75
FӘSİL 5. AZӘRBAYCAN
RESPUBLİKASINDA 2007-Cİ İLİN
İLK YARIMİLİ ÜÇÜN İSTEHLAK
QİYMӘTLӘRİ İNDEKSİ
Azәrbaycanda alternativ İstehlak Qiymәtlәri İndeksinin
(İQİ) hesablanması әsasәn iki mәlumat bazası әsasında hәyata
keçirilir:
(a) İqtisadi Tәdqiqatlar Mәrkәzinin (İTM) әmәkdaşlarının
müşahidәlәri әsasında istehlak malları bazarında qiymәt vә
tariflәrin dәyişmәsi üzrә toplanan mәlumatlar;
(b) Azәrbaycan Respublikasının Dövlәt Statistika Komitәsi
(DSK) tәrәfindәn İQİ-nin hesablanması mәqsәdilә hazırlanan
әhalinin istehlak xәrclәrinin strukturu barәdә mәlumat.
İstehlak bazarında mal vә pullu xidmәtlәrin qiymәtlәri
üzәrindә aparılan müşahidәlәr vә alternativ istehlak qiymәtlәri
indeksinin hesablanması aşağıdakı mәrhәlәlәri әhatә edir:
(a) xidmәt vә ticarәt müәssisәlәrinin seçilmәsi;
(b) mal vә xidmәtlәrin seçilmәsi;
(c) qiymәt vә tariflәrin qeydiyyatı;
(d) İQİ-nin hesablanması üçün istehlak bazarında çәkilәr
strukturunun formalaşdırılması;
(e) İQİ-nin hesablanması.
İTM hәr ay 585 adda mәhsul üzrә 51480 qiymәt
müşahidәsi hәyata keçirir. Qiymәtlәr barәdә mәlumatlar layihә
çәrçivәsindә bu mәqsәdlә cәlb edilmiş qeydiyyatçılar
tәrәfindәn Azәrbaycanın 9 iqtisadi rayonunda toplanır.
Mәlumatlar 585 adda mәhsul üzrә respublikanın 19 şәhәrindә
hәr ayın 1-dәn 27-dәk dәyişmәmәk şәrtilә ayda iki dәfә qeyd
edilir.
Mәlumatların toplandığı ticarәt mәntәqәlәri müxtәlif
rayon vә şәhәrlәrdә yerlәşir vә hәcminә görә bir-birindәn
76
fәrqlәnir. Hәr bir qeydiyyatçı hәr mal üzrә 4 müxtәlif
obyektdәki qiymәti qeyd edir.
İndeksin hesablanması üçün Laspeyres düsturundan
istifadә edilir.
Alternativ İQİ-nin hesablanması mәqsәdilә mal vә
xidmәtlәrin çәkisi kimi rәsmi hesablamaların әsasında duran
çәkilәr qәbul edilmişdir. Regionların çәkisinә gәldikdә isә DSK-
nın metodologiyasından fәrqli olaraq, әhalinin sayı yox, hәr bir
regionun әmtәә dövriyyәsindә vә xidmәtlәrin hәcmindә payı
әsas götürülmüşdür.
Dostları ilə paylaş: |