Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   2   3   4   5   6   7   8   9   ...   64
KITAB inflyasiya

12 

 

 



Cәdvәl 1. 

 

Mal vә xidmәtlәrin istehlak qiymәtlәrinin vә әhalinin nominal pul 

gәlirlәrinin artım tempi (2000-2005-ci illәr üzrә, faizlә) 

 

 



Keçәn illә müqayisәdә, faizlә 

Qiymәt artımı 

nәzәrә almaqla, 

faizlә 


 

İstehlak 

qiymәtlәri 

Pul gәlirlәri Pensiyalar Pul gәlirlәri Pensiyalar

Azәrbaycan 

2001  102 107 

172 106 

170 


2002 

103  111 1140  108 136 

2003  102 11 118 114 

115 


2004  107 122 

121 115 


114 

2005  110 126 

136 115 

124 


Ermәnistan 

2001  103 128 

100 124 

97 


2002  101 115 

103 114 


102 

2003  105 110 

100 105 

96 


2004  107 109 

100 102 


93 

2005  101 115 

125 114 

124 


Qırğızıstan 

2001  107 114 

100 111 

94 


2002  102 114 

100 113 


98 

2003  103 122 

100 110 

97 


2004  104 107 

111 112 


107 

2005  104   116 112 

111 

Rusiya 


2001  121 135 

111 111 


91 

2002  116 129 

139 111 

120 


2003  114 130 

100 114 


88 

2004  111 124 

100 111 

90 


2005  113 123 

130 110 


116 

 

 



 

 

 



 

Mәnbә: 15 years of the Commonwealth of Independent States. 

Moscow, 2006

 

 



Cәdvәl mәlumatlarından göründüyü kimi, MDB-nin 

tәdqiqata cәlb edilәn dövlәtlәri arasında istehlak qiymәtlәrinin 

әn böyük artımı Rusiyada, ondan aşağı digәrlәrindәn yüksәk 



 

13 

 

artım sәviyyәsi isә Azәrbaycanda qeydә alınmışdır. Bu isә neft 



ixrac edәn ölkәlәrdә qiymәt artımlarının  әhalinin gәlirlәri ilә 

“yarışa girdiyindәn” xәbәr verir. Bu yarışda itirәn isә, tәbii ki, 

әhalinin aztәminatlı hissәsidir. 

Belәliklә,  әhalinin gәlirlәri, yoxsa inflyasiyanın irәlidә 

olması bu günün әn vacib suallarındandır. 

Әhalinin real gәlirlәrindәki artıma doğru cüzi dәyişikliklәr 

dә bundan xәbәr verir. Odur ki, sosial vәziyyәtin 

yaxşılaşdırılması hökümәti antiinflyasiya tәdbirlәrini güc-

lәndirmәyә sövq edir. “Alternativ inflyasiya metodologiyasının 

işlәnilmәsi” layihәsi üzrә aparılmış  tәdqiqatlar göstәrir ki, 

әhalinin gәlirlәrinin artımına inflyasiyanın neqativ tәsirini 

azaltmaq üçün aşağıdakı 

tәxirәsalınmaz tәdbirlәr 

reallaşdırılmalıdır: 

- Qiymәtlәrin artımının  әhalinin istehlak strukturunun 

dәyişmәsinә (hәm kәmiyyәt vә  hәm da keyfiyyәtcә) tәsirini 

nәzәrә alaraq istehlak sәbәtinin strukturuna yenidәn 

baxılmalıdır; 

- Yoxsulların hәyat sәviyyәsinә inflyasiyanın mәnfi tәsirini 

düzgün qiymәtlәndirmәk mәqsәdilә yoxsullar üçün ayrıca 

inflyasiyanın hesablanmasına başlanmalıdır; 

- Yoxsulluğun qiymәtlәndirilmәsi metodologiyası, hәyat 

sәviyyәsinin qiymәtlәndirilmәsi sistemi tәkmillәşdirilmәlidir; 

- Effektiv sosial müdafiә sistemi qurulmalı, o sıradan da 

ilk növbәdә ünvanlı sosial yardımın ayrılması mexanizmlәri 

tәkmillәşdirilmәklә yoxsulların bu sistemә giriş baryerlәri dәf 

edilmәli vә tәyinat imkanları artırılmalıdır; 

- Minimum istehlak sәbәtinin strukturuna, minimum 

normalara yenidәn baxılmalı, ümumiyyәtlә, yaşayış 

minimumunun tәkcә  әmәk qabiliyyәtli  әhali, uşaqlar,  әmәk 

qabiliyyәtli yaşdan yuxarı әhali üçün deyil, hәmçinin daha çox 

sayda yaş qrupları  әhatә edilmәklә hesablanmasına 

başlanmalıdır; 

- Qanunvericiliklә müәyyәn olunmuş digәr müavinәtlәrin 

mәblәği yenidәn hesablanaraq yaşayış minimumuna müvafiq 

artırılmalıdır. 




14 

 

 



- Әhalinin hәyat sәviyyәsinin qorunması vә yüksәldilmәsi 

sahәsindә preventiv tәdbirlәr insanların sosial vәziyyәtinә tәsir 

edәcәk qәrarlardan әvvәl işlәmәlidir. 

Azәrbaycanda inflyasiyanın sәbәblәrini hәm monetar vә 

qeyri-monetar, hәm dә  tәlәb, tәklif vә idxal amillәri üzrә 

tәsniflәşdimәk olar. Azәrbaycan iqtisadiyyatında  inflyasiyanın 

anatomiyasına nәzәr yetirәndә  mәlum olur ki,  hazırda iki 

istiqamәtdә  dәyişiklik tendensiya  xarakteri daşımaqdadır: 

birincisi, mәcmu xәrclәrin, o cümlәdәn fiskal faktorların 

әhәmiyyәtli tәsir etdiyi istehlak vә investisiyaların  sürәtlә 

artımı, ikincisi isә  tәdiyә balansının profisitinin artması  vә bu 

amilin pula tәlәbin çoxalmasının  әsas mәnbәyinә çevrilmәsidir.  

Son iki il әrzindә mәcmu xәrclәrin (investisiya xәrclәri vә 

fәrdi istehlak) sürәtlә artması iqtisadiyyatda yüksәk mәcmu 

tәlәb formalaşdırmışdır. Mәcmu tәklif ikirәqәmli templә artsa 

da, mәcmu tәlәb tәklifin artım parametrlәrini  әhәmiyyәtli 

dәrәcәdә üstәlәmiş, ölkәdә  tәlәb  şoku yaranmışdır. Statistik 

mәlumatlar göstәrir ki,  2006-cı ildә mәcmu tәlәbin әsas kanalı 

olan son istehlak xәrclәri qeyri-neft ümumi daxili mәhsulun 

85% faizini tәşkil etmişdir.  

Tәsadüfi deyildir ki, hәmin dövrdә pul gәlirlәrinin 70 faizi 

istehlaka yönәlmiş  vә istehlak xәrclәrinin tәqribәn 1/4 hissәsi 

istehlak kreditlәri hesabına maliyyәlәşmişdir. Mәcmu tәlәbin 

digәr kanalı  olan  daxili mәnbәlәrdәn maliyyәlәşәn 

investisiyaların hәcmindә artım 2006-cı ildә 47,6 faiz olmuşdur.  

Dövlәt büdcәsinin artım tempi mәcmu tәlәbin 

genişlәnmәsindә  vә iqtisadi artımın sürәtlәnmәsindә mühüm 

faktor olmuşdur. Belә ki,  2006-ci il әrzindә büdcә  xәrclәri 

özündәn әvvәlki illә müqayisәdә 88,9 faiz artmış vә bu artımın 

42,6 faizi  tikinti xәrclәrinin hesabına baş vermişdir. Ötәn ilin  

büdcәsindә    tikintiyә yönәlәn investisiya xәrclәrinin sürәtlә 

artması ölkәdә investisiya fәallığına  әhәmiyyәtli tәsir edәn 

mühüm amilә çevrilmişdir. Belә ki, ötәn il dövlәt büdcәsi 

hesabına maliyyәlәşәn daxili investisiyaların 4.4 dәfә artması 

nәticәsindә bu investisiyaların ümumi hәcmdә payı 11 faizdәn 

31 faizә yüksәlmişdir. Eyni zamanda dövr әrzindә dövlәt 




 

15 

 

büdcәsinin sosial xәrclәrinin realizasiyası  әhalinin pul 



gәlirlәrinin artmasında vә  fәrdi istehlakın genişlәnmәsindә  dә 

mühüm rol oynamışdır. Dövlәt xәrclәrinin artımı hesabına 

qaynaqlanan yüksәk iqtisadi artım vә  işgüzar fәallıq 

iqtisadiyyatda kreditә olan tәlәbatı artırmış, artan tәlәbata 

uyğun olaraq bank sistemi kredit resurslarının tәklifini 

genişlәndirmişdir.  

Son illәr  әrzindә Azәrbaycan iqtisadiyyatında işgüzar 

fәallığın qeyri-әnәnәvi yüksәlişi  әsasәn neft gәlirlәrinin sosial-

iqtisadi inkişaf mәqsәdlәri üçün istifadәsinin davam etmәsi, 

özәl sektorun vә qeyri-neft sektorunun inkişafına dövlәtin 

maliyyә  dәstәyinin artırılması  vә genişmiqyaslı sosial 

proqramların reallaşması  nәticәsindә iqtisadiyyatda mәcmu 

xәrclәrin (istehlak, invesitisiya vә dövlәt xәrclәri) genişlәnmәsi 

ilә  әlaqәdar olmuşdur. Bütün bunlar  pula tәlәbi  әhәmiyyәtli 

dәrәcәdә artırmışdır. Nәticәdә M2 aqreqatının artım tempi 

Ümumi Daxili Mәhsulun artım tempinin dәfәlәrlә üstәlәmişdir. 

Bu prosesi әyani formada izlәmәk üçün aşağıdakı qrafikә 

müraciәt edәk.  




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin