“AZƏrbaycanim” Beynəlxalq Jurnal



Yüklə 171.54 Kb.
PDF просмотр
tarix19.07.2017
ölçüsü171.54 Kb.

                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

3

 



 

4| 2012

 


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

 



4 | 2012

 

REDAKSİYA HEYƏTİ 

Baş redaktor: Emil NƏSİRLİ 

Baş redaktorun birinci müavini: Fikrət NAĞIYEV 

Baş redaktorun müavini: Cəmilə NƏSİRLİ 

Məsul katib: Fəridə ZEYNALOVA 

Dizayner:  Əhməd ƏLİYEV 

Rəssam:  Kəbirə AXUNDOVA 

Mətn yığımı:   Şəbnəm ƏLİYEVA 

 

“Azərbaycanım” Beynəlxalq Jurnalının kollektivi Jurnalın May, 2015 nömrəsinin 

buraxılışının hazırlanması, tərtib olunması və nəşr edilməsi prosesində 

göstərdikləri köməyə, verdikləri dəyərli məsləhətlərə görə 

aşağıda adları qeyd olunan Fəxri Redaksiya Heyətinə - 

Azərbaycanın ictimai-siyasi elitasına 

minnətdarlığını bildirir: 

 

REDAKSİYA HEYƏTİNİN FƏXRİ ÜZVLƏRİ 

Fəttah HEYDƏROV, Xoşbəxt YUSİFZADƏ, Cəmil ƏLİYEV, Teymur BÜNYADOV, Nərgiz PAŞAYEVA,  

Dilarə SEYİDZADƏ, Hacı Allahşükür PAŞAZADƏ, Kəmaləddin HEYDƏROV, Hacıbala ABUTALIBOV,  

Südeyif İMAMVERDİYEV, Zərifə SALAHOVA, Səlim MÜSLÜMOV, Ziyafət ƏSGƏROV, Hadi RƏCƏBLİ,  

Сəmil QULİYEV, Ziyad SƏMƏDZADƏ, Hüseynbala MİRƏLƏMOV, Eldar ŞAHBAZOV, Tahir SALAHOV,  

İsmayıl HACIYEV, Əhliman ƏMİRASLANOV, Abel MƏHƏRRƏMOV, Səttar MÖHBALIYEV,  

 Ənvər SEYİDOV, Bağır ƏSƏDOV, Həsən ŞİRİNOV, Əhəd ABİYEV. 

 

Jurnalın materialları 

 “Azərbaycanım” Beynəlxalq Jurnalı Redaksiyasının 

Kompyuter mərkəzində yığılmış, tərtib edilmiş və səhifələnmişdir. 

Rus dilinə tərcumə  Baku Language School-un təsisçisi Emil İbadov tərəfindən həyata keçirilmişdir. 

 

URL: http://www.azerbaijanim.com;  http://www.planettv.az; E-mail: info@azerbaijanim.com 

 

© “Azərbaycanım” Beynəlxalq Jurnalı Redaksiyası. May, 2015 Bakı, 56 səhifə 



 

Jurnalın materialları müəlliflik hüququna əsaslanan qanunla qorunur. 

Materiallardan istifadə yalnız yazılı razılıqdan sonra mümkün ola bilər. 

 

Rəy və təkliflərinizi göndərə bilərsiniz:  (+99450) 215 93 47 

                                                                        (+99455) 215 93 47 

                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

5

 



 

4| 2012

 

SİYASƏT 

 

İlham Əliyev "İdman" ili ilə bağlı  

Tədbirlər Planını təsdiqləyib 

 

Gənclər və İdman Nazirliyi əlaqələndirici təşkilat müəyyən edilib.  

 

Prezident 



İlham 

Əliyev 


“Azərbaycan 

Respublika-

sında 2012-ci ilin “İdman ili” 

elan 


edilməsi 

ilə 


bağlı 

Tədbirlər  Planı”nın  təsdiq 

edilməsi  haqqında  sərəncam 

imzalayıb. 

Simsar.az-ın 

məlumatına 

görə, 

Tədbirlər 



Planının 

icrasının təşkilində əlaqələn-

dirici orqan Gənclər və İdman Nazirliyi müəyyən edilib. 

Nazirlər  Kabinetinə  “Azərbaycan  Respublikasında  2012-ci  ilin  “İdman  ili”  elan 

edilməsi 

ilə 


bağlı 

Tədbirlər 

Planı”nda 

nəzərdə 


tutulmuş 

tədbirlərin 

maliyyələşdirilməsini  təmin  etmək  və  sərəncamdan  irəli  gələn  digər  məsələlərin  həlli 

tapşırılıb. 

 

 

Mərkəzi  Bank  və  ABA  Heydər  Əliyevin  90  illiyi 



ilə bağlı konfrans keçirmişdir  

 

Aprelin  26-da  Bakıda  Four  Seasons  otelində  Mərkəzi  Bank  və  Azərbaycan  Banklar 



Assosiasiyasının  (ABA)  təşkilatçılığı  ilə  ümummilli  lider  Heydər  Əliyevin  90  illiyi  ilə 

bağlı,  onun  Azərbaycanın  müasir  maliyyə  sistemindəki  roluna  həsr  edilmiş  “Heydər 

Əliyev  və  maliyyə-kredit  sistemi:  nailiyyətlər  və  çağırışlar”  mövzusunda  konfrans 

keçirilmişdir. 

Konfrans  iştirakçıları,  əvvəlcə,  Fəxri  xiyabanda  ümummilli  lider  Heydər  Əliyev  və 

akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmişlər. 

Daha  sonra  Konfrans  öz  işinə  başlamışdır.  Four  Seasons  otelində  keçirilən,  bank 

ictimaiyyətinin,  dövlət  və  hökumət  qurumlarının  nümayəndələrinin  iştirak  etdiyi 

tədbirdə,  ilk  olaraq,  Mərkəzi  Bank  tərəfindən  yubiley  münasibəti  ilə  Böyük 

Britaniyanın  “The  Royal  Mint”  Kral  Sikkəxanasında  hazırlanmış  3  növdə  qızıl  xatirə 

sikkələrinin təqdimatı keçirilmişdir. 


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

 



4 | 2012

 

 



 

Konfransı giriş sözü ilə açan ABA-nın prezidenti Eldar İsmayılov tədbirin əhəmiyyətini 

iştirakçıların  diqqətinə  çatdırmışdır.  O,  çıxışında  təməli  ümummilli  lider  Heydər 

Əliyev  tərəfindən  qoyulan  və  cənab  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilən 

strategiya  nəticəsində  son  illərdə  ölkə  iqtisadiyyatının  yüksək  templə  inkişaf  etdiyini, 

islahatlar və modernləşdirmənin daha da sürətləndiyini, qeyri-neft sahələrinin rolunun 

artdığını, ölkəmizin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini qeyd etmişdir. 

Daha  sonra  çıxış  edən  Mərkəzi  Bankın  İdarə  Heyətinin  sədri  Elman  Rüstəmov  məhz 

Heydər  Əliyevin  uğurlu  iqtisadi  siyasəti  nəticəsində  ölkədə  ÜDM-in  10%-nə  çatan 

büdcə  kəsrinin  dəfələrlə  azaldıldığını,  inflyasiyanın  1994-cü  ildəki  1887%-dən  1996-cı 

ildə  6,8%-ə  endirildiyini  bildirmişdir.  Mərkəzi  Bankın  rəhbəri  bank-maliyyə 

sektorunda  sabitləşmə  və  uğurlu  islahat  tarixinin  Heydər  Əliyevin  quruculuq 

fəaliyyətində ən mühüm nailiyyətlərdən biri olduğunu vurğulamışdır. 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında 

Heydər  Əliyevin  səyləri  nəticəsində  Azərbaycanın  özünün  inkişaf  modelini  seçdiyini 

və bu zaman heç bir ölkənin keçdiyi yolu təkrar etmədən milli maraqlara cavab verən 

inkişaf modelini reallaşdırdığını bəyan etmişdir. 

Konfransda  daha  sonra  çıxış  edən  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

(ARDNF)  İçracı  direktoru  Şahmar  Mövsümov,  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin 

(QKDK) 

sədri 


Rüfət 

Aslanlı 


və 

Azərbaycan 

Sahibkarlar 

Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də ümummilli liderin əsasını 

qoyduğu  strategiya  və  müdrik  iqtisadi  siyasət  nəticəsində  ölkə  iqisadiyyatının 

əhəmiyyətli  inkişafının  təmin  olunduğunu  və  dünya  miqyasında  hörmət  olunan 

səviyyəyə yüksəldiyini vurğulamışlar. 

 

 



                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

7

 



 

4| 2012

 

ŞƏXSİYYƏT 



Heydər Əliyev - 90  

Zamanı qabaqlayan şəxsiyyət 

 

Xalqımızın  qəlbində  və  dövlətimizin    tarixində  özünə    əbədiyyət  abidəsi  ucaltmış  ümummilli 



liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-

üstə  düşür.  Tarixi  gerçəklik  ondan  ibarətdir  ki,  Azərbaycana  rəhbərlik  etdiyi  ilk  günlərdən 

etibarən  milli  müstəqillik  duyğularının  reallaşmasına    çalışan  ulu  öndər  Heydər  Əliyev  

xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin 

zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir. 

 

Dahi şəxsiyyət öz parlaq zəkası və 

istedadı  sayəsində  yeni  Azər-

baycanı,  onun  bugünkü  gerçək-

liklərini  yaratmış  və  gələcəyə 

aparan 


yolları 

müəyyənləş-

dirmişdir.  Məhz  buna  görə  də 

Azərbaycan 

tarixinin 

1969-cu 


ildən  sonrakı  dövrü  tariximizə 

Heydər  Əliyev  dövrü  kimi  həkk 

olunmuşdur. 

Azərbaycanın 

müstəqil 

dövlət 


quruculuğuna aparan yolu əslində 

1969-cu  ildən  -  məhz  ümummilli 

liderimizin  hakimiyyətə  gəlişin-

dən  sonra  başlamışdır.  Əslində 

azərbaycançılığın  ən  parlaq  səhi-

fələri  də  elə  həmin  illərdən 

etibarən yazılmışdır. Bu baxımdan 

Heydər 


Əliyevin 

respublika 

rəhbərliyinə  gəlməsindən  sonrakı  dövr  milli  özünüdərkin,  milli  özünəqayıdışın 

başlanğıcı kimi qəbul edilir. 

Ulu  öndərin  idarəetmə  fəlsəfəsinin  başlıca  ideya-siyasi  istiqamətini  də  məhz  xalqın 

milli  özünüifadəsinin  geniş  vüsət  alması,  milli  qürur  hissinin  güclənməsi  və  milli 

şüurun yüksəlişinə təkan verən sürətli  inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil 

etmişdir.  Bu  isə  Azərbaycan  xalqının  ümummilli  problemləri  ilə  sıx  bağlı  olub, 

müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı. 

Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi 

milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması,  


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

 



4 | 2012

 

müstəqil  dövlətçilik  ideyala-



rının  gerçəkləşdirilməsi  üçün 

əsaslı  zəmin  yaratmışdır.  Sərt 

sovet  rejiminin  qadağalarına 

baxmayaraq  cəsarətlə  Azərbay-

canda  milli  ruhun  sıxışdı-

rılmasına  nəinki  yol  verməmiş, 

əksinə, 

onu 


yüksəltmək 

yolunda  bütün  imkanlardan 

maksimum  dərəcədə  istifadə 

etməyi  bacarmışdır.  Azərbay-

canlı  gənclərin  keçmiş  sovetlər 

ittifaqının  nüfuzlu  ali  məktəb-

lərində 

təhsillərini 

davam 

etdirməsi,  elmi  və  kadr  poten-



sialının    yüksəldilməsi,  milli 

zabit  kadrlarının  hazırlanması 

üçün 

Cəmşid 


Naxçıvanski 

adına hərbi məktəbin fəaliyyətə 

başlaması    gələcəyə  tuşlanan 

uzaqgörən  addımlardan  idi. 

Ümummilli  lider    respublikaya 

birinci 


rəhbərliyi 

dövründə 

Azərbaycan  dilinə  dövlət  dili 

statusu 


qazandırmağa 

nail 


olmuş,  dövr  baxımından  sözün 

əsl  mənasında  qəhrəmanlığa  bərabər  addım  atılaraq  1978-ci  il  Konstitusiyasında 

Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir. 

Ümummilli  liderimiz    Heydər  Əliyevin    birinci  dəfə  Azərbaycana  rəhbərlik  etdiyi 

dövrdə ölkə iqtisadiyyatı da intensiv və ekstensiv inkişaf etmişdir. 1969-1982-ci illərdə 

respublikada  yüzlərlə  yeni  müəssisə,  istehsalat  sexləri    tikilmiş,  neftayırma 

müəssisələri  tamamilə  yenidən  qurulmuş,  iri  elektron,  elektrotexnika,  radiotexnika, 

cihazqayırma  sənayesi  zavodları  və  s.  inşa  olunmuşdur.  70-ci  illərdən  başlayaraq 

iqtisadi  potensialın  yaratdığı  bu  yüksəliş  Azərbaycanı  özünün  iqtisadi  inkişafının 

növbəti  mərhələsi  kimi  tarixən  zəruri  olan  azadlıq  mübarizəsinə  də  daxilən 

hazırlamışdır. 80-cı illərin sonu, 90-cı illərin  əvvəllərində müstəqillik hərəkatının geniş 

vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq 

tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması 

sayəsində mümkün olmuşdur. 

Azərbaycanın  faktiki  olaraq  bir  dövlət  kimi  qurulması,  bu  dövlətin  fəaliyyəti  üçün 

zəruri  əsasların  formalaşdırılması  dövrünün  məhz  Heydər  Əliyevin  ölkəyə  birinci 

rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir. 


                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

9

 



 

4| 2012

 

 



 

Heydər  Əliyevin  ikinci  dəfə  siyasi  hakimiyyətə  gəlişi  nəinki  Azərbaycanı,  bütöv  bir 

xalqı  məhv  olmaq  təhlükəsindən  xilas  etdi.  1993-cü  ilin  iyun  hadisələrinə  qiymət 

verməyi  bacaran  hər  bir  insan  dərk  edir  ki,  ulu  öndər  o  dövrdə  qardaş  qırğınının, 

vətəndaş  müharibəsinin  qarşısını  almağa  həyatını  təhlükəyə  atmaqla,  ölümündən 

çəkinməyərək nail oldu. 

1993-cü ilin ortalarında  Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz- üzə 

qalmışdı.  Xalqın  təkidli  tələblərinə  cavab  olaraq    yenidən    hakimiyyətə  qayıdan  

müdrik  rəhbərimiz  Heydər  Əliyev  dahi  uzaqgörənliyi  ilə  çox  ciddi    ictimai-siyasi 

problemlərlə,  vətəndaş  müharibəsi,  düşmən  təcavüzü  ilə  üzləşmiş  Azərbaycanın 

parçalanmasının,  müstəqilliyinin  itirilməsinin  qarşısını  aldı.  Dözülməz  həddə  çatmış 

anarxiya  aradan  qaldırıldı,  ictimai-siyasi  sabitlik  qısa  zaman  ərzində  təmin  edildi. 

Xarici  ölkələrlə  pozulmuş  münasibətləri  qaydaya  salan,  Azərbaycanı  sülh,  sabitlik, 

milli-dini  tolerantlıq  məkanına,  fərqli  mədəniyyətlərin  dialoq  meydanına  çevirən  ulu 

öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş,  Azərbaycan dövlətinin 

siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır. 

Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini 

təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır. 

Ulu öndər həm də Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən 

ölkənin  milli  mənafelərinə  uyğun  şəkildə  istifadə  edilməsinə  yönəldilmiş  irimiqyaslı 

beynəlxalq  iqtisadi  sazişlər  imzalamaqla  ölkəmizin  iqtisadiyyatını  yüksəliş  yoluna 

çıxarmağa  nail  olmuşdur.  Bakıda  1994-cü  ilin  sentyabrında  "Əsrin  müqaviləsi"nin  



                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

10 


 

4 | 2012

 

imzalanması,  bir  sıra  digər  müqavilə  və  layihələrin  gerçəkləşdirilməsi  Heydər  Əliyev 



tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını 

təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 

Görkəmli  dövlət  başçısı  Heydər  Əliyevin  Azərbaycan  dövləti  və  Azərbaycan  xalqı 

qarşısında  danılmaz  xidmətləri  qat-qat  çoxdur.  O,  bütün  siyasi  fəaliyyəti  dövründə 

azərbaycanlıların 

monolit 


birliyinin 

yaranmasına, 

qırılmaz 

həmrəyliyinin 

formalaşmasına,  müstəqil  Azərbaycan  dövləti  ətrafında  sıx  birləşməsinə  və  vahid  bir 

milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərirdi. Həm 

də talelərinə dünyanın müxtəlif ölkələrində yaşamaq qisməti düşmüş soydaşlarımızın 

belə  bir  mənəvi  birliyə  daha  çox  ehtiyacları  vardı.    Dünya  azərbaycanlılarının 

ölkəmizin  milli  mənafeləri  ətrafında  bir  araya  gətirilməsi,  azərbaycançılıq 

ideologiyasının  milli  birliyin  ən  aparıcı  amilinə  çevrilməsi  Heydər  Əliyevin 

Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir. 

Yenidən  hakimiyyətə  qayıdışı  ilə  yeni  dövrün  tələblərinə  uyğun,  yalnız  hüququn 

aliliyinə  əsaslanaraq  idarəetmə  sistemini  formalaşdıran  mudrik  rəhbərimizin  qısa 

müddət  ərzində  dahi  uzaqgörənliklə  yaratdığı  mükəmməl  idarəetmə  sistemi 

Azərbaycanın  bir  dövlət  olaraq  iqtisadi  və  siyasi  cəhətdən  möhkəmlənməsinə, 

dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur. 

Azərbaycanda  siyasi  hakimiyyətin  Heydər  Əliyevin  yaratdığı  dövlətçilik  təməli 

üzərində  inkişaf  etdirilməsi,  möhkəmləndirilməsi  zərurəti  üzərində  düşünərkən 

təsdiqini  tapmış  belə  bir  həqiqəti  dərk  edirik  ki,  Heydər  Əliyevin  siyasi 

uzaqgörənliyinin  zirvəsi  onun  özündən  sonra  siyasi  kursunu  hamıdan  yaxşı  davam 

etdirərək,  Azərbaycanın  müstəqilliyini  hamıdan  yaxşı  qoruya  biləcək,  dövlətimizin 

inkişafını  hamıdan  yaxşı  təmin  edəcək  yeni  dövrün  liderini  -  İlham  Əliyevi 

yetişdirməsi olmuşdur. 

Ulu  öndərin  qurub-yaratdığı,  müstəqilliyə  qovuşdurduğu  Azərbaycan  hazırda 

Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  sürətlə  inkişaf  edir,  qarşıya  qoyduğu 

hədəflərə  doğru  inamla  irəliləyir.  Respublikamız  ümumbəşəri  dəyərlərə  əsaslanaraq 

mütərəqqi  inkişaf  kursu  seçməklə  demokratikləşmə,  insan  hüquq  və  azadlıqlarının 

təminatı  sahəsində  ciddi  nailiyyətlərə  imza  atır.  Dövlətimizin    başçısı    respublikanın 

sosial-iqtisadi  inkişafına  paralel  gedən  demokratikləşmə  prosesini  bir-birindən 

ayırmadan  hər  iki  xətti  Azərbaycanın  gələcək  yüksəlişinin  mühüm  şərti  hesab  edir. 

Prezident    İlham  Əliyev  çıxışlarında  hər  zaman  bildirir  ki,  hər  hansı  ölkənin  inkişafı 

heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun 

aliliyinin  qorunmasından,  vətəndaş  cəmiyyətinin  inkişafından  asılıdır.  Azərbaycanın 

bugünkü  dinamik  iqtisadi  inkişafı  isə  deməyə  əsas  verir  ki,  respublikamız  yaxın 

gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. 

Xalqımızın  müdrik  oğlu,  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  də  arzuladığı, 

uğrunda fədakarlıqla çalışdığı məqsədlərdən biri də məhz bu idi.  

                              Emil NƏSİRLİ, 

Baş redaktor 

 


                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

11

 



 

4| 2012

 

 



Azərbaycan  Respublikasının  2012-ci  il  dövlət 

büdcəsinin  layihəsi  Milli  Məclisin  komitələrinin 

birgə iclasında müzakirə olunmuşdur 

 

 



 

 

Milli  Məclisin  iqtisadi  siyasət,  təhlükəsizlik  və  müdafiə,  aqrar  siyasət,  təbii  ehtiyatlar, 



energetika və ekologiya komitələrinin noyabrın 16-də keçirilmiş birgə iclasında 2012-ci 

il dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunmuşdur.  

İqtisadi  siyasət  komitəsinin  sədri  Ziyad  Səmədzadə  ölkəmizin  sosial-iqtisadi  inkişafı 

barədə  danışmışdır.  Bildirilmişdir  ki,  bu  gün  ölkəmiz  kifayət  qədər  maliyyə 

imkanlarına  malikdir.  Növbəti  ilin  büdcə  layihəsi  də  bu  imkanlara,  həmçinin  “Büdcə 

sistemi haqqında” qanunvericiliyə, ölkənin əsas makroiqtisadi proqnoz göstəricilərinə, 

mövcud sosial-iqtisadi vəziyyətə əsaslanmaqla tərtib olunmuşdur.  

Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Nazir demişdir ki, 2012-ci il dövlət və 

icmal  büdcələrinin  layihəsi  və  büdcə  zərfinə  daxil  olan  digər  sənədlər  Konstitusiyaya 

uyğun  olaraq  Azərbaycan  Prezidenti  tərəfindən  Milli  Məclisin  müzakirəsinə  təqdim 

olunmuşdur.  


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

12 


 

4 | 2012

 

Gələn ilin əsas maliyyə sənədinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq 



olaraq  ölkənin  əsas  makroiqtisadi  proqnoz  göstəriciləri,  mövcud  sosial-iqtisadi 

vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 

2011-ci  ilin  ötən  doqquz  ayı  ərzində  Azərbaycan  iqtisadiyyatının  inkişafının  əsas 

meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.  

2012-ci  il  üçün  dövlət  və  icmal  büdcələrinin  layihələri  hazırlanarkən  Prezident  İlham 

Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet 

vəzifələrə  uyğun  surətdə  iqtisadi  və  sosial  islahatlara  dəstək  olmaqla,  əhalinin  sosial 

müdafiəsinin  gücləndirilməsinə,  ölkəmizin  müdafiə  potensialının,  iqtisadi,  enerji, 

ərzaq,  ekoloji  təhlükəsizliyinin  möhkəmləndirilməsinə,  regionların  sosial-iqtisadi 

inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət 

proqramlarının  maliyyələşdirilməsinə  xüsusi  diqqət  yetirilmiş  və  müvafiq  həcmlərdə 

vəsait nəzərdə tutulmuşdur.  

Gələn  ilin  dövlət  büdcəsinin  gəlirləri  ümumi  daxili  məhsulun  37,8  faizi  həcmində, 

mütləq ifadədə isə 16436,4 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 

faiz (882,2 milyon manat) çox nəzərdə tutulmuşdur.  

Gəlirlərin 12035,0 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8 

faizi  qeyri-neft  sektoru  üzrə  daxilolmaların  payına  düşəcəkdir.  Dövlət  büdcəsinin 

gəlirlərinin  hesablanmasında  1  barrel  xam  neftin  satış  qiyməti  80  ABŞ  dolları 

səviyyəsində qəbul edilmişdir.  

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5310,0 milyon manat daxilolma nəzərdə 

tutulmuşdur ki, bunun da 3180,0 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun, 

2130,0 milyon manatı və ya 40,1 faizi neft sektorunun payına düşür. Vergilər Nazirliyi 

üzrə  daxilolmalar  2011-ci  ilin  proqnozu  ilə  müqayisədə  2,9  faiz  və  ya  150,0  milyon 

manat çoxdur. 

 Dövlət  Gömrük  Komitəsinin  xətti  ilə  dövlət  büdcəsinə  1200,0  milyon  manat  gəlir 

proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və ya 

5,3 faiz çoxdur.  

Dövlət  Neft  Fondundan  dövlət  büdcəsinə  transfertin  məbləği  9905,0  milyon  manat 

proqnozlaşdırılmışdır.  

Növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 39,1 faiz həcmində nəzərdə tutulmuşdur 

ki, bu da 2011-ci illə müqayisədə 1,5 faiz çoxdur.  

Kəsirin  maliyyələşmə  mənbələri  və  Dövlət  Neft  Fondundan  ayrılan  9905,0  milyon 

manat  transfert  nəzərə  alınmaqla  2012-ci  il  dövlət  büdcəsinin  xərcləri  16984,4  milyon 

manat proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən 1043,2 milyon manat və ya 6,5 faiz 

çoxdur.  

Funksional  istiqamətlər  üzrə  bu  ilə  nisbətən  2012-ci  il  dövlət  büdcəsi  xərclərində  iqti-

sadi fəaliyyət xərcləri 56,3 faiz, nəqliyyat və rabitə xərcləri 24,9 faiz, təhsil xərcləri 12,6 

faiz,  sosial  müdafiə  və  sosial  təminat  xərcləri  10,5  faiz,  elm  xərcləri  7  faiz,  səhiyyə 

xərcləri 5,7 faiz artımla proqnozlaşdırılmışdır.  

 

 



                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

13

 



 

4| 2012

 

 



 

Ölkənin  milli  təhlükəsizliyinin  və  müdafiə  qabiliyyətinin  gücləndirilməsi,  maddi-

texniki  bazasının  möhkəmləndirilməsi  üçün  müdafiə  xərclərinə  ümumi  xərclərin  14,8 

faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur.  

Respublika  əhalisinin  sosial  rifahının  yaxşılaşdırılması  və  sosial  müdafiəsinin 

gücləndirilməsi  üçün  2011-ci  ildə  əmək  haqlarının,  pensiyaların,  bir  sıra  müavinət  və 

təqaüdlərin  artımının  təminatı,  cari  ilin  sonuna  gözlənilən  artımın  tətbiqi  hesabına 

2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulmuşdur.  

İlk  dəfə  olaraq  növbəti  ilin  büdcəsində  “Azərbaycan  gəncliyi  2011-2015-ci  illərdə” 

dövlət proqramının icrası üçün 20 milyon manat vəsait ayrılacaqdır.  

Nazir bildirmişdir ki, ümumilikdə dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8794,1 mi-

lyon manatı cari xərclərə, 46,1 faizi və ya 7827,9 milyon manatı əsaslı xərclərə, 2,1 faizi 

və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.  

Maliyyə naziri onu da bildirmişdir ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18220,3 mi-

lyon  manat  olmaqla  2011-ci  ilə  nisbətən  1762,2  milyon  manat  və  ya  8,8  faiz,  xərcləri 

20026,4  milyon  olmaqla  2011-ci  ilə  nisbətən  1411,7  milyon  manat  və  ya  7,6  faiz  çox 

nəzərdə tutulmuşdur.  

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 

2454,3  milyon  manat  proqnozlaşdırılır  ki,  bu  da  2011-ci  illə  müqayisədə  288,8  milyon 

manat və ya 13,3 faiz çoxdur.  

Dövlət  Neft  Fondunun  büdcəsinin  xərcləri  10482,5  milyon  manat  olmaqla  2011-ci  illə 

müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur. 

 İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir 

və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci 

ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur. 


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

14 


 

4 | 2012

 

 2012-ci  ilin  icmal  büdcəsinin  kəsiri  1806,1  milyon  manat,  Dövlət  Neft  Fondunun 



gəlirləri  nəzərə  alınmadan  isə  icmal  büdcənin  kəsiri  12503,1  milyon  manat  və  ya 

nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.  

 

 

 



İclasda  2012-ci  ilin  dövlət  büdcəsinin  layihəsi  ilə  bağlı  Hesablama  Palatasının  da  rəyi 

dinlənilmişdir. Palatanın sədri Heydər Əsədov bildirmişdir ki, 2012-ci il büdcə layihəsi 

ilə  bağlı  müxtəlif  aspektlərə  və  parametrlərə  uyğun  əhatəli  təhlillər  aparılmışdır. 

Növbəti ilin büdcə layihəsinin də əsas ideologiyası ölkənin iqtisadi strategiyasının, pri-

oritet  hədəflərin  maliyyə  təminatını  yaratmaqdır.  Gələn  ilin  dövlət  büdcə  gəlirlərinin 

5,7 faiz, xərclərinin 6,5 faiz artması və bunun ümumi iqtisadi artımı üstələməsi deməyə 

əsas  verir  ki,  gələn  ilin  büdcəsi  nəinki  hədəflərin  maliyyə  təminatını  yaradacaq,  eləcə 

də iqtisadi inkişafa dəstək verəcəkdir.  

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclis sədrinin müa-

vini Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, vergilər naziri-

nin  müavini  Natiq  Əmirov,  qiymətli  kağızlar  üzrə  dövlət  komitəsinin  sədri  Rüfət 

Aslanlı  və  deputatlar  çıxışlarında  müxtəlif  sahələrdə  artan  büdcə  proqnozlarından 

danışmışlar.  2012-ci  ilin  büdcə  proqnozlarının  həm  də  Azərbaycanın  ümumilikdə 

gələcək inkişafı üçün hesablanmasını doğru hal kimi xarakterizə etmişlər.  

İclasa yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir 

ki,  növbəti  illərdə  də  büdcə  vəsaitlərinin  artması  əhalinin  rifah  halının  daha  da 

yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir.  

Müzakirələrdən  sonra  qanun  layihəsi  parlamentin  plenar  iclasında  baxılmağa  tövsiyə 

olunmuşdur. 

 

Iqtisadiyyat şöbəsi 

 

 


                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

15

 



 

4| 2012

 

 



Alman zabitini diz çökdürən 

Azərbaycan qızı 

 

Züleyxa  Həbib  qızı  Seyidməmmədova    1919-cu  il  martın  22-də    Bakıda  anadan 



olmuşdur. O, milli tariximizə ilk azərbaycanlı hərbi təyyarəçi qadın kimi düşmüşdür. 

  

1934-cü  ildə  orta  məktəbi  bitirmiş,  1934-38-ci  illərdə  Azərbaycan  Sənaye  İnstitutunda 



təhsil  almışdır.  Bakı  aeroklubunda  təyyarəçilik  ixtisasına  yiyələnmiş  (1935), 

Azərbaycan  Sənaye  İnstitutunu  (1936),  Moskvada  N.Y.  Jukovski  adına  Hərbi  Hava 

Akademiyasını  (1941)  bitirmişdir.  İkinci  Dünya  müharibəsində  qırıcı  təyyarəçi  və 

qadınlardan ibarət  586-cı Qırıcı Aviasiya Alayının komandir müavini olmuş, öz qırıcı 

təyyarəsi  ilə Moskva, Stalinqrad, Kursk səmalarında,  habelə Volqa sahillərindən Vya-

naya qədər 500 dəfədən çox döyüş uçuşu etmişdir.     1946-52-ci illərdə məsul komso-

mol  və  partiya  vəzifələrində,  1951-1952-ci  illərdə  Azərbycan  Kommunist  Partiyası 

Mərkəzi  Komitəsinin  aparatında  rəhbər  vəzifədə  çalışmışdır.  1952-75-ci  illərdə 

Azərbaycan  SSR  ictimai  təminat  naziri,  Azərbaycan  SSR  Ali  Sovetinin  (2,6  və  8-ci 

çağırış) deputatı olmuşdur. “Lenin”, 2-ci dərəcəli “Vətən müharibəsi”, 2 Qırmızı Əmək 

Bayrağı və 2 “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.  

  

  



  

“İsmət”dən təsirlənən qızın dönüş nöqtəsi 

  

 Balaca  qızcığaz  uşaq  marağı  ilə  buludların  oynadığı    səmaya  baxardı.  Özü  də 



Şüvəlandakı  bağlarında.  Meyvə  ağaclarının  başına  çıxaraq  səmada  uçan  təyyarələrə 

heyrətlə  tamaşa  edərdi.  Sonralar  isə  xatirələrində  (“Təyyarəçinin  qeydləri”)  səmaya 

olan  istəyini,  ucalığa  can  atmasının  səbəbini  belə  izah  edirdi:  “Mən  yüksəkliyi  sevir-

dim.  Hər  yay    ailəmizlə  birgə  şəhərdən  kənarda—Şüvəlan  kəndindəki  bağımıza 

köçürdük.  Burada əncir və tut ağacları vardı. Mən onların ən yüksəyini seçər, başına 

dırmaşardım.    Evlərin  düz  damlarına,  bağlara,  üzümlüklərə,  sahili  bəyaz  ləpədöyən 

olan dənizə  yuxarıdan baxmaq xoşuma gəlirdi...” 

  

 Məktəb illərində Bakı təyyarə meydanına ekskursiya zamanı  onun səmaya olan ecaz-



kar sevdası qətiləşir. Ailədə Züleyxanın təyyarəçi olmaq istədiyini biləndə anası etiraz 

edir.  Lakin  qızının  fikrinin  qəti  olduğunu  görəndə:  “Nə  danışırsan,  Züleyxa,  məgər 

təyyarə sürmək qız işidir?! Bunu heç xəyalına da gətirmə!”-deyir.  Lakin ekrana çıxan 

“İsmət” filmi onun arzusunu daha da alovlandırır. 

  


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

16 


 

4 | 2012

 

Azərbaycanın  ilk  təyyarəçi  qadını  Leyla  Məmmədbəyovaya  həsr  edilmiş  film  gənc 



qızın  qəlbindəki əlçatmaz arzularını oyadır, hər dəfə səmaya baxarkən özünü göyün 

yeddinci  qatında,  sükan  arxasında  təsəvvür  edir.  İllər  sonra  o  günlər  yada  düşəcək, 

adını ilk hərbi qadın  təyyarəçi kimi Azərbaycan hərb tarixinə yazdıran xanım (Nazim 

Rza  İsrafiloğlunun  rejissoru  olduğu  “Göylər  sonsuz  bir  dənizdir:Züleyxa”  filmində) 

danışacaqdı:  “  1932-ci  ildə  məktəbdə  oxuyarkən  tez-tez  kinoya  gedirdim.  “İsmət”  fil-

mini izlədim. Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilmiş 

bu film, açığı, məndə çox böyük təəssürat oyatdı. Biz məktəblilər Bakının Zabrat aero-

drumuna  ekskursiyaya  getmişdik.  Mən  ilk  dəfə  orada  Leyla  xanımı  gördüm.  O,  bizə 

yaxınlaşdı.  Təyyarəçi  geyimində  idi.  Onunla  görüş  qəlbimizdə    o  qədər  təsir 

buraxmışdı ki, mən ona baxıb: – Leyla xanım, mən də sizin kimi təyyarəçi olacağam – 

dedim. O, gülərək məni qucaqladı. Dedi ki, eşitmışəm, sən idmançısan. Çox yaxşı uçar-

san.” 


  

  1934-cü  ildə  orta  məktəbi  bitirən  Züleyxa  təhsilini  Azərbaycan  Sənaye  İnstitutunun 

mədən fakültəsində davam etdirir. Birinci kursda oxuyan gənc qız institutun nəzdində 

Bakı aeroklubunun filialının açılmasını sevinclə qarşılayır və klubun təyyarəçilik kur-

suna  daxil  olur.  Tezliklə  yaşıdları  arasında  fərqlənməyi  bacarır  və Azərbaycan  qızları 

arasında paraşütdən tullanmaq üzrə yarışda birinci yeri tutur.        1935-ci ilin avqus-

tunda Moskvada uçuş tullanışında iştirak edən Züleyxa paraşütçülərin I Ümumittifaq 

toplantısına  qatılır.  Tuşino  aerodromunda  qrup  halında  tullanmaq  üzrə  Zaqafqaziya 

komandasında  birinci  yeri  tutur.  Təyyarədən  paraşütlə  50  dəfə  tullandığına  görə  isə 

onu paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edirlər. 

  

  

  



“Əlvida, arzularım...” 

  

  



  

O,  özünə  əmin  idi  ki,  Jukovski  adına  Hərbi  Akademiyanın  müdavimi    olacaq.  Çünki 

təcrübəsi,  istəyi  və  bir  də  bu  sənətə  sevgisi  vardı.    Bu  illər  ərzində  700  saata  qədər 

uçmuş,  müxtəlif  yarışlarda  qalib  gəlmiş,  təlimatçı  kimi  yüksək  səviyyədə  xidmət 

etmişdi. Təlimatçılıq etdiyi 3 il müddətində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı. 

  

Lakin  institutdan  aldığı    çox  qısa  cavab  onun  xəyallarını  bir  anlıq  parçaladı:  “Hərbi 



Hava  Akademiyasının  komandanlığı  sizə  məlumat  verir  ki,  şturman  fakültəsinə 

qadınlar  qəbul  edilmir.”  Ancaq  bu  gözlənilməz  rədd  cavabı  sonradan  müharibə 

başlayınca  öz  qüvvəsini  itirəcək,  Züleyxa  xanım  kimi  təcrübəli  və  cəsarətli  qadınları 

hərbi komandanlıq özü əl-əl axtaracaqdı.  Hələ  ki, qadınların təyyarəçi olmasına “eh-

tiyac” duyulmurdu. Heç bir qadağa və maneə onu yolundan döndərə bilməzdi. Çünki 

xaraktercə  inamlı,  güclü  olan  bu  gənc  qız  indidən  özünü  peşəkar  təyyarəçi    kimi 



                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

17

 



 

4| 2012

 

görürdü. Qəhrəmanım xatirələrində yazır: “Özümü itirmiş halda quruyub qalmışdım. 



Daha hər şey bitdi? Əlvida, mənim arzularım...Yox, öz arzularımdan belə asanlıqla əl 

çəkə  bilməzdim.  Azərbaycan  komsomolunun  Mərkəzi  Komitəsinə  yollandım.  Oradan 

mənə  dedilər:  Fikir  eləmə,  Züleyxa,  çalışarıq  ki,  sənə  əlimizdən  gələn  köməkliyi 

edək...” Uzun yazışmalardan sonra, nəhayət ki, o,   akademiyanın şturman fakültəsinə 

qəbul  olundu.  Akademiyanın  şturman  fakultəsində  yeganə  qadın  olan  Züleyxa 

təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edi-

lir. Müharibənin ilk günündən onların alayı, hərbi qaydaya uyğun olaraq, Moskvanın 

müdafiəsinə göndərilir. 

  

  

  



Qadın hərbi aviaalayları: “gecə cadugərləri” 

  

  



  

SSRİ  Hərbi  Komandanlığı  təyyarəçi  qadınlardan  ibarət  hərbi  alaylar  təşkil  edilməsinə 

qərar  verdi.  Lakin  istənilən  sayda  qadın  təyyarəçini  tapmaq  çətin  idi.  Marina 

Roskovanın  təşəbbüsü  ilə    Züleyxa  da  bu  işdə  fəallıq  göstərir.  O,  akademiyanı 

bitirdikdən  sonra  orada  saxlandı,  qırıcı  aviasiya  alayında  eskadrilya  şturmanı 

vəzifəsinə  qəbul  edildi.  Gərgin  əmək  və  axtarışdan  sonra  müxtəlif  təyinatlı  hərbi 

hissələr  yaradıldı:  586-cı  alay  qırıcı,  587-ci  alay  bombardımançı,  588-ci  alay  isə    gecə 

bombardımançı  alayları  idi.  Onları  “gecə  cadugərləri”  adlandırırdılar.  O  dövr  üçün 

müasir  və  sürətli  “YAK”  təyyarələrinin  alaya  gətirilməsi  ilə  döyüşçü  qızlar    bu 

təyyarədə uçmağı öyrənirdi. 

  

  

  



Züleyxanı görən polkovnik niyə üzünü gizlətdi? 

  

  



  

Stalinqrad  səmasında  döyüşərkən  təyyarəsini  vurub  yerə  saldığı  və  sonradan  əsir 

alınan faşist polkovniki Züleyxanı oğlan zənn etmişdi. Bir qız tərəfindən təyyarəsinin 

vurulmasını  isə  heç  cür  qəbul  edib  qüruruna  sığışdıra  bilmirdi.  Bəli,  onun  utanaraq  , 

üzünü  gizlətməsinə  səbəb  olan  gənc  bir  Azərbaycan  qızı  idi.  “Bir  dəfə  bizə  xəbər 

verdilər  ki,  Stalininqrada  faşist  kəşfiyyat  təyyarələri  gəlir.  Bunu  eşidən  kımi,    Stalin-

qrad  səmasında  Marusya  Kuznetsova    ilə  yuxarı  qalxdıq.  Adətən,  mən  onunla    uçur-

dum.  Bir  faşist  təyyarəçisinə  rast  gəldik  və  dərhal  onu  vurduq.  Əvvəl  mən  hücuma 

keçirdim. Marusya  isə məni arxadan mühafizə edirdi. Təyyarəni vurandan sonra Sta-

linqrad  aerodromuna  düşdük.  Çünki  benzinimiz  çatmazdı  ki,  öz  aerodromumuza 

qayıdaq.  Komandir əmr etdi ki, komanda məntəqəsinə gəlim. İçəri otağa keçəndə bir 


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

18 


 

4 | 2012

 

nəfərin  üzünü  gizlədərək  oturduğunu  gördüm.  Həmin  zabit  alman  ordusunun  pol-



kovniki idi. Növbətçidən soruşdum ki, bu kimdir? Mənə cavab verdilər ki, bu zabiti siz 

vurmusunuz.  Tərcüməçi    ona  müraciət  edərək  alman  dilində  ”Baxın,  görün  sizin 

təyyarəni  kim  vurub?"-deyə  bildirdi.  Mən  şlemofonu  çıxarmışdım.  Alman  zabit  məni 

görən  kimi  sərt  görkəm  aldı,  rəngi  dəyişdi.  “Ola  bilməz.  Mən  as  bir  alayın 

komandiriyəm. Ola bilməz ki, məni bir qız vursun.”-deyərək  üzünü çevirdi." 

  

O,  qadın  təyyarəçilər  alayının  tərkibində  Rumıniyaya  qədər  irəliləyir,  hava 



hücumlarında  şəxsi  igidliklər  göstərir.  Bütün  bu  şücaətinə  görə  sonralar  II  dərəcəli 

“Vəntən  müharibəsi”  ordeni  ilə  təltif  olunur.  Böyük  Vətən  müharibəsinin  son  

dövründə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya alayının komandir müa-

vini  kimi  döyüşən  Züleyxa  müharibədən  qəhrəman  aviasiya  kapitanı  kimi  Vətənə  – 

doğma Bakıya dönür. 

  

Bu gün  zəngin təcrübə və tarixə malik Azərbaycan Aviasiya Akademiyasının, eləcə də 



Hərbi Akademiyanın neçə-neçə məzunu səmada şahintək uçurlar. Bu gün də  Züleyxa 

kimi  cəsur  qadınların  örnək  olan  qaynar  ömür  yolu  neçə-neçə  Azərbaycan  qızlarını 

əlçatmaz xəyallara qanadlandırır. 

  

Əfsanə BAYRAMQIZI 



 

NİKBİN İNSANIN MÜDRİKLİK YAŞI 

 

XX əsr əvvəlki dövrlərdən bir çox fundamental cəhətlərinə görə, o cümlədən sənayenin 



inkişafının  müqayisəedilməz  dərəcədə  yüksək  olması  ilə  fərqlənir.  Məhz  XX  əsrdə 

sənaye çoxsahəli, mürəkkəb struktura malik qlobal sfera kimi formalaşmış, bu və digər 

ölkənin  iqtisadi  qüdrətinin  gücünü  müəyyən  edən  ən  əsas  faktorlardan  birinə 

çevrilmişdir.  

 

İqtisad  elmi  də  bu  qlobal,  dünyəvi  prosesdən  kənarda  qalmamış,  dinamik  inkişafda 



olan  sənayenin  iqtisadi  problemlərinin  tədqiqinə  xüsusi  diqqət  yetirmişdir. 

Azərbaycanda hələ XIX əsrin ortalarından başlayaraq sənayenin inkişafı istiqamətində 

atılan addımlar XX əsrin əvvəllərində Bakının dünyanın neft mərkəzinə çevrilməsi bu 

diyarda sənayenin perspektiv  inkişafından xəbər verirdi. Ona görə sənayenin  iqtisadi 

problemlərinin  tədqiqi  və tədrisi  istiqamətində  konkret  fəaliyyət  göstərmək,  yanacaq-

energetika kompleksi, maşınqayırma, yüngül, yeyinti və s. sənaye sahələrində iqtisadi 

məsələlərlə  bilavasitə  məşğul  olan  mütəxəssislərin,  xüsusilə  milli  kadrların 

hazırlanması obyektiv zərurət idi. 

 

Qeyd  edilməlidir  ki,  bir  çox  çətinliklərə  baxmayaraq,  respublikamız  bu  vəzifənin 



öhdəsindən  uğurla  gəldi.  Sənaye,  onun  ayrı-ayrı  sahələrinin  iqtisadiyyatı  üzrə  ali 

təhsilli  iqtisadçı  mütəxəssislərin  hazırlanması,  sənaye  kompleksinin  iqtisadi 



                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

19

 



 

4| 2012

 

problemlərinin  elmi  tədqiqinin  genişləndirilməsi  üçün  kafedralar,  laboratoriyalar, 



şöbələr yaradıldı. Məhz bu kimi mühüm tədbirlərin, düşünülmüş siyasətin nəticəsidir 

iqtisad  elminin  mühüm  bir  sahəsi-sənaye  iqtisadiyyatı  üzrə  elmi  məktəb  formalaşdı. 

Sənaye  iqtisadiyyatının  aktual  problemləri  ali  məktəb  və  elmi  tədqiqat  institutlarının 

elmi fəaliyyətində mühüm yer tutdu. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, respub-

likada  iqtisadçı  kadrların  hazırlanmasında  və  iqtisad  elminin  inkişafında  xüsusi 

xidməti  olan  Azərbaycan  Dövlət  İqtisad  İnstitutunun  "Sənaye  iqtisadiyyatı" 

kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Telman Hüseynov bu məktəbin, 

bu elmi istiqamətin ən layiqli nümayəndələrindən biridir. 

 

Telman  Əlihüseyn  oğlu  Hüseynov  1934-cü  ilin  dekabr  ayının  28-də  Cəbrayıl  rayonu-



nun  Quycaq  kəndində  anadan  olmuş,  1951-ci  ildə  həmin  rayonda  orta  məktəbi 

bitirmişdir. 

 

Telman  Hüseynov  əvvəlcə  "Neft  və  qaz  texnologiyası"  ixtisası  üzrə  Bakı  Neft 



Texnologiyası Texnikumunu bitirmiş, 1955-ci ildə isə K.Marks adına Azərbaycan Xalq 

Təsərrüfatı  İnstitutuna  daxil  olmuş,  1959-cu  ildə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət 

Universitetinin  Sənayenin  iqtisadiyyatı  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 

O,  institutda  təhsil  aldığı  illərdə  elmi-tədqiqat  işinə  meyl  göstərmiş,  üçüncü  kursda 

oxuyarkən  "Azərbaycan  sənayesinin  inkişafı"  mövzusunda  institutun  professor-

müəllim  heyəti  qarşısında  elmi  məruzə  etmişdir.  Elmi  axtarışlar  sahəsində 

müvəffəqiyyətlərinə  görə  o,  1958-ci  ildə  institut  tələbə  elmi  cəmiyyətinin  sədri 

seçilmişdir. 

 

Telman  Hüseynov  institutu  bitirdikdən  sonra  əvvəlcə  Bakı  fəhləsi  zavodunda 



normallaşdırıcı,  1960-cı  ildən  1962-ci  ilə  qədər  isə  keçmiş  Sovetlər  İttifaqında  böyük 

nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texni-

ki-iqtisadi tədqiqat şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir. 

 

Bu dövrdə respublikanın sənayesində keyfiyyət dəyişikliklərinə böyük ehtiyac var idi. 



SSRİ  kimi  nəhəng  bir  ölkənin  iqtisadiyyatında  xüsusi  rol  oynayan  Azərbaycan  neft-

maşıqayırma  sənayesinin  iqtisadi  problemlərinin  tədqiqi  çox  aktual  bir  məsələ  kimi 

qarşıda  dururdu.  Gənc  mütəxəssis  Telman  Hüseynov  Azərbaycanın  böyük  zadəgan 

nəslindən  olan  Bağır  Ələkbər  oğlu  Dadaşovun  rəhbərliyi  altında  (görkəmli  iqtisadçı 

alim  Həsən  Dadaşovun  qardaşı)  Azərbaycan  Elmi-Tədqiqat  Neft-Maşınqayırma 

İnstitutunda sahənin iqtisadi məsələlərinə dair tədqiqatlar aparırdı. 

 

Gənc  mütəxəssis  bu  dövrdə  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  İqtisadiyyat 



İnstitutunun  aspiranturasına  daxil  oldu.  Həmin  vaxtda  Elmlər  Akademiyasının 

İqtisadiyyat  İnstitutunda  çox  maraqlı  elmi  işlər  aparılırdı.  Yüksək  ziyalılığı,  böyük 

həyat təcrübəsi ilə fərqlənən Hüseyn Hüseynov, Əhməd Mahmudov, Mədət Allahver-

diyev  gənclərə  xüsusi  qayğı  göstərirdilər.  Bizim  hamımız  bu  kimi  ağsaqqalların  gənc 



                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

20 


 

4 | 2012

 

tədqiqatçılara  olan  səmimi  münasibətinin  əyani  şahidi  olmuşuq.  1967-ci  ildə 



"Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması 

yolları"  mövzusunda  namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etmişdir. 

Onu da qeyd edim ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas isteh-

sal  fondlarından  istifadə  məsələsi  ən  aktual  və  az  tədqiq  edilmiş  problemlərdən 

sayılırdı.  Neft-maşınqayırma  sənayesinin  iqtisadi  aspektlərinin  incəliklərinə  ətraflı 

bələd  olan  Telman  Hüseynov  namizədlik  dissertasiyasında  konkret  faktlara 

əsaslanaraq  istehsal  fondlarından  istifadənin  yaxşılaşması  ilə  bağlı  elmi  və  əməli 

əhəmiyyət  kəsb  edən  nəticələr  əldə  etdi,  ona  görə  də  Elmi  şura  onların  neft-

maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun saydı... 

 

Namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etdikdən  sonra  Telman  Hüsey-



nov bir müddət həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 

 

1967-ci  ildə  D.Bünyadzadə  adına  Azərbaycan  Xalq  Təsərrüfatı  İnstitutunda  baş 



müəllim vəzifəsində işləməyə başlamış T.Hüseynov 1968-ci ildə Azərbaycanda ilk dəfə 

həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir 

vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. Onun kafedra müdiri 

olduğu  dövrdə  kafedranın  əməkdaşlarından  3  elmlər  doktoru,  15-ə  qədər  elmlər 

namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlanmışdır. 

 

Qətiyyətlə qeyd etmək olar ki, Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən 



yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdəndir. Maşınqayırmanın respub-

lika sənayesinin strukturunun təkmilləşdirilməsində, sosial-iqtisadi dirçəlişində rolunu 

çox  düzgün  və  obyektiv  qiymətləndirən  Telman  Hüseynov  bu  sahənin  səmərəlilik 

problemlərini sistemli və kompleks şəkildə tədqiq edən ilk iqtisadçı alimlərdəndir. 

 

Telman  Hüseynovun  doktorluq  dissertasiyasında  respublikanın  maşınqayırma 



sənayesinin inkişaf imkanları, bu sahəyə kapital qoyuluşu, onun səmərəliliyi məsələləri 

araşdırılır.  Əsas  fondlardan  istifadənin  iqtisadi  inkişafa  təsiri,  sənayedə  səmərəlilik 

probleminin  metodoloji  əsasları,  göstəricilər  sistemi, 

iqtisadi  səmərəliliyin 

yüksəldilməsi  məsələlərinə  xüsusi  diqqət  yetirilir.  Telman  Hüseynovun  doktorluq 

dissertasiyası  SSRİ-nin  görkəmli  iqtisadçı  alimləri  tərəfindən  yüksək  qiymətləndirildi. 

SSRİ  Ali  Attestasiya  Komissiyası  tərəfindən  ona  iqtisad  elmləri  doktoru  alimlik 

dərəcəsi, bir müddətdən sonra isə professor elmi adı verildi. Onun zəngin iqtisadi, sta-

tistik  materiallara,  sistemli  təhlilə  əsaslanaraq  istehsal  potensialından  effektli  istifadə 

olunması  istiqamətlərini  özündə  əks  etdirən  monoqrafiyası  elmi  ictimaiyyət  və 

mütəxəssislər  tərəfindən  yüksək  qiymətləndirilir.  Telman  Hüseynov  respublika 

sənayesinin konkret materialları,  iqtisadi prosesləri sanballı təhlil edərək sübut edirdi 

ki, istehsalın səmərəliliyini artırmaq üçün təsərrüfat mexanizmi təkmilləşdirilməli, iqti-

sadi  mexanizmlərdən,  həvəsləndirmə  metodlarından  geniş  istifadə  olunmalı,  sənaye 

yeni prinsiplər əsasında idarə olunmalıdır. 


                                                                                “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

21

 



 

4| 2012

 

 



Professor  Telman  Hüseynovun  yaradıcılıq  fəaliyyətinin  40  ili  ali  məktəbdə 

müəllimliklə  bağlıdır.  Onun  ali  iqtisad  məktəbində  təhsil  sisteminin  təkmilləşməsinə 

sərf etdiyi əməyi də xüsusi qeyd etmək istərdim. 1986-cı ildə qara qüvvələrin bilavasitə 

köməyi ilə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu N.Voznesenski 

adına  Leninqrad  Maliyyə-İqtisad  İnstitutunun  filialına  çevrildi.  Bu,  həqiqətən,  nəinki 

iqtisadçılar, bütünlükdə respublikamız üçün çox ağır bir hadisə idi. Telman Hüseynov 

bir  müddət  bu  filialın  direktorunun  tədris  işləri  üzrə  müavini  təyin  edilir.  Elmin, 

təhsilin  təəssübkeşləri,  ziyalılarımız,  hamı  çalışırdı  ki,  respublikamızın  mənafeləri 

baxımından  Xalq  Təsərrüfatı  İnstitutu  yenidən  bərpa  olunsun.  1991-ci  ilin  aprel 

ayından  filialın  sağlam  kollektivinin  gərgin  əməyi  sayəsində  institutun  statusu  geri 

qaytarıldı. Bu  işdə, tədris  işləri üzrə direktor müavini kimi, professor Telman Hüsey-

novun  zəhmətini  də  qiymətləndirməmək  olmaz.  Leninqradın  Bakı  filialının 

Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilməsindən sonra professor Telman müəllim 

əvvəlcə tədris işləri üzrə prorektor, bir qədər sonra isə birinci prorektor vəzifəsinə təyin 

edilmişdir. Professor T. Hüseynov institutda tədris prosesinin maddi-texniki bazasının 

möhkəmləndirilməsi,  tədris-metodiki  təminatın  təkmilləşdirilməsi,  iqtisadçı  kadrların 

hazırlığının yaxşılaşdırılması ilə bağlı tədbirlərin hazırlığı və həyata keçirilməsində fəal 

iştirak etməlidir. 

 

Telman müəllim sabiq SSRİ-nin bir çox şəhərlərində - Moskva, Leninqrad Kiyev, Tbili-



si,  Almatı  və  s.-də  keçirilən  elmi  simpozium  və  konfranslarda  Azərbaycan  iqtisad  el-

mini layiqincə təmsil etmişdir. 

 

Professor  Telman  Hüseynov  1977-1987-ci  illərdə  nəşr  olunmuş  ilk  "Azərbaycan 



Ensiklopediyası"nda  sənaye  iqtisadiyyatı  ilə  bağlı  materialların  hazırlanmasında  da 

fəal  iştirak  etmişdir.  Alim-pedaqoq  uzun  illər  Azərbaycan  Dövlət  Maddi-Texniki 

Təchizat  Komitəsinin  kollegiyasının,  Azərbaycan  EA-nın  İqtisadiyyat  İnstitutunun, 

Azərbaycan  Dövlət  İqtisad  İnstitutunun,  Azərbaycan  Elmi-Tədqiqat  Kənd 

Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunun  namizədlik  və  doktorluq  dissertasiyalarının 

müdafiəsi  üzrə  daimi  və  birdəfəlik  elmi  şuralarının  üzvü,  Azərbaycan  Dövlət  İqtisad 

İnstitutunun Tədris Metodiki Şurasının sədri olmuşdur. 

 

Hazırda  respublika  iqtisadçıları  Azərbaycan  Dövlət  İqtisad  İnstitutunda  "Sənaye 



iqtisadiyyatı"  kafedrasına  rəhbərlik  edən  professor  Telman  müəllimi  sənaye 

iqtisadiyyatının  incəliklərinə  bələd  olan,  onu  yüksək  professionallıqla  tədqiq  edən 

alim-pedaqoq kimi tanıyırlar. O, bu gün müstəqil Azərbaycanda yeni iqtisadi sistemin 

qurulmasını,  iqtisadi  sahədə  uğurları  yüksək  qiymətləndirir.  O,  əsl  vətəndaş-alim, 

vətəndaş  ziyalıdır.  Alim  yaxşı  bilir  ki,  respublikanın  iqtisadi  tərəqqisi  əhəmiyyətli 

dərəcədə sənayenin inkişafından, onun modernləşməsindən, ilk  növbədə, milli dövlət 

mənafeləri baxımından yenidən qurulmasından asılıdır.  

 


                               “AZƏRBAYCANIM”  Beynəlxalq Jurnal

 

22 


 

4 | 2012

 

Buna görə də Telman Hüseynov sənaye iqtisadiyyatı fənninin tədrisinin yaxşılaşması, 



müvafiq  dərs  vəsaiti  və  dərsliklərin  hazırlanması  məsələsinə  xüsusi  qayğı  və 

məsuliyyətlə yanaşır. 

 

İqtisad elmi və təhsil sahəsində xidmətlərinə görə professor T.Hüseynov "Azərbaycan 



Respublikasının Əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür. 

 

İqtisad  elmləri  doktoru,  professor  T.Hüseynov  130  elmi  məqalənin,  o  cümlədən  4 



monoqrafiyanın, dərslik və çoxsaylı dərs vəsaitlərinin, broşürlərin müəllifidir. 

 

Respublikanın  iqtisadçı  alimləri  ona  müdrik,  ağsaqqal,  lakin  prinsipial,  xeyirxah  bir 



alim-pedaqoq  kimi  xüsusi  hörmət  bəsləyirlər.  Hələ  gənclik  illərində  onunla  saatlarla 

olan elmi mübahisələrimiz, futbol, şahmat, musiqi barədə söhbətlərimiz, həyata həmişə 

nikbin  baxışlarla  baxan  bu  gözəl  insanın  duzlu,  məzəli  danışıqları,  lətifələri  heç  vaxt 

yaddan  çıxmayan  anlardır.  Biz  görkəmli  iqtisadçı-alim,  professional  pedaqoq,  gözəl 

insan və yaxşı dost  Telman Hüseynova möhkəm cansağlığı, uzun  ömür, iqtisad elmi-

nin inkişafında və tədrisində yeni-yeni uğurlar arzulayırıq.



 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə