so ru, tibb elmləri doktoru, “Qızıl Qələm” me-
dia və “İbn Sina” beynəlxalq mükafatları lau-
reatı Sərvər Nəriman oğlu Alimetovun 75 yaşı
tamam oldu.
S.Alimetov 1940-cı ilin martın 12-də
Azərbaycan Respublikası Qusar rayonu-
nun Düztahir kəndində anadan olmuş-
dur. O, 1946-cı ildə Düztahir kənd orta
məktəbinə daxil olmuş və buranı 1956-cı
ildə qızıl medalla bitirmişdir. Sözügedən
məktəb 1946-cı ildə Düztahir kəndi və
onun ətraf kəndləri üçün, İkinci Dünya və
Böyük Vətən müharibələri qurtardıqdan
sonra açılmış və kənd əhalisi arasında
“kənd akademiyası” adlanırdı. Burada
o zaman tətbiq olunan vahid proqressiv
proqram üzrə qabaqcıl fənlər yüksək
ixtisaslı müəllimlər tərəfindən tədris
olunurdu, ciddi nizam-intizam gözlənilir,
təlim-tərbiyə aparılır, patriotluq aşılanır
və daim canlı həyat ruhu hiss olunurdu.
Hər tərəfli olaraq, orta təhsil biliklərinə
dərindən nail olmuş S.Alimetov 1956-
cı ildə N.Nərimanov adına Azərbaycan
Tibb İnstitutunun pediatriya fakültəsinə
daxil olmuşdur. 1962-ci ildə ali təhsilini
əla qiymətlərlə başa vurduqdan sonra,
onun Azərbaycan Tibb Universitetində,
uşaq cərrahiyəsi kafedrasında saxlanıl-
ması haqqında Elmi Şuranın qərarına
baxmayaraq, o, kəndə təyinat götürmüş-
dür.
1962-1970-ci illərdə Azərbaycan Res-
publikası Qusar rayonu Şirvanovka
Regional Xəstəxanasında baş həkim
vəzifəsində çalışmışdır. Bu xəstəxana
Nabran, Yalama, Şirvanovka, Samur
qəsəbəsi olmaqla Azərbaycan-Dağıstan
sərhədi boyunca 20-dən çox kənd və
obalara tibbi xidməti çox istiqamətli
şəkildə göstərirdi. Həmin illərdə əhali
arasında müxtəlif parazitar və infeksiya
mənşəli xəstəliklər, yüksək uşaq ölümü
göstəricisi, səhiyyə-maarif işinin yoxluğu
xüsusilə baş alıb gedirdi. S.Alimetovun
7 il ərzində bu sahədə peşəkar kollektiv
və əhalinin fəallığı ilə birlikdə göstərdiyi
gərgin təşkilatçılıq, səhiyyə, diaqnostika,
müalicə və profilaktik əməyi sayəsində,
yüksək nəticələr əldə edilmiş, uşaq ölü-
mü xeyli aşağı endirilmiş, Nabran turistik
bazasında tibbi xidmət yaxşılaşdırılmış-
dır.
1970-ci ildə səhiyyə sahəsində böyük
praktik təcrübə qazanmış S.Alimetov
Azərbaycan Tibb İnstitutunun, akademik
C.Abdullayevin rəhbərlik etdiyi hospital
terapiya kagedrasına aspiranturaya çox
gərgin konkurs üzrə daxil olmuşdur.
S.Alimetov 1972-ci ildə Azərbaycan
Tibb İnstitutunda “Öd kisəsi və öd-
çıxarıcı yolların xəstəliklərində su və
elektrolit mübadiləsinin dinamikası”
mövzusunda, tibb elmləri namizədi dis-
sertasiyasını, vaxtından erkən olmaqla
müvəffəqiyyətlə müdafiə etmişdir. Bu
dissertasiya üzrə duodenal zondun mo-
difikasiyasını və öddə elektrolitlərin alov-
lu fotometr vasitəsilə müəyyən edilməsi
üsulunu işləyib hazırlamışdır.
Tibb elmləri namizədi dissertasiya-
sının müdafiəsindən sonra, aspirantu-
ranı vaxtından əvvəl müvəffəqiyyətlə
başa vurmuş kadr kimi o, Azərbaycan
Tibb İnstitutunun hospital terapiya ka-
fedrasında assistent, müxtəlif illərdə
pediatriya fakültəsində elmi işlər üzrə
dekan müavini, internatura şöbəsinin
müdiri,
Azərbaycan
Respublikası
Tibb-Məhkəmə Ekspertizasında tera-
pevt-ekspert, Səhiyyə maarif müşaviri,
fakültə partiya təşkilatının katibi və sair
məsul vəzifələrdə işləmişdir. Onu da
qeyd edək ki, o illərdə dekan ilə partiya
təşkilatı katibi bərabər yüklü vəzifələr sa-
yılırdı. 1976-cı ildə Azərbaycan Tibb İns-
titutu daxili xəstəliklər kafedrasına do-
sent vəzifəsinə seçilmişdir. 1977-1980-
ci illərdə xüsusi xarici ezamiyyət üzrə,
Afrika qitəsində Əlcəzairdə, 3 il həkim
vəzifəsində, Benisaf mərkəzi çox pro-
filli xəstəxanada işləmişdir. Bu müddət
ərzində Əlcəzair, Mərakeş, Tunis, Maca-
rıstan, Bolqarıstan, Rusiya, Yaponiya və
digər ölkələrdə keçirilmiş elmi konfrans,
konqress və simpoziumlarda fəal iştirak
etmişdir.
S.Alimetov 1998-ci ildə “Xronik ürək
çatışmazlığında hemodinamik və home-
ostaz pozğunluqlarının xüsusiyyətləri və
korreksiyası” müvzusunda, tibb elmləri
üzrə doktorluq dissertasiyasını müdafiə
etmişdir. Burada ürək çatışmazlığı-
na düçar olmuş xəstələrdə bəzi toksiki
mikroelementlərin çoxluğu sayəsində
toksikozlar, bradikardiya, hipotoniya,
refrakter vəziyyətlərdə rekompensasiya
üsullarını işləyib hazırlamışdır; yeni kli-
nik əlamət, Alimetov simptomu adı al-
tında təsvir edilmişdir (“Tibb terminləri
və klinik simptomlar”). 1971-ci ildən
Azərbaycan və Rusiya terapevtlər, kar-
dioloqlar cəmiyyətlərinin üzvüdür.
Türkiyə, Rusiya, Orta Asiya, Avro-
pa və Amerika ölkələrində çap olun-
muş onlarla elmi məqalənin, 300-dən
çox elmi işin, 50-dən çox kitabın, o
cümlədən 20-dən çox dərsliyin, el-
mi-praktik vəsaitin, monoqrafiyanın,
metodik tövsiyənin, 7 səmərələşdirici
təklifin müəllifidir. Azərbaycan Tibb
Universitetində
fəaliyyət
göstərdiyi
45 ilin ərzində yüzlərlə tələbə, gənc
əməkdaş və dissertantların elmi işlərinin
yerinə yetirilməsində və formalaşmasın-
da onun yaxından köməyi olmuşdur.
S.Alimetov “Qızıl Qələm” media və “İbn
Sina” beynəlxalq mükafatları laureatıdır,
2005-ci ildə ilin ən yaxşı tədqiqatçı alimi
sayılmışdır.
Böyük vətənpərvər, gözəl insan və
valideyn, dərin bilikli və bacarıqlı tera-
pevt və kardioloq, məhsuldar alim və
yorulmaz müəllim S.Alimetov hazırda
Azərbaycan Tibb Universitetində Daxili
xəstəliklər kafedrasında yaradıcılıq işini
davam etdirməkdədir.
Dostları ilə paylaş: |