Şəkil 1: İsmailiyyə sarayının bərpadan sonra fasadında SSRİ-nin beşguşəli qırmızı ulduzu (2023) Bir çox nəzəriyyəçilər müxtəlif dövrlərdə meydana çıxan formaların cəmiyyətlərdə hökmranlıq edən siyasətin davamı olduğunu iddia edirlər. Məsələn, kvadrat demokratiyanı, piramida oliqarxiyanı və ya mərkəzi plan mərkəzi idarəetməni göstərir [2].
Beşguşəli qırmızı ulduzdan başlayaraq, hər yerdə eyni ulduzu görən insanlar indi bu ulduzu öz simvolu kimi qəbul etməyə başlayıblar və bu ulduzu və oxşar sovet simvollarını görmək insanlar üçün adi hala çevrilib. O dövrdə yaşamış, məktəblərdə, inzibati binalarda, televiziya kanallarında, küçələrdə, demək olar ki, hər yerdə eyni simvolları görən insanlar arasında hələ də sovetlərin təsirindən çıxa bilməyənlər var [13].
Qırmızı ulduza adətən qədim Roma müharibə tanrısı Marsdan sonra Marsın ulduzu deyilir. Mars beşbucağından əvvəlcə Rusiya İmperator ordusunda, sonra isə Sovet Sosialist Respublikaları İttifaqında istifadə edilib [11].
Şəkil 2: Bərpadan sonra İsmayıliyyə sarayının fasadında SSRİ qırmızı ulduzu əlavə edilmiş medalyon və SSRİ Qızıl Ordusu bayrağının təsviri Siyasi məzmunlu daha bir dəyişiklik binanın fasadındakı ad lövhəsində baş verib. Binanın bərpasından sonra Azərbaycan üçün mühüm yeri olan İsmayıliyyə Sarayının fasad dizaynında təkcə dekorasiyalarda deyil, həm də binanın adında dəyişikliklər edilib. 1913-cü ildə tamamlanan binanın ön hissəsindəki “İsmailiyyə sarayı” mətni bərpadan sonra binanın fasad dizaynına əlavə edilməmiş və binanın adı dəyişdirilmişdir. Sonralar saray yuxarıda qeyd olunduğu kimi müxtəlif adlar altında müxtəlif qurumlar üçün fəaliyyət göstərmişdir [12].
Binanın birinci mərtəbəsində uzun dördbucaqlı formada vestibul yerləşir, daha sonra isə iri ironik sütunlu doye acılır. Sonra geniş üçmarşlı giriş pilləkənləri gəlir və bu pilləkənlərə paralell isə xidməti otaqlar yer alır. Bina Venesiya qotikası üslubunda tikilsə də burada avropa klassikasının memarlıq xüsusiyyətlərini görmək mümkündür. Bu xüsusilədə 2-ci mərtəbədəki korinf sütunlarda özünü göstərir. Həmçinin hissələrin incəliyi və detallardakı cizgilərin sadəliyi baxımından burada imperiya dövrü Ronasansin əks sədası hiss olunur. Binanın 1-ci mərtəbəsi rəsimlərlə bəzədilmiş həcmli çatma tağlardan ibarətdir.
Şəkil 3: Fasad görünüşündə “a” şəkildə 1991-ci ilə qədər kiril əlifbası ilə yazılmış binanın adı (Азербайчан ССР Элмлер Академиясы), “b” şəklində 1991-ci ildən sonrakı binanın adı (Azərbaycan Milli Elmlər Akademiyası) Binanın fasad dizaynında edilən dini dəyişiklik, bərpadan sonra memar Ploşkonun layihələndirdiyi günbəzlərin olmaması və günbəzlərin yerinə binanın əsas siluet motivləri kimi çıxış edən piramida formalı tağlar tətbiqi olmuşdur [4]. Aşağıdakı çertyojlardan sovet dövründə bərpa prosesində binanın fasadında edilən dini dəyişiklikləri görmək mümkündür. Memar binada müxtəlif örtüklü günbəzləri olan yumru belvederler yerləşdirmişdir.