Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


 Əməliyyat sistemi anlayışı. Əməliyyat sisteminin təsnifatı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   2   3   4   5   6   7   8   9   10   ...   54
2. Əməliyyat sistemi anlayışı. Əməliyyat sisteminin təsnifatı 
və funksiyaları 
Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə 
salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin 
istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. 
Resurs dedikdə kompüterin istənilən komponenti-mərkəzi prosessor, əməli və xarici 
yaddaş, xarici qurğu, proqram və s. başa düşülür. Əməliyyat sistemləri-informasiya 
emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin 
edir. ƏS-in əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin 



avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə 
edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə 
yetirilməsinə nəzarət edir. 
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə 3 qrupa bölünür: 
■ 
birməsələli (biristifadəçili); 
■ 
çoxməsələli (çoxistifadəçili); 
■ 
şəbəkə 
Birməsələli əməliyyat sistemləri - bir istifadəçinin iş prosesində yalnız konkret bir 
məsələnin həlli üçün istifadə edilir. Bu cür əməliyyat sisteminin əsas nümunəsi MS DOS -
dur. 
Çoxməsələli əməliyyat sistemi - fərdi kompüterdən istifadəçilərin multiproqram vaxt 
bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Belə əməliyyat sisteminə misal olaraq 
UNİX, OS/2, WINDOWS 95/98/2000 və s. göstərmək olar. 
Şəbəkə əməliyyat sistemləri - lokal və qlobal kompüter şəbəkələrinin meydana 
gəlməsi ilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciətini 
təmin edir. Bu əməliyyat sisteminə Novell Net Ware, WINDOWS NT, Banyan Vines, İBM 
LAN, UNİX, Solaris və s. misal göstərmək olar. 
Əməliyyat sistemi kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi 
arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına görə 
interfeysin aşağıdakı növləri vardır: 
- Proqram interfeysi-hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı 
əlaqəsini təmin edən vasitələr məcmusudur. 
- istifadəçi interfeysi-istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və 
aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və obyektyönlü ola bilər. 
- Əmrli interfeys-istifadəçiyə kompüter resurslarının idarə olunması üçün əmrləri 
klaviaturadan daxil etməyə imkan verir. 
- Obyektyönlü interfeys-obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı, 
proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin 
resurslarını idarə edir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin