Azərbaycanda arıçılığın inkişafının iqtisadi perspektivləri Samir ƏLİyev iqtisadi Təşəbbüslərə Yardım İB



Yüklə 41.72 Kb.
PDF просмотр
tarix19.06.2017
ölçüsü41.72 Kb.

Azərbaycanda arıçılığın


inkişafının iqtisadi perspektivləri 

Samir ƏLİYEV 

İqtisadi Təşəbbüslərə Yardım İB 

Azərbaycanda  tarixən  arıçılıq  ənənələri  olub.  Sovet  dövründə  arıçılıq  təsərrüfatlarının 

inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ dövlətinin 

dağılması  ilə  həmin  dövrdə  yaradılmış  təsərrüfatlar  dağılıb.  Xüsusilə  sovet  idarəçiliyində 

birləşdirilərək  iriləşmiş  təsərrüfatlar  sonrada  parçalanaraq  yenidən  kiçik  təsərrüfatlara  çevrilib. 

Ölkədə  arıçılıq  təsərrüfatları  uzun  müddət  əsasən  həvəskar  arıçılar  tərəfindən  idarə  olunub  və 

ənənələr məhz onlar tərəfindən qorunub saxlanılıb.  

Bu  gün  arıçılıq  təsərrüfatları  kiçikölçülüdür.  2016-cı  ilin  əvvəlinə  ölkənin  arıçılıq 

təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında 

dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Ekspertlərin 

hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı 

ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Arıçılıq 

üzrə mütəxəssislərin fikrincə, ölkədə arı ailələrinin sayını 600-700 minə çatdırmaq mümkündür.   

Azərbaycanda əhalinin təbii bala olan illik tələbatı ilə bağlı statistika olmasa da ekspertlər 

bu rəqəmin 4 min ton ətrafında olduğunu bildirilər. Ölkədə hər il orta hesabla 2,4-2,5 min ton 

təbii  bal  istehsal  hesabına  təmin  edilir.  Son  10  ildə  təbii  bal  istehsalı  2  dəfədən  çox  artsa  da 

tələbatı  tam  ödəmək  iqtidarında  deyil.  Dövlət  Gömrük  Komitəsinin  rəsmi  məlumatına  görə, 

2015-ci  ildə  Azərbaycana  11  ölkədən  ümumi  dəyəri  188,4  min  ABŞ  dollar  olan  69,66  ton 

həcmində təbii bal idxal olunub. Əsas idxalatçı ölkələr Almaniya, Türkiyə, Rusiya və Ukrayna 

olub. Cəmi idxalın 87%-i bu ölkələrin payına düşüb.  Ən ucuz  təbii bal Ukrayna (1,72 USD/kq) 

və  Avstriyadan  (1,54  USD/kq),  ən  bahalı  təbii  bal  Fransadan  (6,71  USD/kq)  idxal  olunub. 

(Cədvəl 1) 

2015-ci ildə təbii balın idxal olunduğu ölkələr 

Cədvəl 1 

Ölkələr

İdxal

Miqdarı 

(ton)

Məbləği


(min ABŞ dolları)

1 kq-ın orta idxal dəyəri 


(ABŞ dolları)

1. Almaniya

22,03

54,67


2,48

2. Türkiyə

21,59

42,8


1,98

3. Rusiya

9,92

44,35


4,47

4. Ukrayna

6,71

11,56


1,72

5. Avstriya

2,87

4,42


1,54

'  


1

Mənbə: Dövlət Gömrük Komitəsi 

 

Müstəqil  araşdırmalar  və  müşahidələr  göstərir  ki,  cədvəldəki  ölkələrlə  Azərbaycana 

həmçinin  Gürcüstan  və  İrandan  böyük  həcmdə  təbii  bal  gətirilir,  ancaq  onların  qeydiyyatı 

aparılmır.  

Azərbaycanda  qeyri-neft  ixracının  artırılmasının  prioritet  olaraq  qarşıya  qoyulduğu  bir 

vaxtda  təbii  balın  ixracının  vacibliyi  gündəmə  gəlir.  Hazırda  arı  təsərrüfatlarının  məhsullarının 

ixrac potensialının artırılması imkanları da araşdırılır.  Bu vaxta qədər əsas arıçılıq məhsulu olan 

təbii balın ixracı zəif olub.   Məsələn, 2015-ci ildə ölkədən 40,41 min ABŞ dollar olan 3,62 ton 

təbii bal ixrac olunub.  

Araşdırmalarımız göstərir ki, təbii bal ixracına bir neçə amil mane olur. Onların ən əsası 



yerli balın qiymətinin baha olmasıdır. 2015-ci ildə Azərbaycandan ixrac olunan təbii balın orta 

qiyməti hər kq üçün 11,2 dollar olub. Halbuki bu qiymət ölkəyə idxal olunan ən bahalı Fransa 

balından (6,71 ABŞ dolları) təxminən 2 dəfə, ən ucuz Avstriya balından (1,54 USD/kq) isə 7 dəfə 

çoxdur.  Digər  problem  ixrac  üçün  lazımi  miqdarda  və  keyfiyyətdə  təbii  balın  olmamasıdır. 

İxrac  üçün  səmərəlilik  baxımından  böyük  həcmli  bal  partiyaları  tələb  olunur,  ancaq  mövcud 

potensial buna imkan vermir.  Qiymət rəqabətini uduzmamaq üçün hazırda əsas diqqət təbii balın 

xam mal şəklində ixracı imkanları araşdırılır.  

Dünya bazarlarında təbii balın ixrac qiyməti aşağıdır. Məsələn, dünyanın 15 ən çox bal 

istehsal  edən  15  ölkəsi  üzrə  orta  ixrac  qiyməti  3,2  dollardır.  Onlar  arasında  ən  ucuz  qiymət 

Malayziyada (1 kq - 1,6 dollar), ən baha qiymət Macarıstandandadır. (1 kq -  4,4 dollar) (Cədvəl 



2) 

Dünyada ən çox bal ixrac və idxal edən 15 ölkə 

Cədvəl 2 

6. Fransa

2,36

15,83


6,71

7. Qırğızıstan

1,76

6,3


3.58

8. İtaliya

1,28

5,24


4,09

9. İsveçrə

0,51

1,67


3,28

10. Belorus

0,35

0,91


2,6

11. İspaniya

0,28

0,65


2,32

İxracatçı ölkələr

İxracın həcmi, min 

ton

Ixracın dəyəri, 

min USD

1 kq balın ixrac dəyəri, 

USD

1. Çin


187301.0

377 818,0

2.0

2. Argentina



63922.0

229 073,0

3.6

3. Meksika



42161.0

155 986,0

3.7

4. Hindistan



40829.0

121 662,0

2.9

'  


2

Təbii  balın  maya  dəyərinin  yüksək  olmasının  əsas  səbəbi  arıların  balverimi 

məhsuldarlığının çox aşağı olmasıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi 5-20 kq 

invervalında  dəyişir.  Gədəbəy  rayonunda  arı  ailəsinin  balverimi  5-6  kq  olduğu  halda,  Tovuz, 

Şəmkir,  Abşeron,  Qax,  Goranboy  rayonlarında  7-8  kq,  Salyan,  Daşkəsən,  Lənkəran,  Qusar, 

Şabran, Şəki, Qəbələ, Şamaxı rayonlarında 9-10 kq, Göygöl, Astara rayonlarında 15-20 kq təşkil 

edir.  Xarici  ölkələrin  təcrübələri  göstərir  ki,  bəzi  ölkələrdə  arı  ailələrinin  balverimi  səviyyəsi 

40-50 kq-a çatır. 

Azərbaycanda  arıçılığın  inkişafı  üçün  ən  əlverişli  iqlim  Aran  regionu  olsa  da  intensiv 

kənd  təsərrüfatı  əkinçiliyi  belə  təsərrüfatlara  problem  yaradır.  Əkin  sahələrinin  dərmanlanması 

sonda  həmin  dərmanları  nektar  və  çiçək  tozu  qismində  götürən  arıların  zəhərlənərək  məhv 

olmasına gətirib çıxarır. Əkinçilik həm də təbii balın tərkibində lazımsız qatqıların olmasına yol 

açır. Belə balı isə ixrac etmək ümumiyyətlə mümkün deyil. 

Təcrübə  göstərir  ki,  arıçılıq  təsərrüfatları  olan  ərazilərdə  məhsuldarlıq  qarabaşaqda 

35-50%, günəbaxanda 25-40%, meyvə-giləmeyvədə 30-50%, yonca və qarayoncada 200-300% 

artır.   Arılar  bitkilərin  tozlanmasını  təmin  edir. Arı  məhsulu  olan  təbii  bal  yüksəkkalorili  qida 

məhsulu olmaqla yanaşl dietik və müalicəvi xüsusiyyətlərə malikdir.  

Dünyada  qəbul  olunmuş  normaya  görə,  adambaşına  düşən  bal  istehlakı  0,45  kq-dır. 

Adambaşına  düşən  illik  təbii  bal  istehlakı  Almaniya,  Türkiyə,  Yeni  Zelandiya,  Avstriya  kimi 

ölkələrdə 1-1,5 kq, ABŞ, Fransa, Danimarka, Kanada, Böyük Britaniya kimi ölkələrdə 0,5-0,6 kq 

arasında  dəyişir.  Pakistan,  Hindistan,  Misir,  malayziya  və  Braziliya  kimi  ölkələrdə  istehlakın 

həcmi 0,01-0,12 kq təşkil edir. Təəssüf ki, Azərbaycanda istehlakın həcmi barədə dəqiq statistik 

uçot yoxdur.  

Arıçılığın  inkişafı  təkcə  əhalinin  sağlam  qidalanması  baxımından  zəruri  deyil.  Kənd 

təsərrüfatının, xüsusən əkinçiliyin inkişafına arıçılığın təsiri həddən artıq böyükdür. Tədqiqatlar 

5. Vyetnam 

36095.0

132 974,0



3.7

6. İspaniya

30 150.3

101 505,2

3.4

7. Braziliya



22206.0

81 720,0


3.7

8 Macarıstan

17862.0

79 292,2


4.4

9. Kanada

11979.1

52 116,0


4.3

10. Rumıniya

10863.1

46 020,0


4.2

11. Çili


9887.8

39 317,0


4.0

12. Türkiyə

7192.4

25 071,6


3.5

13. ABŞ


6460.0

23 696,0


3.7

14. Avstraliya 

5242.3

34 388,1


6.5

15. Malayziya

3522.0

5 593,0


1.6

Cəmi

465 523.0

1 490 000

3.2


'  

3


göstərir ki, kənd təsərrüfatı bitkilərinin 75%-nin inkişafı bilavasitə tozlanmaya bağlıdır. Arıçılıq 

vasitəsilə  tozlanma  dünya  miqyasında  intesiv  yolla  ərzaq  istehsalının  dəyərini  250  milyard 

dollara yaxın artırır. 

Hazırda dünyanın 150-dək ölkəsində arıçılıq təsərrüfatları mövcuddur. Lakin bu ölkələrin 

çox az bir hissəsində arıçılıq özünün yüksək inkişaf mərhələsinə daxil ola bilib və həm mövcud 

arı ailələri, həm də arıçılıq məhsullarının istehsalı bir neçə ölkənin ətrafında təmərküzləşib. Bu 

vəziyyətin  yaranmasının  əsas  səbəblərindən  biri  təbii-iqlim  şəraitidir.  Belə  ki,  müəyyən  qrup 

ölkələrdə  coğrafi  mühit  arıçılığı  inkişaf  etdirməyə  imkan  vermir.  Bu  tip  ölkələrə  əsasən  soyuq 

şimal ölkələri və zəngin bitki örtüyü olmayan səhralarla əhatə olunan ölkələr daxildir.  

Dünyada  il  ərzində  təxminən  1.5  milyon  ton  bal  istehsal  olunur  ki,  bunun  da  1.260 

milyon  tonu  20  ölkənin  payına  düşür.  Həmin  20  ölkə  arasında  əsas  rol  ilk  5  ölkəyə  -  Çin, 

Türkiyə, Argentina, Ukrayna və ABŞ-a məxsusdur. Həmin ölkələr üzrə ümumi bal istehsalı 730 

min ton təşkil edir ki, bu da dünya istehsalının 50%-nə yaxındır. Dünyada istehsal edilən balın 

600  min  tona  yaxını  beynəlxalq  bazarlar  vasitəsilə  ixraca  yönəldilir.  Ümumilikdə  150  ölkədən 

bal ixrac edilir. Balın idxal-ixracı ilə 460 şirkət məşğul olur.  

Mütəxəssilər  adambaşına  bal  istehlakının  səviyyəsini  ölkədə  arıçılığın  inkişafına  təsir 

göstərən  əsas  faktorlardan  biri  hesab  edirlər.  Daxili  bazarın  tutumu  istehsalın  səviyyəsinin 

formalaşımasında  ixrac  həcmi  ilə  bağlı  həlledici  rol  oynayır.    O  ölkələrdə  ki,  balın  qida 

rasionunda payı yüksəkdir, şübhəsiz ki, arıçılıq təsərrüfatları ilk növbədə daxili bazarın tələbatını 

ödəməyi hədəfləyir. Dünya Ərzaq Təşkilatının statistikası əsasında aparılan araşdırmalar göstərir 

ki, bal istehlakının adambaşına düşən orta göstəricisi ayrı-ayrı ölkələr üzrə kəskin fərqlənir. Ən 

yüksək  göstərici Almaniya,  İsveçrə, Avstriya, Yeni  Zelandiya, Yunanıstan  və Türkiyədədi  –  bu 

ölkələrdə  adambaşına  illik  bal  istehsalının  səviyyəsi  1000-1500  qram  intervalında  dəyişir. 

İspaniya, Avstraliya, Portuqaliya və İsveçdə 660-670 qram, ABŞ, Fransa, Kanada, Danimarka və 

Böyük Britaniyada 550-590 qram, Hollandiya və Finlandiyada 430-440 qram, Yaponiya, Norveç 

və  İtaliyada  320-380  qram,  Küveyt,  Çin  və  Səudiyyə  Ərəbistanında  220-270  qram,  Pakistan, 

Hindistan və Braziliyada isə 100-120 qram təşkil edir. 

Kənd  təsərrüfatının  çoxsaylı  sektorları  içərisində  arıçılıq  xüsusilə  perspektiv  vəd  edən 

sahələrdəndir.  Qeyri-neft  sektorunun  inkişafını  prioritet  elan  edən  hökumət  arıçılığa  diqqəti 

artırmaqla, bu sektoru inkişaf etdirməklə qarşıya qoyduğu bir sıra hədəflərə nail ola bilər: sağlam 

və  keyfiyyətli  qidalanma,  ekoloji  balansın  qorunması,  ixrac  potensialının  güclənməsi  və  s. 

Arıçılıq  təsərrüfatları  təkcə  təbii  bal  istehsal  etmir.  Eyni  zamanda  sağlamlıq  üçün  əhəmiyyətli 

olan digər məhsullar – propolis, arı südü, arı zəhəri və s. təmin edir. Arıçılıq təsərrüfatları inkişaf 

etdirilərəsə, əldə edilən müxtəlif arı məhsulları hesabına ölkəyə il ərzində 100-150 milyon dollar 

dəyərində valyuta gətirmək olar.     

'  


4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə