"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında



Yüklə 147.19 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü147.19 Kb.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 



 

Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-

mənəvi  dəyərlərin  təbliği  və  dünya  mədəniyyətinə  inteqrasiyasını  təmin  etmək,  milli  teatr 

sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə qərara alıram:  

1. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur). 

2.  Bu  sərəncamın  1-ci  bəndində  qeyd  olunan  dövlət  proqramında  nəzərdə  tutulmuş 

tədbirlərin  icrasının  əlaqələndirilməsi  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 

Nazirliyinə həvalə edilsin.  

3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn  məsələləri 

həll etsin.  

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.  

 

İlham ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 18 may 2009-cu il 



                № 277 

 

Azərbaycan Respublikası Prezidentinin 



2009-cu il 18 may tarixli 277 nömrəli Sərəncamı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

Azərbaycan teatrı 2009-2019-cu illərdə” 



 

DÖVLƏT PROQRAMI 

 

   



1. Ümumi əsaslar 

 

1.1. Mövcud vəziyyət 

  

          XIX əsrin 70-ci illərində təşəkkül tapmış Azərbaycan peşəkar teatr sənəti xalqımızın milli-



mənəvi  dəyərlərinin  qorunması,  təbliği,  estetik  zövqün  və  dünyagörüşünün  formalaşması, 

realist  ənənələrin  davam  və  inkişaf  etdirilməsi  kimi  mühüm  vəzifələrin  yerinə  yetirilməsi 

yolunda mütərəqqi ideyalar tribunasına çevrilmişdir. 

         Hazırda  respublikada  fəaliyyət  göstərən  26  dövlət  teatrının  və  bu  şəbəkəyə  daxil  olan 

digər qurumların müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bütün maliyyə, 

təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlət sifarişi yolu ilə hər il teatrlarda 50-

dən  çox  yeni  tamaşa  hazırlanır  ki,  bu  tamaşaların  da  əsasını  klassik  və  müasir  Azərbaycan, 

eləcə də dünya dramaturqlarının əsərləri təşkil edir. 

          Dövlətlərarası  mədəni  əməkdaşlıq  haqqında  ikitərəfli  sazişlərə  uyğun  olaraq  respublika 

teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. 

          Qeyd  edilənlərlə  yanaşı,  teatr  sənətinin  inkişafı  ilə  bağlı  bir  sıra  problemlər  də 

mövcuddur.  Ölkəmizə  Ermənistanın  hərbi  təcavüzü  nəticəsində  İrəvan  Dövlət  Azərbaycan 

Dram  Teatrı,  Şuşa,  Füzuli,  Ağdam  dövlət  dram  teatrları  qaçqın  və  məcburi  köçkünlük 

şəraitində fəaliyyət göstərirlər.  



          “Azərbaycan  teatr  sənətinin  inkişaf  etdirilməsi  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli Sərəncamına əsasən Azərbaycan xalqının 

ictimai-siyasi  həyatında,  milli  mədəniyyətimizin  inkişafında  böyük  rol  oynayan  Azərbaycan 

teatrının  maddi-texniki  bazasının  möhkəmləndirilməsi  və  yaradıcılıq  potensialının  inkişaf 

etdirilməsi,  habelə  teatr  təhsili  sisteminin  yaxşılaşdırılması  məqsədi  ilə  tədbirlərin  həyata 

keçirilməsi  və  “Azərbaycan  teatrı  2009-2019-cu  illərdə”  Dövlət  Proqramının  (bundan  sonra  - 

Dövlət Proqramı) hazırlanması nəzərdə tutulmuşdur. 

  

1.2. Məqsəd və vəzifələr 

  

           Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən 



bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin 

bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, 

dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə 

edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət 

edəcəkdir. 

         Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata 

keçirilməsini nəzərdə tutur: 

         - yeni   teatr   siyasətinin formalaşması və teatr prosesində idarəetmənin 

optimallaşdırılması, teatr sahəsində islahatların aparılması; 

         - ümumbəşəri və milli mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə 

inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı;         

          - teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;  

          - kadr hazırlığı və

 

əlavə təhsil 



 

sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli 

təhsilin, müştərək layihələrin keçirilməsi; 

1

 

          - teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın 



möhkəmləndirilməsi; 

          - teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq 

edilməsi; 

          - teatr mədəniyyətinin təbliğ olunması. 

   

1.3. Dövlət Proqramının maliyyələşdirilməsi 

  

           Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət 



büdcəsinin vəsaitləri, o cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət 

və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Azərbaycan Respublikasının 

qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

  

1.4. Gözlənilən nəticələr 

  

        Dövlət Proqramının yerinə yetirilməsindən aşağıdakı nəticələr gözlənilir: 



        - milli teatr sənəti qorunub saxlanılacaq və inkişaf etdiriləcək; 

        - yüksək bədii dəyərli tamaşaların hazırlanması təmin ediləcək;  

        - teatr fəaliyyəti sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək; 

        - teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndiriləcək; 

        - teatr şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin teatra olan tələbatının 

ödənilməsi üçün şərait yaradılacaq; 

        - teatr sahəsinə gənc, istedadlı və peşəkar kadrlar cəlb ediləcək;     


        - teatr sahəsində regionlararası, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına 

nail olunacaq; 

        - Azərbaycan teatr sənətinin dünyada layiqincə təmsil və təbliğ edilməsinə imkanlar 

yaradılacaq. 

  

2. Dövlət Proqramının həyata keçirilməsi üzrə  

 

TƏDBİRLƏR PLANI 

  

№ 



Tədbirlərin adı 

İcraçılar 

İcra 

müddəti 

(illər üzrə) 

2.1. 


Teatr sahəsində idarəetmənin və maliyyə-

iqtisadi mexanizmlərin təkmilləşdirilməsini 

nəzərdə tutan islahatların aparılması 

Nazirlər Kabineti, 

Mədəniyyət və Turizm 

Nazirliyi  Azərbaycan 

Teatr Xadimləri İttifaqını 

cəlb etməklə 

2009-2019 

2.2. 


Teatr fəaliyyətinin normativ hüquqi 

bazasının möhkəmləndirilməsi ilə bağlı 

tədbirlərin həyata keçirilməsi 

Nazirlər Kabineti,  

Mədəniyyət və Turizm 

Nazirliyi, 

Ədliyyə Nazirliyi 

2009-2013 

2.3. 

Respublika ərazisində fəaliyyət göstərən 



dövlət teatrlarının maddi-texniki bazasının 

möhkəmləndirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2019 

2.4. 


Bakı şəhərində, Naxçıvan Muxtar 

Respublikasında və digər regionlarda, 

həmçinin qaçqın və məcburi köçkünlük 

şəraitində fəaliyyət göstərən dövlət 

teatrlarının yerləşdiyi binalarda təmir-bərpa 

və yenidənqurma işlərinin aparılması üçün 

zəruri tədbirlərin görülməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi,  

yerli icra hakimiyyəti 

orqanları 

2009-2019 

2.5. 

Yüksək səviyyəli nəşr və reklam 



məmulatlarının, dekor və geyimlərin 

hazırlanması işinin təşkilinin 

təkmilləşdirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2012-2014 

2.6. 

Teatr treninq mərkəzinin yaradılması 



Mədəniyyət və Turizm 

Nazirliyi 

2014 

2.7. 


Azərbaycan Dövlət Opera və Balet Teatrının 

simfonik orkestri və Azərbaycan Dövlət 

Musiqili Komediya Teatrının orkestri üçün 

musiqi alətlərinin alınması 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2013 

2.8. 


Dövlət teatrlarının nəqliyyat vasitələri ilə 

təmin olunması üçün lazımi tədbirlərin 

görülməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2019 

2.9. 

Azərbaycan Dövlət Rus Dram Teatrının, 



Azərbaycan Dövlət Kukla Teatrının, 

Naxçıvan Dövlət Musiqili Dram Teatrının, 

Gəncə Dövlət Dram Teatrının, Lənkəran 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2017 



Dövlət Dram Teatrının, Şəki Dövlət Dram 

Teatrının nəzdində dövlət büdcəsində 

Mədəniyyət və Turizm Nazirliyi üçün 

nəzərdə tutulmuş vəsaitlər hesabına 

studiyaların yaradılması 

 

2.10. 



Teatr sahəsində təhsilin təkmilləşdirilməsi  

məqsədilə tədbirlərin həyata keçirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2019 

2.11.


 2

  Müvafiq proqram, saziş və müqavilələr 

çərçivəsində teatr sənəti ilə bağlı xarici 

ölkələrdə təhsilalma və əlavə təhsilin təşkili 

Mədəniyyət və Turizm 

Nazirliyi, Təhsil 

Nazirliyi 

müntəzəm 

2.12. 

Azərbaycan teatr sənəti antologiyasının 



hazırlanması və nəşr etdirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi, Azərbaycan 

Milli Elmlər 

Akademiyası, 

Azərbaycan Teatr 

Xadimləri İttifaqını cəlb 

etməklə 


2009-2012 

2.13. 


«Yeni Teatr» respublika festivalının 

keçirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-cu 

ildən 


başlayaraq, 

iki ildən bir 

2.14. 

Azərbaycan teatr sənətinin müxtəlif sahələri 



üzrə kitabların və elektron vəsaitlərin 

hazırlanması 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2014 

2.15. 


Müasir dövrün teatr problemlərinə həsr 

olunmuş beynəlxalq elmi praktik konfransın 

təşkili 

Mədəniyyət və Turizm 

Nazirliyi, Milli Elmlər 

Akademiyası 

Azərbaycan Teatr 

Xadimləri İttifaqını cəlb 

etməklə 

2010-2018 

(iki ildən 

bir) 


 

2.16. 


UNİMA-nın (Beynəlxalq Kukla Teatrları 

Assosiasiyası) iştirakı ilə kukla teatrı 

həftəsinin keçirilməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2011 


2.17. 

YUNESKO-nun Beynəlxalq Teatr 

İnstitutunun növbəti konqresinin Bakı 

şəhərində keçirilməsi üçün zəruri tədbirlərin 

görülməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi, Xarici İşlər 

Nazirliyi Azərbaycan 

Teatr Xadimləri İttifaqını 

cəlb etməklə 

2012 

2.18. 


A.P.Çexov adına Beynəlxalq Teatr 

Festivalının “A.P.Çexov festivalının ipək 

yolu” adlı bir mərhələsinin Bakı şəhərində 

keçirilməsi üçün zəruri tədbirlərin görülməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi, Azərbaycan 

Teatr Xadimləri İttifaqını 

cəlb etməklə 

2010 

2.19. 


Dövlət teatrlarında illər üzrə dövlət sifarişi 

yolu ilə tamaşaların hazırlanması üçün 

müvafiq tədbirlərin görülməsi 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2019 

2.20. 

Bakı şəhərində tanınmış teatr xadimlərinin 



iştirakı ilə seminarların təşkili 

Mədəniyyət və Turizm 

Nazirliyi 

2009-2016 

2.21. 

Xarici ölkələrin tanınmış teatr kollektivlərinin  Mədəniyyət və Turizm 



2009-2019 

Azərbaycana dəvət olunması 

Nazirliyi 

 

 

 



 

 

  



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

15  fevral  2011-ci  il  tarixli  381  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 



(“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) 

 

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 

 



                                                 

1

 

15  fevral  2011-ci  il  tarixli  381  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 



(“Respublika”  qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci  il,  №  40, 

Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2011-ci  il,  №  02,  maddə  85)  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  teatrı  2009-2019-cu  illərdə”  Dövlət  Proqramı”nın  1.2-ci  bəndin  ikinci  hissəsinin  beşinci 

abzasında “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir. 

 

2

 

15  fevral  2011-ci  il  tarixli  381  nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı 



(“Respublika”  qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci  il,  №  40, 

Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2011-ci  il,  №  02,  maddə  85)  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  teatrı  2009-2019-cu  illərdə”  Dövlət  Proqramı”nın  2.11-ci  bənddə  “stajkeçmələrin”  sözü 



əlavə təhsilin” sözləri ilə əvəz edilmişdir. 

 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə