18998
Gülsüm Hüseynova
TAT DİLİNİN
LEKSİKASI
(Azərbaycan tatlarının dilinin
materialları əsasında)
“Elm və təhsil”
B akı-2 0 1 3
АМЕА Nəsimi adına Dilçilik İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur
Elmi redaktor:
Rəyçilər:
Roza Eyvazova
Filologiya üzrə elmlər doktoru,
professor
İlham Tahirov
Filologiya üzrə elmlər doktoru
Əsmətxanım Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru
,
dosent
Rasim Heydərov
Filologiya üzrə fəlsəfə doktoru
Gülsüm H üseynova
Tat dilinin leksikası (Azərbaycan tatlarının dilinin
materialları əsasında). Bakı, “Elm və təhsil”, 2013, 252 səh.
Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan tatlarının dilinin
leksik sistemi kompleks şəkildə tədqiqata cəlb olunmuş, qohum və
qohum olmayan dillərlə müqayisəli və əlaqəli formada araşdırılmışdır.
Əsərdən dilçilər və dilçiliklə maraqlanan digər şəxslər faydalana
bilərlər,
4602000000
--------------- qrıflınəşr
7V098 - 2013
© Gülsüm Hüseynova, 2013,
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
ÖN SÖZ
Hər bir dilin leksiklogiyasına elə bir özünəməxsusluq
xasdır ki, bu, onu sistem kimi tədqiq edilməsinə müəyyən
qədər mane olur. Qeyd edilən cəhəd ondan irəli gəlir ki, dilin
leksik sistemi həmişə açıq və dəyişkəndir. Bu sistemdə həm
mövcud sözlərin mənalarında dəyişmələr baş verir, sözün
semantikası genişlənir, sıxılır, daralır. Söz dildə işlək qatdan
çıxıb lüğət fondunun passiv qatına keçir. Bunun müqabilində
dilə yeni sözlər daxil olur. Dil başqa dillərdən söz alır, başqa
dillərə söz verir. Bütün bu hadisələr dilin leksik sistemində
daim baş verir Bir hadisə dilin inkişaf tarixinin müəyyən
dövründə daha çox müşahidə olunur, başqa bir hadisə isə sanki
dayanır. Başqa dildən sözalma və başqa dilə sözün keçməsi,
neologizmlərin yaranması və dilin lüğət tərkibinə daxil olması
kimi proseslər bir-birindən fərqli formalarda baş verir.
Məlumdur ki, tatlar irandilli xalq olub Xəzəryanı ərazilərdə -
İranda,
Azərbaycanın şimal-şərq rayonlarında,
Abşeron
yarımadasında,
Dağıstanın cənub-şərqində, Dərbənd və
Mahaçqala
şəhərlərində
məskunlaşmışlar.
Azərbaycan
ərazisində tatlar, əsasən, respublikanın İsmayıllı, Xızı, Şamaxı,
Quba, Dəvəçi və Abşeron ərazilərində daha kompakt şəkildə
yaşayırlar. Bu baxımdan tat dilinin leksikologiyasının
Azərbaycan ərazisində yaşayan tatların dilinə dair materiallar
əsasında tədqiq olunmasına ehtiyac duyulur. Doğrudur, tat
dilinin leksikasına dair bir sıra tədqiqatlar mövcuddur. Lakin
bu tədqiqatlar müəyyən bir ərazi ilə məhdudlaşdırıldığından
araşdırmanın başqa ərazilər üzrə aparılması tələbi meydana
çıxır. Məsələyə bu yöndən yanaşmaq tat dilinin leksik
fondunun ümumi mənzərəsini aydınlaşdırmaq üçün xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan tatların dili
Azərbaycan dili ilə daimi təmaslı əlaqədədir. Bu əlaqələr,
3
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
şübhəsiz ki, tat dilinin leksik sisteminə xüsusi təsir göstərir.
Həmin təsirlərin müxtəlif aspektdən öyrənilməsi mümkündür.
Müəllif əsərdə tat dilinin lüğət tərkibinə daxil olan sözlərin
ümumi fondunun yaradılması, bu sözlərin mənşəcə təsnifı, tat
dilində
antonimlərin,
sinonimlərin,
omonimlərin
xüsusiyyətlərinin əlaqəli olduğu dilin təsiri prizmasından
təyini, tat dilinin leksik qatında terminlərin yerini, terminlərin
yaranması və alınması məsələlrini
ön planda nəzərə
çatdırmışdır.
Oxuculara,
dilçilərə
təqdim
olunan
bu
monoqrafiyada
tat
dilinin leksikasının
kompleks
və
Azərbaycan dili ilə müqayisəli şəkildə araşdırılmasına cəhd
edilmişdir. Məlumdur ki, müxtəlif etnoslar, xalqlar arasındakı
münasibətlərdə dil mühüm rol oynayır. İctimai, mədəni, sosial
və iqtisadi sahələrdə əlaqələrin gerçəkləşməsi üçün dildən
istifadə edilir. Buradan belə bir nəticə çıxır ki, dil əlaqələri də
ictimai səciyyə daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu
kimi əlaqələr çərçivəsində təzahür edir. Dil müxtəlif dillərlə
təmaslı və təmassız əlaqələr zəminində yaşayır. Əlaqələr
təmaslı olduqda dillərin bir-birinə təsiri baş verir. Bu təsir çox
zaman qarşılıqlı olur. Deməli, dilin inkişafı xalqın tarixi, onun
yaşadığı ərazi və onunla qonşu olan xalqların dili və tarixi ilə
bağlıdır və dilin daşıyıcısı olan xalqın, etnosun başqa xalqlarla
münasibətlərindən də asılıdır.
Söz dilin əsas, müstəqil vahididir və lüğət tərkibinin
formalaşması sözlərdən asılıdır. Ona görə də lüğət tərkibinin
tədqiq olunmasının əsas məsələsi sözlərin leksik-semantik
cəhətdən araşdırılmasıdır. Leksikologiyaya dair tədqiqatlarda
lüğət
tərkibindəki
sözlərin
leksik-semantik
qruplara
bölünməsi, sözlər arasındakı semantik əlaqələr, sözlərin
çoxmənalılığı, omonimliyi, sinonimliyi, antonimliyi, lüğət
tərkibinin ümumişlək və xüsusi leksik qatları kimi məsələlər
daim diqqət mərkəzindədir. Bütün bu məsələlər ayrılıqda
4
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
götürülmüş bir dil üçün və eləcə də, müəyyən dillər üçün
müqayisəli şəkildə öyrənilir. Bununla belə, elə dillər vardır ki,
onların leksikasının qeyd edilən səviyyələrdə kompleks şəkildə
araşdırılmasına ehtiyac vardır. Tat dili də belə dillərdən
biridir.
Tat dilinin Quba ləhcəsinə bu dilin digər ləhcələri ilə
müqayisədə daha çox tədqiqatçı müraciət etmişdir. Quba
ləhcəsi haqqında bir sıra əsərlərdə məlumat və materiallar
verilmiş, ləhcənin müxtəlif məsələləri haqqında məqalələr dərc
olunmuş, leksikası ayrıca tədqiqat obyekti olmuşdur. Quba
ləhcəsinin lüğət tərkibini ləhcənin özünəməxsus sözləri və
alınma sözlər qruplarına bölürlər. Bu zaman ləhcənin
özünəməxsus sözlərindən bəhs edilərkən tat və ya İran qrupuna
aid olan sözlər birləşdirilir. Müəllifə görə, bu məsələnin
dəqiqləşdirilməsi üçün tat dilinin digər ləhcələrinə aid sözlərin
toplanması, qruplaşdırılması, genealoji təsnifınin aparılması və
sonda onların ləhcələrarası müqayisə obyekti olması daha
aktualdır. Bu halda tat dilinin leksikasının araşdırılması
məsələsi ayrılıqda götürülmüş bir dilin leksikologiyasına aid
tədqiqat səviyyəsindən kənara çıxır və dil əlaqələri problemi
müstəvisinə keçir. Bu məsələnin öyrənilməsi, şübhəsiz ki, daha
vacibdir.
Lüğət tərkibinə daxil olan sözlərin qruplaşdırılması,
bütün leksik-semantik qrupların təyini dilçiliyin mürəkkəb
məsələlərindən biridir. Bu problem leksikologiya ilə bağlı
tədqiqat işlərində, xüsusən lüğət tərkibinin semantikaya görə
təsnifındə həmişə ön plana çıxır. Nəticədə çoxsaylı leksikoloji
tədqiqatlarda müxtəlif təsnifatlar nəzərə çarpır. Sözlərin
məfhumlar əsasında qruplaşdırılması zamanı ümumidən
xüsusiyə doğru getdikcə budaqlanmalar artır. Məsələn,
bitkiləri ağaclar, kollar, dənli bitkilər, tərəvəz, meyvə, yem
bitkiləri, dərman bitkiləri və sair qruplara ayırmaq olur. Bütün
5
Gülsüm Hüseynova. Tat dilinin leksikası
bunlar leksik-semantik qruplara təsnifın çətinliyini göstərir.
Lakin mürəkkəblik təsnifatın istənilən şəkildə aparılmasına
əsas vermir. Leksik-semantik təsnifat dilin ümumişlək sözləri
əsasında aparılır. Leksik sistemin vahidlərini isə müxtəlif
şəkildə qruplaşdırmaq olar. Monoqrafiyada müəllif bu
məsələni də ön plana çəkməyə və həmin məsələni
Azərbaycanda yaşayan tatların dilinə dair materiallar üzrə
öyrənməyə cəhd göstərmişdir.
Biz belə hesab edirik ki, tat dilinin bu və ya digər
ləhcəsində
müşahidə
olunan
söz
yaradıcılığı
yolları,
sözdüzəldici şəkilçilər bütövlükdə tat dilinin söz yaradıcılığını
tam əhatə edə bilməz. Bu baxımdan da tat dilinin müxtəlif
ləhcələrində söz yaradıcılığı xüsusiyyətləri həm ayrı-ayrılıqda,
həm də müqayisəli şəkildə tədqiq edilməlidir. Tat-Azərbaycan
dil əlaqələrinin intensivliyi fonunda tat dilinin bütün
ləhcələrində
Azərbaycan
dilinə
məxsus
sözdüzəltmə
vasitələrindən istifadə imkanları artır. Dominant dilin
məhsuldar sözdüzəldici şəkilçiləri qarşılıqlı əlaqədə olan dildə
də özünə yer alır. Monoqrafiyada bu məsələlərə də
toxunulmuşdur.
Şübhə yoxdur ki, leksikologiya geniş
tədqiqatlar tələb edən bir sahədir. Müəllif bu monoqrafiyada
tat dilinin leksikologiyasına dair bütün məqamların əhatə
olunmadığını nəzərə alır. Güman edirik ki, oxucuların və
mütəxəsislərin rəy və təklifləri bu sahədə gələcək tədqiqatların
hansı istiqamətlərdə aparılmasında yardımçı olacaqdır.
А М Е A N əsim i adına D ilçilik İnstitutu
Dil əlaqələri şöbəsinin m üdiri
filologiya üzrə elm lər doktoru,
professor R .H .E yvazova
6
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
G İRİŞ
Azərbaycanda dilçiliyin ümumi nəzəri, praktik mə
sələləri ilə yanaşı, ayrı-ayrı dillərin hərtərəfli öyrənilməsinə də
xüsusi diqqət yetirilir. Burada dilçilik sahəsində aparılmış
elmi-tədqiqat işləri həm sanbalına, həm seçilmiş mövzuların
rəngarəngliyinə,
həm
də
əhatə
olunan
problemlərin
çoxşaxəliliyinə görə seçilir. Azərbaycanda dilçiliyin həm ümu
mi nəzəri problemləri, həm də müxtəlifsistemli dillərin ayrı-
ayrılıqda və müqayisəli şəkildə öyrənilməsinə xüsusi diqqət
verilir. Türkologiya, o cümlədən ayrı-ayrı türk dilləri, xüsusən
də, Azərbaycan dilinin tədqiqi ilə bağlı böyük işlər
görülmüşdür.
Bununla yanaşı,
respublikanın
ərazisində
mövcud olan dillər sahəsində də bir çox uğurlar qazanılmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra burada
yaşayan azsaylı xalqlara qayğı artmışdır. İndi azsaylı xalqların
adət-ənənələrinin, mədəniyyətinin, ədəbiyyatının, eləcə də
dilinin öyrənilməsinə böyük əhəmiyyət verilir.
Müasir dövrümüzdə dil əlaqələrinin daha çox dilin
fəaliyyət göstərdiyi ərazilərdə faktlar əsasında öyrənilməsinə
böyük əhəmiyyət verilir. Dünya miqyasında çoxsaylı dillərin
fəaliyyət göstərdiyi, işləndiyi ərazilərdən biri Qafqazdırsa,
həmin ərazidə dillərin qarşılıqlı əlaqələrinin geniş vüsət
tapdığı regionlardan biri Azərbaycandır. Respublikamızda
vahid qardaşlıq ailəsində müxtəlif xalqlar, o cümlədən tatlar
yaşayır.
Tatlar
Azərbaycanın
bir
sıra
ərazilərində
yayıldığından,
tat
dilinin
müxtəlif ləhcələri
meydana
çıxmışdır.
Hazırda dilçilik tədqiqatlarının bir istiqaməti də müəyyən
arealda fəaliyyət göstərən dillərin həm müxtəlif aspektlərdən,
həm də kompleks şəkildə öyrənilməsidir. Müxtəlif dillərin
yayıldığı ərazilər dil əlaqələrinin, dillərin qarşılıqlı təsirinin
7
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
öyrənilməsi üçün geniş imkanlar açır. Bu cür tədqiqatlar in-
terferensiya, divergensiya, alınmalar və innovasiyalar kimi
məsələlərə işıq salmaq baxımından elmi dəlillərin aşkara
çıxarılması üçün yeni materiallar verir. Tat dili və onun
şivələrinin tədqiqi göstərilən cəhətlərə görə xüsusi aktuallıq
kəsb edir.
Azərbaycanın müxtəlif ərazilərində yayılmış tat dilinin
bəzi ləhcələri ümumi şəkildə tədqiq olunmuş, tat dilinin bir
sıra məsələlərinə dair ayrı-ayrı elmi məqalə və tezislər
yazılmışdır. Lakin bu dilin leksikası sistemli şəkildə, müxtəlif
ləhcələrdəki leksikanın müqayisəsi əsasında bugünədək komp
leks şəkildə öyrənilməmişdir. Tat dili sözlərinin mənşəcə
təsnifı, strukturu, leksik-semantik xüsusiyyətləri, dil əlaqələri
prosesində
tat
dilində
yer
almış
alınmalar,
onların
mənimsənilməsi, tat dilinin başqa dillərlə əlaqələrinin ümumi
mənzərəsi və bu əlaqələrin onun leksik sisteminə təsiri kimi
məsələlər lazımi səviyyədə araşdırılmamışdır. Tat dilinin
ləhcələri üzrə toplanmış sözlərin sistemə salınması, bu dilə aid
lüğətlərin hazırlanması ilə bağlı işlər də qaneedici səviyyədə
deyil.
Tat dili əsrlər boyu Azərbaycan dili, xüsusən də, onun
ayrı-ayrı dialektləri ilə qarşılıqlı təmasda olmuşdur. Nəticədə
hər iki dil bir-birinə təsir göstərmiş, bu təsir həmin dillərin
leksik sistemində əhəmiyyətli iz buraxmışdır. Tat dili ilə
Azərbaycan dili arasında əlaqələrin qədimliyi tat dilində Azər
baycan dilinin qədim leksik layına aid olan sözlərin mühafizə
olunmasında öz əksini tapır. Azərbaycan tatlarının dilində
işlənən türkizmlər türk dillərinin tarixi leksikologiyasının
öyrənilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki,
hazırda tat dilində işlənən türkizmlərin az olmayan bir hissəsi
qədim dövrə xas semantik xüsusiyyətlərini saxlamışdır.
Azərbaycan dilində belə sözlərin semantikasında əsaslı
8
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
dəyişikliklər baş vermişdirsə, tat dilində bu sözlər ilkin
mənalarını qoruyub saxlamışdır. Bu həm dil əlaqələri proble
minin, həm də dilin leksik sistemində baş verən dəyişikliklərin
öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu isə
seçilmiş
mövzunun
aktuallığını
göstərir.
Tat
dilinin
Azərbaycan dilinə təsiri Azərbaycan dilinin dialekt və
şivələrində müşahidə olunur. Bir çox tat mənşəli sözlər
Azərbaycan dilinin dialekt və şivələrində fəal surətdə
işlənməkdədir. Bu, tatların kompakt şəkildə yaşadıqları
ərazilərdə daha çox müşahidə olunur.
Dialekt, ləhcə və şivələrdə işlənən sözlərdə aşkara çıxan
leksik-semantik fərqlər, leksik sistemdəki diferensiasiya, bu
sistemin inkişaf təmayülləri leksik sistemin zənginləşməsi və
təkmilləşməsi təzahürləri dilin qədim qatlarına aid vahidlərin
işlənməsi, onların qohum dillərin materialları üzrə müqayisəli
təhlili yalnız tat dili üçün deyil, həm də dil əlaqələri və dil
tarixinə aid müxtəlif problemlərin həlli baxımından aktuallıq
kəsb edir.
Tat dilinin lüğət tərkibinə daxil olan sözlərin semantik
sahələr və ya tematika üzrə qruplaşdırılması ilə bağlı tədqiqat
işləri aparılmadığından, bu dildə müəyyən semantik sahələrdə
sözlərin leksik xüsusiyyətləri də aydınlaşdırılmamışdır.
Yazısız dillərdə xüsusi leksik qatın təyini, belə bir qatın təşək
kül və formalaşma səbəbləri ayrılıqda götürülmüş bir dil üçün
deyil, ümumiyyətlə, xüsusi leksikanın öyrənilməsi üçün
əhəmiyyətlidir. Tarixən müxtəlif sənət sahələri ilə məşğul
olmuş tatların dilində sənət-peşə leksikası işləkliyi ilə seçilir.
Tat dilində terminlərin işlənmə xüsusiyyətləri, yeni terminlərin
bu dilə keçərək, onun ümumişlək leksik qatında yer tutması sə
bəbləri
və
yollarının
açılması,
tat
dilinin
etnoqrfık
leksikasının, qohumluq terminlərinin araşdırılması elmi-
praktik və elmi-nəzəri əhəmiyyət kəsb edir. Tədqiqat işinin
9
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
aktuallığını şərtləndirən əsas cəhətlərdən biri də bununla bağ
lıdır.
Azərbaycan tatlarının dilinin leksik sisteminin kompleks
şəkildə araşdırılması, bu dilin lüğət fonduna daxil olan söz
lərin təsnifı, onların leksik xüsusiyyətlərinin öyrənilməsi
dissertasiya işinin əsas məqsədini təşkil edir. Bu məqsədin
həyata
keçirilməsi
üçün
aşağıdakı
vəzifələrin
yerinə
yetirilməsi nəzərdə tutulmuşdur:
- Azərbaycan tatlarının ayrı-ayrı ləhcə və şivələrinin
leksikasının əsas xüsusiyyətlərini aydınlaşdırmaq, onların
oxşar və fərqli cəhətlərini təyin etmək;
- tat dili əsasında dillərarası əlaqələrin yaranma şəraiti və
səbəblərini, bu əlaqələrin fəaliyyət mexanizmini öyrənmək;
- Azərbaycan-tat dil əlaqələrini araşdırmaq, bu dillərin
leksik səviyyədə qarşılıqlı təsir xüsusiyyətlərini öyrənmək;
- Azərbaycan dialekt və şivələrində işlənən tat dili
mənşəli sözləri aşkar etmək, bu sözlərin semantikasında baş
verən
dəyişiklikləri
üzə
çıxarıb,
onların
səbəblərini
aydınlaşdırmaq;
- Azərbaycan tatlarının dilinin lüğət tərkibini bu sözlərin
mənşəyinə görə təsnif etmək;
- tat dilində sözalma məsələlərini aydınlaşdırmaq, alınma
sözləri mənşəyinə görə qruplaşdırmaq;
- tat dilinin lüğət tərkibinin zənginləşmə yollarını
aydınlaşdırmaq, yeni yaranan sözlərdə özünü göstərən spesifik
cəhətləri göstərmək;
- tat dilində baş verən semantik prosesləri - sinonimlik,
omonimlik, antonimlik və sözlərin çoxmənalılığını öyrənmək;
- tat dilinin lüğət tərkibinə daxil olan sözləri leksik-
semantik söz qrupları üzrə ayırmaq;
- tat dilinin müxtəlif peşə-sənət sahələri ilə bağlı olan
leksikasını araşdırmaq;
10
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
-
tat dilində terminləri mənsub olduqları sahələr üzrə
qruplaşdırmaq, onların işlənmə xüsusiyyətlərini öyrənmək;
- tat dilinin etnoqrafik leksikasını öyrənmək;
- tat dilində işlənən qohumluq terminlərini tədqiq etmək.
Tədqiqatın obyektini Azərbaycan tatlarının dilində
işlənən leksik vahidlər təşkil edir. Tədqiqatın predmetini leksi-
kologiyaya, o cümlədən İran dillərinin leksikasına aid elmi-
nəzəri biliklər təşkil edir.
Tədqiqat işi tat dilinin leksikası ilə bağlı olduğundan,
əsas mənbəni müəllifin tat dilinin daşıyıcıları ilə apardığı
söhbətlər zamanı topladığı materiallar təşkil edir. Bununla
yanaşı, tat dili materialları əsasında yazılmış dissertasiya və
monoqrafiyalar, müxtəlif tədqiqat işləri tat dilinə aid sözlərin
toplanıb qruplaşdırılması üçün mənbə rolunu
oynamışdır.
Tədqiqat prosesində tat dilində nəşr olunmuş kitabların lüğət
fondundan da istifadə edilmişdir. Əsas mənbələr sırasında
aşağıdakı əsərləri qeyd etmək lazım gəlir: Hacıyev M. Tat
dilinin Qonaqkənd ləhcəsi, Bakı, Elm, 1971; Hacıyev M.
Azərbaycan tatlarının dili, Bakı, 1995; Əhmədov T. Azərbay
can və tat dillərinin leksik əlaqələri (Azərbaycan dilinin Quba
dialekti və tat dilinin Quba ləhcəsi materialları əsasındə).
Bakı, 1969; Hüseynova G. Lahıc tatlarının dili, Bakı, Nurlan,
2 0 0 2
.
Tat dilinə aid ilk işlər XIX əsrdə aparılmışdır. Bu işlərdə
əsas diqqət dilə aid materialların toplanmasına və dilin ümumi
səviyyədə şərhinə həsr olunmuşdur. V.Dorn Bakı, Quba və
Dərbənddə tat dilinə aid materiallar toplamış və bu materialları
«İran dillərinin tədqiqinə dair» kitabına daxil etmişdir. Onun
tat dilinə aid topladığı daha üç mətn başqa bir əsərinə daxil
edilmişdir (192).
Vs.F.Miller 1900-cu ildə «Tat dilinin fonetikasına aid
oçerklər», 1905-ci ildə isə «Tat etüdləri» kitablarını çap
11
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
etdirmişdir (235). Sonuncu kitab tat dilinin Lahıc ləhcəsinin
materiallarını əhatə edir. Vs.F.Miller 1907-ci ildə «Tat
etüdləri» əsərinin ikinci hissəsini nəşr etdirmişdir. O, bu
əsərdə ilk dəfə olaraq, tat dilinin ləhcələri haqqında məlumat
vermiş, ləhcələrarası fərqləri araşdırmağa cəhd göstərmişdir
(231).
A.L.Qrünberq «Şimali Azərbaycan tatlarının dili» adlı
monoqrafiyasında
diqqəti
tat
dilinin
fonetikası
və
qrammatikası üzərində cəmləşdirmiş, leksikologiyaya kifayət
qədər yer ayırmamışdır (181).
Tat dilinin leksikası ayrıca monoqrafik tədqiqat obyekti
olmamışdır. Bu dillə bağlı tədqiqatlar, əsasən, dilin müxtəlif
ləhcə və şivələrini əhatə etmişdir. Hər bir ləhcə və şivənin
öyrənilməsi prosesində tat dilinin leksikasına aid müəyyən
həcmdə materialdan istifadə olunmuşdur. M.Hacıyev tat dili
nin Qonaqkənd ləhcəsini öyrənərkən bu ləhcənin leksikasına
da müəyyən yer ayırmışdır. Müəllif, əsasən, ləhcədə işlənən
sözlərin mənşəcə növləri məsələlərini əhatə etməyə səy
göstərmişdir. Həmin müəllifin «Azərbaycan tatlarının dili»
monoqrafiyasında tat dilinin leksikası da araşdırılmışdır. Bura
da da diqqət leksik sistemdə işlənən vahidlərin mənşəcə
növləri üzərində cəmləşdirilmişdir (59; 60).
T.Əhmədovun tədqiqatında Azərbaycan və tat dillərinin
qarşılıqlı təsiri ilə bağlı məsələlər tat dilinin Quba ləhcəsinin
materialları əsasında araşdırılmışdır. Müəllif tat dilinin Quba
ləhcəsində işlənən sözlərin tematik qruplara bölünməsi
məsələsini də nəzərdən keçirmişdir. Bu işdə də Azərbaycan di
lindən və Azərbaycan dili vasitəsi ilə tat dilinə keçmiş alınma
sözlərə xüsusi yer verilmişdir.
Monoqrafiya müəllifinin tat dilinin Lahıc ləhcəsi
əsasında apardığı tədqiqat işində də tat dilinin bu ləhcəsinin
leksikasına dair məsələlərə ümumi şəkildə toxunulmuşdur.
12
Поделитесь с Вашими друзьями: |