Azərbaycanda İtkimilərin (Canidae) Helmint Faunasının Müasir Vəziyyəti



Yüklə 67.58 Kb.

tarix22.05.2017
ölçüsü67.58 Kb.

АМЕА-nınXəbərləri (biologiya və tibb elmləri), cild70, №1, səh. 35-38 (2015)

 

35 



Azərbaycanda İtkimilərin (Canidae) Helmint Faunasının Müasir Vəziyyəti 

 

R.Ş. İbrahimova, Q.H. Fətəliyev* 

 

AMEA Zoologiya İnstitutu, A.Abbaszadə küç., 504-cü məhəllə, Bakı AZ 1073, Azərbaycan; 

*E-mail: qarafataliyev@bk.ru 

 

Son zamanlar respublika ərazisində antropogen amillərin təsiri nəticəsində  vəhşi heyvanların 

qidalanma arealı daralmışdur. Bu səbəbdən vəhşi heyvanlar qida axtarışı zamanı  təbii ocaqlıqdan 

sinantrop ocaqlığa keçərək özlərində olan helmint yumurtalarını  həmin mühitdə yayırlar. Bunun 

sayəsində  vəhşi heyvanlar vasitəsilə  hər iki ocaqlıq arasında helmint mübadiləsi yaranır. Nəticədə 

heyvanların helmint faunasının tərkibinə həm sinantrop, həm də təbii ocaqlıqda olan helmintlər daxil 

olur. Respublika ərazisində aparılmış çoxillik tədqiqatlar nəticəsində itkimilərdən toplanmış 

helmintoloji materialların təhlili  zamanı məlum oldu ki, Azərbaycanda  itkimilərin helmint faunasının 

müasir vəziyyəti - faunanın tərkibinə 7 növün daxil olması,  5  ocaqlığın yaranması və 12 növ helmin-

tin epizootoloji  və epidemioloji əhəmiyyət  kəsb etməsi ilə səciyyələnir. 

 

Açar sözlər: Tülkü, çaqqal, sahibsiz it, helmint, fauna, qidalanma yerləri, aralıq sahiblər, landşaft 

 

 

GİRİŞ 

 

Vəhşi itkimilər respublika ərazisində  müxtəlif  



xarakterli landşaftlar üzrə,  əhli itkimilər isə    yaşa-

yış  məskənlərində geniş yayılmışlar.  İtkimilər təh-

lükəli helmintlərin yayılmasında  əsas yoluxma 

mənbəyi hesab olunmaqla, həm də onların daşıyı-

cısı  və yayıcısıdırlar. Helmintlərlə yoluxmuş    bu 

heyvanlar qida axtarışı zamanı müxtəlif istiqamət-

lərə  hərəkət edərək başlıca helmintoz törədiciləri 

ilə ətraf mühiti  çirkləndirir və digər heyvanların da 

yoluxmasına  səbəb olurlar.        

Son zamanlar respublika ərazisində antropo-

gen amillərin təsiri (meşələrin qırılması, yeni su ka-

nallarının və neft-qaz kəmərlərinin çəkilməsi, fərdi 

əkin sahələrinin genişləndirilməsi) vəhşi heyvan-

ların qidalanma arealının daralmasına səbəb olmuş-

dur. Digər tərəfdən də heyvanlar aləminin biomüx-

təlifliyini qorumaqməqsədilə vəhşi heyvanların  ov-

lanmasının qadağan edilməsi, dəri tədarükü dayan-

dırıldığından itkimilərin sayı xeyli artmışdır. Bu da 

heyvanların sıxlığının artmasına və onların arasında 

qida çatışmamazlığına gətirib çıxarmışdır. Həmçi-

nin, itkimilərin sıxlığının artması təhlükəli helmint-

lərin heyvanlar arasında daha geniş yayılmasına 

səbəb olmuşdur.  

Tülkü, çaqqal, canavarlar qida əldə etmək 

üçün təbii qidalanma arealından  kənara  çıxır,  ya-

şayış  məskənlərinə girərək özlərində olan helmint 

yumurtalarını sinantrop ocaqlıqda   yayırlar.   

Beləliklə, itkimilər təbii ocaqlıqda qida axta-

rışı zamanı təbiətdə otyeyən heyvanlar və təsadüfən 

rast gəlinən ölmüş heyvan cəsədləri ilə;  sinantrop 

ocaqlıqda isə  əsas  ətkəsmə  məntəqələri  ətrafına 

atılan yoluxmuş  daxili orqanlarla,  ev heyvanlarına  

hücum etməklə, balıq, quş  əti və digər  ərzaq 

tullantıları ilə qidalanaraq hər 2 ocaqlıqda olan 

helmint növləri ilə yoluxurlar.   

 Bununla da itkimilər vasitəsi ilə  təbii  və 

sinantrop ocaqlıqlar arasında  helmint mübadiləsi 

yaranır. Nəticədə  vəhşi itkimilərin təbii ocaqlıqda 

uzun müddət  ərzində formalaşmış helmint fauna-

sının  tərkibinə   həm də  sinantrop  ocaqlıqda olan  

helmint növləri də daxil olmuşdur. Eyni ilə sinan-

trop ocaqlıqda vəhşi itkimilərdən  bir sıra təhlükəli  

helmintlərlə yoluxan sahibsiz itlərin də  helmint 

faunasının növ tərkibinə  vəhşi itkimilərin  yaydıq-

ları  helmintlər də daxil olmuşdur.  

Bizim tədqiqatlara (1962-1982-ci illər) qədər  

itkimilərin helmint faunasının tərkibi 45 növdən 

ibarət olmuşdur (Sadıqov,1962;  İsmayılov, 1970; 

Fətəliyev, 1980; Yolçuyev,1981). 

Lakinrespublika  ərazisində bizim tərəfimiz-

dənaparılmış çoxillik (1983-2014-cü illər) tədqiqat-

lar nəticəsində itkimilərdən toplanmış helmintoloji 

materialların  təhlili zamanı müəyyən edildi ki, 

göstərilən amillərin təsiri nəticəsində itkimilərin 

helmint faunasının növ tərkibi say etibarı ilə dəyi-

şilərək müasir vəziyyəti almışdır.   

 

 

MATERİAL VƏ METODLAR 

 

Çoxillik tədqiqatlarzamanırespublikanın müx-



təlif xarakterli landşaftları  və qidalanma yer-

lərindən 112 tülkü, 107 çaqqal, 156 sahibsiz it   tam 

helmintoloji yarma üsulu ilə  tədqiq edilmişdir 

(Skryabin, 1928). 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 



 

Tədqiqat zamanı itkimilərdə  52 növ helmint 

aşkar edilmişdir ki, bu helmintlərin  6 növü  

trematod, 21  növü  sestod, 2 növü  akantosefal, 23 

növü isə  nematodlar sinfinə    mənsubdur.  İnkişaf  

dövriyyəsinə görə bu helmintlərin 42 növü 

 


Azərbaycanda İtkimilərin (Canidae) Helmint 

36 


biohelmint, 10 növü isə  geohelmintdir  (cədvəl 1). 

Cədvəldə  göstərildiyi  kimi, son illər ərzində 

həyat tərzinin dəyişilməsi ilə  əlaqədar olaraq, 

itkimilərin hazırki,  müasir helmint faunasının  

tərkibinə 7 növ daxil olmuşdur:  Plagiorchis  ele-

gans, Taenia parenchimatosa, T. cervi, T.laticollis, 

Troglostrongylus brevior, Ancylostoma tubae-

forme,  Molineus patens

Pl.elegans Masallı rayonunda tülküdə 2006-cü 

ildə qeyd edilmişdir. Tülkulərin bu növlə yolux-

ması onların qidalanma zamanı aralıq sahibi olan 

yoluxmuş  molyuskları da təsadüfən udmasıdır (Fə-

təliyev  və b., 2006). 

T.laticollis  növü  1998-ci ildə Şəki rayonunda 

tülküdə qeyd edilmişdir. Bu növ ilə  yoluxmaya 

səbəb tülkülərin bu növün aralıq sahibi olan  

gəmiricilərlə qidalanmasıdır. 



Cədvəl  1. Azərbaycanda itkimilərdə aşkar edilmiş helmint növləri   

Heyvanlar

Helmintin adı 

tülkü çaqqal sahibsiz 

it 

Alaria  alata  Goeze 

+ +  + 


*Plagiorchis  elegans Rudolphi 

+   + 


Euparyhium  melis Schrank 

+   + 


Echinochasmus  perfoliatus Ratz 

+   + 


Pharynqostomum cordatum   Diesing              

+ +  + 


Ph. fausti  Skryabin et Popow                                             

+ +   


Spirometra erinacei-europei  Rudolphi                

+ +  + 


Dipylidum caninum Leuckart 

+ +  + 


Joyeuxiella echinorhynchoides  Sonsino       

+ +  + 


J.rossicum   Skryabini                                                                          

   + 


Taenia  hydatigena    Pallas                           

+ +  + 


T.crassiceps  Zeder                                      

+ +  + 


*T.parenchimatosa    Pushmenkov                                                      

   + 


*T.laticollis  Rudolphi                                             

+    


T.ovis   Cobbold                                                 

+ +  + 


T.krabbei  Moniez 

+ +   


T.pisiformis   Gmelin                                       

+ +  + 


*T.cervi   Christiansen                                                                         

   + 


Hydatigera taeniaeformis  Batsch 

+ +  + 


H. krepkogorski Schulz et Landa 

+ +  + 


Multiceps multiceps   Leske                          

+ +  + 


Tetratirotaenia polyacantha Leuckart         

+ +  + 


Alveococcus multilocularis    Leuckart                

+   + 


Echinococcus granulosus     Batsch               

+ +  + 


Mesocestoides lineatus   Goeze                    

+ +  + 


M. corti   Hoppli                                              

+ +   


M. petrowi   Sadychov                                       

+ +  + 


Macracanthorhynchus catulinus Kostylew 

+ +  + 


Centrorhynchus itatsinis  Fukui 

 +   


Capillaria  plica  Rudolphi 

+ +  + 


C.putorii Travassos 

+ +  + 


Thominx aerophilus    Creplin                        

+ +  + 


Trichocephalus georgicus Rodonaya 

+ +  + 


Tr. vulpis Froelich 

+ +  + 


Trichinella  spiralis Owen 

+    


Strongyloides  vulpis Petrow 

+    


Ancylostoma caninum  Ercolani 

+ +  + 


*A.tubaeforme Zeder 

+    


Uncinaria  stenocephala Railliet 

+ +  + 


Grenosoma vulpis Rudolphi 

+ +   


*Troglostrongylus brevior Leidy 

+    


*Molineus patens Dujardin 

+   + 


Toxoascaris  leonina  Linstow 

+ +  + 


Toxocara  canis  Werner 

+ +  + 


Spirura rytipleurites Deslongchamps 

+   + 


Spirocerca  arctica  Petrow 

+ +  + 


Sp.lupi  Rudolphi 

+ +  + 


Physaloptera  sibirica Petrow et Gorbunow 

+ +  + 


Rictularia affinis Jagerskiold 

+ +  + 


R.cahirensis  Jagerskiold 

+   + 


Dirofilaria immitis Leidy 

+ +  + 


D.repens Railliet et Henry 

+   + 


Qeyd: * - itkimilərin   helmint faunasının tərkibinə daxil olan helmintlər 

İbrahimova və Fətəliyev 

37 


A.tubaeforme  Şəmkir rayonunda tülküdə; 

T.brevior  növü  Şəki rayonunda tülküdə M.patens  

növü tülkü və canavarda Alazan-Avtaran vadisində 

qeyd edilmişdir (Fətəliyev və b., 2006; 2008). 

T.parenchimatosa 2011-ci ildə  Lənkəran təbii 

vilayətində sahibsiz itlərdə qeyd edilmişdir. Bu növ 

ilə yoluxma əsasən aralıq sahib olan ölmüş maralla 

qidalanmasından irəli gəlir (Yolçuyev və  İbrahi-

mova, 2013).  

T.cervi növü 2009-cu ildə Dağlıq  Şirvanda 

(İsmayıllı rayonunda) çaqqalda qeyd edilmişdir. Bu 

helmintlə heyvanların yoluxması  təsadüfən ölmüş 

vəhşi cütdırnaqlılarla qidalanması zamanı baş 

vermişdir (Yolçuyev və b., 2010) . 

Heyvanların müxtəlif helmint növləri ilə  

yoluxması müxtəlif qidalanma yerləri və  ərazidə 

heyvanların qidasını  təşkil edən aralıq sahiblərinin 

yayılması ilə  əlaqədardır. Məlumdur ki, helmintlə 

yoluxma qidanın tərkibi ilə korelyativ əlaqədardır. 

(Фаталиеви др., 2013). 

Vəhşi itkimilər heyvani qidalarla qidalandıq-

larından onların helmint faunasının tərkibi eyni 

olub, çox az hallarda 1 və ya 2 helmint növü ilə 

fərqlənirlər. Bu fərq heyvanların bəzilərinin   təbi-

ətdə  ölmüş heyvan  cəsədləri ilə, sinantrop  ocaq-

lıqda isə hücum etdikləri ev heyvanları ilə qida-

lanmasından irəli gəlir. Beləki, təbiətdə ölmüş 

cəsədlərlə qidalanan zaman itkimilər trixinella 

sürfələri ilə, ev heyvanları ilə qdalanarkən isə digər  

helmintoz törədəciləri ilə yoluxurlar.   

Oxşar qidalanma yerlərində qidalanan itkimi-

lərin müasir helmint faunasının tərkib hissəsi isə 

demək olar ki, tamamilə eyniləşmişdir. Beləki, 

ətkəsmə məntəqələrində və onun ətraflarında iri və 

xırda buynuzlu heyvanların  ətraf mühitə atılan 

helmuntoz törədiciləri ilə yoluxmuş daxili orqanları 

ilə  qidalanması nəticəsində həm sahibsiz itlər, həm 

də  tülkü,  çaqqal və canavarlar eyni növ helmintlə - 

T.hydatigena, E.granulosus, M.multiceps, A.multi-

locularis yoluxmuşlar. Sahibsiz itlər bu təhlükəli 

helmintlərin sinantrop ocaqlıqda  yayılmasında,   

insan və gövşəyən ev heyvanlarının yoluxdurul-

masında    əsas rol oynayırlar.     

İtkimilərdə oxşar geohelmintlər də  aşkar edil-

mişdir. Bu da  itkimilərin istər təbii, istərsə  də 

sinantrop ocaqlıqda  ətraf mühitdə invazion mərhə-

ləyə çatmış helmint yumurtalarını qida ilə birlikdə 

udaraq asanlıqla yoluxmasından irəli gəlir  (Кули-

ева, 1989).  

Aparılmış  tədqiqat zamanı dipilidioz, exino-

kokkoz, trixinellyoz, toksokaroz və dirofilyariozun 

təbii və sinantrop ocaqlıqları  aşkar edilmişdir 

(Fətəliyev və b., 2011). 

İstər  təbii, istərsə də sinantrop ocaqlıqda qida 

axtarışı zamanı müxtəlif istiqamətdə  hərəkət 

etdiklərindən helmint yumurtalarını  ətraf mühitə 

yayaraq ev heyvanlarının və insanların  təhlükəli 

helmintlərlə yoluxmasına səbəb olurlar. Beləki, 

itkimilərdə aşkar edilmiş helmintləri epizootoloji və 

epidemioloji cəhətdən xarakterizə edərkən müəy-

yən edildi ki, 12 növ helmint epizoo-, epidemioloji 

əhəmiyyət kəsb edir: D.caninum, T.hydatigena, 

H.taeniaeformis, M.multiceps, E.qranulosus, M.li-

neatus, T.spiralis, A.caninum, U.stenocephala, T.le-

onina, T.canis, D.repens (Fətəliyev və b., 2008). 

Beləliklə, çoxillik tədqiqatlar zamanı toplan-

mış materialların təhlili nəticəsində müəyyən edildi 

ki, antropogen amillərin təsirindən ilk növbədə, 

vəhşi heyvanların  həyat tərzi  dəyişilir. Bunun da 

nəticəsində heyvanların helmint faunasının növ 

tərkibi say etibarı ilə  dəyişilərək müasir vəziyyəti 

almışdır. 

 

 

NƏTİCƏLƏR 



 

1.

 



Göstərilən amillərin təsiri nəticəsində itkimilərin 

təbiətdə uzun müddət formalaşmış helmint 

 

faunasının müasir vəziyyəti - helmint faunanın  



tərkibinə 7 növün daxil olması,  5 ocaqlıqların 

yaranması, 12 növ  helmintin  epizootoloji və 

epidemioloji cəhətdən əhəmiyyət kəsb etməsi ilə 

səciyyələnir.  

2.

 

Epizootoloji və epidemioloji əhəmiyyət kəsb 



edən helmintlərə və yaranmış ocaqlıqlara qarşı 

mübarizətədbirləri hazırlamaq lazımdır. Hey-

vanların həyat tərzinə  mənfi təsir göstərən 

antropogen amillər daim diqqət mərkəzində 

olmalıdır. 

 

 



ƏDƏBİYYAT 

 

Fətəliyev Q.H., Yolçuyev M.Ş.,  İbrahimova R.Ş. 

(2006) Abşeron və Xəzəryanı  ərazilərdə  tülkünün 

(Vulpes  vulpes  L., 1758)  helmintlərinin  növmüx-

təlifliyinə  təsir edən bəzi amillərin  öyrənilməsi. 

Zoologiya  İnstitutunun  Əsərləri,  XXYIII cild: 

272-278 


Fətəliyev Q.H., Yolçuyev M.Ş., İbrahimova R.Ş., 

Əzizova A.A. (2008)  Şirvanın coğrafi zonasında  

vəhşi və  əhli  ətyeyən heyvanların helmintlərinin 

növ müxtəlifliyi, onların epizootoloji və epide-

mioloji rolu. Azərbaycan Zooloqlar  Cəmiyyətinin 



Əsərləri, I cild: 189-193. 

Fətəliyev Q.H.,Yolçuyev M.Ş.,  İbrahimova     

R.Ş. (2011) Şirvanda vəhşi və  əhli  ətyeyən 

heyvanların başlıca helmintoz törədiçilərinin  təbii 

və sinantrop ocaqlıqları. AMEA-nın Xəbərləri,biol. 

və tibb elmləri ser., 66(No 3):132-136. 

Sadıqov İ.Ə. (1962) Azərbaycanda xəzdərili  vəhşi 

heyvanların  helmint faunası. Bakı: EA-nın nəşr., 

173 s. 

Yolçuyev M.Ş.,  İbrahimova R.Ş.  (2013)  Lənkə-


Azərbaycanda İtkimilərin (Canidae) Helmint 

38 


ran təbii vilayətində əhli ətyeyən heyvanların hel-

mint faunası  və onun formalaşmasına təsir edən 

amillər.  AMEA Zoologiya İnstitutunun  Əsər-

ləri,31(No 2): 160-165. 

Yolçuyev M.Ş., Fətəliyev Q.H., İbrahimova R.Ş. 

(2010) Şirvanın  dağlıq  ərazilərində  vəhşi və əhli 

ətyeyən heyvanların helmintlərinin növ müxtəlifl-

iyinin öyrənilməsi. Azərbaycan Zooloqlar Cəmiy-



yətinin Əsərləri, II cild: 230-233. 

Елчуев М.Ш. (1981) Нематоды диких и домаш-

них  псовых  в  Шеки-Закатальской  зоны  Азер-

байджанской  ССР.  Мат.респ.  науч.  конф. 

аспирантов. Баку: Элм,  с. 24-25.  

Исмаилов  Г.Д. (1970) К  изучению  гельминто-

фауны  собак  в  Азербайджане.  Иссл.по  гельм.в 



Азербайджане. Баку: Элм, с. 85-86. 

Кулиева Р.О. (1989) Эпидемиологические осно-

вы профилактики ларвального токсокароза (по 

примере  Бакинской  городской  агломелиора-

ции. Автореф. канд. дисс. Баку,   21 с. 



Скрябин  К.И. (1928) Метод  полных    гельмин-

тологических  вскрытий  позвоночных,  вклю-

чая  человека.  М.:изд-во 1-го  МГУ,  45 с. 

Фаталиев  Г.Г. (1980) Эколого-фаунистическая 

характеристика  распространения  гельминтов 

пушнопромысловых зверей на Малом Кавказе 

и  Мильско-Карабахской  степи  Азербайджана. 



Канд. дисс. Баку, 271 с. 

Фаталиев  Г.Г.,  Елчуев  М.Ш.,  Ибрагимова 

Р.Ш. (2013) Влияние  местообитания  на Боль-

шого Кавказа. Мат. за IХ межд. практ.  конф. 



«Настоящ.  Иссл.  и  разв.»,  Биология,  София-

Белград ООД, т. 24: 59-64. 



 

 

 

Современное Состояние Гельминтофауны Псовых (Canidae) в Азербайджане 

 

Р.Ш. Ибрагимова, Г.Г. Фаталиев 

 

Институт зоологии НАНА 

 

Происходящие  в  последние  годы  социально-экономические  изменения  стали  причиной  преобразо-

вания современной гельминтофауны у диких животных, которая формировалась в течение длитель-

ного периода времени. В естественных и синантропных очагах сузились ареалы питания этих живот-

ных и, как следствие, усилилась трофическая конкуренция. В статье дается современная гельминто-

фауна псовых,  включая 7 видов гельминтов,  а также 5  появившихся  очагов и 12 видов гельминтов, 

имеющих важное эпизоологическое и эпидемиологическое значение. 

 

Ключевые  слова:  Лисица,  шакал,  бродячие  собаки,  гельминты,  фауна,  местообитания,  промежу-



точные хозяева, ландшафт 

 

 

Current State Of Helminthofauna Of Canids (Canidae) In Azerbaijan 



 

R.Sh. Ibrahimova, G.H. Fataliyev 

 

Institute of Zoology, ANAS 

 

 

Under the influence of antropogenic factors feeding areas of wild animals have recently been narrowed. 

Thus, wild animals searching food, transfer from their natural habitats to sinantropous habitats and distribute 

helminth eggs. This causes helminth exchange between two habitats through wild animals. So sinantropous 

as well as natural helminths are included in the helminthofauna of animals. In the paper the current 

assessment of helmintofauna of canids of Azerbaijan is provided, including 7 previously not recorded 

species, and also 5 infection centers and, 12 species which are of significant epizoological and 

epidemiological importance. 



 

 Key words: Fox, jackal, homeless dogs, helminths, fauna, feeding habitats, intermediate hosts, landscape 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə