11
Cəmiyyət insan hüquqlarını dövlətə qarşı irəli
sürür. Dövlət isə bu hüquqları qanunla ifadə edir.
Hüquq qanun şəklində insanlara görünəndə
hüquqlarını tanıyırlar. Qanun həm vətəndaşların
hüquqlarını ifadə edir, həm də onu (bu hüquqları)
qoruyur. Məsələn, təhsil almaq, oxumaq bizim əsas
hüquqlarımızdan biridir. Konstitusiyamızın 12-ci
maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq
hüququ vardır. Bu qanuna əsasən heç bir kəs sizin
təhsil almaq hüququnuzu məhdudlaşdıra bilməz.
Çünki dövlət sizin təhsil hüququnuzu təmin edir.
Eyni zamanda, misal çəkə bilərik ki, azadlıq
hüququ hər bir vətəndaşa şamil edilir. Bizim bu
hüququmuz qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə
yolu ilə məhdudlaşdırıla bilər. Burdan belə nəticəyə gələ bilərik ki, siz öz hüquqlarınızı bilməlisiniz və bu
hüquqlardan irəli gələn qanunları öyrənərək özünüzü müdafiə etməyi bacarmalısınız.
Dostları ilə paylaş: