25 iyun 2014-ъц ил
http://www.amu.edu.az
7
D
övlət-buraxılış imtahanları ar-
tıq sona çatıb. İmtahanların
gedişatında obyektivlik və şəffaflıq
gözlənilmiş, hər bir tələbənin hazır-
laşıb sərbəst cavab verməsi üçün
əlverişli şərait yaradılmışdır.
İmtahanların nəticələri ilə daha yaxın-
dan tanış olmaq, builki məzunlar haq-
qında statistik məlumatlar almaq üçün I
müalicə işi fakültəsinin dekanı, professor
Abuzər Qazıyev, II müalicə işi fakültəsinin
dekanı, dosent Taryel İsmayılov, pediat-
riya fakültəsinin dekanı, dosent Nəriman
Nağıyev, tibbi-profilaktika və tibbi-biolo-
giya fakültəsinin dekanı, dosent Aydın
Məmmədov, stomatologiya fakültəsinin
dekanı, professor Zöhrab Qarayev, hərbi
tibb fakültəsinin rəisi, tibb xidməti pol-
kovnik-leytenantı Fəxrəddin Ağayev və
əczaçılıq fakültəsinin dekanı, professor
Tahir Süleymanovla əlaqə saxladıq.
Məlum oldu ki, I müalicə işi fakültəsini
bu il 254 nəfər bitirir. Bunlardan 216-sı
Azərbaycan, 22-si rus, 16-sı isə ingilis dili
bölmələrinin məzunlarıdır. Bu məzunların
sırasında 8-i Prezident təqaüdçüsü ol-
maqla 24 tələbə fərqlənmə diplomuna la-
yiq görülmüşdür.
II müalicə işi fakültəsini bu il 267 nəfər
bitirir. Bunlardan 231-i Azərbaycan,
36-sı rus bölməsinin məzunudur. Bu
məzunların sırasında 3-ü Prezident
təqaüdçüsü olmaqla 28 tələbə fərqlənmə
diplomuna layiq görülmüşdür.
Hər iki fakültənin tələbələri cərrahi
xəstəliklər, daxili xəstəliklər, mamalıq və
ginekologiya fənlərindən dövlət imtahan-
ları vermişlər.
Pediatriya fakültəsini bu il 186 nəfər
bitirir. Bunlardan 161-i Azərbaycan,
25-i isə rus bölməsinin məzunudur. Bu
məzunların sırasında 14 nəfər fərqlənmə
diplomuna layiq görülmüşdür.
Tələbələr uşaq xəstəlikləri və uşaq
cərrahlığı fənlərindən dövlət imtahanları
vermişlər.
Stomatologiya fakültəsini 200 nəfər
tələbə başa vurur. Onlardan 98 nəfəri
Azərbaycan vətəndaşı, 102 nəfəri isə
əcnəbidir. Builki məzunlar dörd fəndən se-
mestr imtahanı, üç fəndən isə-terapevtik
stomatologiya, ortopedik stomatologiya
və ağız, üz-çənə cərraihyəsi fənlərindən
yekun dövlət imtahanı veriblər. İmtahan-
lar iki mərhələdə - bacarıqlar və nəzəri
biliklər hissəsindən ibarət olmuşdur.
Tibbi profilaktika və tibbi biologiya
fakültəsini tibbi profilaktika ixtisası üzrə
bitirməli olan 44 tələbə, eyni zamanda
keçən il dövlət imtahanlarına buraxılmış
5 nəfər son kurs tələbəsi 2013-2014-cü
tədris ilində akademik borclarını təkrar
dinləmələr vasitəsilə ləğv etdikləri və
müvafiq tədris kreditlərini topladıqları
üçün dövlət imtahanlarına buraxılmışlar.
Beləliklə, dövlət imtahanlarına buraxılan
49 nəfər tələbə imtahanları uğurla verərək
həkim adına layiq görülmüşlər.
Tibbi biologiya ixtisası üzrə təhsil alan
məzunlar artıq 3-cü ildir ki, kredit siste-
minin tələblərinə uyğun olaraq dövlət im-
tahanlarını iki mərhələdə verirlər. İxtisas
üzrə son kursda təhsil alan 30 tələbədən 3
nəfəri təhsil proqramını yerinə yetirmədiyi
üçün dövlət imtahanlarına buraxılmamış-
dır. Eyni zamanda keçən il dövlət imta-
hanlarına buraxılmış 3 nəfər son kurs
tələbəsi 2013-2014-cü tədris ilində akade-
mik borclarını təkrar dinləmələr vasitəsilə
ləğv etdikləri və müvafiq tədris kreditlərini
topladıqları üçün dövlət imtahanlarına bu-
raxılmışlar. Dövlət imtahanlarından uğur-
la keçən 27 nəfər tələbəyə həkim-bioloq
adı verilmişdir.
Əczaçılıq fakültəsini 64 tələbə biti-
rir. Onların 16 nəfəri əcnəbi tələbədir.
Məzunlar toksikoloji kimya, əczaçılıq kim-
yası, farmakoqnoziya, əczaçılığın təşkili
və əczaçılıq texnologiyası fənlərindən
diplom müdafiəsi etmişlər.
Qeyd edək ki, şəffaflıq və tələbkarlıq
şəraitində keçirilmiş imtahanlarda heç bir
münaqişə halı yaranmamışdır. Xırda na-
razılıqlar operativ olaraq Dövlət Attesta-
siya Komissiyası tərəfindən yerindəcə də
həll edilmişdir.
ATU-nun rektoru, millət vəkili, akademik
Əhliman Əmiraslanov dövlət-buraxılış im-
tahanlarının gedişini daim nəzarətdə sax-
lamışdır.
* * *
Yay-semestr imtahanlarına gəldikdə
isə “Virtual Test Mərkəzi”nin məlumatına
əsasən,
imtahanlarda
5000-ə
ya-
xın tələbə 130 adda fəndən imtahan
verəcək. Əvvəlki illərə nisbətən imtahan
verən tələbələrin sayı çoxalıb, testə sa-
lınan sualların sayı artıb və bir qədər də
mürəkkəbləşdirilib. Həmçinin müəyyən
fənlər üzrə test bankı yaradılıb. Bir sözlə,
bu sistemin özündə yenilik olmasa da,
müsbətə doğru xeyli dəyişikliklər var.
İmtahanlar başlayan gündən hörmətli
rektorumuz, millət vəkili, akademik
Əhliman Əmiraslanov dəfələrlə “Virtual
Test Mərkəzi”nə gələrək tələbələrlə gö-
rüşüb, onların imtahanla bağlı fikirlərini
dinləyib, problemləri ilə yaxından ma-
raqlanıb. Rektorla tələbələrin bütün
görüşlərində klassik imtahanla yeni virtu-
al test imtahanlarının fərqli cəhətlərindən
söhbət açılıb. Tələbələrin böyük əksəriy-
yəti bu sistemin daha ədalətli və obyek-
tiv olduğunu dönə-dönə vurğulayıblar.
Mərkəzdən bildirilib ki, yay-semestr
imtahanları rektorun müvafiq əmrinə
əsasən iyul ayının 3-də başa çatacaq.
Dostları ilə paylaş: