51
1992- ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından
sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyə başladılar
və Linux əməliyyat sistemi inkişaf etməyə başladı. Hal-hazırda Linux tamfunksiyalı, açıq
və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin, GNU layihəsi çərçivəsində proqram
təminatı olmasaydı bu baş verməyəcəkdi. Linux - GNU-nun çoxlu utilitlərini özündə
saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC,
SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF)
hesabına inkişaf edir.
Linux - Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili
ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün
hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan
verir. Həmçinin, Linux digər platformalara da keçdi.
Linux-un nüvəsi. Nüvə - əməliyyat sisteminin əsasıdır. O, yaddaşın paylanması,
proseslərin və periferiya qurğularının idarə olunmasına cavab verir. Linuxun nüvəsi FAT
və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri
(ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək
mümkün deyil.
Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif
pəncərə şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME
kimi qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-
DOS proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS
emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə
yetirməyə imkan verir. Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə
hazırlanmışdır. Onlardan ən çox tanınanı Wine-dır. Wine - Windows API-ın sərbəst
realizə edilməsidir. Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var. Linux - DOS
və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. Belə ki,
bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman bəzi
tənzimləmələr etmək lazımdır.
TCP/IP - Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir. TCP/IP - internet
üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix maşını
da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları
dəstəkləyir.
Dostları ilə paylaş: