Azərbaycan texnologiya universiteti “Avtomatika və informasiya texnologiyaları” kafedrası “Əməliyyat sistemləri” fənninin proqram I



Yüklə 43,32 Kb.
səhifə1/3
tarix02.10.2022
ölçüsü43,32 Kb.
#64447
  1   2   3
1 Proqram Emeliyyat sistemleri


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ

Avtomatika və informasiya texnologiyaları” kafedrası


Əməliyyat sistemləri” fənninin


P R O Q R A M I

Bakalavr hazırlığı üçün


050632 –“İnformasiya texnologiyaları və sistemləri
mühəndisliyi”
050655 –“İnformasiya texnologiyaları”
ixtisasları üzrə
Azərbaycan Texnologiya Universitetinin
Elmi Şurasının 2019-cu il tarixli saylı iclas protokolu ilə təsdiq edilmiş və qrif verilmişdir.
G ə n c ə – 2019
Elmi redaktor:
Azərbaycan Texnologiya Universitetinin
“Avtomatika və informasiya texnologiyaları” kafedrasının professoru, t.e.d. Bağırov Bayram Məhəmməd oğlu
Rəy verənlər:
Azərbaycan Texnologiya Universitetinin
“Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasının müdiri, professor, t.e.d. Sakit Qambay oğlu Verdiyev

Azərbaycan Dövlət Aqrar Universitetinin


“Elektrik mühəndisliyi” kafedrasının
müdiri, t.e.n., dosent Mahir Manaf oğlu Bağırzadə
Tərtib edənlər:
Azərbaycan Texnologiya Universitetinin
“Avtomatika və informasiya texnologiyaları” kafedrasının
müdiri t.e.n., dosent Hacıyev Rövşən Mustafa oğlu

Azərbaycan Texnologiya Universitetinin


“Avtomatika və informasiya texnologiyaları” kafedrasının
baş müəllimi Cuma Mahmud oğlu Hüseynov

Azərbaycan Texnologiya Universitetinin


“Avtomatika və informasiya texnologiyaları” kafedrasının
assistenti Pərvin Əli qızı Abbasova

© Azərbaycan Texnologiya Universiteti


1.İzahat vərəqi
“Əməliyyat sistemləri” kursu tədris planına əsasən 050632 - “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” və 050655 - “İnformasiya texnologiyaları” ixtisaslaşması üzrə təhsil alan bakalavrların hazırlığı üçün nəzərdə tutulub.
“İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” kursu özünün xüsusi bölmələrinin və başqa əlaqəli fənlərin öyrənilməsi üçün nəzəri və metodoloji əsasdır.
Əməliyyat sistemi kompüter resurslarını - mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitəsidir.
Əməliyyat sistemi kompüter resurslarını - mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitəsidir. Əməliyyat sistemləri - kompüterin aparat hissələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təşkil edir. Bununla yanaşı ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması və tətbiqi proqramların idarə edilməsidir.
Yəni ƏS istifadəçiyə lazım olan proqramı kompüterin əməli yaddaşına yükləyir və proqramda göstərilən əmrlərin yerinə yetirlməsinə nəzarət edir. Mövcud olan əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç hissəyə bölünür: - birməsələli; - çoxməsələli; - şəbəkə. Birməsələli əməliyyat sistemi ancaq müəyyən bir anda bir məsələni həll edə bilər. Bu tip əməliyyat sisteminə nümunə olaraq Microsoft firmasının yaratdığı MS-DOS-u göstərmək olar. MS-DOS (Microsoft Disk Operating System - Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.
Proqram əməliyyat sistemləri haqqında müəyyən biliklərə sahib olmaq və onlar üzərində müəyyən əməliyyatların aparılması qaydaları ilə tanış olmaqdır.
Proqramda bu yuxarıda deyilənlər maksimum dərəcədə nəzərdə tutulur.
Fənn proqramında tələbə bilməlidirbacarmalıdır meyarları əks etdirilmişdir ki, bu da fənnin öyrədilməsinin vəzifələrini müəyyənləşdirir.



Yüklə 43,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin