Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә


İndeksin  şәffaflığı ilә bağlı problemlәr



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə37/64
tarix02.01.2022
ölçüsü1,4 Mb.
#40672
1   ...   33   34   35   36   37   38   39   40   ...   64
KITAB inflyasiya

İndeksin  şәffaflığı ilә bağlı problemlәr

 çox güman 

ki, tәdqiq edilәn hәr bir ölkәdә mövcuddur. Şәrhlәr vә tәnqid 

әvәzinә sadә misal gәtirmәk yerinә düşәr: tәdqiqat zamanı 

yalnız Rusiyada istehlak zәnbilinin strukturunu heç bir 

maneәsiz әldә etmәk mümkün oldu. 

2003-cü ilin fevral ayında Ali Rada (Ukraynanın 

parlamenti) “Әhalinin pul gәlirlәrinin indekslәşdirilmәsi” 

haqqında qanuna dәyişikliklәr etdi. Bu sәnәdә uyğun olaraq 

Nazirlәr Kabineti vә regional dövlәt inzibatçılıqlarında  İQİ-nin 




52 

 

 



qiymәtlәndirilmәsi üzrә ekspert şuraları yaradılmalı idi; şuralar 

ictimaiyyәt vә icra hakimiyyәti qurumlarının bәrabәr sayda 

nümayәndәlәrindәn tәşkil olunur. Bu şuralar  İQİ-ni aylıq 

әsasda nәzәrdәn keçirmәli vә  zәrurәt yarandıqda müstәqil 

mütәxәssislәri dәvәt etmәklә indeksin ekspertizasını aparmalı 

idi. Ekspert şuralarının tәrkibi vә  iş qaydası Nazirlәr Kabineti 

tәrәfindәn 3 ay әrzindә, yәni 2003-cü ilin may ayına qәdәr 

müәyyәn edilib. Lakin nәticә etibarilә, Nazirlәr Kabinetinin 

müvafiq sәrәncamı yalnız 2005-ci ilin yanvar ayında qәbul 

edildi vә  hәtta sәrәncamın qәbul edilmәsindәn sonra belә 

sözügedәn şuralar tam tәrkibdә işә başlaya bilmәdi. 

Tәdqiq edilәn digәr ölkәlәrә gәldikdә, burada hal-hazırda 

rәsmi statistik informasiyanın etibarlılığına kәnardan mütlәq 

nәzarәt mövcud deyil. 

Rusiyada dövlәtin statistik fәaliyyәtinә nәzarәt vәzifәsini 

Rusiya Federasiyası Statistika Komitәsi icra edir. Belә ki, 

Komitә  әrazilәrdә nümayәndәliklәrinin vә tabeliyindә olan 

tәşkilat vә xidmәtlәrin fәaliyyәtinә  nәzarәt etmәk hüququna 

malikdir.  

Gürcüstanın tәcrübәsi dә maraq kәsb edir. Belә ki, 2006-

cı ilin sonundan etibarәn Gürcüstanın Dövlәt Statistika 

Departamentinin işçilәri tәqdim olunmuş  mәlumatları yerlәrә 

ezam olmaqla qarışıq seçim әsasında yenidәn yoxlayırlar. Bu 

tәcrübә kifayәt qәdәr müsbәt nәticәlәr vermәkdәdir. Qeyd 

etmәk maraqlıdır ki, onların tәcrübәsindә  әn çox rast gәlinәn 

sәhv müqayisә edilmә amilinin pozulmasıdır. 

 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin