82
Şәkildәn göründüyü kimi, yanvar ayında әn çox artım
xidmәt sferasında müşahidә edilmişdir. Daha sonra isә әrzaq
mәhsulları gәlir. Bu, әsasәn Tarif Şurasının bir sıra xidmәt vә
mәhsulların qiymәtinin qaldırılması barәdә 2007-ci ilin
yanvarında verdiyi mәlum qәrarla izah olunur. Әrzaq
mәhsullarına gәldikdә isә bu, hәmin mağazalarda sәnaye
mallarının satış mәntәqәlәrinә nisbәtәn böyük rotasiyası ilә
izah olunur. Fevral ayında qeyri-әrzaq mallarının qiymәtlәri
yüksәlmişdir. Martda әrzaq mәhsulları üzrә İQİ-nin 3.2%
olması Novruz bayramı ilә izah olunur.
Dostları ilə paylaş: