59
Azərbaycan Texniki Universitetinin 60-illik yubileyinə həsr olunmuş
Respublika Elmi-
Praktiki Konfransı
Səhiyyə informasiya sistemlərinin strukturu və xüsusiyyətləri
Əlövsət Q.Əliyev, Ağazadə S.İ.
AMEA
İnformasiya Texnologiyaları İnstitutu
Az1141, B
akı, F. Ağayev, 9. E-mail: depart8@iit.ab.az
XX əsrin 90-cı illərində tibbi cihazlar və aparatlarda dərin və önəmli dəyişikliklər baş verdi.
Verilənlərin emalı zəminində texnologiyaların inkişafı, xəstəxana işçilərinin ixtisas səviyyəsinin
yüksəlməsi, xəstələrin tələblərinin artması, xidmət təqdimi və onun modelinin keyfiyyətinin
dəyişməsi və sığorta ödəmə metodlarının fərqli olması xəstəxanaların fəaliyyətində böyük
dəyişikliyə və inkişafa səbəb olmuşdur. Bu isə xəstələrin müalicəsində proqressiv dəyişikliklərə
gətirib çıxarmışdır.
Bu inkişaf aspektində xəstəxanalardakı ənənəvi sistemlər lazımi funksiyanı əldən vermiş və
günü-
gündən XİS-inə (Xəstəxana İnformasiya Sisteminə) ehtiyac duyulmaqdadır. XİS-nin
işlədilməsi xəstəxana müdiriyyətinə daha əlverişli metod və proqramlar təqdim edərək xəstəxananın
idarəsi və xəstələrə xidmət təqdim etmək işində kömək edir.
İndi səhiyyə və dərman mərkəzləri, xüsusilə, xəstəxanalar özlərinin informasiya idarəetmə
sistemlərinin işlənməsini istəyirlər. Bundan məqsəd idarəetmə ilə bağlı xərclərin azalması zərurəti
idi. Amma indi müalicəvi xidmətlərin keyfiyyətinin əhəmiyyəti getdikcə artır və bu işdən məqsəd
odur ki, hər şəxsin səhiyyə və müalicəvi informasiyalarının hamısı ETH (Elektron Tibbi Hesabat)
kimi elektron
sənəd şəklində saxlanılsın ki, ölkənin hər nöqtəsindən kompyuter sistemi vasitəsilə
əldə edilə bilsin. Lakin dünya xəstəxanalarının bir çoxu hər sektor üçün müxtəlif kompyuter
sistemindən istifadə etmişlər ki, bu sistemlərin hər biri özünəməxsus xüsusiyyətə malikdir, ona görə
də fəaliyyətdə olan informasiya sistemləri bir-birinə informasiya ötürə biləcək qabiliyyətə malik
deyillər. Halbuki indiki zamanda xəstəxanalarda getdikcə klinik, poliklinik və xəstəxanaların
idarəsinə aid informasiyalarının mübadiləsinə ehtiyac duyulur.
Müxtəlif xəstəxanalar müxtəlif işləmə və xidmət metoduna malikdirlər, amma onların hamısı
XİS-i kimi kompyuter sistemindən istifadə etməkdə eyni məqsədi güdür və maraqları birdir.
Həmin ortaq məqsədlər aşağıdakı faktorlar üzərində tərif edilə bilərlər:
•
müxtəlif hissələrdə xidmət xərcləri və keyfiyyətə nəzarət etmə;
•
xəstəxanalarda həyata keçirilən icra fəaliyyətləri və siyasətlərin işləkliyinin miqdarının
mühasibatı;
•
xəstəxananın mövcud fəaliyyətinin durumunda çatışmazlıqlar və problemlərin tanınması və
onların aradan qaldırılması;
•
insani qüvvənin azaldılması ilə xidmətlərin keyfiyyətinin artırması;
•
xəstəxananın bölmələri arasında informasiyaların ötürməsi üçün düzgün əlaqələrin
yaradılması;
•
işlərin yerinə yetirilməsinə nəzarət;
•
xəstəxananın müxtəlif struktur bölmələrinin idarə olunması üçün idarəetmə bilgilərinin
toplaması.
Bu faktorları nəzərə alanda ideal bir XİS-nin strukturunun mürəkkəbliyini görmək olar. Buna
görə Amerika və Avropa toplumlarında XİS-ləri müxtəlif sistemlər kompleksindən təşkil edilmiş
bir əsas sistem kimi tanıyırlar.
XİS-inin struktur və funksiyası. XİS-i hər bir xəstəxana kompleksinin müxtəlif orqanik
komponentləri üçün funksiyaları və onların maraqları əsasında aşağıdakı kimi tərif etmək olar:
60
Makro idarəetmə zəminində. Müştərilərin razı salınması uğrunda müalicə keyfiyyətinin
yüksəldilməsi və xərclərin azaldılması üçün müvafiq informasiya əldə etməklə loqistik, kapital
qoyuluşu, texnologiya və insani qüvvə haqqında doğru və düzgün qərar verilməlidir.
Orta i
darəetmə zəminində.
•
Xəstəxana işçilərinin funksiyalarına nəzarət;
•
çatışmazlıqların zamanında tanınması;
•
xəstəxananın inzibati və maliyyə məlumatlarını əldə etmək;
•
makro idarəetməyə cavab vermək üçün düzgün və dəqiq idarəetmə məlumatlarını hazırlamaq
imkanı əldə etmək;
•
xəstələr və müştərilərin gündəlik problemlərinin həlli ilə uğraşmaq;
•
maliyyə müdirliyi ilə düzgün əlaqə yaratmaq.
Şöbə idarəetmə zəmində.
•
Tibb bacıları və şöbə üzrə xidməti kadrların saatlarının dəqiq proqramlaşdırması və zamanın
hədərə getməsinin qarşısını almaq;
•
lazımi insani qüvvələrin tərif edilməsi üçün şöbə kadrlarının iş həcmini faktiki şəkildə müəyyən
etmək;
•
xidmət və işlənən materiallar tələbatının kontrolu və qənaət üçün onların təkrar məsrəfinin
qarşısını almaq;
•
şöbənin mövcud vəziyyətinin kontrolu üçün xəstəyə həqiqi lazım olan materialların dəqiq
məlumatının verilməsi;
•
xəstələrin xəstəxanada yatırılmalarına cavabdeh olmaq və dolu çarpayıların miqdarını təyin
etmək.
Bunlardan başqa ayrı-ayrılıqda aşağıdakıları da nəzərdən keçirmək mümkündür.
•
xəstələrə qulluq və nəzarət imkanları
•
m
üalicə həkimləri üçün yaradılacaq imkanlar
•
Cərrahlığın idarəetməsi haqqında
•
Pol
iklinik idarəetməsi haqqında
•
Aptekin müdiriyyətinə aid
•
Maliyyə müdiriyyəti zəminində təqdim edilən imkanlar
•
Təxirəsalınmaz halın idarəetməsində imkanlar
•
Şöbə katibliyinə aid imkanlar
Ümumiyyətcə hər xəstəxananın müxtəlif hissələrinin ehtiyac və tələbləri bu ehtiyaclara cavab
verməli olan XİS-in quruluşunun mürəkkəbliyini təyin edir.
XİS-nin xüsusiyyətləri
•
hər tibbi hadisədə xüsusi verilənlər axını yaradır.
•
yeni ehtiyacları tanımaqla onun getdikcə inkişafı mümkün olur.
•
bütün müalicəvi-dərman mərkəzlərində istifadə edilə bilər.
•
ən güclü, mükəmməl təhlükəsizliyi təmin edən sistemə malikdir.
•
İnformasiyaların emal və ehtiyat götürməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş şəkildə
ola bilər;
•
tibbi informatika standartları ilə sıx uyğunluğa malikdir;
•
müxtəlif proqram aparatı və proqram təminatı ilə informasiya ötürmə imkanına malikdir;
•
elektron kart imza sistemlərindən istifadə və himayə etmə sisteminə malikdir;
•
xəstələrin tanıma və müalicəsi üçün istifadə etmə imkanı
Aşağıdakı yollarla müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və xidmət qəbul edənlərin
razılığının artması mümkün olur.
•
xəstəxananın idarəsi zamanı elmi idarəetmənin yaranması;
•
xərclərin azaldılması və gəlirlərin artması ilə müalicə iqtisadıyyatının yaxşılaşdırması;
•
xəstəxana kadrlarının iş vaxtında qənaət etmək, yəni kadrların informasiyanın ötürmə və
izləməyə sərf etdiyi zamana qənaət etməklə xidmət təqdim etmə zamanının artması imkanı;
61
•
xidmət zamanının qeyd edilməsi ilə xəstəxananın müxtəlif bölmələrinin işlərində məntiqi
nizamın yaradılması.
XİS mövcud olduqda tibbi qanunları pozmanın miqdarı azalacaq, çünki xəstələrin tibbi
sənədləri dəqiq, faktiki, məlum tarixli və dəyişilməz olacaqdır. Uzaqdan müalicə yolu ilə XİS
vasitəsilə həm ölkə daxilində, həm də ölkənin xarici ilə mümkün olacaqdır. XİS aşağıdakı yollarla
tibbi təlimin yüksəlməsinə səbəb olacaqdır:
1. Ölkənin daxili və ya ölkəxarici universitetlər arasında xəstələrin tibbi elektron sənədlərinin
qarşılıqlı ötürülmə imkanı və bu xəstələrin xəstəliklərinin tanıma və müalicəsi ilə bağlı elmi
mübahis
ələr və uzaqdan elmi konfransların həyata keçirilməsi;
2. Təlim iclaslarında xəstələrdən toplanan bütün informasiyalar, çəkilmiş şəkillər və kino-
filmlərin göstərmə imkanı və bu iclasların keyfiyyət və cazibədarlığının artması;
3. XİS ilə xəstələrin tibbi sənədlərinin mükəmməl olması mümkündür.
XİS-nin dəyəri haqqında aparılmış araşdırmalar. Dünya miqyasında aparılan araşdırmalar
göstərir ki, bu sistemin işlədilməsi səhiyyə və müalicə xidmətlərinin keyfiyyətinin yüksəlməsini
yaxşılaşdıraraq, müştərilərin razılığına səbəb olub və bu sistemin elmi bir müdiriyyət və müalicə
iqtisadıyyatının yaxşılaşmasına müsbət və təsirli rol oynayır.
XİS dərman yazıb-vermə zamanı yaranan xətaların 26%-ini azaltmış və bir çox xəstənin
xəstəxanada yatırılmasının qarşısını almış və ildə milyonlarla dollardan artıq qənaətə səbəb
olmuşdur .
Amerika xəstəxanalarında həyata keçirilən başqa bir araşdırma da sübut etdi ki, xəstəxananın
kiçik miqyasında aparılan avtomatizasiya metodları avtomatizasiya sistemlərinin işlədilməsinin
yax
şılıqlarını yerinə yetirə bilməz.
XİS-nin verdiyi verilənlər gündəlik tibbi fəaliyyətlər zamanı toplanaraq ehtiyat götürülür və
müxtəlif funksiyalar üçün xəstəxanada istifadəyə verilməklə yanaşı bu verilənlər lazımi zamanda
kliniki epidemioloji araşdırmalar üçün də istifadə edilə bilər.
Dostları ilə paylaş: |