Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması



Yüklə 417,13 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix21.12.2023
ölçüsü417,13 Kb.
#187488
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
elktrik-olcmalari

Ampermetrin cərəyan trasformatoru vasitəsilə dövrəyə qoşulması 
Dəyişən cərəyan dövrələrində ampermetrin ölçü həddini genişləndirmək məqsədilə əlavə 
cərəyan transformatorlarından istifadə olunur. Dəyişən cərəyan; ölçmək üçün elektromaqnit sistemli 
cihazlardan istifadə olunur. Ampermetr cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulma sxemi 
2.1.4. göstərilmişdir. 
Şəkil 2.1 Ampermetr 


18 






Şəkil 2.2 Cərəyan transformatoru 
Sxem 2.3 Amper-metrin cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulması
Cərəyan transformatoru dövrəyə ampermetrin qoşulmasına xidmət edir. Cərəyan 
transformatorunun birinci dolağı işlədiciyə ardıcıl qoşulur. İkinci dolağı isə ampermetrə qoşulur. 
Ampermetrin daxili müqaviməti çox az olur. Praktiki olaraq cərəyan transformatoru qısaqapanma 
rejimində işləyir. Bu transformatorlarda birinci dolağın cərəyanının ikinci dolağın cərəyanına nisbəti 
transformasiya əmsalı adlanır. Ampermetrin nominal cərəyanı adətən standart olaraq 5 A olur. 
Cərəyan transformatorunun ikinci tərəf dolağının dövrəsinin açıq halı yolverilməzdir və bu qəza halına 
səbəb ola bilər. Cərəyan transformatorunun ikinci tərəf dolağı açıq qaldıqda ondan cərəyan axmır. 
Nəticədə, maqnit seli maqnit dövrəsində həddindən çox artır. Bu zaman maqnitkeçirici içlik həddindən 
çox qızır. Bunun nəticəsində ikinci tərəf dolağında e.h.q. - gərginlik artır və nəticədə dolağın izolyasiyası 
pozulur. Bu isə qulluq edən işçilərin həyatı üçün təhlükəlidir. İndi isə belə bir ölçməni nəzərdən keçirək. 
Tutaq ki, cərəyan transformatorunun ikinci tərəfinə şkalası 5 A həddində olan ampermetr 
qoşulmuşdur. Cərəyan transformatorunun transformasiya əmsalı 
𝐾
𝑇
=
𝐼
1
𝐼
2
=
300
5
= 60
I
1
cərəyan transformatorunun 1-ci tərəf, I
2
isə cərəyan transformatorunun 2-ci tərəf 
cərəyanıdır. Tutaq ki, ampermetrin şkalası 4 rəqəmini göstərir. Onda dövrədən axan cərəyan
I
1
=I
2
·K
T
=4·60=240 A 
Hazırda istifadə olunan cərəyan transformatorlarını birinci tərəf dolağının cərəyan müxtəlif 
qiymətlərdə dəyişir. İkinci tərəf dolağının cərəyanı isə standart olaraq 5 A hesablanır. 


19 
2.1.2. Tələbələr üçün fəaliyyətlər 

Ampermetrin dövrəyə qoşulma sxemi ilə ampermetrlərə şuntun qoşulması sxemini 
venn diaqramı vasitəsilə müqayisə edin. 
Sxem 2.4

Müzakirə iş üsulundan istifadə edərək sabit cərəyanı ölçmək üçün istifadə olunan 
cihazla dəyişən cərəyanı istifadə olunan cihazı araşdırın və müzakirə edin.

Ampermetrin cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulma sxemini araşdırın və 
öyrənin.

BİBÖ iş üsulundan istifadə edərək ampermetrin dövrəyə qoşulma sxemi ilə 
ampermetrin cərəyan transformatoru vasitəsilə dövrəyə qoşulma sxemini müqayisə 
edərək müzakirə edin. 

Yüklə 417,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin