Testin çətinlik dərəcəsi: orta
İstinad:http://www.socar.az/socar/az/company/about-socar/socar-tower 13.10.2018
44. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikinti xidmətlərinin həyata keçirilməsi üçün elan olunmuş açıq müsabiqənin qalibi hansı şirkət olmuşdur? A) Dubayın “Six Construct” şirkəti
B) Malayziyanın “Conlay Construction Sdn Bhd” şirkəti
C) Türkiyənin “TEKFEN İnşaat və Təchizat” şirkəti
D) Dubayın “DAMAC Properties” şirkəti
E) Cənubi Koreyanın “Heerim Architects & Planners Co Ltd” şirkəti
Testin çətinlik dərəcəsi: orta
İstinad:http://www.socar.az/socar/az/company/about-socar/socar-tower 13.10.2018
45. Dünyada neft sənayesinin nailiyyətləri və problemlərinin hərtərəfli işıqlandırılmasında əvəzsiz rol oynayan ilk sahə mətbu orqanlarından biri hansıdır? A) “Molla Nəsrəddin” jurnalı
B) “Şeypur” jurnalı
C) “Elmi Əsərlər” jurnalı
D) “Azərbaycan Neft Təsərrüfatı” Jurnalı
E) “Zənbur” jurnalı
Testin çətinlik dərəcəsi: asan
İstinad:http://www.socar.az/socar/az/company/organization/azerbaijan-oil-industryjournal 13.10.2018
46. Azərbaycanda ISO 9001, ISO 14001, OHSAS 18001 və ISO 10002 sertifikatlarını almış yeganə ali təhsil müəssisəsi hansıdır? A) Neftqazelmitədqiqatlayihə İnstitutu
B) Bakı Dövlət Universiteti
C) İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
D) Bakı Ali Neft Məktəbi
E) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi
Testin çətinlik dərəcəsi: asan
İstinad : http://www.bhos.edu.az/az/page/3-banm-tarixi 13.10.2018
47. Müvafiq fəaliyyətlər üzrə kompleks ekoloji monitorinq işləri aparan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi hansıdır? A) Ekologiya İdarəsi
B) Təhlükəsizlik İdarəsi
C) “Əmək şəraiti normalarının işlənməsi” İdarəsi
D) Karbamid Zavodu
E) Fontana qarşı Dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsi