AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ 1918
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri
öz siyasi-hüquqi qiymətini almamış soyqırımıda tarixin açılmamış
səhifələrindən biridir.
1813-cü və 1828 -ci illərdə imzalanmış Gülüstan və Türkmənçay
müqavilələri
Azərbaycan
xalqının
parçalanmasının,
tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycan xalqının
bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.Qısa
bir müddətdə bu siyasət gərçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.Soyqırımı
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində
məskunlaşdırılan
ermənilər
orada
yaşayan
Azərbaycanlılarla
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının
himayəsi altında”Erməni vilayəti” adlandırılan inzibati bölgünün
yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində,
Azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” yaratmaq
xülyasında ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə
Azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata
keçirmişdilər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və
indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə
etmişdir.Yüzləcə yaşayış məntəqəsi dağıdılmış, yerlə yeksan edilmiş,
minlərlə Azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Birinci dünya müharibəsi, eləcədə Rusiyada baş vermiş 1917-ci il
fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular.1918-
ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı
altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını
Azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata
keçirilməsinə başlanılmışdır. Həmin günlərdə ermənilərin törətdikləri
cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
Minlərlə dinc Azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv
edilmişdir.Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.
Milli memamarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər
abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıalrın soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Ləmkaranda və Azərbaycanın
başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir.Bu ərazilərdə
dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli
mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Erməni daşnaklarının bolşeviklərlə birgə Azərbaycanlılara qarşı həyata
keçirdiyi soyqırımından 95 il ötür.1918- ci il martın 30 gecə saatlarında
Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o
cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə
nəticələnmişdir.
Martın 30-dan aprelin 2 -dək davam edən kütləvi qırğınlarda
Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda
minlərlə insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını yandırmış,
Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmişdir.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşən məscidi sayılan Təzəpir
məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən möhtəşəm memarlıq
incilərindən olan “İsmailiyyə” binası yandırılmışdır.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə
Bakı şəhəri ilə məhdudlaşmamışdır.Martın 31-də erməni daşnakları
Şamaxı qəzasının 53 kəndində 8027 Azərbaycanlını o cümlədən 2560
qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən
günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olmuşdur. Erməni
daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə
kəndi yandırmış, 10 minlərlə insanı vəhşicəsinə qətlə yetirmişdir.1918 –
ci il iyulun 15-də ADR-nin yaratdığı fövqalədə Təhqiqat Komissiyası bu
qırğınlarla bağlı çox saylı sənədləri toplayaraq hökümətə təqdim etmiş,
1919-cu ildə Azərbaycan Parlamenti 31 mart tarixinin-Azərbaycanlıların
soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsədə, müstəqillik
dövründə tarixi sənədlər əsasında 31 mart 1948-ci ildə Azərbaycan
xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çox saylı araşdırmalar
aparılmış, kitablar dərc olunmuşdu. 1998 – ci il martın 26 –da Prezident
Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman
imzalanmışdı. Həmin gündən başlayaraq 31 mart tarixi azərbaycanlıların
soyqırımı günü kimi qeyd olunur.