Azərbaycanda Zəhərli İlanların Öyrənilməsinin Nəticələri və Perspektivləri T. M. İsgəndərov



Yüklə 130.08 Kb.
PDF просмотр
tarix24.04.2017
ölçüsü130.08 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 76-84 (2013)

 

76 



Azərbaycanda Zəhərli İlanların Öyrənilməsinin Nəticələri və Perspektivləri 

 

T.M. İsgəndərov 

 

AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, Bakı AZ1073, Azərbaycan  

 

Məqalədə son 50 illdə Azərbaycanda zəhərli ilan növlərinin faunistikasını, sistematikasını, 

biologiyasını, ekologiyasını  və ilan zəhəri istehsal etmək məqsədilə süni şəraitdə saxlanılmasının və 

istifadə edilməsinin elmi əsaslarını öyrənmək sahəsində  əldə edilmiş  nəticələr araşdırılır və bu 

sahələrin, habelə Azərbaycanda ilan zəhərinin istehsalı  və öyrənilməsinin perspektiv elmi, elmi-

praktik istiqamətləri göstərilir. 

 

 

GİRİŞ 

 

Zəhərli ilanlar Azərbaycanın sürünənlər 



faunasında mühüm yer tutur. Ölkə ərazisində coğrafi 

yayılma səviyyəsi yüksək olan sürü-nənlərdən biri də 

zəhərli ilan növüdür (Macrovipera lebetina L.,1758). 

Məlum olduğu kimi, ilanlar (Serpentes) biosenozda 

qida zəncirinin tərkib hissəsidir və trofik əlaqələrdə 

olduğu fauna növlərinin say balansının 

saxlanmasında mühüm rol oynayır. 

Ötən  əsrin  əvvəllərində ilan zəhərinin 

tərkibində yüksək bioloji aktivliyi olan 

komponentlər (fermentlər) aşkar edildikdən və 

onun müalicəvi  əhəmiyyəti tibbə  məlum olduqdan 

sonra zəhərli ilanların tədqiqinə diqqət artdı, 

xüsusilə  zəhərlərini  əldə etmək üçün bu ilanların 

süni  şəraitdə saxlanılması üsullarını öyrənmək 

zərurəti yarandı.  

Qafqaz regionunda zəhərli ilanların 

biomüxtəlifliyinə görə Azərbaycanın herpetofaunası 

daha zəngindir. Ötən  əsrin ortalarından etibarın 

Azərbaycanda da zəhərli ilanların öyrənilməsinə  və 

ilan zəhəri əldə etmək üçün süni şəraitdə saxnılması 

yollarının tədqiqinə başlanılıb. İlan zəhəri bu gün də 

həm qiymətli və  təbii tibbi xammaldır, həm də 

qlobal tibbi-diaqnostik tədqiqatlarda geniş  tətbiq 

olunan bir vasitədir. Ona görə Azərbaycanda zəhərli 

ilan növlərinin bioekologiyasının, təbii ehtiyatının 

müasir ekoloji vəziyyətinin, iqtisadi məsədlə 

davamlı itifadəsi yollarının və effektli qorunmasının 

öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. 

Təqdim olunan məqalə ötən əsrin ortalarından 

etibarən Azərbaycanda zəhərli ilan növlərinin 

öyrənilməsi, iqtisadi məqsədlə istifadəsi sahəsində 

əldə edilən nəticələrə  və bu sahədəki gələcək 

tədqiqatların əsas istiqamətlərinə həsr edilib.  

 

  



MATERİAL VƏ METODLAR 

 

Məqalədə qarşıya qoyulan məqsədə nail olmaq 



üçün 1960-ci ildən başlamış bu günə kimi 

Azərbaycanın zəhərli ilanlarının öyrənilməsinə aid 

mövcud elmi ədəbiyyatlar (33) təhlil edilib, müasir 

herpetologiyanın  əsas problemləri və standartları 

baxımından bu sahədəki perspektiv istiqamətlər 

araşdırılıb. 



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Azərbaycanın zəhərli ilanları uzun müddət 



herpetofaunanın tərkib hissəsi kimi öyrənilib. 

Azərbaycanda herpetofaunanın ilk dəfə öyrənildiyi 

1830-cu illərdən başlayaraq, uzun illər (1920-ci ilə 

qədər) Rusiya İmperator Akademiyasının səyyah-

alimləri (E.Menetries, G.Radde, A.B.Şelkovnikov, 

N.A.Kiriçenko və s.) tərəfindən aparılan tədqiqatlar 

nəticəsində bütövlükdə herptofaunanın, həm də 

ilanlar faunasının növ tərkibi, demək olar ki, tam 

müəyyən edilmişdir. 1929-1939-cu illrdə SSRİ EA 

Zoologiya institutunun və SSRİ EA Zaqafqaziya 

Filialının alimləri N.İ.Sobolevskiy, C.A.Çernov, 

Boqaçev və b., daha sonra 1940-1951-ci illərdə 

Azərb. SSR EA Zoologiya institutunun əməkdaşlrı 

R.D.Cəfərov, A.M.Ələkbərov bu sahədə 

tədqiqatları davam etdirərək zəhərli ilan növləri 

haqqında faunistik və ekoloji məlumatları 

genişləndiriblər. Həmin dövrlərin tədqiqatları 

barədə professor A.M.Ələkbərovun «Земноводные 

и 

пресмыкающиеся 



Азербайджана» 

monoqrafiyasında (1978) xroniki ardıcıllıqla və 

ətraflı  məlumat verilib. Onu da qeyd etmək 

lazımdır ki, bu monoqrafiya Azərbaycanda bir neçə 

herpetoloqlar nəslinin yetişməsində boyük rol 

oynayıb və bu gün də əhəmiyyətini itirməyib. 

Azərbaycanda zəhərli ilanların ayrıca olaraq 

öyrənilməsinə 1960-cı illərdən başlanılıb. Bu 

sahədə  əsas xidmətlər professor A.M.Ələkbərova 

(1960-1978), onun tələbələri biologiya elmləri 

namizədləri F.Q.Şərifova (1969-1974) və 

T.R.Əliyevə (1970-1985), T.M.İsgəndərova (1978, 

1992-2012) məxsusdur. Bu alimlərin tədqiqatları 

Azərbaycanda zəhərli ilanların faunistiksına 

(morfologiyası, coğrafi yayılması, say və  sıxlığı), 

çoxalma biologiyasına, ekologiyasına, 

qorunmasına, habelə ilan zəhəri  əldə etmək 

məqsədilə süni şəraitdə saxlanılmasına və 



Azərbaycanda Zəhərli İlanların 

77 


istismarına, habelə yetişdirilməsinə həsr edilib. 

 Sistematikası  və növ tərkibi.  Nəticələr. 

Azərbaycanda ilanların sistematikasına və ya 

taksonomiyasına dair ayrıca tədqiqatlar aparılmayıb. 

Herpetofaunanın, o cümlədən ilanlar faunasının növ 

tərkibi SSRİ-də yayılmış sürünənlərin 

taksonomiyasına (Терентьев и др., 1949; Банников 

и др., 1977) əsasən müəyyən edilib. Professor A.M. 

Ələkbərovun yuxarıda adı çəkilən monoqrafiyasında 

(1978) Azərbaycanın ilanlar faunasının cəmi 24, 

zəhərli ilanlarının isə yalnız 5 növdən ibarət olduğu 

göstərilib (Vipera ammodytes L.,1758, Vipera 

lebetina L.,1758, Vipera xanthina Gray 1849, Vipera 

ursini Bonap., 1835, Agkistrodon halys Pall.,1776). 

Bu zəhərli ilan növləri o vaxtkı təsnifata görə 2 fəsilə 

və 2 cinsə aid olub. Sonralar Azərbaycan ərazisində 

yayılması  təsdiqlənməyən Qabarıqburun gürzə 



Vipera ammodytes  L.,1758  [=Buynuzluburun 

cənubiqafqazgürzəsi 



Vipera transcaucasiana 

(Boulenger,1913)] taksonomik siyahıdan çıxarılmış 

və “Azərbaycanın heyvanat aləmi” kitabında (2000, 

III cild) cəmi 23 ilan, o cümlədən 4 zəhərli ilan 

növləri qeydə alınıb.  

Son 30 ildə Rusiya, Ukrayna və bir çox Avropa 

ölkələrində Şimali Avroasiyanın, o cümlədən Qafqaz 

regionunun ilanlar faunasının sistematikasına aid 

xeyli tədqiqatlar aparılıb (Nilson et al., 1994; 2001; 

Murphy et al., 2007 və s.). Ayrı-ayrı taksonların və 

takson qruplarının (fəsilə, cins, növ, yarımnöv) 

filogenetik  əlaqələri daha dəqiq morfoloji əlamətlər 

və genetik materiallar (DNT) əsasında yenidən təftiş 

edilib, Qafqazın ilanlar faunasının, xüsusilə 



Viperidae  fəsiləsinə aid olan müxtəlif gürzə 

komplekslərinin (V.lebetina, V.xanthina, V. ursini, 



V.berus və s.) sistematikası xeyli dəyişib (Ананьева 

и  др.,2004;  Туниев  и  др., 2009). Qafqaz regionu 

ofidiofaunasının müasir taksonomiyası  və coğrafi 

yayılması haqqında son ədəbiyyat məlumatlarını 

nəzərə alsaq (Туниев  и  др.,2009), Azərbaycanın 

ilanalar faunası hazırda 29 növdən ibarətdir. 

Onlardan 9 növ (1 fəsilə  və 5 cins) isə  zəhərli 

ilanlardır:  



1. Levant irigürzəsi - Macrovipera lebetina 

(Linnaeus,1758). Sinonimi: Coluber lebetinus 

(Linnaeus.,1758). Azərbaycanda, həm də  Cənubu 

Qafqazda bu növün Macrovipera lebetina obtusa 

(Dwigubsky, 1832) yarımnövü yayılmışdır 

(sinonimləri:  Coluber obtusa (Dw., 1832); Vipera 



obtusa  (Dw., 1832); Vipera lebetina obtusa (Dw., 

1832). Bu yarımnövün adı elmi ədəbiyyatda 

azərbaycanca “Zaqafqaziya gürzəsi və ya 

irigürzəsi” kimi də işlədilir (Şəkil 1,A).  



2. Adi qalxansifət - Gloydius halys 

(Pallas,1776). Sinonimləri: 



Coluber halys 

(Pallas,1776).  Agkistrodon halys (Pallas,1776). 

Azərbaycanda 

Gloydius halys caucasicus 

(Nikolsky, 1916) yarımnövü yayılıb. Elmi 

ədəbiyyatda bu yarımnövün adı “Qafqaz 

qalxansifəti” kimi də işlədilir (Şəkil 1, B). 



3. Radde dağgürzəsi - Montivipera raddei 

(Boettger,1890). Sinonimləri: Kiçikasiya gürzəsi- 



Vipera xanthina (Gray,1849),  Vipera raddei 

(Boettger,1890). Azərbaycanda  Montivipera raddei 



raddei (Boettger,1890) yarımnövü yayılıb (Şəkil 1,C). 

4. Başıqalxanlı  şərqi-çölgürzəsi – Pelias 

renardi  (Christoph,1861). Sinonimi: Çöl və ya 

biçənək gürzəsi - Vipera ursini (Bonap.,1835). 

Hesab olunurdu ki, Azərbaycanda Vipera  

ursini renardi (Christoph,1861) yarımnövü 

yayılıb. İndi növ monotipikdir, 1 yarımnövü var: P. 



r. renardi (Christoph,1861), (Şəkil 1,Ç) 

5. Başıqalxanlı hirkangürzəsi - Pelias ebneri 

(Knoeppfler et Sochurek,1955). Sinonimi: Çöl, 

çəmənlik və ya biçənək gürzəsi - Vipera ursini 

(Bonap.,1835). Hesab olunurdu ki, Azərbaycanda 



V. u. ebneri (Knoeppfler et Sochurek,1955) 

yarımnövü yayılıb. 



6. Başıqalxanlı dinnikgürzəsi – Pelias  dinniki 

(Nikolsky,1913). Sinonimləri: Vipera berus dinniki 

(Nikolsky,1913), Vipera dinniki (Nikolsky,1913). 

7. Başıqalxanlı lotiyevgürzəsi - Pelias lotievi 

(Nilson,Tuniyev,Orlov,Höggren et Andrėn, 1995). 

Sinonimi:  Vipera lotievi (Nilson, Tuniyev, Orlov, 

Höggren et Andrėn, 1995). 



8. Başıqalxanlı yerevangürzəsi - Pelias 

eriwanensis (Reuss,1933). Sinonimləri: 

Acridophaga renardi eriwanensis (Reuss,1933), 

Vipera eriwanensis (Reuss,1933)  

9. Burnubuynuzlu cənubiqafqazgürzəsi - Vipera 

transcaucasiana 

(Boulenger,1913). Sinonimi: 



Vipera ammodytes (Linnaeus,1758). Hesab olunurdu 

ki, Azərbaycanda V.a. transcaucasiana 

(Boulenger,1913) yarımnövü yayılıb. 

Qeyd etmək lazımdır ki, sonuncu 5 növün 

Azərbaycanda yayılması əcnəbi müəlliflər tərəfindən 

göstərilsə də (Ананьева и др., 2004; Туниев и др., 

2009), hazırda bunu təsdiq edən kolleksiya 

materialları  əldə edilməmiş, bəzi növlərin isə 

sistematik statusları mübahisəlidir. Ona görə bu 

növlərin Azərbaycan  ərazisində olması, yalnız, 

ehtimal olunur. Beləliklə, Azərbaycanda zəhərli ilan 

növlərinin sayı hazırda, ən azı 4-dür (Xəritə 1). 



Perspektivlər.  Azərbaycanda mövcudluğu 

ehtimal olunan zəhərli ilan növlərinin nümunələrini 

əldə etmək və  zəhərli ilanlar faunasının növ 

tərkibini müasir təsnifata uyğun qaydada 

dəqiqləşdirmək, xüsusilə  “ursini”  (“dağ-çöl 

gürzələri”) kompleksinə aid olan növlərin 

taksonomiyasını öyrənmək gələcək tədqiqatların 

əsas istiqamətləridir. Azərbaycanda “dağ-çöl 

gürzələri”  kompleksindən olan zəhərli ilanların 

(P.renardi, P.ebneri, P. dinniki, P.eriwanensis

sistematikası müasir standartlara uyğun metodlarla 

hərtərəfli öyrənilməlidir. 



T.M. İsgəndərov 

78 


 

 

 



 

Xəritə 1. Azərbaycanda zəhərli lan növlərinin coğrafi yayılması. 

 

 





Ç 

 

Şəkil 1. Azərbaycanın zəhərli ilan növləri: A- Zaqafqaziya irigürzəsi Macrovipera lebetina obtusa (Dw.,1832); 

B- Qafqaz qalxansifəti Gloydius halys caucasicus (Pall.,1776) ;C- Radde dağgürzəsi Montivipera raddei 

raddei (Boett.,1890); Ç- Başıqalxanlı şərqi-çölgürzəsi – Pelias renardi renardi (Christ.,1861)  

 

 



Azərbaycanda Zəhərli İlanların 

79 




Ç 

 

Şəkil 2. Zaqafqaziya irigürzəsinin Macrovipera lebetina obtusa Dw.,1832 müxtəlif rəng formaları (A- açıçq-

qonur rəng və B- tünd boz, melanik rəng); irigürzənin quru zəhəri (C) və maye zəhəri (Ç) şüşə flakonlarda 

 

 

Morfologiyası. İlanların taksonomik statusunu 



müəyyən etmək üçün onların xarici görünüşünü 

formalaşdıran bir çox morfoloji əlamətlərə,  əsasən 

ölçülərinə, bu ölçülərin biri-birilərinə olan 

nisbətlərinə, folidoz xüsusiyyətlərinə (pulcuq və 

qalxancıqarın forması, yerləşməsi, sayı), rənginə, 

naxışların forması  və sayına və digər göstəricilərə 

görə müəyyən edilir (Чернов  и  др.,1949; 

Банников  и  др.,1977). Morfoloji əlamətlər 

növlərin sistematikasında  əsas kriteriyalardan 

olduğu üçün son illərin tədqiqatlarında daha çox 

morfoloji detallara diqqət yetirilir. 

Nəticələr.  Azərbaycanın zəhərli ilanlarının, 

xüsusilə Zaqafqaziya irigürzəsinin  (V.l.obtusa 



Dw.,1832)  və Çöl gürzəsinin  (V.u.renardi 

Christ.,1861) morfologiyası T.R. Əliyev tərəfindən 

qismən öyrənilib (Алиев, 1974; Алиев  и  др., 

1985). Lakin, bu araşdırmalar ümumi morfoloji 

xarakteristika səviyyəsindədir, taksonların 

statuslarını mövcud standartlara uyğun qaydada 

dəqiq-ləşdirmək üçün kifayət etmir.  

Hazırda Qafqazın 

dağ-çöl gürzələri 

komplekslərinə, xüsusilə Vipera ursini kompleksinə 

aid növlərinin morfoloji tədqiqi davam etdirilir. 

Ukrayna və Azərbaycan tədqiqatçıları  tərəfindən 

Başıqalxanlı yerevangürzəsinin  Pelias eriwanensis 

(Reuss,1933) Cənubi Qafqazda coğrafi yayılmasını 

dəqiqləşdirmək üçün morfoloji tədqiqat aparılıb 

(Kukushkin et al., 2012). Azərbaycan MEA 

Zoologiya institutunun və Xarkov Dövlət 

Universitetinin muzeylərində saxlanılan kolleksiya 

materiallarının müqayisəli morfoloji araşdırılması 

göstərdi ki, Azərbaycan  ərazilərindən (Şamaxı 

ətrafı,1937 və Naxçivan MSSR,1947) əldə edilmiş 

Çöl gürzələri  V.u.renardi  [=Pelias renardi 

(Christ.,1861)] nümunələri ilə  Gürcüstan və 

Ermənistanda yayılmış yerevan gürzəsi  Vipera 



eriwanensis  (Reuss,1933) nümunələri  ilkin olaraq 

morfoloji oxşarlığa malikdirlər. Hazırda bu sahədə 

tədqiqatlar davam edirilir. 

Perspektivlər.  Azərbaycanın zəhərli ilan 

növlərində morfoloji əlamətlərin növdaxili 

(yarımnövlər və populyasiyalar səviyyəsində) 

dəyişkənliyinin öyrənilməsi, növlərin 

sistematikasının daha dəqiq morfoloji kriteriyaların, 

bütün rəng variasiyalarının (melanik formalar da 

daxil olmaqla) və  bədən üzərindəki xarakterik 

naxışların sayının, forma və toponomiyasının da 

əlavə  əlamətlər kimi nəzərə alınaraq araşdırılması 

vacibdir (Şəkil 1,2). Bu sahədə daha müasir üsul 

taksonların genetik materiallarını (DNT) 

molekulyar səviyyədə müqayisəsinə əsaslanır. 



Coğrafi yayılması, sayı  və  sıxlığı.  Nəticələr. 

Azərbaycanda zəhərli ilan növlərinin coğrafi 

yayılması son 50 ildə  əsasən,  Ələkbərov A.M. və 

T.R.Əliyev tərəfindən 1970-1985-ci illərdə 

öyrənilib (Ələkbərov və b.,1972 Алиев,1972, 1974, 

Ələkbərov və b.,1985). A.M.Ələkbərovun 

monoqrafiyasında (1978) Azərbaycanda zəhərli ilan 

növlərinin coğrafi və vertikal yayılması, habelə 

biotoplar üzrə paylanması geniş  şərh olunub 

(Алекперов, 1978). Bu tədqiqatlar Levant 

irigürzəsinin Azərbaycanda ən geniş yaılmış və çox 

saylı zəhərli ilan növü ilduğunu göstərir (Xəritə 1). 

Digər növlər isə (Radde dağgürzəsi, Adi 

qalxansifət, Başıqalxanlı  şərqi-çölgürzəsi) məhdud 

ərazilərdə yayılmış zəhərli ilan növləridir. 

Azərbaycanda zəhərli ilan növlərinin coğrafi 

yayılması ayrı-ayrı  ərazilərdəki tapıntılar  əsasıda 

öyrənilib. Lakin bu lokal tapıntı nöqtələri növlərin 

xarakterik landşaftlar üzrə Azərbaycanda coğrafi 

yayılma mənzərəsini ümumi şəkildə ifadə etsə  də, 



T.M. İsgəndərov 

80 


Azərbaycandakı areallarının perimetrlərini 

(sərhədlərini) tam müəyyən etməyə kifayət etmir. Bir 

çox  ərazilərdə, məsələn, Böyük və Kiçik Qafqazın 

yüksəkliklərində (subalp və alp), Qusar-Xaçmaz 

düzənliklərində, Talış dağlarının yüksəkliklərində 

zəhərli ilan növlərinin yayılması  zəif öyrənilib. 

Azərbaycanda “dağ-çöl gürzələri”  kompleksindən 

olan zəhərli ilanların (P.ebneri, P.lotiyeva, P. dinniki, 



P.eriwanensis) coğrafi yayılmasının və areallarının 

öyrənilməsinə böyük ehriyac var. Bu zəhərli ilan 

növlərinin, o cümlədən Buynuzluburun cənubiqafqaz-

gürzəsinin (V. transcaucasiana) Azərbaycanda 

yayılması barədə etibarlı kolleksiya materilları indiyə 

kimi əldə edilməyib. 

Azərbaycanda nisbətən daha çox öyrənilmiş 

zəhərli ilan növlərinin (M. lebetina obtusa, 



M.raddei. G.halys, P.renardi) say və  sıxlığı da 

bütün arealları boyu tam öyrənilməyib. Ayrı-ayrı 

növlər üzrə  əldə olan mövcud məlumatlar isə 

ziddiyyətlidir və mübahisə doğurur. Məsələn, bəzi 

materiallarda (Алиев,1974) Zaqfqaziya 

irigürzəsinin 



M.lebetina obtusa sayının, 

ümumiyyətlə ölkə  ərazisində orta hesabla hər 10 

kv.km (=1000 ha)  əlverişli sahə üçün 6,5-6,6 fərd 

(min- 2-4 fərd, max- 8-10 fərd), digər mənbələrdə 

(Животый  мир  Азербайджана, 2000) hər 10 

hektar sahəyə 3-6 fərd olduğu bildirilir. Bu 

mənbəələrdə sahə üçün istifadə olunan ölçü 

anlayışları (10 kv.km və 10 hektar) fərqli ölçülər 

olduğu üçün say və  sıxlıq barədə verilən 

məlumatlar da mübahisə doğurur. 

Azərbaycanda irigürzənin  M.l.obtusa sayı 

barədə obyektiv məlumata F.Q.Şərifovun 

tədqiqatlarında rast gəlinir və  Şirvan düzünün 

müxtəlif biotoplar üzrə 1 hektar  yaşayış sahəsində 

orta hesabla 1,6 fərd olduğu bildirilir (Şərifov, 

1970). Apardığımız son tədqiqatlara görə  də 

Zaqafqaziya irigürzəsi herpetofaunanın adi 

növlərindən biri olaraq qalır və 1 hektar əlverişli 

yaşayış yerlərində (məsələn, Qobustan düzü) 

irigürzənin sayı orta hesabla 1,4 fərd, antropogen 

yaşayış yerlərində isə (məsələn, Abşeron y/a) 0,6 

fərddir, yəni 2,5 dəfə azdır (Искендеров, 2012). 

Azərbaycanda digər zəhərli ilan növləri 

(Montivipera raddei, Pelias renardi, Gloydius 



halys) Azərbaycanda məhdud  ərazidə yayılmaqla 

yanaşı (Xəritə 1), sayı  və  sıxlıqları da aşağıdır 

(Алиев,1974): 1 hektar yaşayış sahəsində 

Kiçikasiya gürzəsinin Vipera xanthina (=Radde 

dağgürzəsi Montivipera raddei) sayı  2,5- 3,0 fərd, 

Çöl gürzəsinin Vipera ursini renardi 



(=Başıqalxanlı  şərqi-çölgürzəsi Pelias renardi) 

sayı  isə  0,1-0,2 fərddir. Adi qalxansifət (Gloydius 



halys) ilanın say və sıxlığı barədə isə, mövcud elmi 

ədəbiyyatda, ümumiyyətlə məlumat yoxdur.  

Kiçikasiya gürzəsi  Vipera xanthina  (=Radde 

dağgürzəsi Montivipera raddei) sayca azalan növ 

kimi Azərbaycanın Qırmızı Kitabının 1-ci nəşrinə 

(1989) və hazırda çapda olan 2-ci nəşrinə salınıb. 

Qırmızı Kitabının 2-ci nəşrinə habelə, Başıqalxanlı 

şərqi-çölgürzəsi [Pelias renardi (Christoph,1861)] 

məhdud ərazidə yayılan və sayca azalan həssas növ 

kimi (VU) daxil edilib.  

Araşdırılan bütün elmi materiallarda yaşaış 

yerlərinin mənimsənilməsi və ya sıradan çıxmasına, 

habelə digər antropogen təsirlərə görə 

Azərbaycanda zəhərli ilanların sayının ilbəil 

azalması göstərilir.  

Ümumiyyətlə, Azərbaycanda zəhərli ilan 

növlərinin say və  sıxlığı barədə elmi ədəbiyyat 

məlumatları 25-50 il əvvəlki dövrə aid olduğu üçün 

artıq, köhnəlib (Шарифов, 1970; Алиев,1972, 

1974,  Ələkbərov və b.,1985) və bu məlumatların 

dəqiqləşdirilməsinə və yenilənməsinə ehtiyac var.  

Perspektivlər. Azərbaycanda zəhərli ilan 

növlərinin coğrafi areallarının sərhədlərini 

dəqiqləşdirmək, populyasiyalarda fərdlərin say və 

sıxlığını, biotoplar üzrə paylanmasını öyrənmək, 

güclü və  zəif populyasyaları müəyyən etmək, 

habelə yaşayış yerlərinin müasir ekoloji vəziyyətini 

araşdırmaq vacib istiqamətlərdəndir. Bu sahədə 

zəngin informasiya bazasının yaradılması 

Azərbaycanda zəhərli ilan növlərinin düzgün və 

səmərəli istifadəsini, habelə effektli qorunmasını 

təşkil etmək üçün önəmlidir. 

Bioekologiyası.  Nəticələr.  Zəhərli ilanların 

bioekologiyası, xüsusilə yayılması, yemlənməsi, 

çoxalması  və inkişafı, davranış xüsusiyyətləri, 

mövsümi və sutkalıq fəallıqları indiyə  qədər 

aparılmış bir çox tədqiqatların diqqət mərkəzində 

olub. Bu tədqiqatlarda ilanların faunistikası  və 

ekologiyası xarakterizə edilir, ilanların coğrafi 

yayılması, biotoplar üzrə paylanması, mövsümi və 

sutkalıq aktivlikləri, yemlənməsi və çoxalma biolo-

giyası, cinsiyyət orqanlarının vəziyyətlərindəki 

mövsümi dəyişkənlik araşdırılır (Алекперов, 1970, 

1978; Şərifov, 1970; Шарифов, 1970, 1974; Алиев, 

1974;  Наджафов  и  др.,1994). Bəzi materiallar isə 

ilanların reproduktiv fəaliyyətinin və ilkin 

embriogenezinin adaptiv xüsusiyyətlərinin, 

embrional inkişafının öyrənilməsinə  həsr edilib 

(Искендеров, 1978, 2006, 2011; Наджафов  и 

др.,1994).  



Perspektivlər.  Azərbaycanda zəhərli ilanların 

bioekologiyasının bir çox cəhətləri tam 

öyrənilməyib. Ontogenezinin ayrı-ayrı yaş 

mərhələlərində ilanların bioekoloji və morfo-

fizioloji xüsusiyyətləri, reproduktv fəaliyyətləri, 

yemlənmə, özünüqoruma və çoxalma ilə bağlı 

davranış formaları  və bu davranışlarda biotik və 

abiotik amillrin rolu, xüsusilə termobiologiyası 

tədqiq olunmayıb. Bu sahələrdə aparılacaq 

tədqiqatlar həm də, mühüm praktik əhəmiyyət kəsb 

edir. Belə ki, əldə ediləcək nəticələr təsərrüfat 


Azərbaycanda Zəhərli İlanların 

81 


məqsədilə ilanların süni şəraitdə daha səmərəli 

saxlanılması və yetişdirilməsi üsullarını hazırlamaq 

üçün vacibdir.  

Süni  şəraitdə saxlanılması  və iqtisadi 

məqsədlə istifadə edilməsi.  Elmi tibbə görə ilan 

zəhəri  əczaçılıq sənayesi üçün qiymətli xammal 

olduğu kimi, qədim  şərq təbabətinə görə  də 

ilanların  əti, piyi, qanı  və ödü insanın sağlamlığı 

üçün faydalıdır. Bundan savayı, ilanların dərisi 

müxtəlif bəzək və  dəri məmulatları hazırlamaq 

üçün qiymətlidir.  İlanın zəhərini və digər bioloji 

məhsullarını  əldə etmək üçün hazırda bütün 

dünyada onların yalnız təbii ehtiyatından istifadə 

olunur. Belə ki, təbiətdən ovlanmış ilanlar 

müvəqqəti olaraq müxtəlif müddətə (0,7-3 il) süni 

şəraitdə saxlanılır və mütamadi istismar edilir. 

Azərbaycanda da uzun müddət (1969-1995) SSRİ-

nin tibbi-əczaçılıq sənayesini ilan zəhəri ilə  təmin 

etmək üçün təbiətdən ovlanmış Zaqafqaziya 

irigürzəsi süni şəraitdə saxlanılıb və istifadə olunub 

(Шарифов,1974). 

Nəticələr.  Azərbaycanda ilan zəhəri  əldə 

etmək üçün gürzə ilanının (Vipera lebetina obtusa) 

süni  şəraitdə saxlanmasını ilk dəfə öyrənən F.Q. 

Şərifov olmuşdur (1973, 1974). Azərbaycanda ilan 

zəhəri istehsal edən herpetoloji laboratoriyanın 

təşkilində (1969) və  fəaliyyətində (1969-1975) 

F.Q.Şərifovun xüsusi xidmətləri olub. O, gürzə 

ilanlarının qapalı otaqlarda qəfəs  şəraitində 

saxlanması rejimlərini (temperatur, işıq, yemlənmə 

və s.), ilanların süni şəratdə yaşama müddətinə  və 

sağlamlığına, zəhərvermə qabiliyyətinə  təsir edən 

amilləri, habelə süni saxlanma şəraitində ilanların 

boy artımını öyrənib. Bu tədqiqatlar nəticəsində 

ilan zəhəri  əldə etmək üçün gürzə ilanlarının süni 

şəraitdə saxlanmasının səmərəliliyi artmış  və 

ilanalrın süni şəraitdə  fəal yaşama müddəti orta 

hesabla 6-7 aydan 10-12 aya qədər yüksəlmişdir.  

Buna baxmayaraq, bir tərəfdən ilan zəhərinə 

olan ehtiyac, digər tərəfdən ilanların təbii 

ehtiyatının səmərəli və davamlı istifadəsinin 

vacibliyi tələb edirdi ki, təbiətdən ovlanmış hər bir 

ilan süni şəraitdə maksimum effektlə və daha uzun 

müddətə istismar edilsin, ən yaxşı halda onların 

süni şəraitdə yetişdirilməsi problemi həll edilsin.  

Bu məqsədlərə nail olmaq üçün T.M. 

İsgəndərovun 1981-1995 -ci illərdə apardığı elmi-

təcrübi tədqiqatlar xüsusilə mühüm rol oynayıb. 

Həmin tədqiqatlar Zaqafqaziya irigürzəsinin 

coxalma biologiyasının adaptiv xüsusiyyətlərini və 

embrional inkişafını, yumurtalarının süni 

inkubasiyasını, biotik və abiotik amillrin 

(vitaminləşdirmə, şüalandırma) ilanların yemlənmə 

və çoxalma aktivliyinə, fəal yaşama müddətinə  və 

zəhərvermə qabiliyyətinə, sağlamlığına təsirini 

öyrənməyə  həsr olunub (Искендеров, 1978, 2001, 

2003, 2006; İsgəndərov, 2003, 2008). Əldə edilən 

nəticələrin, o cümlədən ilanlarda vitaminləşdirmə 

və ultrabənövşəyi  şüalandırma üsullarının 1985-

1990-cı illərdə ilan zəhəri (Şəkil 2,C,Ç) istehsal 

edən kombinatda (sonradan “Zootoksinlər” İstehsal, 

Elmi Araşdırma Mərkəzi) tətbiqi ilanların süni 

şəraitdə  fəal yaşama müddətini orta hesabla 16-18 

aya, illik zəhər çıxımını isə orta hesabla 16,6 % 

qaldırmağa imkan verdi. Nəticədə, 1985-1990-cu 

illərdə 

təbiətdən ilan ovunu artırmadan 

Azərbaycanda illik ilan zəhəri istehsalını orta 

hesabla 3,0 kq-dan 3,5 kq-a qaldırmaq mümkün 

oldu (keçmiş SSRİ-də istehsal olunan illik ilan 

zəhərinin 70-75%). Gürzə yumurtaları üçün 

əlverişli süni inkubasiya metodunun hazırlanması 

nəticəsində  hər il serpentariyada yüzlərlə gürzə 

balaları alınıb təbii ərazilərə introduksiya edilib.  

Perspektivlər. Azərbaycanda ilan zəhərinin, o 

cümlədən digər faydalı bioloji ilan məhsulların əldə 

edilməsi üçün geniş  təbii imkanlar var. Ona görə 

ilanların süni şəratdə saxlanılmasının və 

istismarının elmi əsaslarını  hərtərəfli öyrənmək 

vacibdir. Xüsusilə  zəhərli ilanların süni şəraitdə 

daha səmərəli metodlarla (qapalı və açıq-yarımtəbii 

volyer, terrarium, qəfəs) saxlanılması, süni 

inkubasiya yolu ilə  əldə edilmiş ilan balalarının 

cinsi yetişkənliyə və məhsuldar yaşlara çatana kimi, 

yəni qapalı sistem üzrə yetişdirilməsi problemlərini 

həll etmək üçün xüsusi tədqiqatlar aparılmalıdır. Bu 

problemlərin həlli gələcəkdə ilan zəhəri və digər 

bioloji ilan məhsullarının istehsalını  təşkil etmək 

üçün ilanların təbii ehtiyatından asılılığı azalda və 

ya tam aradan qaldıra bilər. 



İlan zəhərinin öyrənilməsində elmi- praktik 

istiqamətlər.  Azərbaycan ilan zəhərinin elmi 

əsaslarla istehsalı sahəsində böyük təcrübə  və 

ənənəyə malikdir. Bu ənənənin bərpası  və inkişafı 

üçün ilanalrın süni şəraitdə saxlanılmasının və 

yetişdirilməsinin elmi əsaslarını öyrənməklə yanaşı, 

həm də ilan zəhərinin və ilanlardan əldə edilməsi 

mümkün olan digər bioloji məhsulların biokimyəvi, 

biofiziki, toksinoloji və farmakoloji 

xüsusiyyətlərinin öyrənilməsi, tətbiq sahələrinin 

araşdırılması da vacibdir. Azərbaycanda ilan 

zəhərinin istehsalının bərpasından öncə bu 

məhsulun müasir satış bazarının formalaşdırılıması 

lazımdır. Hazırda dünya tibbi xammal bazarında 

ilan zəhərinin etibarlılığına və keyfiyyətinə xüsusi 

diqqət yetirilir və bu məhsula Avropa Tibb 

Agentliyinin (European Medicines Agency

standartlarına uyğun müasir texniki sənəd- 

keyfiyyət sertifakatı  tələb olunur. Ona görə dünya 

tibbi xammal bazarına çıxarılması üçün 

Azərbaycanda istehsal olunmuş ilan zəhərinə 

müasir standartlara cavab verən keyfiyyət sertifikatı 

hazırlanmalıdır.  İlan zəhərinin keyfiyyəti onun bir 

sıra biokimyəvi (tərkibindəki zülal maddəsinin 

miqdarı  və fermentlərin bioloji aktivliyi), biofiziki 



T.M. İsgəndərov 

82 


(rəng, işıqlılıq, parlaqlıq və s.) və toksinoloji (LD

50



parametrlərinə görə müəyyən edilir. Azərbaycanda 

iqtisadi məqsədlə istifadə edilən irigürzənin 

(Macrovipera lebetina obtusa) zəhərinə bu sənədi 

hazırlamaq və yuxarıda göstərilən keyfiyyət 

parametrləri üzrə göstəriciləri müəyyən etmək üçün 

ayrıca tədqiqatlar aparılmalıdır. Bu tədqiqatlar 

nəticəsində ilanların təbiətdə olmasından və süni 

şəraitdə saxlanılmasından, müxtəlif saxlanma 

rejimlərinin təsirindən asılı olaraq keyfiyyət 

göstəricilərinin normal dəyişmə diapazonu 

müəyyən edilməlidir. Azərbaycanda ilan zəhərinin 

(Vipera lebetina obtusa) biokimyəvi və farmakoloji 

xüsusiyyətlərinin öyrənilməsi sahəsində  tədqiqatlar 

aparılsa da (Топчиева и др., 1996, Topşiyeva və b., 

2001;  Топчиева, 2003), əldə edilən məlumatlar 

yuxarıda göstərilən praktik məsələlərin həlli üçün 

kifayət etmir. 

İlanların zəhərli sekresiyaların və digər bioloji 

məhsullarının biokimyəvi, farmakoloji və 

toksinoloji xassələrini öyrənmək, bu xassələrin növ, 

populyasiya və  fərd səviyyələrində  dəyişkənliyini 

aşkar etmək, tibb və tibbi-diaqnostika, kosmetika 

üzrə yeni tətbiq sahələrini araşdırmaq vacib elmi-

praktik istiqamətlərdəndir.  

Azərbaycan  ərazisində yaşayan ayrı-ayrı 

zəhərli ilan növlərinin zəhər sekresiyalarının 

biokimyəvi və toksinoloji xüsusiyyətlərinin 

öyrənilməsi həm də, bu növlərin sistematikası üçün 

elmi və  zəhərli sancmalar zamanı daha effektli 

müalicə 


tədbirlərinin, homeopatik müalicə 

vasitələrinin (qan zərdablarının) hazırlanması üçün 

tibbi əhəmiyyət kəsb edir.  

 

 



ƏDƏBİYYAT 

 

Ələkbərov A.M., Əliyev T.R. (1972) Naxçıvan 

MSSR-də  zəhərli ilanların öyrənilməsinə dair. 



Azərb. döv. universitetinin Elmi Əsərləri, biol. 

elm. seriyası, 1: 29-38. 

Ələkbərov A.M., Şərifov F.Q. (1973) Radde 

gürzəsinin ekologiyası  və onun laboratoriya 

şəraitində saxlanılması.  ADU-nun Elmi Əsərləri, 

biol. seriyası, 3: 43-47 

Əliyev T.R., Əhmədov S.B., Qəniyev F.R. (1983) 

Naxçıvan MSSR-nin nadir sürünənləri və onların 

qorunmasına dair materiallar. Azərb.SSR EA-nın 

Xəbərləri, biol. elm. seriyası, 6: 44-49 

İsgəndərov T.M. (2003) Zəhər almaq məqsədilə 

gürzə ilanlarının süni şəraitdə saxlanmasında 

ultrabənövşəyi 

şüalandırmanın və 

vitaminləşdirmənin rolu. Azərb. Zool. Cəmiy. I 

qurultayının materialları. Bakı, Elm541-544 

İsgəndərov T.M. (2008) Zəhər alınmanın süni 

şəraitdə saxlanılan Zaqafqaziya iri-gürzəsinə təsiri 

(Macrovipera lebetina obtusa Dw., 1832). 

Azərb.Zool. Cəmiyyətinin əsərləri, 1: 767-776  

Şərifov F.Q. (1970) Zaqafqaziya gürzəsinin həyat 

tərzi haqqında bəzi məlumatlar. Azərb.SSR EA-nın 



Xəbərləri (biol. elm. seriyası), 4: 78-80 

Topçiyeva  Ş.Ə., Yolçiyev Y.Y. (2001)  İlan 

zəhərinin farmakoloji xüsusiyyətləri, insan və 

heyvanların maddələr mübadiləsinə  təsiri.  Azərb. 

MEA-nın Xəbərləri (biol. elmləri), 4-6: 100-108. 

Алекперов  А.М. (1961) К  экологии  и 

распространению  гюрзы (Vipera lebetina L.) в 

Азарбайджане.  Уч.  зап.  АГУ  им.  С.М.Кирова

серия биол.4: 13-17  

 Алекперов  А.М. (1970) Ядовитые  змеи 

Азербайджана  и  вопросы  состояния  их 

охраны.  В  сб.: «Ядовитые  животные  и  их 



яды»  Материалы  Среднеазиатской  конф. 

Изд.-во АН Узбек.ССР: 14-28. 



Алекперов  А.М. (1978) Земноводные  и 

пресмыкающиеся  Азербайджана.  Баку,  Элм: 

149-155. 

Алекперов  Х.М.,  Алиев  Т.Р.,  Ганиев  Ф.Р. 

(1985)  К  распространению  и  экологии 

Закавказской 

гюрзы 


в 

Приараксинской 

низменности  Нахичеванской  АССР.  Вестник 

Зоологии АН Укр. ССР ( Киев), 3: 59-63 

Алиев  Т.Р.  (1972)  К  распространению  и 

экологии 

кавказского 

щитомордника 

в 

Азербайджане. Изв.АН Азерб.ССР. 3: 72-74. 



Алиев 

Т.Р. (1974) Ядовитые 

змеи 


Азербайджана  (эколого-фаунистическое  ис-

следование).  Автореф.  дисс. … канд.  биол. 

наук. Баку: 21. 

Алиев 

Т.Р., 

Ганиев 

Ф.Р. (1985) 

Распространение  и  эколого-морфологические 

особенности  степной  гадюки – Vipera ursine 

Bonoparte,1835 в Азербайджане. Извест. Акад. 



Наук Азерб.ССР.(серия биол.наук), 1: 44-50. 

Ананьева  Н.Б.,  Орлов  Н.Л.,  Халиков  Р.Г., 

Даревский  И.С.,  Рябов  С.А.,  Барабанов  А. 

(2004)  Атлас  пресмыкающихся  Северной 

Евразии 

(таксономическое 

разнообразие, 

географическое 

распространение 

и 

природоохранный 



статус). 

Зоологический 

институт РАН (Санкт-Петербург)183-221 

Банников А.Г., Даревский И.С., Ищенко В.Г., 

Рустамов  А.К.,  Щербак  Н.Н. (1977) 

Определитель 

земноводных 

и 

пресмыкающихся  фауны  СССР.  Учеб.  пособ. 



для  студ.  биол.  спец.  пед.  ин-тов.  М., 

Просвещение319-332 

Искендеров  Т.М.  (1978)  Морфологическая 

изменчивость 

в 

раннем 


эмбриогенезе 

некоторых  видов  рептилий  и  ее  адаптивное 

значение.  Автореф.  дисс. ... канд.  биол.  наук. 

Баку: 21 с. 



Искендеров 

Т.М. 

(2001) 


О 

биологии 

размножении закавказской гюрзы в неволе при 


Azərbaycanda Zəhərli İlanların 

83 


круглогодичном 

производстве 

их 

яда. 


Материалы  науч.  конференции.  Баку,  БГУ: 

113-114 


Искендеров Т.М. (2002) О некоторых аспектах 

адаптации  закавказской  гюрзы  в  условиях 

содержания  в  неволи  при  круглогодичном 

производстве  их  яда.  Вестник  БГУ,  серия 



естеств. наук, 2: 78-82.  

Искендеров  Т.М. (2006) Эмбриональная 

диапауза  у  Закавказской  гюрзы  и  её 

адаптивное  значение  (Vipera lebetina obtusa).  

Труды Инст. Зоол. НАН Азерб. Респ., ХХVIII: 

361-372  



Искендеров Т.М. (2012) Влияние антропогенных 

факторов на состояние популяции Закавказской 

гюрзы  (Macrovipera lebetina obtusa Dwigubsky, 

1832).  В  сб.: «Вопросы  герпетологии». 



Материалы 5-го съезда Герпетол. общества им. 

А.М.Никольского, Минск: 97-99.  

Наджафов  Дж.А.,  Искендеров  Т.М.  (1994) 

Особенности 

биологии 

размножения 

Закавказской  гюрзы  (Vipera lebetina obtusa). 

Зоолог. Журнал АН СССР (М.), 4:148-153 

Терентьев 

П.В., 

Чернов 

С.А. (1949) 

Определитель 

пресмыкающихся 

и 

земноводных. М., Советская наука: 340. 



Топчиева  Ш.А.  (2003)  Биохимическая  и 

фармакокинетическая 

характеристика 

яда 


закавказской  гюрзы  (Vipera lebetina obtusa). 

Автореф. дисс. ... докт. биол. наук. Баку: 38 с. 



Топчиева  Ш.А.,  Алиев  Т.Р.,  Елчиев  Я.Я. 

(1996)  Белковый  состав  яда  закавказской 

гюрзы. Журнал "Здоровье" (Баку), 4: 37-39. 

Туниев  Б.С.,  Орлов  Н.Л.,  Ананьева  Н.Б., 

Агасян 

А.Л. (2009) Змеи 

Кавказа 


(таксономическое  разнообразие,  распростра-

нение,  охрана).  Зоол.  инст.  РАН  (Санкт-



Петербург-Москва)100-193 

Шарифов  Ф.К. (1970) О  суточной  активности 

гюрзы  Ширванской  степи  Азербайджанской 

ССР.  В  сб. «Ядовитые  животные  Средней 

Азии и их яды». Матер. Среднеазиатск. конф. 

АН Узбек.ССР88-90 

Шарифов  Ф.К. (1973) О  продолжительности 

жизни  и  темпа  роста  кавказской  гюрзы  в 

неволе.  Вопросы  герпетологии.  Л.,  Наука: 

187–191.  



Шарифов  Ф.К. (1974) Пресмыкающиеся  Кура-

Араксинской  низменности  и  их  практическое 

значение.  Автореф.  дисс. ... канд.  биол.  наук. 

Краснодар: 28 c. 



Kukuschkin O., Iskenderov T., Axmedov S., 

Bunyatova S., Zinenko O. (2012) Additions to 

the distribution of Vipera eriwanensis (Serpentes: 



Viperidae) in Transcaucasia, with comments on 

the identity of vipers in northeastern Azerbaijan. 



Herpetology Notes, Puplished on line (http:/www. 

Herpetology notes.sehherpetology.org),  5: 423-

427.  


Murphy R.W., Orlov N.L., Ananjeva N.B., 

Lathrop A., Agasyan A., Mazanayeva L., 

RyabovS., Shiryaev K., Kapeleris A.P. (2007) A 

molecular phylogeny of Caucasian vipers. 2nd 



Biology of the vipers conference. CIBIO. 

Portugal: 15 

Nilson G., Andren C. (2001) The meadow and 

steppe vipers of Europe and Asia- the Vipera 

(Acridophaga)  ursinii  complex.  Acta Zoolog. 

Academiae Scientiarum Hungaricae, 47(2-3): 87-

267  


Nilson G., Hoggren M., Tuniyev B., Orlov N., 

Andren C. (1994) Phylogeny of the vipers of the 

Caucasus (Reptilia, Viperidae).  Zoolog. Scripta, 



23 (4): 353-360. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

T.M. İsgəndərov 

84 


Итоги и Перспективы Изучения Ядовитых Змей в Азербайджане 

 

Т. М. Искендеров 



 

Институт зоологии НАНА 

 

В  статье  рассматриваются  результаты  исследований,  проводимых  в  Азербайджане  на  протяжении 



последних 50 лет, в области изучения фаунистики, биологии и экологии ядовитых змей и содержания 

и эксплуатации их в неволе в целях производства змеиного яда, указываются перспективные научные 

и  научно-практические  направления  в  этих  областях,  а  также  в  области  изучения  и  производства 

змеиного яда в Азербайджане.  

 

 

 

 

 



Results And Perspectives For The Study Of Poisonous Snakes In Azerbaijan 

 

T.M. Isgandarov 

 

Institute of Zoology, ANAS  

 

The paper analyzes the results obtained during the last 50 years on studying of the fauna, biology, ecology 



and maintenance in captivity of venomous snakes in order to obtain and use of snake venom. Scientific and 

practical directions for the production and study of snake venom in Azerbaijan are also given in the paper.



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə