AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
«TƏSDİQ EDİRƏM»
AzTU-nun tədris işləri üzrə prorektoru
Dosent___________X.M.YAHUDOV
«_____»_______________2014-cü il
"ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ”
FƏNNİNİN
PROQRAMI
şifr: 050649 -«Ekologiya mühəndisliyi»
ixtisası üzrə bakalavr hazırlığı üçün
BAKI - 2014
Tərtib edən: A.A. Xəlilova, k.e.n.,dos.,
G.X.Kərimova, b.m.
Redaktor: A.A. Xəlilova, k.e.n., dosent.
Rəyçilər: AzTU-nun "Sənaye ekologiyası və HFT”
kafedrasının dosenti k.e.n., S.M. Abutalıbova,
AzTU-nun "Sənaye ekologiyası və HFT”
kafedrasının dosenti k.e.n., Ə.M. Ələsgərov,
BDU-nun "Ekologiya və torpaqşünaslıq" fakultəsinin
dos., k.e.n., A.Q. Hüseynli,
BDU-nun "Ekologiya və torpaqşünaslıq" fakultəsinin
dos., k.e.n., T.İ.Əliyeva
İZAHAT VƏRƏQİ
l.FƏNNİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
l.l.Fənnin tədrisinin məqsədi
Bakalavr pilləsi üçün nəzərdə tutulmuş "Alternativ enerji mənbələri fənninin tədrisinin məqsədi enerji anlayışı, dünyada enerjiyə təlabatın artması dinamikası, ətraf mühitin antropogen çirklənməsi və buna qarşı tədbirlər, alternativ enerji mənbələrin növləri və onlardan energetikada istifadəsini, gələcək energetikanın strukturunu öyrətməkdir.
Proqramda əvvəlcə enerji anlayışı, enerjiyə tələbatın artması, magistral və tranzit elektrik ötürücü xətləri, atmosferin mühafizəsi, günəş, külək, okean və dənizlərin enerjisindən məlumat verilir.
Sonra günəş enerjisindən istifadə edilməsi, günəş kollektorları, istilik akkumliyyatorları, günəş fotoelementləri, günəşə istiqamətlənmə qurğuları, heliostatlar, qüllə tipli günəş-istilik elektrik stansiyalar kimi məsələlər araşdırılır.
Daha sonra külək, okean və ənizlərin enerjisindən istifadə edən elektrik
stansiyalardan və geotermal enerjisindən ətraflı məlumat verilir. Alternativ enerji mənbələrin bütün növlərilə işləyən elektrik stansiyaların ətraf mühitə təsirinin qiymətləndirilməsi də təqdim edilmişdir.
1.2. Fənnin tədrisinin vəzifələri
"Alternativ enerji mənbələri" fənninin tədrisindən sonra tələblər:
ətraf mühitin çirklənməsinin səbəblərini, atom, su və istilik elektrik stansiyaların sxemlərini və təbiətə mənfi təsirini;
gələcək energetikanın strukturunu;
günəşdə gedən prosesləri; günəş enerjisindən istifadə etmə üsulları, günəş qurğuların iş prinsipini, sxemlarini və ətraf mühitə təsirini;
küləyin əmələ gəlməsi səbəblərini, külək qurğuların əsas növləri və onların müqayisəsini; elektrik maşınları, külək-elektrik stansiyaların ətraf mühitə təsirini;
geotermal və su elektirik stansiyaların sxemlərini və təbiətə
təsirini;
okean və dənizlərin enerjisindən istifadə edən qurğuları və onların ətraf mühitə təsirini bilməlidir.
2. FƏNNİN HƏCMİ VƏ TƏDRİS İŞLƏRNİN NÖVLƏRİ
2.1. Fənnin tərkibi
Fənn VII semestri əhatə edir, tərkibcə auditoriya dərslərindən ibarətdir:
Auditoriya dərsləri 90 saat;
O cümlədən:
Mühazirə : 60 saat
Məşğələ : 30 saat
Laboratoriya: nəzərdə tutulmamışdır
3.FƏNNİN MƏZMUNU
3.1. Fənnin bölmələri
|
|
Auditoriya saatları
|
Sıra sayı
|
Bölmənin Adi
|
Cəmi
|
Mühazirə
|
Məşğələ
|
Laboratoriya
|
|
Dostları ilə paylaş: |