Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә
sosial rifaha tәsirsiz ötüşmür. Mühüm makroiqtisadi parametrlәrlә inflyasiya
arasındaki korelyasiya nәinki ölkә sәviyyisindә, beynәlxalq miqyasda da
maraq doğurur. Bu zaman diqqәt yetirilәsi әsas mәsәlәlәrdәn biri dә,
inflyasiyanın dәqiq hesablamasıdır. ABŞ Beynәlxalq İnkişaf Agentliyinin
(USAİD) maliyyә dәstәyi ilә İqtisadi Tәdqiqatlar Mәrkәzinin gerçәklәşdirdiyi
“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının işlәnilmәsi” layihәsi bu
mәnada praktik vә nәzәri әhәmiyyәt kәsb edir. Layihә çәrçivәsindә dünya
tәcrübәsi vә yerli şәraitin nәzәrә alınması ilә hesablanan alternativ inflyasiya
göstәricisi әn yüksәk sәviyyәlәrdә ciddiyә alınıb.
“Azәrbaycanda alternativ inflyasiya metodologiyasının hazırlanması”na hәsr
olunan kitab iqtisadi siyasәtә mәsul olan qanunverici vә icraedici hakimiyyәt
orqanları, iqtisadçılar, sahibkarlar, bu sahәdә tәdqiqat aparan mütәxәssislәr
vә müstәqil ekspertlәr üçün nәzәrdә tutulub. Kitabdan ali mәktәb tәlәbә,
aspirant vә müәllimlәri dә yararlana bilәrlәr.