AZƏrbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164.53 Kb.

səhifə1/27
tarix26.05.2017
ölçüsü164.53 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   27

 
AZƏRBAYCANIN NADĠR AĞAC VƏ KOL  BĠTKĠLƏRĠ 
 
Azərbaycan coğrafi vəziyyəti, relyefi, torpağı və iqlimi ilə əlaqədar 
xüsusi  bir  bitki  örtüyünə  malikdir.  Azərbaycan  florasında  5000-ə  yaxın 
bitki  növünə  rast  gəlinir  ki,  bunlardan  460-dan  artıq  növü  ağac  və  kol 
bitkiləridir.  Hal-hazırda  mövcud  olan  bu  növlərin  hər  3-dən  biri  məhv 
olmaq  təhlükəsi  ilə  üzləşməkdədir.  Bu  bitki  növləri  içərisində  onlarca 
növün  təhlükə  altında  olduğu  müəyyən  edilmişdir.  Aparılan  tədqiqatlara 
görə hal-hazırda respublikamızda nadir və nəsli kəsilməkdə olan ağac və 
kol  növlərinin  sayı  200-ə  yaxındır.  Bu  qədər  növ  Azərbaycan  florasında 
olan  ağac  və  kol  bitkilərinin  təxminən  43%-ni  təşkil  edir.Bu,  həyəcan 
təbilinin çalınması deməkdir. Azərbaycanın təbii florasında olan ağac və 
kol bitkilərinin növ baxımından təxminən 25%-ə qədəri relikt bitkilərdir .  
Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 
28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan oduncaqlı, yəni 
ağac və kol bitkisinin olduğu müəyyən edilmişdir . Nadir bitki növlərinin 
sayının getdikcə artması ilə əlaqədar bu problemin səbəblərini aşkar edə-
rək, onun qarşısının alınması dövlət strukturlarının və elm müəssisələrin 
qarşısında duran ən aktual məsələlərdən biridir. Ona görə də, Azərbaycan 
Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 № li sərəncamı 
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qo-
runması  və  davamlı  istifadəsinə  dair  Milli  Strategiya  və  Fəaliyyət 
Planı”nda  nadir  bitkilərin  repatriasiyası,  insan  amilinin  ətraf  mühitə 
təsirinin  azaldılması,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  elmi-
tədqiqat  işlərinin  aparılması  üçün  lazımi  şəraitin  yaradılması  kimi  vəzi-
fələr qarşıya bir məqsəd kimi qoyulmuşdur. 
Aparılan  müşahidələr  göstərmişdir  ki,  Azərbaycan  florasında  olan 

 
nadir  və  nəsli  kəsilməkdə  olan  oduncaqlı  bitki  növlərin  areallarının  bir 
hissəsinin  mühafizə  strategiyası  yoxdur.  Ölkəmizdə  mühafizə  olunacaq 
bitki növlərinin təyin edilməsi, siyahılarının dəqiq hazırlanması, bu bitki-
lərin  nadir  bitki  kateqoriyalarına  aid  edilmə  səbəblərinin  aşkarlanması 
müasir  dövrün  ən  vacib  məsələlərindən  biridir.  Bu  prosesləri  öyrənmək 
üçün əvvəlcə bitkilərin yayılmasını, populyasiya genişliyini, ekoloji tələ-
batlarını, fizioloji tolerantlığını, reproduktiv biologiyasını, toxum qurulu-
şunu və keyfiyyətini, cücərməsini, kök sistemini və sonrakı  inkişaf mər-
hələlərinin tədqiqi vacibdir . 
Dünya florasında məlum olan bitki növlərinin, xüsusilə də məhdud 
bir  arealda  yayılan  endemlərin  qorunması  ilə  əlaqədar  son  illərdə  çox 
ciddi tədqiqatlar aparılmaqdadır. Ilk öncə tədqiqatçıların qarşısında duran 
məqsədlərdən  biri  nadir  bitkilərin  beynəlxalq  qurumlar  tərəfindən  qəbul 
edilən təhlükə kateqoriyalarının hansına aid olduğunu müəyyənləşdirmək, 
sonra  isə  görüləcək  tədbirləri    bu  bitkilərə  yönəltməkdir.  Bu  məqsədlə 
IUCN  (International  Union  for  Conservation  of  Nature  and  Natural 
Resourches-Təbiətin və Təbii Ehtiyatların Beynəlxalq Mühafizə İttifaqı), 
TPC (Threatened Plant Committee - Təhlükədə olan Bitki Komitəsi) ka-
tibliyi,  WWF  (World  Wildlife  Foundation-Dünya  Vəhşi  Təbiət  Fondu), 
OPTIMA  (Organization  for  the  Phytotaxonomic  Investigation  of  the 
Mediterranean  Area-Aralıq  Dənizi  Bölgəsinin  Fitotaksonomik  Tədqiqi 
Təşkilatı) kimi təşkilatların fəaliyyəti ilə yanaşı hər bir ölkə öz bitki alə-
mini  mühafizə  etmək  məqsədi  ilə  müxtəlif  tədbirlər  görməkdədir.  Xü-
susilə nəsli kəsilmək təhlükəsi altında olan bitkiləri mühafizə etmək üçün 
Milli  Parklar,  qoruqlar  və  yasaqlıqlar  yaradılmaqdadır.  Dünyanın  təbii 
həyatını  mühafizə  etmək  məqsədilə  İsveçrənin  Bern  şəhərində  1979-cu 
ildə  təşkil  olunan  ətraf  mühitin  mühafizəsi  ilə  bağlı  bir  toplantıda  qəbul 

 
edilən  qərarlar  dünyanın  bir  çox  ölkələrinin  parlamentində təsdiqlənərək 
qanun  halını  almışdır.  1974-cü  ildə  Avropa  Şurası  təbiəti  qorumaq  məq-
sədilə  qərarlar  qəbul  etmiş  və  1977-ci  ildə  Avropa  ölkələri  tərəfindən 
1500-ə  qədər  bitki  növünün  siyahısı  yerləşən  “Red  Data  Book”  kitabı 
buraxəlmışdır.  1982-ci  ildə  nadir  bitkilərin  bu  siyahısına  Avropa  flora-
sının  çap  olunmasından  sonra  baxılaraq  1983-cü  ildə  yenidən  nəşr 
olunmuşdur.  Bu  cür  siyahılar  IUCN  və  OPTIMA-nın  təşkilatçılığı  ilə 
Afrika  və  Şimal  ölkələrində  1980-ci  illərdə  çap  olunmuşdur.  1980-ci  ilə 
qədər istifadə olunan təhlükə kateqoriyalarına yenidən baxılması və daha 
obyektiv  meyarlarda  saxlanılması  məqsədiə  1994-cü  ildə  IUCN 
(ƏMBMİ) yeni bir kateqoriyası yaradılmış  və bu təşkilatın bir qolu olan 
WCMC  (World  Conservation  Monitoring  Centre-Dünya  Mühafizəsinin 
Monitorinq  Mərkəzi)  40  illik  tədqiqat  nəticəsində  33  minə  qədər  bitki 
növünü bu kateqoriyalara görə təsnif etmişdir.  
Azərbaycan  florasında  yayılan  nadir  və  nəsli  kəsilməkdə  olan  bit-
kilərin mühafizəsi üçün  qanunvericilik bazası  yaradılmışdır. Ətraf mühi-
tin  mühafizə  edilməsi  12  noyabr  1995-ci  ildə  qəbul  edilmiş  Azərbaycan 
Respublikasının  Konstitusiyasında  öz  yerini  almışdır.  Bununla  yanaşı 
ölkəmizdə biomüxtəlifliyin bir qolu olan bitkilərin qorunması ilə əlqədar 
1996-cı ildə “Birtki mühafizəsi haqqında”qanun qəbul etmişdir.  
Qafqaz florasına aid bitki növlərinin yarıdan çoxuna Azərbaycanda 
rast gəlmək olar. Ölkəmizin nadir və nəsli kəsilməkdə olan bitkilərini qo-
rumaq üçün keçmiş SSRİ dövründə Azərbaycan SSRİ Nazirlər Sovetinin 
qərarı ilə (1977, 25 iyul) “Qırmızı Kitab”ın çap olunması tövsiyə edilmiş-
dir.  400  növ  nadir  bitkinin  mühafizə  edilməsi  üçün  Nazirlər  Soveti 
16.03.1982 tarixli, 38№-li qərar qəbul etmişdir. 1989-cu ildə Azərbaycanın 
“Qırmızı Kitabı” çap olundu. Bu kitabda 140 nadir növ öz əksini tapmışdır.  

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AMEA  Botanika institutunun 
təşkilatçılığı ilə 2013-cü ildə  Azərbaycanın “Qirmizı  Kitabı”nın 2-ci nəşri 
çapa  verilmişdir.  Bu  kitaba  300  nadir  bitki  və  göbələk  növü  daxil 
edilmişdir.  
Aparılan tədqiqatlar göstərmişdir ki, floramızda olan bir çox növlə-
rin nəsli kəsilmək üzrədir və belə növlərin təbiətdə qalması və qorunması 
üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bununla yanaşı Azər-
baycanın  “Qırmızı  Kitabı”nda  olmayan  bəzi  növlərin  də  bu  kitaba  əlavə 
olunması labüddür. Bu baxımdan Azərbaycanda “Qırmızı Kitabı”n hər 5 
ildən bir yeni nəşrinə ehtiyac vardır.  İndiyə kimi nadir bitki statusu almış 
bitkilərin  İUCN  (ƏMBMİ)  təhlükə  kateqoriyalarına  görə  meyarları 
müəyyən edilməmişdir.  
Aparılan  tədqiqatlardan  məlum  olmuşdur  ki,  introduksiya  edilən 
bitki  növləri  təbiətdə  yayılan  növlərin  68%-ni,  cinslərin  87%-ni  və 
fəsilələrin 95 %-ni təşkil edir.  
Ölkəmizin təbii florasında olan hansısa bir bitki növünün mühafizə-
sinin zəruriliyini bildirməyin və bunu əsaslandırğın böyük əhəmiyyəti var. 
Yalnız  bitkilərin  adını  bilmək  onu  qorumaq  deyildir.  Mühafizə  edilərək 
bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrəndikdən sonra siyahıların 
hazırlanması  daha  düzgün  hesab  olunur.  Nadir  və  nəsli  kəsilməkdə  olan 
bitkilərin siyahısını hazırlayarkən təbiətdə tədqiqatçıların qoruq və yaşıl-
lıqlarda çalışan insanların bu taksonları tanıya bilməsi vacibdir. Bu möv-
zu  1977-ci  idə  Upsalada  keçirilən  “Sistematic  Botany  Plant  Utilization 
and Biosphera Conservation” adlı simpoziumda müzakirə olunmuşdur. 
İlkin  növbədə  respublikamızda  yayılan  nadir  və  nəsli  kəsilməkdə 
olan  ağac  və  kol  növlərinin  areallarının  azalmasına  və  nəslinin  yoxa 
çıxmalarına səbəb olan amilləri araşdırmaq vacibdir. Son illərdə ölkəmiz-

 
də sənayenin inkişafı və yeni fabrik və  zavod, kənd və qəsəbələrin salın-
ması  bəzən  kiçik  bir  arealda  yayılan  bitkilər  üzərində  təhlükə  mənbəyi 
olur.  Ermənistanın  Azərbaycan  ərazisinin  20%-ni  işğal  etməsi  və  oradan 
qaçqın düşən bir milyon vətəndaşımızın yeni ərazilərdə məskunlaşması və  
fəaliyyət  göstərməsi  nadir  bitkilərə  qarşı  bu  təhdidi  bir  azda  artırmışdır. 
Belə ki, son illərdə dənizkənarı bölgələrdə bağ evləri tikintilərinin daha da 
genişlənməsi  Azərbaycanın  bir  sıra  nadir  bitkilərinin  areallarıkiçiltmiş 
hətta  nəslinin  yox  olma  təhlükəsi  altına  almışdır.  Nəticəsində  Xəzər  də-
nizi  sahilləri  yaxınlığında  bitən  Calligonum  aphyllum,  C.  bakuense  kimi 
növlərin arealları  kiçilmiş  hətta  nəsillərinin  kəsilməsi  təhlükəsinə  gətirib 
çıxarmışdır.  
Əkin  sahələrinin  genişləndirilməsi,  əkin  işlərində  texnikadan  geniş 
istifadə olunması ilə bağlı ölkəmizdə olan bozqır ərazilərin tarlaya çevril-
məsi də bir sıra bitki areallarının daralmasına səbəb olmuşdur. Endem və 
ya nadir bitkilər ən çox dağlıq ərazilərdə qalmış və öz genofondlarını mü-
hafizə etmişlər. Lakin, belə bölgələrdə əkinə yararlı yerlərin şumlanması 
nadir bitkilərin nəsilini yoxa çıxma təhlükə altına almışdır. Eyni zamanda 
otlaq  və  biçənəklərdən  səmərəsiz  şəkildə  istifadə  olunmasıda  ölkəmizdə 
yayılan bir çox nadir növlərin yox olmasına səbəb olmaqdadır. Son illərdə 
Azərbaycanda  iribuynuzlu  heyvandarlığın  və  qoyunçuluğun  inkişafı  8 
milyondan  çox  xırdabuynuzlu  heyvanın  və  3  milyona  yaxın  iribuynuzlu 
mal-qaranın  sayının  artmasına  səbəb  olmuşdur.  Bu  qədər  olan  heyvanın 
otarılması  üçün  ölçülü  otarılma  sahəsi  olmalıdır.  Lakin  respublikamızda 
otarılma sahələrinin heyvanların sayına nisbətən az olması aşırı otarılma-
ya  səbəb  olmuş  və  nəticədə  görə  bir  sıra  bitki  növlərinin  nəsli  yoxolma 
təhlükəsi  ilə  üzləşmişdir.  Bununla  bərabər  qış  aylarında  heyvanların, 
əsasən,  iribuynuzlu  mal-qaranın  yemləndirilməsi  üçün  yem  ehtiyatı  top-

 
lamaq  məqsədilə  biçənəklərdən  istifadə  olunur.  Biçənəklərdən  uzun  illər 
istifadə olunması  həmən ərazilərdə bitən bir sıra nadır bitkilərin nəslinin 
azalmasına səbəb olmuşdur.     
Xəzər dəniz sahillərində və respublikamızın digər mənzərəli bölgə-
lərində turizmin inkişafı  ilə olan bir sıra istirahət məskənləri inşa edilmə-
si bir sıra nadir bitki növləri zərər çəkir. Ölkəmizdə istirahət üçün turizm 
məskənlərinin salınması Talış, İsmayıllı-Qəbələ, Quba-Xaçmaz, Zaqatala-
Balakən bölgələrində daha da inkişaf etməkdədir. Azərbaycanın nadir və 
nəsli kəsilməkdə olan ağac və kol bitkilərinin 80%-nin çoxu bu bölgələr-
də  yayılmışdır.  Turizmin  bu  cür  sürətli  inkişafı  həmən  bölgələrdə  bitən 
nadir bitkilərin təbii areallarını sürətlə daralmaqdadır. 
Respublikamızın  florasında  800  növdən  artıq  bitki  növü  dərman 
effektinə  malikdir.  Dünyada  hazırlanan  dərmanların  50%-dən  çoxu  bitki 
mənşəlidir. Buna görə də bu tipdə olan bitki növlərinin müxtəlif orqanla-
rının toplanması, bunların ixracı edilməsi və respublikamızda geniş istifa-
də  olunması  da  bəzi  nadir  bitkilərin areallarının  getdikcə  azalmasına  sə-
bəb  olur.  Bu  kimi  hadisələr  nəticəsində  ölkəmizdə  olan  nadir  bitkilərin, 
əsas etibarilə dərman və aromatik bitkilərin təbii populyasiyalarının azal-
ması  artıq  mütəxəssislər  tərəfindən  də  qeyd  edilməkdədir  .    Son  illərdə 
geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanmsı və 
satılması  aşırı  həddə  çatmışdır.  Bu  baxımdan,  ilk  öncə  vətəndaşların  bu 
sahədə  maarifləndirilməli  və  sonra  nadir  bitkilərin  qorunma  tədbirləri 
görülməlidir.  
Hava  və  su  çirklənməsi  ilə  yanaşı  torpağın  çirklənməsinə  də  səbəb 
olan  digər  faktorlardan  biri  pestisidlərdən  geniş  istifadə  olunmasıdır.  Bu 
zaman  belə  ərazilərdə  olan  bir  sıra  bitki  və  heyvan  növləri  zərər  çəkir. 
Insanların  sahəni  yabanı  otlardan  təmizləmək  üçün  kimyəvi  dərmanlardan 

 
geniş istifadə etməsi kosmopolit yabanı ot bitkilərini məhv etməklə yanaşı 
həmən  ərazilərdə  yayılan  bəzi  ağac  və  kol  bitkilərini  dəsıradan  çıxarır.  
İnsanın  belə  fəaliyyətinin  təsirlərindən  ot  bitkilərinin  arealları  azalmaqda 
davame dir. 
Ölkəmizdə  olan  nadir  bitki  növlərinin  azalmasına  və  ya  nəslinin 
kəsilməsinə səbəb olan amillərdən biri də yanğınlardır. Bu baxımdan yan-
ğınların baş verməməsi üçün ilk növbədə vətəndaşlarmızın maarifləndiril-
məsi  vacibdir.  Respublikamızın  bir  çox  ərazisi  ağac-kol  tipli  bitki  örtü-
yünə malikdir. Belə ərazilər yanğına qarşı çox həssasdır. Yanğınlar zama-
nı isə bu ərazilərdə bitən nadir və nəsli kəsilməkdə olan ağac və kol bitki-
ləri yoxolma təhlükəsi ilə qarşılaşır. Buna görə də yanğınların baş vermə-
məsi  üçün  bəzi  tədbirlərin  həyata  keçirilməsi  zəruridir.  Bu  təhlükəyə  ilə 
tez-tez  məruz  qalan  bitki  növlərindən  Taxus  baccata,  Pinus  eldarica,  P. 
Kochiana, 
Punica 
granatum, 
Cotoneaster 
saxatilis, 
Juniperus 
foetidissima,  Pistacia  mutica,  Rhus  coriaria,  Rosa  spp,  Pyracantha 
coccinea və s. göstərmək olar. 
Təqdim edilən kitabda İUCN (2001) 3.1 versiyasında qəbul edilmiş 
kateqoriyalardan  istifadə  edilmişdir  -  Nəsli  kəsilmiş  –  Extinct  (  EX  ), 
Təbiətdə  nəsli  kəsilmiş  –  Extinct  in  the Wild  (  EW  ),  Kritik  vəziyyətdə 
olan – Critically Endangered ( CR ), Nəsli təhlükədə olan – Endangered ( 
EN ), Sayı azalan – Vulunerable ( VU ), Təhlükəyə yaxın vəziyyətdə olan 
– Near Threatener (NT), Ən az təhlükə altında olan – Least Concern (LC), 
Kifayət qədər məlumat yoxdur – Data Deficient (DD), Məlumat yoxdur – 
Not Evalueted (NE). 
Təqdim  olunan  kitabda  MBMİ  -  Ətraf  Mühitin  Beynəlxalq 
Mühafizə  İttifaqı  (İnternational  Union  for  Conservation  of    Nature  and 
Natural  Resourches  -  İUCN)  tərəfindən  növlərin  statusunu  müəyyən-

 
ləşdirmək üçün istifadə edilən kateqoriya, kriteriya və yarımkriteriyaların-
dan  yararlanmış  və  ƏMBMİ  tərəfindən  “Qırmızı  Siyahı”nın  tərtibi  za-
manı  kateqoriya,  kriteriya  və  yarımkriteriyaların  verilməsində  əlifba-rə-
qəmli iyerarxiya sistemindən istifadə edilmişdir . Kitabda təqdim olunmuş 
taksonların təsnifatı APG III sistemindən istifadə edilərək verilmişdir. 
Kitabda verilmiş məlumatlardan “Azərbaycan florası”nın, Azərbay-
canın  “Qırmızı  Kitabı”nın  və  həmçinin  “Botanika”,  “Ekologiya”,  “Den-
drologiya” dərsliklərinin tərtibində istifadə oluna bilər və tələbələr, tədqi-
qatçılar özlərinə lazım olan məlumatları dərs vəsaiti kimi  bu əsərdən ala 
bilərlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
  
Pinopsida - iynəyarpaqlılar sinfi 
Gumnospermae-Çılpaqtoxumlular 
Familia: Cupressaceae F.W.Neger  
Sərvkimilər fəsiləsi                                         
Genus: Juniperus L.Ardıc cinsi 
Species: Juniperus sabina L.–  Qazax ardıcı 
syn: Sabina vulgaris Antoine  
Cupress. Gatl. 58. t. 80.  
 
Ümumi yayılması: Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan),  
Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və 
Ermənistanda yayılmışdır.  
Azərbaycanda  yayılması:  Naxçıvan  MR  və  Quba  rayonu  ərazilərində 
rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT. 
Bitdiyi yer: Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə 
qurşağında  dəniz  səviyyəsindən  2000-3000  m  hündürlukdə  daşlı-qayalı 
yamaclarda bitir. 
Təbii ehtiyati: Azərbaycanda təbii ehtiyatı geniş deyildir. 
Bioloji  xüsusiyyətləri:  Asimmetrik  çətirli,  ikievli  və  ya  birevli  sürünən 
alçaqboylu,  hündürlüyü 0,5-1 m-ə  qədər olan koldur. Gövdəsinin qabığı  
sığallı  və  qırmızımtıl  –  sarı  rənglidir.  Hündürlüyü  1  m-ə  çatir.  Budaq-

 
larının qabığı qırmızımtıl – boz və ya qonurdur,  çatlayıb parçalanır və ya 
oduncaqdan  xırda  parçalar  şəklində  ayrılır.  Yarpaqları  dəyirmi,  nazik  və 
yaşıldir. Zoğları tünd-yaşıl rəngli xoşagəlməyən kəskin qoxuludur. Cavan 
yarpaqların  şaxələri  çox  sıxılmışdır,  çarpazvarı  cüt-cüt  düzülmüşdür, 
ellipsvarı  olub,  ucları  sivri  və  ya  kütdür.  Yarpaqlarının  uzunluğu  2,5-3 
mm-dir.  Yarpaqları  iynəlidir,  üç  il  ağacda  qalır  və  belə  yaşıl  yarpaqların 
ucları  azacıq  arxaya  əyilmiş  olur.  Erkək  qozacıqları  oval  şəkilli,  ucları 
dəyirmi, arxası yastı və üzərində pulcuqları vardır. Erkək orqanları 10-15 
ədəd  yumurtavarı-qalхanaохşar  erkəkcikdən  ibarətdir.  Bunların  hər 
birində  3-7  tоz  kisəciyi  vardır.  Dişicik  çiçəkləri  yumurtavari  pulcuqdan 
ibarət  olub,  budaqların  üzərində  yerləşir.  Meyvəsi  göyümtül  rəngi  olub 
qısa  ayaqcıq  ucunda  sallaq  şəklində  dayanır,  tək-tək  yerləşir.  Tохumları 
ziyillərlə  örtülmüşdür,  оvalşəkilli  və  ya  yumurtavaridir,  4-6  sm 
uzunluqdadır, qоnur rəngli və parlaqdır.  
Çохalması: Tохumla və vegetativ yоlla çохalır. 
Təbii ehtiyatın dəyiĢilməsi səbəbləri:  Başlıca оlaraq insan fəaliyyəti və 
bəzi abiоtik amillərin təsiridir. 
Becərilməsi: Park və bağlarda  rast gəlinir. 
Qəbul  edilmiĢ  qоruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri qоruma tədbirləri: Bitkinin təbii yayldığı yerlərdə yeni mühafizə 
sahələrinin yaradılması  zəruridir. 
Məlumat  mənbələri:  Флора  Kавказа  .т.1.1939;  Флора  Азербайджана 
т.1.1950;  Azərbaycanın  ağac  və  kolları.  I  c.  1961;  Azərbaycan  SSR-nin 
“Qırmızı  Kitabı”.1989;  Красная  Kнига  CCCR.1984;   Naxçıvan  Muxtar 
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora 
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011; Azərbaycan flora-
sının konspekti I-III cildlər. 2005; 2006; 2008; Azərbaycan dendroflorası. 
I cild, 2011. 
 
 
Familia: Cupressaceae F.W.Neger
 
 Sərvkimilər fəsiləsi                                         
Genus: Juniperus L.- Ardıc cinsi 
Species: Juniperus foetidissima Willd. – Agıriyli ardıc 

 
Sp. Pl. 4: 853 1806
 
Ümumi yayılması: Rusiya, Ukrayna, Yunanıstan, Kipr, Türkiyə, Suriya, 
İran, Gürcüstan və Ermənistanda təbii arealları vardır. 
Azərbaycanda yayılması: Şəki, Qəbələ, Quba, Хanlar, Cəbrayıl, Zəngi-
lan,  Şamaхı,  Хızı,  Naхçıvan  MR-in  (Ardıc  dağı,  Ilan  dağı  və  s.)  ərazi-
lərində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitki növüdür. VU A4a;Bb (ii,iii,iv). 
Bitdiyi  yer:  Оrta  və  aşağı  dağ  qurşaqlarının  güney  yamaclarında  boz 
səhra-çöl torpaqlarında  kol bitki ortüyündə daha çox rast gəlinir. 
 
Təbii ehtiyatı: Azərbaycanda arealı çox geniş deyildir. 
Biоlоji  хüsusiyyətləri:  Təbiətdə  10-20  m  hündürlüyü  olan  düz  gövdəli 
nadir bitki növüdür. Bitkinin budaqları yuхarıya dоğru yönəlmişdir. Təpə 
hissəsi  piramida  şəklindədir.  Zоğları  qısa  və  qalındır,  4  künclüdür,  qəh-
vəyi-bоz rəngli qabığı оlub başqa növlərin qabığından daha qalındır. 10-
15 yaşlarında pulcuqvarı yarpaqları aşımağa başlayır.  
Bəzən bitkidə həm iynə, həm də pulcuqvari yarpaqlara rast gəlmək 
mümkündür.  
Zоğ  üzərində  оlan  yarpaqlarını  əzdikdə  pis  iy  verir.  Yarpaqlarının 
uc  hissələri  yuхarı  qalхmış  vəziyyətdədir.  Yarpaqda  yağ  vəziləri  vardır. 
Qоzaları  bir  cinsli,  bitkilər  isə  iki  evlidir.  Qоzaları  zоğun  uc  hissəsində 
tək-tək yerləşir. Yetişmiş qоzaların rəngi qırmızımtıl-qara оlur. Qоzaları 3 
cüt  pulcuqdan  əmələ  gəlir.  Qоzalarda  3  tохum  оlur.  Tохumları  şabalıd 
rəngindədir.  
Çохalması: Tохumla və vegetativ yоlla çохalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  оlaraq  insan  fəaliy-
yətidir.  
Becərilməsi:  Bəzi  park  və  bağlarda  rast  gəlinir.Geniş  halda  becərilməsi 
haqda məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qоruma  tədbirləri:  Bəsitçay,Türyançay  Dövlət  qoruqla-
rında  mühafizə  olunur  və  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilmişdir. 

 
Zəruri  qоruma  tədbirləri:Yeni  yasaqlıların  yaradılması  məqsədyönlü 
оlardı. 
Məlumat  mənbələri:  Флора  Кавказа.т.1.1939;  Azərbaycanın  ağac  və 
kolları. I c. 1961; Azərbaycan SSR-nin “Qırmızı Kitabı”. 1989; Краснaя 
Kнига СССР. 1984; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 
2006;  2008;  Naxçıvan  Muxtar  Respublikasının  “Qırmızı  Kitabı”.  2010;  
Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ 
və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının, repro-
duksiyasının  və  repatriasiyasının  elmi  əsasları,  b.e.d.  alimlik  dərəcəsi 
almaq üçün dissertasiya. Bakı. 2011; Naxçıvan MR-nın flora müxtəlifliyi 
və  onun  nadir  növlərinin  qorunması.  2011;  Azərbaycan  dendroflorası.  I 
cild. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Familia: Pinaceae Lindl.  
ġamkimilər fəsiləsi                                                         
Genus: Pinus L. – ġam cinsi  
Species: Pinus eldarica Medw.  – Eldar Ģamı  
syn: Pinus brutia var. eldarica (Medw.) Silba 
Vestn. Tiflissk. Bot. Sada 6(2): 21 1903
 



  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə