Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə1/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
  1   2   3   4   5   6   7   8   9   ...   27


 
                                                             Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə  
                                                                                "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı  
                                                                            ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin  
                                                             xatirasinə ithaf olunur. 
 
 
AĞAYEV YUSİF  
ƏHMƏDOV SƏBUHİ 
 
 
 
 
 
 
 
 
 
ĠSTĠQLAL 
YÜRÜġÜ 
1918 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ALTUN KİTAB 
 
 
 
 
 
 


 
 
Ağayev Yusif 
Əhmədov Səbuhi 
 
Ġstiqlal yürüĢü -1918. Bakı, "Altun Kitab", 2009, 416 s. 
 
 
 
 
Elmi redaktor              Azərbaycan Milli Elmlər Akademiyasının  
                                    vitse-prezidenti, Azərbaycan Tarix Muzeyinin  
                                    direktoru, akademik Nailə Vəlixanlı 
 
Redaktor                    Əhməd Oğuz 
 
 
Tərtibatçı                   Səbuhi Qəhrəmanov 
 
 
 
 
 
 
 
© ALTUN KİTAB  
Telefon: (99412) 431 97 52  
www. altun-kitab.com  
E-mail: yusif_agayev@yahoo.com 
 
 
ISBN 978-9952-24-041-2 
 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən 
çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
 
"OKA-Ofset" mətbəəsində çap olunmuşdur. Tiraj 300 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
MÜNDƏRĠCAT 
 
Ön söz 
 
1. MünaqiĢənin qısa tarixçəsi 
1.1. Türkmənçay müqaviləsinin 15-ci bəndi - XX əsrin əvvəllərində   partlamış bomba 
1.2. Azərbaycan XX əsrin əvvəllərində 
1.3.
 
Azərbaycan I Dünya müharibəsi dövründə 
1.4.
 
1917-ci ildə Azərbaycanda hərbi-siyasi vəziyyət 
1.5.
 
1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda hərbi-siyasi vəziyyət  
1.6.
 
1918-ci ilin mart soyqırımı  
 
2.
 
Hadisələrin qısa xronologiyası  
1917-ci il  
1918-ci il  
 
3.
 
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları 
 
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması 
3.2.  Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının strukturu    
3.3.
 
Bakı Sovetinin  Qırmızı ordusu  və Sentrokaspi Diktaturası ordusunda erməni hərbi 
hissələri  
3.4.
 
Polkovnik L.Biçeraxovun qoşunları 
3.5.
 
Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının say tərkibi  
3.6.
 
Bakı Soveti qoşunlarının komandanlığı 
3.7.
 
Sentrokaspi Diktaturası qoşunlarının komandanlığı  
3.8.
 
Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının silahları  
 
4.
 
"Densterfors" 
4.1.
 
"Densterfors"un təşkili 
4.2.
 
İngilis qoşunlarının komandanlığı 
4.3.
 
İngilis qoşunlarının say tərkibi və strukturu  
4.4.
 
İngilis qoşunlarının silahları və hərbi texnikası  
 
5.
 
Qafqaz Ġslam Ordusu 
5.1.
 
Müsəlman Korpusunun təşkil edilməsi  
5.2.
 
Qafqaz İslam Korpusunun təşkil edilməsi  
5.3.
 
Müsəlman Korpusunun strukturu 
5.4.
 
Qafqaz İslam Ordusunun iyun-iyul aylarında quruluşu 
5.5.  Xüsusi Azərbaycan Korpusunun təşkili və strukturu  
 
5.6.  Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunun quruluşu  
 
5.7.  Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun say tərkibi 
 
5.8.
 
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun komandanlığı  
5.9.
 
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun silah və hərbi texnikası  
 
6.
 
Tərəflərin məqsəd və planları  


 
6.1.Qırmızı Ordu komandanlığının məqsəd və planları 
6.2. Sentrokaspi Diktaturası komandanlığının məqsəd və planları  
6.3.İngilis komandanlığının məqsəd və planları  
6.4.Qafqaz İslam Ordusu komandanlığının məqsəd və planları  
 
7.
 
DöyüĢ əməliyyatlarının gediĢi 
7.1.
 
5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəlişi 
7.2.
 
  Qafqaz İslam Ordusunun üzləşdiyi ilk rəqiblər və bu döyüşlərin nəticələri 
7.3.
 
  Qaraməryəm döyüşü (1918-ci il 18iyun) 
7.4.
 
Qaraməryəm - Göyçay döyüşü (1918-ci il 27-30 iyun) 
7.5.
 
Salyan döyüşü (28 iyun- 2 iyul 1918-ci il) 
7.6.
 
Ağsu-Kürdəmir döyüşü (5-14 iyul 1918-ci il) 
7.7.
 
Şamaxı əməliyyatı (19 -22 iyul 1918-ci il)  
7.8.
 
Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)  
7.9.
 
Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il) 
7.10.Bakı ətrafında 6 avqust - 12 sentyabr döyüşləri 
7.11.İkinci Bakı əməliyyatı və Bakının azad edilməsi(14-15 sentyabr 1918-ci il) 
7.12.Bakı şəhəri sentyabrın 16-20-də 
 
8.
 
MünaqiĢənin nəticələri 
8.1.
 
Azərbaycan Cümhuriyyətinin paytaxtı – Bakı şəhəri  
8.2.
 
Münaqişənin nəticələri 
 
Ədəbiyyat 
 
 
 
 
 
 


 
ÖN  SÖZ 
 
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi-
siyasi  olaylar  bu  hadisələr  sırasında  xüsusi  yer  tutur.  Məhz  bu  hadisələrin  gedişində  millət  öz  mövcudluğu 
uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir. 
Bəşər  övladının  ilk  məskənlərindən  olan  Azərbaycan  zəngin  tarixi  keçmişə  malikdir.  Əsrlər  boyu 
beynəlxalq  rəqabətin  obyektinə  çevrilən  diyarımız  öz  mövcudluğu  uğrunda  ağır  sınaqlardan  keçmiş,  qanlı 
döyüşlərdə  iştirak  etməli  olmuşdur.  Xarici  işğalçılara  qarşı  aparılan  mübarizədə  xalqımız  nəinki  öz 
mövcudluğunu  qoruyub  saxlamış,  hətta  təkrarolunmaz  mədəniyyət  yaratmışdır.  Bu,  «Odlar  ölkəsinin»  mərd 
oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, və-tənpərvərlik sayəsində mümkün olmuşdur. 
Ümummilli  lider  Heydər  Əliyev  demişdir:  «Azərbaycan  Respublikası  öz  torpaqlarını  qorumaq  üçün 
böyük  potensiala  malikdir.  Onun  ən  böyük  potensialı  -  bizim  vətəndaşların  öz  Vətənlərinə  olan  sədaqəti  və 
məhəbbətidir.  Bu  hisslər  xalqımızın  tarixi  qəhrəmanlıq  ənənələri  ilə  doğulmuşdur...».  Bu  ənənələrin,  o 
cümlədən  Azərbaycan  hərb  tarixinin  öyrənilib  təbliğ  edilməsi  milli  Silahlı  Qüvvələrin  möhkəmlənməsinə 
yönəlmiş praktiki addımlar qədər əhəmiyyətlidir. Hərb tarixini bilmək təkcə ordunun şəxsi heyəti üçün deyil, 
ümumiyyətlə, bütün vətəndaşlar üçün vacibdir. Bu çoxşaxəli problemin həlli isə hərb tarixini işıqlandıran elmi 
və  elmi-kütləvi  əsərlərdən  bilavasitə  asılıdır.  Bu  baxımdan  təqdim  olunan  kitab  olduqca  böyük  əhəmiyyətə 
malikdir.  Ağayev  Yusif  və  Əhmədov  Səbuhinin  birlikdə  hazırladıqları  kitab  Azərbaycan  tarixinin  ən  ağrılı 
məqamlarından birinə- 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş hadisələrə 
həsr olunur. Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyasında olan erməni millətçiləri 
1988-ci  ildən  başlayaraq  zor  gücü  ilə  Dağlıq  Qarabağ  və  ona  bitişik  ərazilərimiz  hesabına  bu  xülyanı 
reallaşdırmaq  istəmişlər.  Erməni  siyasətbazları  Ermənistan  SSR  ərazisində,  daha  sonra  isə  Qarabağ  və  ətraf 
ərazilərdə  yaşayan  azərbaycanlıları  doğma  ata-baba  torpaqlarından  qovduqdan  sonra  boşaldılmış  ərazilərdə 
başqa  ölkələrdən  gətirilən  erməniləri  yerləşdirərək  burada  «Dağlıq  Qarabağ  Respublikası»  adlı  qondarma 
"müstəqil"  dövlət  yaratmaq,  ya  da  zəbt  edilən  əraziləri  Ermənistana  birləşdirmək  niyyətinə  düşmüşlər.  Tarixi 
kökü olan bu günkü hadisələri dərindən və düzgün təhlil edə bilmək üçün dünənki faktlara dönə-dönə müraciət 
etmək zərurəti yaranır. Kitabın ilk paraqraflarında müəlliflər hərbi məqamlardan çox, artıq tədqiqatçılara məlum 
olan  faktları  sadalamaqla  bəzi  siyasi  məqamları  oxuculara  bir  daha  xatırlatmaq  istəyirlər.  1917-ci  il  Fevral 
inqilabından  sonra  Rusiyada  hakimiyyətə  gələn  Müvəqqəti  Hökumət  erməni  hərəkatını  dəstəklədi.  Tiflisdə 
keçirilən erməni konfransında Qafqazı və Şərqi Anadolunu  əhatə edəcək "Böyük Ermənistan" yaratmaq planı 
qəbul  edildi.  1917-ci  il  Oktyabr  çevrilişindən  sonra  hakimiyyəti  ələ  keçirən  bolşeviklər  ermənilərə 
münasibətlərində  Müvəqqəti  Hökumətin  siyasətini  davam  etdirdilər.  1917-ci  il  dekabr  ayının  29-da  Rusiya 
XKS-in  Türkiyədə  yaradılacaq  Erməni  dövləti  haqqında  13  №-li  Dekreti  imzalandı.  Qafqaz  işləri  üzrə 
Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın köməyi ilə müvəqqəti Erməni Milli Hökuməti yaradılmalı 
idi. Ermənistana verilən torpaqlarda müsəlman əhalisinin sayının azaldılması məqsədilə erməni ordusu kütləvi 
qırğınlar siyasətini həyata keçirməyə başladı. Göyçə gölü ətraflarını, Naxçıvanı, Zəngəzuru və Dağlıq Qarabağı 
gələcək  Ermənistan  dövlətinin  ərazilərinə  çevirmək  üçün  erməni  millətçiləri  yeni-yeni  planlar  hazırladılar. 
Bakıda, bolşeviklər öz tabeliyində olan hərbi hissələrlə daşnakların silahlı dəstələrini birləşdirdilər. 
1918-ci  ilin  martın  31-də  Bakıda  əməliyyata  başlayan  və  bir  neçə  gün  ərzində  şəhərin  azərbaycanlılara 
məxsus  hissəsini  viranəyə  çevirib  əhaliyə  divan  tutan  erməni  daşnak  dəstələri  bolşeviklərlə  əlbir  hərəkət 
edirdilər. Müsəlman əhalisinin qırğınları Şamaxıda, Qubada və digər Azərbaycan ərazilərində baş verdi. 1918-ci 
il  mayın  28-də  müstəqil  Azərbaycan  dövlətinin  yaradılması  xəbəri  bol-şevik-daşnak  qüvvələrini  təlaşa  saldı. 
Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan daşnak Andranikin əməli yardımına bel bağlayırdı. 
Təqdim  olunan  kitabın  hərbi  hadisələrin  təsvirinə  həsr  olunmuş  paraqrafları  zəngin  tarixi  mənbələr 
(sənədli,  illüstrativ,  foto  və  s.)  və  mövcud  elmi  ədəbiyyat  əsasında  yazılmışdır.  Bir  çox  hadisələrin 
işıqlandırılmasında  müəlliflər  arxiv  materiallarından  istifadə  etmişlər.  Müəlliflər  həm  Azərbaycan,  həm  də 
xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək Azərbaycanda hərb işi tarixinin  ən çətin 
problemlərinin  kompleks  tədqiqini  həyata  keçirməyə  cəhd  göstərmişlər.  İşin  strukturu  da  hərb  tarixinin  gedişi 
ilə şərtləndirilmişdir. 
Y.Ağayev  və  S.Əhmədov  Azərbaycanda  baş  vermiş  hərbi-siyasi  hadisələri  təsvir  edir,  tərəflərin  silahlı 
qüvvələrinin  hərbi  strukturunu  açıqlayır,  tətbiq  edilmiş  silahları  araşdırırlar.  Daha  sonra  müəlliflər  hərbi 
əməliyyatları,  bu  əməliyyatların  gedişində  Azərbaycan  hərb  sənətinin  hansı  dəyişikliklərə  məruz  qalmasını, 
hansı nailiyyətləri əldə etməsini ətraflı təsvir edirlər. Tədqiqat işində tarixşünaslıqda indiyədək məlum olmayan 
bir çox tarixi faktlar da öz əksini tapmışdır. Kitabda mövzuya dair fotoşəkil, rəsm, xəritə və sxemlərin verilməsi 
onu daha da oxunaqlı edir, kitabın elmi  əhəmiyyətini artırır. Müəlliflərin aşkar etdiyi və tədqiqata cəlb edilən 
statistik  mənbələrin  yeniliyi  ciddi  tədqiqat  işinin  aparılmasından  xəbər  verir.1915-ci  ildə  Rusiyanın  Van  və 
Ərzurumdakı  baş  konsulu  general  V.F.  Mayevski  yazırdı:  "Həqiqət  ona  görə  yoxdur  ki,  erməni  müəllifləri 
həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar. Onların bütün fəaliyyəti yalanlar, ağlasığmaz, görünməmiş, hələ 


 
eşidilməmiş  qəddarlıqlar  uydurmağa  əsaslanmışdır  ki,  başqalarında  ermənilərə  rəğbət,  türklərə  nifrət  hissi 
yaransın".  Bunların  qarşısını  almaq,  erməni  təbliğatını  susdurmaq  isə  ilk  növbədə  tarixi  həqiqətə  əsaslanan 
kitabların yazılması ilə mümkündür. Azərbaycan hərb tarixinin şanlı səhifələri haqqında olan hazırkı kitab da 
həmin  zərurətdən  irəli  gəlir.  Şübhə  etmirik  ki,  bu  kitab  oxucular  və  ictimaiyyət  tərəfindən  maraqla 
qarşılanacaqdır. 
Akademik Nailə Vəlixanlı 
 
 


 
1. MünaqiĢənin
1
 qısa tarixçəsi 
 
1.1 Türkmənçay müqaviləsinin 15-ci bəndi – 
XX əsrin əvvəllərində partlamıĢ bomba 
 
1828-ci il fevralın 10-da Rusiya və İran dövlətləri arasında Təbriz ya-xınlığındakı Türkmənçay kəndində 
sülh müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın taleyində dərin izlər qoydu: Azərbaycan öz dövlətçiliyini 
itirdi,  onun  Araz  çayından  şimalda  yerləşən  torpaqları  Rusiyaya,  cənubdakı  torpaqları  isə  İran  Qacarlar 
dövlətinə birləşdirildi. Müqavilənin digər maddələrinə nisbətən o zamanlar qorxusuz görünən 15-ci maddəsi XX 
əsrin əvvəllərində bomba kimi partladı. 
Türkmənçay müqaviləsinin 15-ci maddəsi Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu 
maddədə  deyilirdi  ki,  şah  Azərbaycan  adı  ilə  tanınan  ərazidə  (Cənubi  Azərbaycan  nəzərdə  tutulur)  Rusiya 
imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il   müddətində   yaşadıqları torpaqları tərk 
edib,  Rusiya  imperiyasının  ərazisinə  keçməyə  maneçilik  törətməyə-cək,  
daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.
2
 Beləliklə, 
erməni    ailələri  Azərbaycanın  İrəvan,  Qarabağ,  Naxçıvan,  Şəki  və  Şamaxı 
xanlıqlarının  ərazilərinə    köçürülməyə  başlayır.    Ermənilərin  Azərbaycanın 
İrəvan,  Naxçıvan  və  Qarabağ  torpaqlarında  yerləşdirilməsi  Azərbaycanı 
Gürcüstan  və  Türkiyədən  təcrid  etmək,  Cənubi  Qafqazda  ermənilərin 
kompakt  yaşadıqları        vilayəti  yaratmaq  məqsədini  güdürdü.  XIX  əsr  rus 
tarixçisi  V.Potto  yazırdı  ki,  Rusiya  hakim  dairələri  "Rusiyanın  rəhbərliyi 
altında  Asiyada  güclü  Ermənistan  dağlıq  dövlətini  yaratmaq...”  fikirlərindən 
əl  çəkmirdi,  "Ermənistan  İran,  Türkiyə  və  Rusiya  ilə  həmsərhəd,  Xəzər 
dənizində limana malik ölkə olmalı idi". 
Köçürülməni  sürətləndirmək  və  bu  işdə  pərakəndəliyə  yol  verməmək 
üçün  erməni  V.O.Behbudovun  rəhbərliyi  ilə  xüsusi  komitə  yaradılmışdı. 
1828-1829-cu  illər  Rusiya-Türkiyə  müharibəsinin  gedişində  və  müharibədən 
sonra da Türkiyə ərazisindən Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi 
davam etdirildi. 
1828-1830-cu illərdə 40 mindən artıq İran və 84 mindən artıq Türkiyə 
ermənisi  köçürülərək  Cənubi  Qafqazda,  xüsusilə  Azərbaycan  torpaqlarında 
yerləşdirildi. Həmin dövrdə İrəvan şəhərini idarə etmək üçün rus zabitlərindən 
ibarət  müvəqqəti  hökumət  yaradılmışdı.  1911-ci  ildə  N.N.Şavrovun  qeyd 
etdiyi  kimi,  "rəsmən  köçürülmüş  124  min  erməninin  arxasınca  çoxlu  sayda 
qeyri-rəsmi  köçənlər  də  olmuşdur.  Onların  ümumi  sayı  200  min  nəfərdən 
artıqdır".
3
 
Erməni  ailələrini  yerləşdirmək  üçün  çar  hökuməti  tərəfindən  təqib 
olunan  azərbaycanlı  xan  və  bəylərin  torpaqları,  həmçinin  dövlət  torpaqları 
(əvvəllər onlar da xanlıqlara məxsus idi) ayrılmışdı. XVIII əsrin sonları - XIX 
əsrin  əvvəllərində  baş  vermiş  müharibələrdə  azərbaycanlı  əhalinin  bir 
qisminin  həlak  olması,  bir  qisminin  isə  çarizmin  dini  və  siyasi  təzyiqi  altında  Türkiyə  və  İrana  köçməsi 
Azərbaycanda ermənilərin yerləşdirilməsinə imkan yaratdı. 1822-1823-cü illərdə rus məmurları tərəfindən tərtib 
edilmiş  "Qarabağ  əyalətinin  təsviri"nə  görə,  keçmiş  Qarabağ  xanlığının  ərazisində  yaşayan  əhalinin  yalnız 
8,4%-i xristian (alban və ermənilər) idi. Lakin artıq 1832-ci ildə ermənilərin köçürülməsi hesabına xristianların 
sayı  34,8  %-ə  çatdırıldı.  "Təsvir"ə  əsasən,  Şuşa  şəhərində  1948  azərbaycanlı  və  474  erməni  ailəsi  yaşayırdı.
4
 
Rusiya  məmuru  İ.Şopenin  qeydlərinə əsasən,  1832-ci  ildə  keçmiş  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində 
164.450 nəfər (31.201 ailə) yaşayırdı ki, onlardan 25.151 nəfəri (4.428 ailə) "Assuriya ərazisindən köçürülmüş 
yerli  ermənilərdir".  Beləliklə,  azərbaycanlı  əhalinin  sayı  yenə  də  üstün  idi,  lakin  köçürmələr  regionun  etnik 
tərkibinə əhəmiyyətli təsir göstərirdi. 
                                                           
1
 Azərbaycan tarixinin “ağ ləkələrindən” biri onun dövr və hadisələrinin qısa və yığcam adlar ilə təmin edilməməsi ilə bağlıdır. Belə ki, 1918-ci il mart 
hadisələri  əsaslı  olaraq  soyqırım  siyasəti  kimi qiymətləndirilibsə,  Bakı  Soveti  daha sonra  Sentrokaspi Diktaturası və ingilislərin Azərbaycan hökuməti və 
onun müttəfiqi Osmanlı dövlətinə qarşı yeritdiyi siyasət və baş vermiş döyüşlər heç bir ad (müharibə və.s) almamışdır. Bu səbəbdən biz 1918-ci ilin iyun-
sentyabr hadisələrini “münaqişə” termini ilə bildiririk. 
 
2
 Şükürov K. Türkmənçay - 1828. Tarixi xronika (ixtisarla). Bakı, 2006, s.139 
3
Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Баку, 1990, с. 63. 
4
Описание Карабагской провинции (составленное в 1823 году по распоряжению главноуправлявшего в Грузии Ермолова). Тифлис, 1866(təkrar 
nəşr Bakı, 2004), с. Х 


 
İran  Qacarlar  dövlətində  Rusiyanın  səfiri  olan  A.S.Qriboyedov  yazırdı:  "Biz  İosif  Arqutinski  ilə 
fikirləşirdik ki, müsəlmanları onların ağırlaşmış vəziyəti ilə necə barışdıraq, onları necə inandıraq ki, ermənilər 
onların torpaqlarını həmişəlik tutmayıblar". 
Çarizmin  Cənubi  Qafqazda  işğalçı  fəaliyyəti  ermənilərin  Azərbaycan  torpaqlarında  dövlət  qurmaq 
iddiasını  fəallaşdırdı.  Rusiyanın  yaxından  köməyi  ilə  bu  iddianın  reallaşmasına  çalışan  yeni  erməni 
"ideoloqları", hərbçiləri, din xadimləri, məmurları yetişdirildi. 
Dövrün müasirlərindən biri yazırdı: "O dövrdən bəri ermənilərin müsəlman dövlətlərindən Rusiyaya köçü 
ardı-arası kəsilmədən davam edirdi... Türkiyə və ya Persiya ilə hər bir müharibə bizə on minlərlə erməni bəxş 
edirdi".
5
  XIX  əsrin  ikinci  yarısında  ermənilərin  Şimali  Azərbaycana  miqrasiyası  kəskin  surətdə  artdı.  Buna 
səbəb  1853-1856-cı  illər  Krım  müharibəsi,  1877-1878-ci  illər  Rusiya-Osmanlı  müharibəsi  və  onları  müşayiət 
edən  hadisələr  idi.  Belə  ki,  1877-ci  ildə  "general  Terqukasov  bizim  Surmari  qəzasına  35  min  araba  Türkiyə 
ermənisi köçürmüşdü". N.N.Şavrov qeyd edirdi: "Ermənilərin daha geniş miqyasda köçü 1893-1894-cü illərdə, 
Türkiyədə erməni hadisələri olanda baş verir. 1897-ci ildə gəlmə ermənilərin sayı 90 min nəfəri ötmüşdü. 1896-
cı  ildə  general  -  adyutant Şeremetev  Zaqafqaziyadakı  ermənilərin  sayını  900  min  nəfər  kimi  müəyyən  etmiş, 
1908-ci  ildə  isə  onların  sayı  1  milyon  300  min  idi".  Yalançı  şahidlikdən  geniş  istifadə  etməklə  torpaqsız 
köçkünlərdən  olan  ermənilər  dövlət  torpaqlarının  böyük  sahələrini  zəbt  etdilər".
6
1917-ci  ildə  daha  300  min 
erməni Anadoludan Cənubi Qafqaza, əsasən Azərbaycan torpaqlarına qaçmışdı.
7
 
Təzə  köçürülmüş  əhaliyə  yerli  camaat  hesabına  torpaqlar  və  imtiyazlar  ayrılmışdı.  Beləliklə,  əvvəldən 
ermənilərin Şimali Azərbaycanda artımı mexaniki hərəkət hesabına baş verirdi. Köç baş verəndən dərhal sonra 
Rusiya  inzibati  dairələri  erməniləri  yerli  infrastruktura  "yeritməyə"  çalışırdılar.  Rusiya  mətbuatında  başlayan 
təəsübkeşlik kampaniyası barəsində V.L.Veliçko yazırdı: "satılmış rus publisistləri rus insanlarını inandırmağa 
çalışırlar  ki,  ermənilər  Qafqazda  yeganə  və  mədəni  ünsürdürlər.  Peterburqda  erməni  varlıları  və  onların 
nümayəndələri  hakim  siniflərə  və  təəssüf  olsun  ki,  bir  çox  mətbuat  nü-mayəndələrinə  neft  aksiyaları,  ləzzətli 
yeməklər və hətta bu məqsədlə xüsusi olaraq muzdla tutulmuş gözəl qadınların dodaqları ilə bunu sübut etməyi 
bacarırlar".
8
  Bu  zaman  əsas  vasitə  kimi  din  istifadə  edilirdi:  "Xristianlığa  olan  bu  istinadlar  olduqca 
səciyyəvidir, çünki ermənilər öz qonşuları müsəlmanların hesabına yararlanmaqdan vaz keçməzlər, həm də ona 
görə ki, "xaçpərəst" ("xristianin") adı onlara imtiyazlı səviyyə verir".
9
 
XIX  əsr  rus  qafqazşünasları  çar  hökuməti  tərəfindən  köçürülmüş  in-sanlara  avtoxton  azərbaycanlı 
əhalinin  mülayim  münasibətini  belə  izah  edirdilər:  "azərbaycanlıların  qanı,  şübhəsiz  ki,  əsilzadə  qanıdır; 
təbiətən onlar xeyirxaq, cəsur, ürəyiaçıqdırlar,  əqli və mənəvi inkişafa meyllidirlər. Dövlətçilik ideyası və özü 
də  güclü  hakimiyyətə,  ənənələrə  və  qayda-qanuna  hörməti  nəzərdə  tutan  ideya,  şübhəsiz  ki,  onlara  xasdır. 
Əsasən  azərbaycanlı  güclü  və  patriarxal-ədalətli  qeyri-məhdud  hakimiyyətin  tərəfdaşıdır..."
10
  Ürəyiaçıqlıq, 
qonaqpərvərlik,  "patriarxal-ədalətli"  çarın  qərarlarına  hörmət  -  bu  səbəbləri  Rusiya  tədqiqatçıları  xüsusi  qeyd 
etmişdilər. 
Ermənilərin  Qafqaza  böyük  planlı  köçürülmələri  müasirin  dili  ilə  desək,  "bütün  Zaqafqaziyanı  qana 
boyamışdı". Saray müşaviri V.F.Maevski yazırdı: "Daşnaksutyun" və ona bənzər cəmiyyətlər istər Türkiyədə, 
istərsə  də  Qafqazda  erməni  xalqının  əsas  bəla  mənbəyidir".
11
  Maraqlıdır  ki,  "Daşnaksutyun"  partiyasının 
yaradıcıları  və  liderlərindən  biri  O.Kaçaznuni  1923-cü  ildə  yazırdı:  "Qəddar  taledən  şikayət  etmək  və  bizim 
bədbəxtçiliyimizin  səbəbinin  bizdən  kənarda  axtarmaq  acıdır  -  bu  bizim  milli  psixologiyamızın  xarakterik 
cəhətlərindən biridir".
12
 
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər 
Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər. 
 
 
1.2. Azərbaycan XX əsrin əvvəllərində 
 
1903-1905-ci  illərdə  Rusiya  imperiyasını  bürümüş  iqtisadi  böhran 
Azərbaycan  iqtisadiyyatına  da  ağır  zərbə  vurdu.  Dözülməz  əmək  və 
yaşayış  şəraiti  əhalinin  narazılığının  artmasına  səbəb  olurdu.  XX  əsrin 
əvvəllərinin  əsas  mübarizə  forması  fəhlələrin  mütəşəkkilliyi  ilə  tətillər 
                                                           
5
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку, 2003, с.76-77. 
6
 Шавров Н.Новая угроза, с.64-66. 
7
 Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.74. 
8
 Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.114.
 
9
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.74. 
10
 Yenə orada,с.155-157. 
11
 Yenə orada с. 24-25. 
12
 Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.69. 
 


 
oldu.  İqtisadi  tələblərlə  bərabər  ilk  dəfə  siyasi  tələblər  də  irəli  sürüldü.  1904-cü  il  dekabrında  Bakıda  neft 
mədənləri  fəhlələrinin  tətili  onların  qələbəsi  ilə  nəticələndi.  Qəzalarda  kəndli  çıxışları  baş  verir,  1905-ci  ildən 
başlayaraq  qaçaq  hərəkatı  güclənirdi.  Qaçaqlar  kəndlilərin  köməyindən  istifadə  edərək,  zalım  sahibkarların 
mülklərinə hücumlar edir, bəzən hökumət idarələri və polisə basqınlar edirdilər. 
1903-cü  il  iyulun  15-də  hökumət  xəfiyyələri  neft  mədənlərində  yanğınlar  törətdi.  Bu  isə  fəhlələrə  qarşı 
ittiham irəli sürüb, onların üzərinə qoşun yeritməyə və fəalları həbs etməyə imkan verdi. Nəticədə bütün sonrakı 
tətillər polis və qoşunlar tərəfindən dağıdıldı. 
Siyasi  mübarizənin  güclənməsinin  qarşısını  almaq  məqsədilə  bütün  vasitələrdən  istifadə  edən  imperiya 
üsul-idarəsi son vasitəyə əl atdı -ekstremist erməni təşkilatlarını dəstəkləməklə millətlərarası ədavəti qızışdırdı. 
Hökumətin  milli  qırğın  siyasətinin  həyata  keçirilməsində  "Daşnaksutyun"  erməni  partiyasının  xüsusi  rolu var 
idi. Partiya Osmanlı dövləti və Rusiya ilə mübarizədə mifik "Böyük Ermənistan" yaratmağı qarşısına məqsəd 
kimi  qoymuşdu.  Rusiya  hakim  dairələri  partiyanın  planlarmdan  xəbərdar idi,  hətta  daşnaklarm  tobliğatına elə 
uymuşdu  ki,  "partiyanın  məqsədlərini  dəstəkləyən"  45  min 
ermənini  gəldikləri  torpaqlara  -  Osmanlı  dövləti  və  İrana 
köçürməyi  planlaşdırırdı.
13
 
Açıq  üsyan  nəticəsində 
ermənilərin Rusiya ilə Osmanlı dövləti arasında məngənəyə 
düşəcəklərini  anlayan  daşnak  liderləri  Rusiyaya  hücumdan 
vaz  keçmək  və  loyallıq  maskası  altında  gizlənmək  qərarını 
qəbul  etmişdilər.  Öz  növbəsində  Qafqaz  inzibati  dairələri 
ermənilərin  millətçi  ideyalarından  istifadə  etmək  qərarına 
gəlmişdilər. 
Erməni-azərbaycanlı 
münaqişəsi  inqilabi 
mübarizəni  zəiflətməli,  zərbəni  rəsmi  hakimiyyətdən 
uzaqlaşdırmalı  idi.  Nəticədə  erməni  təbliğatının  fəaliyyəti 
üçün  şərait  yaradılmış,  erməni  silahlı  dəstələrinin  yaradılması  və  təşkilatlanmasına  göz  yumulmuşdu.  Hətta 
erməni liderləri ilə sıx qohumluq və maliyyə əlaqəsində olan  
Qafqaz  canişini  İ.İ.Voronsov-Daşkov  etiraf  etməyə  məcbur  olmuşdu  ki,  "Qafqazda  bütün  mətbuat 
ermənilərin  əlindədir.  Daşnakların  özlərinin  dediyinə  görə,  tam  sər-bəstlikdən  və  hətta  mətbuata  nəzarət  edən 
hökumət orqanlarının himayəsindən istifadə edir".
14
  V.F.Mayevski  göstərirdi  ki,  "həqiqət  ona  görə  yoxdur  ki, 
erməni  müəllifləri  ondan  qaçırlar.  Onlarda  hər  şey  faktların  şişirdilməsi  üzərində  qurulub.  Onların  bütün 
fəaliyyəti  ermənilərə  simpatiya,  türklərə  antipatiya  oyadan  cəfəngiyatın,  eşidilməmiş  qəddarlıqların 
uydurulmasına  yönəldilib...  Məhz  mətbuatın  sayəsində 
erməni  məsələsində  gerçəklik  elə  qatı  çirkabla  örtüldü  ki, 
ondan  həqiqət  şuaları  keçə  bilmir.  Erməni  təbliğatçıları  heç 
yerdə  müqavimətlə  üzləşmirdilər  -  nə  cəmiyyətdə,  nə  də 
mətbuatda".
15
  Milli  ədavətin  qı-zışdırılmasında  erməni 
ruhaniləri  də  iştirak  etmişdilər.  V.F.Mayevski  yazırdı: 
"Erməni  ruhanilərinin  dini  fəaliyəti  zəifdir.  Bunun  əvəzinə, 
onlar  həmişə  milli  ideyaların  qorunması  istiqamətində  fəal 
çalışmışlar.  Ruhani  liderlər  "Tanrı  kəlamı"nın  təbliğatından 
daha  çox  xristian  və  müsəlmanların  milli  ədavətlərinin 
saxlanması  üzərində  çalışırdılar.  Məktəblər,  xüsusilə  kilsə 
məktəbləri bu işdə ruhanilərə fəal kömək edirdilər". V.L.Veliçko qeyd edirdi: "Əsrlər boyu və elə indi də erməni 
pərakəndəliyinin mərkəzi orqanı siyasi dövlətçiliyin xüsusi formasını təşkil edən erməni teokratiyasıdır. Zahirən 
bu, kilsədir, əslində isə bir çox hallarda gizli siyasi məqsədi dini məqsədlərdən üstün tutan "milli" idarədir". 
1905-ci il fevralın 2-də Bakıda başlayan təxribatlar fevralın 6-10-da əsl küçə döyüşlərinə keçmişdi. Yaxşı 
təşkilatlanmış və silahlanmış erməni dəstələrinin asan qələbə qazanacağından əmin olan hökumət dairələri polis 
və  ordunu  müşahidəçi  mövqedə  saxlamışdılar.  Lakin  milli 
ziyalılar 
və 
milli 
burjuaziyanın 
rəhbərliyi 
ilə 
azərbaycanlıların  sürətlə  təşkilatlanıb  ciddi  müqavimət 
göstərməsi  istər  daşnaklar,  istərsə  də  onları  dəstəkləyən 
dairələr  üçün  tam  gözlənilməz  olmuşdu.
16 
1905-ci  ilin  may 
və  noyabr  aylarında  Naxçıvanda,  may  və  iyul  ay-larında 
                                                           
13
 Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.70. 
14
 Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.68 
15
 Маевский В.Ф. Армяно- татарская смута..., с.36. 
 
16
 Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX - начале XX века. Баку, 1993, с.129-315 
 

10 
 
İrəvan quberniyasında, avqust ayında Şuşada baş verən döyüşlərdə polis və hərbi hissələrin daşnakların tərəfini 
saxlamasına, azərbaycanlılara atəş açmasına Qafqaz hakim dairələri barmaqarası baxmışdılar. 1906-cı ilin iyun 
ayında  Şuşada  baş  vermiş  yeni  toqquşmalarda  erməni  quldur  dəstələri  çar  hərbi  hissələrinin  top  atəşi  ilə 
qorunaraq hücumlar təşkil edirdilər. Lakin azərbaycanlı zadəganlarının təşkil etdiyi dəstələr nəinki daşnakların 
təcavüzünün qarşısını almış, hətta iki rus topunu ələ keçirmişdilər. İrəvan yaxınlığında Uşu, Cəbrayıl qəzasında 
Qacar,  Zəngəzurda  Çəmənzəminli  kəndlərinin  sakinlərinin  erməni  quldurlarına  və  onları  dəstəkləyənlərə  qarşı 
qəhrəmancasına mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindəndir. 
Saray müşaviri V.F.Mayevski yazırdı: "Ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşidilibmi? Onlar 
yoxdurlar. Nəyə görə? Ona görə ki, bu mübarizlər öz xalqına azadlıq gətirmir, onun cəlladları rolunu oynayırlar. 
Erməni  bandaları  qırğınlar  törədir,  sonra  isə  gizlənirlər...  Erməni  -  müsəlman  toqquşmaları  ilə  bağlı  şəxsən 
mənə  nə  məlumdursa,  məni  belə  nəticəyə  gəlməyə  vadar  edir  ki,  qanlı  işlər  hər  yerdə  ermənilərin  özlərinin 
təşəbbüsü  ilə  başlayır.  Bütün  bu  qiyamçılar  vətənpərvər  deyillər.  Onların  dinc,  silahsız,  heç  bir  təhlükə 
törətməyən müsəlmanları necə soyuqqanlıqla qətlə yetirmələrinin məndə danılmaz sübutları var... Qəddarlıqlara 
türklər deyil, bu qəddarlıqları uydurub onları türklərin başına yağdıran şərq xristianları qadirdirlər..." XX əsrin 
əvvəllərində  Azərbaycanın  ictimai-siyasi  həyatında  yeni  amil  meydana  gəldi  -  milli  ziyalılar  amili.  Siyasi 
hüquqlar  uğrunda  mübarizə  qadağa  şəraitində  gizli  fəaliyyət  göstərən  partiyalar  çərçivəsində  birləşməyi  tələb 
etdi.  İstər  müstəmləkə  siyasəti,  istərsə  də  erməni  təcavüzünə  qarşı  mübarizədə  "Difai"  və  "Müdafiə" 
təşkilatlarının rolu böyük idi. 1911-ci ilin oktyabrında "Müsavat" partiyası yaradıldı. 
1905-1907-ci  illər  hadisələri  göstərdi  ki,  XX  əsrin  əvvəllərinədək  Azərbaycan  torpaqlarını  "dinc" 
üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla 
belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala 
bilmişdilər. 
1912-ci  ildə  Rusiya  imperiyası  Xarici  İşlər  Naziri  S.D.Sazonov  Nazirlər  Kabinetindəki  məruzəsində 
"Rusiyanın  məqsədi,  nəyin  bahasına  olursa-olsun,  türklər,  kürdlər  və  bizim  tatarlar  arasında  oları  səddi  -  
Ermənistanı yaratmaqdır"
17
 söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdır. 
 
  

Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin