MƏNSUR
u Professor-müəllim, köməkçi və
tələbə heyətinin təbii və texnogen
xarakterli
fövqəladə
hallardan
qorunması, fövqəladə halların qarşısının
alınması və insanların bu sahədə
xəbərdar
və
təlimatlı
olmasında
səmərəliliyin artırılması məqsədi ilə
11 mart 2015-ci ildə universitetimizin
rəhbər heyətinin Mülki Müdafiə Məşqi
keçirilmişdir.
Universitetin İnzibati binasında reallaşan
tədbir hörmətli rektorumuz–obyektin
Mülki Müdafiə rəhbəri, akademik Əhliman
Əmiraslanovun göstəriş və tövsiyələrinə
əsasən universitetin Mülki Müdafiə
Qərargah rəisi Firdovsi Məmmədov
tərəfindən hazırlanmışdır.
Tədbirə universitetin Rəhbər heyəti–
prorektorlar, fakültə dekanları, Fövqəladə
Hallar Komissiyasının sədri və üzvləri, MM
Qərargah üzvləri və Hərbiləşdirilməmiş
MM qüvvələrinin komandir–rəis heyəti
cəlb olunmuşdur.
Məşqə
rəhbərliyi
obyekt MM rəhbərinin
I müavini, tədris işləri
üzrə prorektor Sabir
Əliyev etmişdir.
Məşqin
mövzusu
“Fövqəladə hadisələrin
nəticələrinin
aradan
qaldırılması
zamanı
mülki müdafiə orqan
və qüvvələrinin idarə
edilməsinin
təşkili”
olmuşdur.
Rəhbər heyətin MM məşqi “Plana
əsasən” 11.03.2015-ci ildə saat 09:00-da
başlamış və 17:00-da bitmişdir.
Tədbirin keçirilmə vaxtı iş xəritəsinə
uyğun olaraq, “şərti” baş vermiş zəlzələ
nəticəsində inzibati binada “dağıntı”
və “yanğın”, 2 saylı tədris binasında
“partlayiş-yanğın” hadisələri baş vermiş,
xəsarət alanlar olmuşdur.
Mühəndis kəşfiyyat manqası hadisələri
qiymətləndirmiş və xilasedicilər xəsarət
alanları şərti tibb məntəqəsinə çatdırmışlar.
Şərti
«yanğınlar»
öz
qüvvəmizlə
söndürülmüşdür. Qəza–bərpa dəstəsi
«dağıntı və yanğınlar»ın nəticələrinin
aradan qaldırılmasına başlamışdır.
Məşqin
nəticələri
araşdırılaraq
bildirilmişdir ki, iştirakçıların fəaliyyətini
qənaətbəxş qiymətləndirmək olar.
Dostları ilə paylaş: |