MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-3 | YANVAR 2015
6
Həyat tərzimizin diktəsi ilə gündəlik yaşamımızın
dəyişməsi bir çox xəstəliklərin artmasına və yaş
həddinin azalmasına səbəb olub. Bu estafetdə li-
derlik – ürək xəstəliklərinindir. Həyat səviyyəsinin
artması ilə əlaqədar yüksək kalorili qidalar, otu-
raq iş sahələri, şəxsi maşınlar və az hərəkətli həyat
tərzi və bunlarla yanaşı, gündəlik stress, həyəcan,
gərginlik, pis vərdişlər nəticəsində ürək xəstəlikləri
ÜST-nın statistik məlumatlarında 1-ci yerdə durur.
Ürək-damar xəstəliklərinin cərrahi müalicə me-
todları ən effektiv üsul kimi geniş tətbiq edilir və
bu sahədə çox böyük uğurlar əldə olunmuşdur.
Lakin ürək əməliyyatlarının ayrılmaz komponenti
- əməliyyatdan sonrakı medikamentoz terapiya -
ÜİX-nin ikincili profilaktikasıdır.
Koronar arteriyaların stenti və aorto-koro-
nar şuntlama əməliyyatlarından sonra xəstələr
uzunmüddətli, hətta bəzən ömürlük statin və anti-
aqreqant terapiya alırlar.
Son illər Avropa və Amerika Kardioloqlar
Cəmiyyətlərinin klinik tövsiyyələrinə görə antiaq-
reqant terapiyada klopidoqrel və asetilsalisil turşu-
su kombinasiyası istifadə olunur. Bu kombinasiya
ürək ölümü, miokard infarktı və işemik insult riski-
ni 26,9 % azaldır.
ÜİX olan xəstələr illərlə klopidoqrel-aspirin kombi-
nasiyasını qəbul etdiyindən, dərman qastropatiya-
ları meydana çıxır. Buna görə də antiaqreqantlarla
birgə Proton Pompa İnhibitorları təyin olunur.
Lakin əksər PPİ qaraciyərin sitoxrom P450
sistemində CYP2C19 izofermentini inhibə etməklə,
klopidoqrelin aktivləşməsini dayandırır və onun
antiaqreqant effektini tormozlayır.
CYP2C19 izofermentini inhibə etməsinə görə PPİ-
rı belə sıralanır: Lansoprazol, Omeprazol, Rabep-
razol, Ezomeprazol, Pantoprazol. 2010-cu ildə FDA
(Food and Drug Administration) klopidoqrellə
omeprazolun birgə istifadəsini qadağan edən pro-
tokol dərc etdi.
CYP2C19 ən az təsir edən pantoprazol (PANCER)
- antiaqreqant terapiyada istifadəsinə icazə verilən
yeganə PPİ-dur. Aparılmış çoxsaylı tədqiqatlar
(«Clopidogrel in Unstable Angina to Prevent Re-
current Ischemic Events» (CURE), David N. Juurlink,
MD, PhD., Tara Gomes, MHSc, Dennis T. Ko, MD
MSc, Paul E. Szmitko, MD, Peter C. Austin, PhD, Jack
V. Tu, MD PhD, David A. Henry, MD, Alex Kopp B.A.,
Muhammad M. Mamdani, PharmD MPH, Clopi-
dogrel Medco Outcomes Study,CAPRIE, CLASSICS,
CREDO,ISAR-REACT, CHARISMA) sübut etmişdir
ki, yalnız pantoprazol (PANCER) klopidoqrelin ak-
tivasiyasına və onun effektinə təsir etmir. Bundan
başqa, pantoprazol bu izofermentlə az əlaqədə
olduğu üçün, digər dərmanlarala qarşılıqlı əlaqəsi
yoxdur. “Konsentrasiya-zaman” əyrisi (AUC) – 9,93
mmol/l-dir, qaraciyər xəstələrində doza korreksiya-
sına ehtiyac yoxdur. Klinik tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, gündə 1 dəfə 40 mg pan-
toprazol (PANCER) qəbulu antiaqreqant terapiya-
nın yan təsirlərinin qarşısını alır.
PANCER (Pantoprazol 40 mg ) – PPİ arasında ən
effektiv və ən təhlükəsiz preparatdır.
• Klopidoqrelin aktivliyinə təsir etmir
• Digər preparatlarla birgə istifadə oluna bilər
• Uzun müddət istifadə oluna bilər. Qaraciyər və
böyrək xəstələrində doza korreksiyasına ehtiyac
yoxdur
• Üzərində enterosolyubil (MUPS) örtük var
Ürək xəstələri daima diqqət, qayğı və yüksək
keyfiyyət tələb edən xəstələrdir. Xəstələrin
uzunmüddətli antiaqreqant terapiyasında PANCER
istifadə etməklə, xəstələrinizin həyat keyfiyyətini
yaxşılaşdırın və fəsadların qarşısını alın.
PANCER – güclülər arasında ən layiqlisidir!
İnsan burnu 50 min qoxunu yadda
saxlaya bilir.
Qan damarlarının ümumi uzunluğu
96 min kilometrdir.
Bu da ekvator
xəttini iki dəfədən artıq fırlanmağa
bərabərdir.
İnsan gözü 10 min rəngi seçə bilmə
qabiliyyətinə malikdir.
Bir addım atmaq üçün 200 əzələ
işləməlidir.
İnsan həyatının 1/3-ni yuxuda keçirir.
Dil dad reseptorları olan yeganə
orqan deyil. Bu peseptorlar mədədə,
bağırsaq traktında, mədəaltı vəzdə,
beyində də var.
Normal hamiləlik 9 ay davam
edir. Lakin qeydiyyata alınan ən
uzunmüddətli hamiləlik 375 gün, yəni
12 ay yarım davam edib.
“Natürmort”, y
ağlı boya 70x40sm
Rəssam Emil İbrahimov
MK kiçik tibb işçisi
“Sürgün”, yağlı bo
ya 60x35sm
Personalın yaradıcılığı
Əməliyyat sonrası infarktın profilaktikasında vacib nüanslar
Təsisçi: Mərkəzi Klinika
Baş redaktor: Toğrul Adıgözəlov
Redaksiya heyəti: Kamran Musayev,
Həsən Qəndilov, Nikbin Yusifov
Məsul katib: Şəhla Bağırova
Bülleten ayda bir dəfə nəşr olunur.
Tiraj: 500
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika twitter.com/MerkeziKlinika
BİLİRSİNİZMİ?