Əhmədova Ülkər Eldar qızı
2008-ci ildə Bakı
şəhərindəki 207
saylı orta məktəbi
əla qiymətlərlə
bitirərək 610 balla
Azərbaycan Tibb
Universitetinin (ATU)
II Müalicə-profilaktika
fakültəsinə daxil
olub. Universitetlərdə
təhsil aldığı
müddətdə müxtəlif
elmi konfranslarda
iştirak edib. 2009-cu ildə Tələbə Elmi
Cəmiyyətinin (TEC) 77-ci yekun elmi
konfransında qalib olduğu üçün diploma
layiq görülüb. II Mamalıq və ginekologiya
kafedrasında “Preeklampsiya və eklampsiya
perinatal nəticələr” mövzusunda elmi iş
götürüb və 2012-ci ildə TEC-in fakültə
konfransında qalib olub. 2012-2013-cü illərdə
Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq
Cəmiyyətinin (GAMCA) təşkil etdiyi
radiologiya, laparoskopiya üzrə keçirilən
treyninq kurslarında iştirak edərək müvafiq
sertifikatlara layiq görülüb. ATU-nun Tələbə
Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil
etdiyi “5 günlük rezident ol” layihəsində
iştirak edib və ATU TTK-nın Daxili xəstəliklər
kafedrasında tələbə-rezident olub. 2013-
cü ilin avqust ayında GAMCA-nın Summer
Medical School layihəsi çərçivəsində
Almaniyanın Mannhaym Universitet
Klinikasının damar cərrahiyyəsi şöbəsində
bir aylıq hospitasyon keçib. Bundan başqa
bir sıra nüfuzlu kurslarda iştirak edərək
sertifikatlar almışdır.
Arzusu Almaniyanın yüksək ixtisaslı
nüfuzlu klinikalarının birində rezidentura
təhsilini davam etdirməkdir. İnterventional
kardiologiya üzrə ixtisaslaşıb və ölkəmizdə
yeni inkişaf edən bu sahədə yaxşı
mütəxəssis kimi formalaşmaq və Hippokrat
andını rəhbər tutaraq doğma Vətənimizdə
insanların sağlamlığı keşiyində durmaq
niyyətindədir.
Dostları ilə paylaş: |