6
A
1
2
3
4
5
kişilər (nəfər)
27265
21979 17728
20418
24496
qadınlar (
nəfər)
29078
16987 11149
12554
13985
onlardan: işsizlik müavinəti alanların
sayı - cəmi (nəfər)
2087
87
1543
1857
6974
kişilər (
nəfər)
1316
70
1087
1238
4748
qadınlar (
nəfər)
771
17
456
619
2226
20-ci yüzilliyin 70-80-ci ill
ərində Azərbaycan Respublikasında doğum göstəricilərinin və
əhalinin təbii artımının yüksək olması 2000-ci illərdə ölkədə əməkqabiliyyətli yaşda
əməkqabiliyyətli əhalinin sayının dinamikasına müsbət təsir göstərmişdir. Bu proseslər fonunda
2005-2017-ci ill
ər ərzində ölkədə iqtisadi fəal əhalinin sayı orta hesabla ildə 1,32%-lik artım sürəti
nümayiş etdirmişdir. Məlumdur ki, iqtisadi fəal əhalinin (işçi qüvvəsinin) tərkibinə iqtisadiyyatda
m
əşğul olanlar və işsizlər daxil edilir. İşsizlik səviyyəsinin obyektiv qiymətləndirilməsi və mövcud
olan gizli işsizliyin aradan qaldırılması aktual məsələlərdən biridir. İnkişaf etmiş ölkələrdə və bir
sıra MDB ölkələrində işsizlərin sayının və səviyyəsinin qiymətləndirilməsində Beynəlxalq Əmək
T
əşkilatının (BƏT) metodikasından istifadə olunur [5, səh.93].
2003-cü ild
ən başlayaraq
Az
ərbaycanda da işsizliyin qiymətləndirilməsi məqsədi ilə BƏT-in təklif və tövsiyələri nəzərə
alınır. Ənənəvi qaydada işsizlərin sayı və işsizlik səviyyəsi məşğulluq xidməti orqanlarında rəsmi
qeydiyyatdan keçmiş şəxslərin sayına əsasən müəyyən edilir. 2005-ci ildə rəsmi qaydada məşğulluq
xidm
əti orqanlarında qeydiyyatdan keçmiş və işsiz statusu almış şəxslərin sayı 56343 nəfər
olmuşdur. Bu göstəriciyə istinadən rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayına əsasən işsizlik
s
əviyyəsi 1,3% təşkil etmişdir. Həmin dövrdə rəsmi qeydiyyatdan keçmiş və işsizlik statusu almış
şəxslərin 48,4 faizini kişilər, 51,6 faizini isə qadınlar təşkil etmişdir. 2017-ci ildə dövlət məşğulluq
xidm
əti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsiz şəxslərin sayına əsasən işsizlik səviyyəsi
iqtisadi f
əal əhalinin 0,8% səviyyəsində olmuşdur. Bu dövrdə rəsmi işsizlik statusu alan şəxslərdən
63,
7 faizi kişilər, 36,3 faizi isə qadınlar olmuşdur. İşsizlik statusu almış şəxslərin ümumi sayı
2005-ci ill
ə müqayisədə 2017-ci ildə 31,7 faiz azalmışdır. Müqayisə olunan dövrdə rəsmi status
alan işsizlərin tərkibində qadınların xüsusi çəkisi 0,5%-ə qədər azalmışdır.
2005-ci ild
ə rəsmi işsizlik statusuna malik olan şəxslərdən cəmi 3,7%-i işsizliyə görə
müavin
ət almışdır. 2017-ci ildə işsizlik müavinəti alan şəxslər rəsmi qeydiyyatdan keçib işsiz
statusu alan şəxslərin 18,1 faizini təşkil etmişdir. Müqayisə olunan zaman kəsiyində işsizlik
müavin
əti alan şəxslərin xüsusi çəkisi 14,4%-ə qədər artmışdır. Bu artımın səbəbi
kimi bir tərəfdən
r
əsmi qeydiyyatdan keçmiş işsizlərin sayının müqayisə olunan dövrdə 17862 nəfər azalması, digər
t
ərəfdən rəsmi işsizlik statusu alan şəxslərin sırasından işsizlik müavinəti alanların sayının 3,3 dəfə
v
ə ya 4887 nəfər artması ilə izah oluna bilər.
2005-ci ild
ə BƏT-in metodologiyasına əsasən ölkəmizdə 317,8 min nəfər şəxs işsiz hesab
edilmişdir. Bu metodologiyaya əsasən ölkədə işsizlik səviyyəsi 7,3% səviyyəsində olmuşdur.
H
əmin dövrdə BƏT metodologiyası ilə müəyyən edilmiş işsizlərin ümumi sayında 51,6% kişilər,
48,4% qadınlar yer almışdır. 2017-ci ildə işsiz hesab olunan şəxslərin sayı iqtisadi fəal əhalinin 5%-
ni t
əşkil etmişdir. 2017-ci ildə bütün işsizlərin sayına əsaslanan işsizlik səviyyəsi elmi əsaslarla
q
əbul edilmiş təbii işsizlik səviyyəsində (iqtisadi fəal əhalinin 5-6%-i qədər) olmuşdur. İşsiz hesab
edil
ən əhali kateqoriyasının quruluşuna gəldikdə 2017-ci ildə ümumi işsizlərin 42,5 faizini kişilər,
57,5 faizini is
ə qadınlar təşkil etmişdir. 2005-ci illə müqayisədə 2017-ci ildə işsiz şəxslərin ümumi
t
ərkibində kişilərin xüsusi çəkisi 9,1% bəndi qədər azalmışdır. 2005-ci illə müqayisədə 2017-ci ildə
ümumi işsizlərin sayı 20,8% və ya 66,1 min nəfər azalmışdır. Qeyd edək ki, müqayisə olunan 12
illik zaman k
əsiyində ölkədə iqtisadi fəal əhalinin sayı mütləq ifadədə 693,3 min nəfər, nisbi
ifad
ədə isə 15,8% artmışdır. Araşdırılan dövrdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara
r
əğmən artan işçi qüvvəsinin iş yerlərinə olan tələbatı tam şəkildə ödənilmiş və hətta işsizlik
s
əviyyəsinin 2,3% bəndi qədər azaldılmasına nail olunmuşdur.