Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi



Yüklə 62.03 Kb.

tarix22.07.2017
ölçüsü62.03 Kb.

“Xalq qəzeti”.-2013.-23 oktyabr.-N 233.-S.4. 

 

Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi  



(2003-2013-cü illər) 

 

Son  günlər  Azərbaycanın  ictimai-siyasi  həyatı  iki  mühüm  hadisə  ilə  yaddaqalan  olmuşdur. 

Bunlardan  birincisi,  şübhəsiz,  oktyabrın  9-da  keçirilmiş  prezident  seçkilərində  cənab  İlham 

Əliyevin inamlı qələbə qazanması, ikincisi isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci 

ildönümünün qeyd edilməsidir. 

 

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının  beynəlxalq 

münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 

Azərbaycanlı  İcması”  İctimai  Birliyinin  analitik-informasiya  mərkəzinin  müdiri  Elçin  Əhmədovun 

analitik yazısında Azərbaycanın son 10 ildə qazandığı uğurlardan bəhs olunur. 

AzərTAc həmin yazını təqdim edir. 

 

Sürətli inkişafı şərtləndirən sosial-iqtisadi amillər 

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev siyasi 

kursunun  layiqli  davamçısı,  oktyabrın  19-da  təntənəli  surətdə  and  içərək  yenidən  Prezident  kimi 

fəaliyyətə başlayan dövlətimizin başçısı İlham Əliyevin 2003-2013-cü illəri əhatə edən əvvəlki rəhbərliyi 

dövrü Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində 

mühüm mərhələ olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara 

imza  atmışdır.  Həmin  uğurlar  bugünkü  Azərbaycan  reallıqlarını  əks  etdirir.  İqtisadi  sahədə  uğurlar 

mötəbər  beynəlxalq  təşkilatların  hesabatlarında  öz  əksini  tapmışdır.  Azərbaycanın  kredit  reytinqləri 

artmaqdadır.  Azərbaycan  iqtisadiyyatı  dünya  miqyasında  ən  rəqabətqabiliyyətli  40  iqtisadiyyat 

arasındadır. 

Keçən 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmiş, 

2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılmışdır. 2005-

2009-cu  illərdə  Azərbaycan  iqtisadi  inkişaf  tempinə  görə  dünyada  lider  dövlət  olmuş,  2009-cu  ildə 

Azərbaycan iqtisadiyyatında 9 faiz artım qeydə alınmış, son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır. 

Son  on  ildə  Azərbaycan  iqtisadiyyatı  şaxələndirilmiş,  qeyri-enerji  sektorunun  sürətli  inkişafı  təmin 

edilmişdir.  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fondunda  30  milyard  dollardan  artıq  vəsait 

toplanmış,  ölkə  iqtisadiyyatına  bütövlükdə  bu  ili  nəzərə  almaq  şərti  ilə  150  milyard  dollar  investisiya 

qoyulmuş, ölkənin strateji valyuta ehtiyatları təqribən 30 dəfə artmış və 49,4 milyard dollara çatmışdır. 

Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 40 ölkəsi sırasına daxil olmuşdur. 

Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun 

səviyyəsi  cəmi  7  faizdir.  Əgər  2003-cü  ildə  Azərbaycanda  yoxsulluq  səviyyəsi  49  faiz  təşkil  edirdisə, 

yoxsulluq  on  ildə  təxminən  on  dəfə  azalmış  və  bu  ilin  sonuna  yoxsulluğun  səviyyəsi  6  faizdən  aşağı, 

işsizlik  isə  hazırda   5  faizə  düşmüşdür.  Bütövlükdə  2003-cü  ildən  bugünədək  ölkədə  1  milyon  200 

mindən  çox  yeni  iş  yeri  yaradılmış,  onlardan  910  mini  daimi  iş  yeridir  və  ölkədə  inflyasiya  2,3  faiz 

səviyyəsindədir. Bu, Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür. 

Bütün yuxarıda göstərilən faktlar və rəqəmlər ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmişdir. 

Bu göstəricilər insanların gündəlik həyatına, ölkəmizin inkişafına, infrastruktur layihələrinin icrasına öz 

təsirini göstərmişdir. 

2012-ci  ildə  Azərbaycana  22  milyard  dollar  məbləğində  sərmayə  yatırılmış,  ölkəmiz  adambaşına 

düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkəyə çevrilmişdir. Cari 

İlin  birinci  yarısında  isə  ölkə  iqtisadiyyatına  12,6  milyard  dollar  sərmayə  qoyulmuşdur.  Bunun  böyük 

hissəsi,  təqribən  7  milyardı  daxili,  5  milyardı  isə  xarici  sərmayələrdir.  Ümumilikdə   isə,  il  ərzində  25 

milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir. Nəticədə Azərbaycan dayanıqlı iqtisadiyyata malik 

ölkəyə  çevrilmiş  və  qətiyyətlə  demək  olar  ki,  2003-cü  ildə  qarşıya  qoyulan  bütün  məqsədlərə  nail 

olunmuşdur. 

Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda  Azərbaycanın uğurlarını qeyd edirlər. Bütün 

hesabatlarda  ölkəmiz  öncül  mövqelərdə  durur.  2012-ci  ildə  dünyanın  aparıcı  “Fitch”,  “Moody’s”  və 

“Standard  &  Poor’s”  reytinq  agentlikləri  əksər  inkişaf  etmiş  ölkələrin  kredit  reytinqini  aşağı  saldıqları 

halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı 


hesabatına  əsasən  “yüksək  insan  inkişafı”  ölkələri  qrupuna  yüksəlmiş,  Dünya  İqtisadi  Forumunun 

“Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız artıq dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. 

2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmiş və 2013-cü il fevralın 8-

də  ilk  süni  telekommunikasiya  peykimizin  orbitə  çıxarılması  ölkəmizin  tarixinə  çox  əlamətdar  bir  gün 

kimi düşmüşdür. Bununla da Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur. 

Azərbaycanın  yeni  neft  strategiyasının  işə  düşməsi,  xüsusilə  2006-cı  ildə  Bakı-Tbilisi-Ceyhan  əsas 

neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin 

karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin 

və qazının birbaşa Avropa və dünya bazarlarına çıxışını təmin etmişdir. Bu da ölkəmizdə təkcə keçən on 

ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur. 

Bu  illər  ərzində  ölkəmizin  təhlükəsizlik  strategiyası  uğurla  həyata  keçirilmiş,  ilk  növbədə, 

Azərbaycanın  enerji  təhlükəsizliyi  tam  təmin  olunmuş,  xarici  enerji  mənbələrindən  asılılıq  aradan 

qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz 

iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada neft ölkəsi 

kimi  tanınan  Azərbaycanın  təchizatçısı  olduğu  Bakı-Tbilisi-Ceyhan  layihəsi  ilə  ölkəmiz  qlobal  enerji 

bazarında mühüm iştirakçıya çevrilmişdir. Hazırda Azərbaycandan dünyanın 30-dək ölkəsinə neft və neft 

məhsulları ixrac edilir. 

Eyni zamanda, ölkəmiz son illərdə təbii qaz ehtiyatlarına görə də diqqəti cəlb edir. Bu gün Azərbaycan 

həm  regionun,  həm  də  Avropanın  enerji  təhlükəsizliyinin  təmin  edilməsində,  dünyanın  qlobal  enerji 

bazarında  ciddi  rol  oynayan  ölkədir.  Bir  sıra  Avropa  ölkələrinin  qaz  bazarında  Azərbaycanın  payı  40 

faizədək artmışdır. Azərbaycanın müəllifi  olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi 

həyata  keçirildikdən,  yəni  2017-ci  ildən  sonra  Avropanın  təbii  qaz  bazarında  ölkəmizin  rolu  daha  da 

yüksələcəkdir.  Bu  layihə  bizim  uzunmüddətli  inkişafımızı,  onilliklər  ərzində  Azərbaycanın  iqtisadi  və 

digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır. Azərbaycanın mövcud qaz ehtiyatları bundan 

sonrakı 100 il ərzində respublikanın və tərəfdaş dövlətlərin “mavi yanacağ”a olan tələbatının ödənməsinə 

imkan verəcəkdir. 

 

Xarici siyasət, mədəni-humanitar sahədə qazanılan uğurlar 

 

Ölkəmiz  Avropa  təhlükəsizlik   arxitekturasının  etibarlı tərəfdaşı  kimi  qitənin enerji  təhlükəsizliyinin 

təmin  olunmasında  əhəmiyyətli  rol  oynayır.  Azərbaycan  2004-cü  ildə  əsas  məqsədi  Cənubi  Qafqaz 

dövlətlərinin  siyasi,  iqtisadi  cəhətdən  Avropa  dəyərlərinə  yaxınlaşmasını  sürətləndirməkdən  ibarət  olan 

“Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ)  

arasında   enerji  məsələləri  üzrə  strateji  tərəfdaşlığa  dair  anlaşma  memorandumunu  imzalamış,  2008-ci 

ildə  isə  Aİ-nin  “Şərq  Tərəfdaşlığı”  Proqramına  qoşulmaqla   bu  siyasi,  iqtisadi  əməkdaşlıq  daha  da 

genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 

Azərbaycan  xarici  ölkələrin  iqtisadiyyatına  sərmayə  yatıran,  Avropanın  enerji  təhlükəsizliyində 

mühüm  rol  oynayan  dövlətə,  sivilizasiyalararası  dialoqun,  qlobal  siyasi,  iqtisadi,  mədəni  problemlərin 

müzakirə  olunduğu  məkana  çevrilmişdir.  Heydər  Əliyev  Fondunun  prezidenti,  UNESCO-nun  və 

İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici 

ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Onu da qeyd etmək 

lazımdır  ki,  beynəlxalq  səviyyədə  tanınmış  tədqiqatçıların  və  mütəxəssislərin  iştirakı  ilə  Bakıda 

mədəniyyətlərarası  dialoqa  dair   möhtəşəm  tədbirlərin   keçirilməsi,  eləcə  də paytaxtımızın  2009-cu  ildə 

İslam mədəniyyətinin paytaxtı  elan edilməsi ilə bağlı qərar da, İslam Konfransı Təşkilatı ilə əməkdaşlığın 

genişlənməsi də Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir. 

Bununla  yanaşı,  Azərbaycan  2011-ci  il  oktyabrın  24-də  2012-2013-cü  illər  üzrə  Birləşmiş  Millətlər 

Təşkilatı  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvlüyünə  keçirilən  seçkilərdə  BMT-yə  üzv  olan  193 

dövlətdən 155-nin dəstəyinə nail olaraq  inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-

daimi üzv qəbul olunması  Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri 

olmaqla  ölkəmizin  son  illər  dünya  miqyasında  artan  siyasi  nüfuzunun  sübutu  olaraq  qəbul  edilməlidir. 

Azərbaycan, ötən on il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq 

siyasətdəki  əməlləri  ilə  dünya  ictimaiyyətinin  rəğbətini  qazanan  dövlət  olaraq  bütün  bu 

müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər 

tərəfdən,  bu  hadisə  son  illərdə  Azərbaycanın  dünya  siyasətindəki  müxtəlif  qlobal  problemlərin 

müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından 

birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi 

prosesində  ölkəmizin   artan  fəallığı  danılmaz  faktdır.  Bu,   müstəqillik  illərində  ölkəmizin  davamlı 


inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət kimi 

dəyərləndirilməlidir. 

Azərbaycan  BMT  Təhlükəsizlik  Şurasında  təmsilçiliklə  yanaşı,  Qoşulmama  Hərəkatına  da  üzv 

olmuşdur. MDB ölkələrindən yeganə olaraq Azərbaycan Meksikada keçirilən “Böyük iyirmiliy”in (G-20) 

üzvü  olan  ölkələrin  Xarici  İşlər  Nazirlərinin  işçi  toplantısına  dəvət  almışdır.  Seulda  keçirilən  nüvə 

təhlükəsizliyinə  qarşı  mübarizəyə  həsr  olunmuş  Sammitdə,  NATO-nun  Çikaqo  zirvə  toplantısında 

Prezident İlham Əliyevin məntiqli nitqləri çox böyük maraqla qarşılanmışdır. 

Azərbaycan  artıq  sivilizasiyalararası  dialoqun,  multikulturalizmin  mərkəzinə,  siyasi,  iqtisadi, 

humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. 2011 və 2013-

cü illərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuş və 

bu  sahədə  Azərbaycan  tərəfindən  reallaşdırılan  təşəbbüslər  regional  müstəvidən  çıxararaq  qlobal 

səviyyəyə  qaldırılmışdır.  Dövlət  və  hökumət  başçılarının,  Nobel  mükafatı  laureatlarının,  dünyada 

tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə reallaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu da artıq 

ənənə halını almışdır. 

Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  forumlarına,  Dünya  Bankının  Azərbaycan  üzrə  II  İqtisadi 

Siyasət,  “Rusiya-Azərbaycan  dialoqu-2012”,  III  Rusiya-Azərbaycan  Regionlararası  Forumlarına,  Asiya 

Siyasi  Partiyaları  Beynəlxalq  Konfransının  VII  Baş  Assambleyasına,  Qəbələ  Beynəlxalq  musiqi 

festivallarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu 

tədbirlərə  ev  sahibliyi  edən  Azərbaycan  artıq  dünyanın  qlobal  səciyyəli  tədbirlərinin  keçirildiyi 

mərkəzlərdən biri kimi qəbul olunur. 

Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda 

Dünya  İqtisadi  Forumuna,  Madrid  Klubunun  toplantısına,  Birinci  Cənubi  Qafqaz  Forumuna,  Avronest 

Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna 

və  digər  möhtəşəm  beynəlxalq  tədbirlərə  ev  sahibliyi  edən  Azərbaycan  bir  daha  əyani  surətdə  sübut 

etmişdir ki, ölkəmiz  Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə 

olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir. 

Son  on  ildə  Azərbaycanda  300-ə  yaxın  beynəlxalq  səviyyəli  idman  tədbiri  keçirilmişdir.  Bu 

tədbirlərin,  o  cümlədən  bir  çox  idman  növləri  üzrə  dünya  və  Avropa  çempionatlarının  Bakı  şəhərində 

təşkilinin  mütəmadi  hal  alması,  ölkəmizdə  yüksək  səviyyədə  yarışların  keçirilməsi  Avropa  Olimpiya 

Komitəsində  də  inam  yaratmışdır.  Ona  görə  də  2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya  Komitəsinin 

Baş  Assambleyasında  2015-ci  ildə  ilk  Avropa  Oyunlarının  paytaxtımızda  keçirilməsi  ilə  bağlı  qərarın 

qəbul edilməsi təsadüfi deyildir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin 

uğuru olmaqla, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən 

qəbul edilməsinin əyani göstəricisidir. 

Bununla  yanaşı,  FİDE-nin  qərarına  əsasən,  ölkəmizin  “Dünya  Kuboku-2015"  və  Şahmat 

Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin 

Azərbaycana marağını daha da artırmışdır. Bundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə 

Azərbaycanda keçirilməsinə dair rəsmi qərar qəbul edilmişdir. 

Son  10  ildə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi,  ərazilərimizin  işğalı  faktı  nəzərə 

alınaraq  ordu  quruculuğu  prioritet  vəzifələrdən  biri  kimi  müəyyənləşdirilmiş  və  bu  gün  Azərbaycan 

ordusu  maddi-texniki,  silah-sursat  təchizatı,  döyüş  qabiliyyəti  parametrlərinə  görə  Cənubi  Qafqazın  ən 

güclü ordusudur. 

Əgər 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idisə, 2012-ci ildə bu rəqəm 3,6 milyarda, 

bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, onu göstərir ki, ordu quruculuğu Azərbaycan dövlətinin 

prioritet vəzifəsidir. 2005-ci ildə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı 

müəssisələr işə salınmış və həmin müəssisələrdə artıq 750 çeşiddə məhsul istehsal edilir. Müqayisə üçün 

qeyd etmək olar ki, təcavüzkar Ermənistanın bütün büdcəsi 2 milyard dollara yaxındır. Yəni, bizim ancaq 

hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki 

dəfə çoxdur. 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  dövlətimizin  xarici  siyasətinin  əsas  prioritetlərindən  biri  olan 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri 

çərçivəsində  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  şərti  ilə  nizama  salınmasının  vacibliyini 

bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. 

Ölkəmizin artan bu siyasi fəallığının nəticəsi kimi, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin 

sessiyasında  Azərbaycan  nümayəndə  heyətinin  təşəbbüsü  ilə  “Azərbaycanın  işğal  edilmiş  ərazilərində 

vəziyyət”  adlı  məsələ  iclasın  gündəliyinə  salınmışdır.  Daha  sonra  BMT  Baş  Məclisinin  2006-cı  il 



sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-

cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir. 

Həmin  sənədlərdə  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  ermənilərin  məskunlaşdırılması,  həmin 

ərazilərdə  yanğınların  törədilməsi  pislənilir,  Təhlükəsizlik  Şurasının  məlum  4  qətnaməsinə  istinad 

edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-

şərtsiz  çıxarılması  tələb  olunurdu.  Bununla  yanaşı,  qətnamələrdə  Azərbaycanın  suverenliyi,  ərazi 

bütövlüyünə  hörmət  ifadə  olunur,  eləcə  də  öz  torpaqlarından  qovulmuş  azərbaycanlıların  doğma 

yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənmişdir. 

Ümumiyyətlə,  münaqişənin  dinc  vasitələrlə  nizama  salınması  istiqamətində  bütün  beynəlxalq 

təşkilatların  qəbul  etdikləri  sənədlər  Azərbaycanın  mövqeyinin  bir  daha  gücləndirilməsi  və  məsələnin 

beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik 

Şurasının  qəbul  etdiyi  4  qətnamə,  ATƏT,  Avropa  Şurası  və  İslam  Konfransı  Təşkilatının  qərarları  da 

əhəmiyyətlidir  və  ölkəmizin  ədalətli  mövqeyinin  beynəlxalq  səviyyədə  müdafiəsi  üçün  hüquqi  əsasdır. 

Son  vaxtlar  isə  Avropa  Parlamenti  və  NATO-nun  zirvə  toplantılarında  qəbul  edilən  qərarlarda 

Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğala son qoyulması tələb olunur. 

Münaqişənin  nizama  salınmasında  Azərbaycanın  tutduğu  mövqe  birmənalıdır.  Problem  yalnız 

Azərbaycanın  ərazi  bütövlüyü   və  ölkəmizin  beynəlxalq  səviyyədə  tanınmış  sərhədləri  çərçivəsində 

həllini  tapmalıdır.  Bu  mövqe  beynəlxalq  hüquq  normaları  və  prinsipləri,  BMT  Nizamnaməsi,  Helsinki 

Yekun  Aktı  və  münaqişənin  nizamlanması  istiqamətində  qəbul  edilmiş  çoxsaylı   beynəlxalq  sənədlərə 

əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli 

gələn detalların razılaşdırılmasına yönəldilmişdir. 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  dəfələrlə  və  birmənalı  olaraq  “Azərbaycanın  ərazi  bütövlüyü 

danışıqların  mövzusu  ola  bilməz”  fikrini  irəli  sürməsi  ölkəmizin  ərazi  bütövlüyü  təmin  olunmaqla 

münaqişənin ədalətli şəkildə həll ediləcəyi ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, dövlətimizin 

başçısı  bəyan   etmişdir  ki,  Dağlıq  Qarabağa  heç  vaxt  müstəqillik  verilməyəcək,  dünya  birliyi  heç  vaxt 

Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. 

Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan xalqının və dövlətinin bu  işğal, etnik təmizləmə 

siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun 

beynəlxalq  hüquq  normaları   ilə  təsdiq  edildiyini  vurğulamışdır.  Ona  görə  yalnız  Azərbaycan  xalqının  

iradəsinə, gücünə arxalanmaqla dövlət başçısı iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin  vacibliyini 

bildirərək  qeyd  etmişdir  ki,  “Biz  danışıqlar  aparırıq,  ancaq  bununla  bərabər,  hər  an  torpaqlarımızı 

işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”. 

Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin  

münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə ardıcıl, 

qətiyyətli  diplomatik  addımların  atılması  problemin  Azərbaycanın  milli  maraqları  təmin  olunmaqla 

aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır. 

Ümummilli  lider  Heydər  Əliyevin  xarici  siyasət  kursunu  novatorcasına  və  dinamik  şəkildə  davam 

etdirən  dövlət  başçısı  İlham  Əliyev  yüksək  diplomatik  fəaliyyəti  sayəsində  ölkəmizin  dünyanın   siyasi-

iqtisadi  mənzərəsini  müəyyən  edən  aparıcı  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  münasibətlərini 

keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir. Nəticədə Azərbaycan yalnız regional deyil, eyni 

zamanda  beynəlxalq  aləmdə  cərəyan  edən  proseslərə  də  təsir   göstərmək  imkanı  qazanmışdır. 

Azərbaycanın artıq dünyanın 70-dən artıq ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. 

Azərbaycan artıq Cənubi Qafqaz  regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə 

müstəqil  xarici  siyasət  həyata  keçirir.   Bu  istiqamətdə  əsas  diqqət  Azərbaycanın  ərazi   bütövlüyünün 

tezliklə  bərpa  edilməsi,  regionda  sabitliyin  və  təhlükəsizliyin  gücləndirilməsi,  Xəzər  dənizi  hövzəsinin  

demilitarizasiyası,  Avratlantik  strukturlara  inteqrasiya  və  s.  məsələlərə  yönəldilmişdir.  Hazırda  mühüm 

geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, 

ən  perspektivli  tərəfdaş  hesab   edilir.  Artıq  ölkəmiz  bütün  regional  məsələlərdə  əsas  iştirakçıdır  və 

dövlətimizin  başçısı  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  regiondakı  strateji  əhəmiyyətli  heç  bir  layihə 

Azərbaycanın  razılığı  olmadan  reallaşa  bilməz”.  Hesab  edirik  ki,  bu  son  10   ildə  aparılan  siyasətin  ən 

uğurlu nəticəsidir. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun  son on ildə dinamik şəkildə 

inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində 

mövqelərinin yüksəlməsini təmin etmiş, bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem  -  

işğal  olunmuş  torpaqlarımızın  tezliklə  azad  ediləcəyinə  və  ərazi  bütövlüyünün  bərpa  olunacağına   olan 

ümidləri  daha  da  artıraraq  perespektivdə  Azərbaycanın  ən  qüdrətli  dövlətlər  sırasında  duracağını 



şərtləndirmişdir. 

 

 

Document Outline

  • “Xalq qəzeti”.-2013.-23 oktyabr.-N 233.-S.4.
  • Azərbaycanın dinamik inkişafının mühüm mərhələsi
  • (2003-2013-cü illər)

: docs -> qazet
qazet -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
qazet -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
qazet -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
qazet -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
qazet -> “Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr
qazet -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
qazet -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
qazet -> S. Azərbaycan səhiyyəsi bu gün
qazet -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
qazet -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə