Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü



Yüklə 287,88 Kb.
səhifə10/19
tarix28.12.2021
ölçüsü287,88 Kb.
#12156
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Rafiq BAYRAMOV,

Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb 

üzrə fəlsəfə doktoru, dosent

Vərəm tam sağalan 

xəstəlikdir

Bənövşəyi gün necə yaranıb

Ölkəmizdə vərəmdən ölüm 

hallarının sayı azalıb


31 mart    2016-cı il

http://www.amu.edu.az

5

Tədbiri  açan  AMEA-nın  prezi-



denti,  akademik  Akif  Əlizadə  çıxış 

edərək bildirdi ki, müsabiqənin əsas 

məqsədi  hər  il  olduğu  kimi  yuxarı 

sinif  şagirdlərində  müasir  düşüncə 

tərzinin  formalaşdırılması,  onların 

idarəetmə və tədqiqatyönlü fəaliyyətə 

cəlb  edilməsi,  o  cümlədən  gənclərə 

elmi  təfəkkür  tərzi  və  tədqiqatçılıq 

vərdişlərini aşılamaqdan ibarətdir.   

“Sabahın    Alimləri”    V  Respublika 

müsabiqəsində  250  şagird  129  elmi 

layihə  ilə  iştirak  edib.  Müsabiqəyə 

Bakı  şəhəri  ilə  yanaşı,  bölgələrin 

ümumtəhsil  məktəblərinin  şagirdləri 

də  öz  layihələrini  təqdim  etmişlər. 

Təqdim  edilən  layihələr  münsiflər 

heyəti tərəfindən I, II və III yerlərə la-

yiq görülüb.

Bu maraqlı müsabiqəyə Azərbaycan 

Tibb Universitetinin alimləri də qoşul-

muşlar. Belə ki, BDU-nun nəzdindəki 

“Gənc  İstedadlar”  liseyi ndən  və  Bakı 

şəhəri  Yasamal  rayonunun  60  say-

lı  tam  orta  məktəbindən    ATU-nun 

rəhbərliyinə  müraciət  edərək  Elmi 

Tədqiqat  Mərkəzində  hazırlanmış 

“Naftalan yağı ilə termiki və kimyəvi 

yanıqların  müalicəsi”  mövzusunda 

elmi  tədqiqat  işlərinin  müsabiqəyə 

hazırlanmasına  köməklik  istəmişlər. 

Bununla  əlaqədar  olaraq,  ETM-in 

direktoru,  ə.e.x.,  professor  Qalib 

Qarayev  mərkəzin  farmakologiya 

şöbəsinin  müdiri,  professor  Ramiz 

Axundova  təqdim  edilən  mövzunu 

şagirdlərlələ birgə araşdırmağı xahiş 

edib. 

Professor  R.Axundov  ilk  növbədə 



şagirdləri laboratoriyanın avadanlıları 

və təcrübə heyvanlarına qulluq qay-

daları ilə tanış etməklə, mövzuya dair 

ədəbiyyat  materiallarının  toplanma-

sında  şagirdlərə  dəyərli  məsləhətlər 

verib. Aparılan elmi-tədqiqat işlərinin 

nəticəsində  naftalan  neftinin  dəri 

xəstəliklərində  və  oynaq  ağrıların-

dakı  müalicəvi  xüsusiyyəti  məlum 

olub.  Tədqiqat  işlərinin    nəticələrinə  

əsasən    müxtəlif  yanıq  formalarına 

məruz  qalmış  təcrübə  dovşanları-

nın  ümumi  vəziyyəti    müəy yən  olu-

nub.  Belə  ki,  oyanıqlıq,  hərəkətlilik, 

davranış  motivasiyasının  dəyişikliyi, 

qida  qəbulunun  azalması,  aritemi-

ya,  bədənin  normal  temperaturunun 

artması, eksudatlı qabarıqların əmələ 

gəlməsi ilə müşahidə olunurdu. Ter-

miki yanıqlarla olan təcrübədə nafta-

lan yağının təsir dinamikası izlənildi. 

Belə ki, tədqiq olunan dovşanda ar-

tıq  3  sutkadan  sonra  termiki  təsirin 

toksiki  elementləri  aradan  qalxdı, 

dəri  səthi  yumuşalmağa,  eritema  və 

qabarlar  azalmağa,  qaysaq  itməyə 

başladı. Eksperimentin 7-10 günündə 

yaranın sonrakı sağalması qeyd olun-

du və yeni tük örtüyü əmələ gəldi. 

Qeyd  edək  ki,  universitetimizin 

professoru  R.Axundov    keçirilən  bu 

mühüm müsabiqənin işində dəfələrlə 

fəal  iştirak  edib.  Onun  rəhbərliyi 

altında  tədqiqat  işlərinə  qatılan 

şagirdlər hər dəfə yüksək yerlərə və 

sertifikatlara layiq görülüblər. 

Tədbirdə çıxış edən  Beynəlxalq EKO 

Energetika akademiyasının preziden-

ti,  akademik  Fəqan  Əliyev  naftalan 

yağının müalicəvi xüsusiyyətini qeyd 

edərək, dünyada belə bir əhəmiyyətli 

sərvətin  məhz  Azərbaycana  məxsus 

olmasından  qürur  duyduğunu  dilə 

gətirdi.    

AMEA-nın  binasında    müsabiqə 

qaliblərinin  mükafatlandırılması  mə-

ra  simi  oldu.    Aparılan  elmi-təd qiqat 

işlərinin nəticələri  “Sabahın  Alimləri”  

V  Respublika  müsabiqəsinə  təqdim 

olundu və üç gün ərzində davam edən 

müasbiqədə  BDU-nun  nəzdindəki 

“Gənc  İstedadlar”  liseyinin  şagirdləri  

Ziya  Sadıqlı  və  Murad  Qasımlzadə 

2-ci  yerə  (gümüş  medal  və  sertifi-

kata),  Bakı  şəhəri  Yasamal  rayonu-

nun  60  saylı  tam  orta  məktəbinin 

şagirdləri Məlik Atabəyli, Lalə Həsənli 

və  Maya  Həsənova  isə  3-cü  yerə  ( 

bürünc  medal  və  sertifikata)  layiq 

görülüblər.    Bu  müvəffəqiyyətlərin 

qaznılmasında  BDU-nun  nəzdindəki 

“Gənc  İstedadlar”  liseyinin  direkto-

ru Qasım Hüseynovun və Bakı şəhəri 

Yasamal rayonunun 60 saylı tam orta 

məktəbinin  rəhbərliyinin  rolunu  xü-

susi qeyd etmək lazımdır.

Mukafatlandırma 

mərasimində 

Təhsil naziri Mikayıl Cabbarov, BDU-

nun elmi işlər üzrə prorektou, AMEA-

nın  müxbir  üzvü,  professor  Aydın 

Kazımzadə və başqaları çıxış edərək 

bu  müsabiqənin  əhəmiyyətindən 

söhbət  açaraq  belə  tədbirlərin 

keçirilməsinin  gələcək  alimlərin 

yetişməsinə  böyük  təsir  edəcəyini 

vurğulayıblar.  Bildiriblər  ki,  belə  is-

tedadlı  gənclərə  istər  dövlət,  istərsə 

də  ayrı–ayrı  elmi-ictimai  təşkilatlar 

tərəfindən    gələcəkdə  də  hər  cür 

dəstək veriləcək.


Yüklə 287,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin