaviləsidir. Sülhün şərtləri :

Müqavilə nəticəsində Azərbaycan ərazisi Osmanlı və Səfəvi dövlətləri arasında bölündü. Sülhün şərtlərinə əsasən hər iki tərəf hərbi əsirləri azad etməli idi.Şah Abbas aşağıdakı öhtəlikləri üzərinə götürdu:

Məzhəb ayrılığına görə insanlar incidilməməli, peyğəmbərin əshab və xəlifələrinə qarşı pisləmələrə və küfrə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin əllərində olan torpaqlar özlərində qalmalı idi.



  1. Fətəli xan Əfşar Azərbaycan uğrunda mübaruzəyə qoşularaq 1747-ci ildə Urmiya xanlığının əsasını qoydu. Xanlığın mərkəzi əvvəlcə Urmiya , sonra isə Təbriz şəhəri olmuşdur.Fətəli xan Təbriz, Xoy,Qaradağ, Marağa, Sərab, xanlıqlarını tabe edərək Ərdəbil və Maku xanlıqlarını çıxmaqla, bütün Cənubi Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuşdur. 1751-ci ildə İrəvan xanlığını tabe etmək cəhdi boşa çıxmış, ancaq 1759-cu ildə Qarabağ hakimi Pənahəli xanı özündən asılı vəziyyətə salaraq oğlu İbrahimxəlil ağanı girov götürmüşdür. Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul olmağa başladı. 1762-ci ildə İsfahan və Şirazı ələ keçirən Kərim xan Zənd güclü qoşun toplayaraq Urmiya xanlığı üzərinə basqın etdi. Kərim xan Zənd Fətəli xan Əfşarın bütün düşmənlərini bir cəbhədə birləşdirmək üçün hərəkətə keçdi. Müttəfiqlər 9 aylıq mühasirədən sonra 1763-cü ildə Urmiya şəhərini tutdular. Kərim xan Zənd Qəmşədə Fətəli xan Əfşarı qətlə yetirdi.



  1. Qacar imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilədir. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır.Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan,Naxçıvan və talış xanlığının özlərində qalmış hissəsinin də Rusiya imperiyasınanın ərazisi olduğu qəbul edildi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edildi. Xalqımızın tarixi taleyində faciyələrə yol açan Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı təstiq olundu. Bu müqavilənin ən dəhşətli nəticəsi xalqımızı və Vətənimizi iki yerə parçalaması oldu.Türkmənçay müqaviləsi 1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər tərəfindən qeyri-bərabər və ədalətsiz müqavilə elan olunsada ,1921-ci ildə Sovet Rusiyası ilə Qacar dövləti ilə qüvvədən düşmüşdür. Ancaq yenə də tarixi ədalətsizliyə yol verilərək Azərbaycanın bölüşsürülməsi hər iki dövlət tərəfindən təsdiq edilmişdir.



  1. E.ə IV əsrdə Azərbaycanın Araz çayından şimalda yerləşən torpaqlarında yaşayan və qədim türk soylarından biri olan Albanlar öz dövlətlərini qurmuşdular.Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi. Dövlətin şərq sərhədi Kaspi dənizi, qərb sərhədini isə İberiya təşkil etmişdir. Alban əhalisi vahid dildə danışmırdı,bu ölkədə 26 dil var idi. Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, qardımanlıları, leqləri, gelləri və başqalarını göstərmək olar. Strabona görə Albaniyanın çox bərəkətli və məhsuldar torpaqları var idi. Burada müxtəlif meyvə ağacları və dənli bitkilər əkilirdi. Bu ərazilərdə heyvandarlıqla da məşqul olunurdu. Albaniyada sənətkarlıq və ticarətdə inkişaf etmişdir. Burada silah istehsalı, əmək alətləri, bəzək əşyaları və başqa alət hazırlanırdı. Albaniya705-ci ildə ərəb tabeliyini qəbul etdi.


Yüklə 21,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin