Mirzə Rəhim oğlu Məmmədov 1909‑cu
ildə Lerikin Siodi
kəndində anadan olub.
Lerikdən xoş güzəran ümidi ilə Bakıya yola düşən ailə ‑
lərdən biri də Mirzənin atası Rəhim Məmmədovun ailəsi idi.
Dörd nəfərdən ibarət olan ailə Bakıda
gördüklərindən dəhşətə
gəlir, 1918‑ci ilin mart soyqırımı ən ağrılı hadisə kimi Mirzənin
yaddaşında həkk olunur. Sabunçu qəsəbəsində bir nəfər onun
böyük qar da şını xidmətçi götürür. Siodiyə qayıdandan sonra
atası, bir qə dər sonra isə anası dünyasını dəyişir. Tənhalıq və
kimsə sizlik dən cana doyan Mirzə Bakıya, qardaşının yanına gəlir.
Onu Alxas adlı bir şəxs himayəsinə götürür. Arıq cüssəli
uşaq diribaşlığı, əməksevərliyi ilə özünü sevdirir,
yaşamaq
üçün bütün əzablara dözür.
Bakıdakı 1 nömrəli uşaq evinə gələn Mirzə burada təhsil
almaqla, özü kimi taleyin məşəqqətlərini dadmış uşaqları da
oxu ma ğa həvəsləndirib. Sonralar ədəbiyyatşünas alim kimi
tanın mış alovlu vətənpərvər Abbas Zamanov yazırdı: «Mirzə ilə
Ba kı da kı uşaq evində tanış olub dostlaşdıq. Bizi oxumağa hə ‑
vəslən dirirdi. Uşaq evində böyümüş uşaqların çoxu həyatda nail
olduğumuz yaxşı nə varsa, hamısına görə Mirzəyə borcludur».
14 yaşında komsomola qəbul edilən fəal, çalışqan, meh ‑
ri ban Mirzə Məmmədov 1926‑cı ildə 2 nömrəli uşaq evinə pio ‑
ner baş dəstə rəhbəri göndərilib. 3 il sonra Moskvadakı Kom ‑
mu nist Tərbi yəsi Akademiyasına daxil olub.
Moskvadan Azərbaycana qayıtdıqdan sonra Mirzə Məm ‑
mədov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsində 5 il (1932–1937) çalışıb, «Gənc bolşevik» və «Pio ‑
ner» jurnallarının redaktoru olub. O,
həm partiya,
həm də
dövlət işində zəngin təcrübə toplayıb, xeyirxahlığı unut mayıb,
haqqın, ədalətin tərəfdarı kimi tanınıb.
85
Dostları ilə paylaş: