Azərbaycan universiteti



Yüklə 31,01 Kb.
tarix02.01.2022
ölçüsü31,01 Kb.
#42672
növüYazı
M.Servantes yaradıcılığı ,Don Kixot əsəri.




AZƏRBAYCAN UNİVERSİTETİ

Sərbəst iş

Adı: Günay

Soyad: Qədirova

Fakültə: Humanitar fənlər

İxtisas: Filalogiya

Qrup: 182201

Fənn: Dünya Ədəbiyyatı 2

Müəllim: Əliyeva Xəyalə

Sərbəst işin adı: M.Servantes yaradıcılığı ,Don Kixot əsəri.



Migel de Servantes Saavedra — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır.

Yaradıcılığı

29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlmişdir. Miqel de Servantes həkim ailəsində doğulmuş, uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərmiş, 38 yaşında ədəbiyyata gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir.

1569-cu ildə Servantes İtaliyaya köçmüşdür. 1575-ci ildə quldurlar tərəfindən əsir alınmışdır. Sonralar o Madridə qayıtmışdır.

Onun Kastiliyanı tərk etmə səbəbləri naməlumdur. Görkəmli ədib Madriddə vəfat etmişdir.



1585-ci ildə Servantes "Qalateya" adlı pastoral roman, 1605-ci ildə "Don Kixot"un birinci hissəsini sonralar müxtəlif hekayələrini: "Qaraçı qız", "Qan gücü", "Ledi Korneliyanın romanı", "İtlərin söhbəti", 1615-ci ildə isə "Don Kixot"un ikinci hissəsini yazmışdır.

"Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutur. Bu əsər nəşr olunduqdan sonra tez bir zamanda böyük şöhrət qazanmış və dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.

Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olmuşdu.

Don Kixot — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib. Servantesin qəhrəmanı bədii filmlərdə, heykəltəraşlıq nümunələrində, rəsmlərdə və musiqi əsərlərində öz əksini tapıb. Azərbaycanın dahi bəstəkarı Qara Qarayev 1960-cı ildə “Don Kixot” simfonik qravürünü bəstələyib.

Migel de Servantes Saavedranın “Don Kixot” romanı cəngavərlik romanlarını oxuyub səyyah cəngavər olmaq istəyən ortayaşlı qəhrəmandan bəhs edir. İlk baxışda romanda qeyri-adi bir şey yoxdur: mətn, sözügedən dövrün cəngavərlik romanları həvəskarları üçün yazılmışdı və gülməli parodiya kimi qəbul olunurdu. Lakin əslində hər şey daha mürəkkəb idi. “Don Kixot” novator əsər idi və nəşrindən dərhal sonra Avropa ədəbiyyatına təsir göstərməyə başlamışdı. *** Roman iki müstəqil kitab şəklində 1605 və 1615-ci illərdə işıq üzü görüb. Hərçənd belə güman olunur ki, ikinci kitabın ideyası 1613-cü ildə yaranıb və ehtimallara görə, bu kitabı tamamlamağa Servantesi saxta “Don Kixot” vadar edib (Avelyanedanın “Yalançı Kixot”u). Nəşr olunduğu ilk dövrdə bu iki kitab vahid əsər sayılmırdı (sonrakı nəsillər onu vahid qavramağa başlamışdılar). Müasir tədqiqatçıların iddialarına görə, romanın strukturu elə gözəl qurulub ki, onu istənilən hissədən, istənilən abzasdan oxumağa başlamaq mümkündür. “Don Kixot” romanının ilk tirajı 1604-cü ilin sonlarında Xuan de la Kuestanın Madriddəki nəşriyyatında çap olunmuş, 1605-ci ilin yanvarında isə ilk kitab işıq üzü görmüşdü. Romanın ilk tirajı 1700 nüsxədən ibarət idi və ehtimallara görə, onların böyük qismi Latın Amerikasına göndərilmişdi. Müasir servantesşünaslardan ən məşhuru olan Fr.Rikonun da çox doğru qeyd etdiyi kimi, sözügedən tiraj romanın ən pis nəşri idi, onda çoxlu səhvlərə, xətalara və diqqətsizliyə rast gəlmək mümkün idi.



Buna baxmayaraq, o, bir anda inanılmaz uğur qazandı və dərhal populyarlaşdı: cəmi bir neçə ay sonra karnavallarda, maskaradlarda Don Kixot və Sanço Pansa kimi geyinib-bəzədilmiş fiqurlar aktiv iştirak etməyə başladılar. Romanın unudulduğu, ya da nəşr olunmadığı hansısa illəri göstərmək mümkün deyil. Əksinə, əsrdən-əsrə “Don Kixot”un tirajı da, şöhrəti də artırdı və bu zəfər artıq dörd əsrdir ki, davam edir. Üstəlik, roman hələ Servantesin sağlığında başqa dillərə tərcümə olunmağa başlamışdı: kitab 1612-ci ildə Tomas Şelton tərəfindən ingilis, 1614-cü ildə isə IV Henrixin tərcüməçisi və katibi, tanınmış poliqlot Sezar Uden tərəfindən fransız dilinə çevrilmişdi. Düzdür, tərcüməçilər mətnə xırda düzəlişlər etmişdilər, lakin bütövlükdə sözügedən tərcümələr kifayət qədər dəqiq, hətta bəzi hissələrdə həddindən artıq hərfi olub, romanın bütün dəyərini, qəhrəmanların məşhurluğunu çatdırmağı bacarmışdı
Yüklə 31,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin