Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə40/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   36   37   38   39   40   41   42   43   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Lök-Qafan zonası (LQZ)- ATQZ-nın cənubi-şərqində yerləşir və Kiçik Qaf­­qa­zın bütün şimali-şərq hissəsini (baş Alp çökəkliyinə uyğun gələn) əhatə edir, şimali-qərbdən (dağlıq Axankalaindən) cənubi-şərqə (Arazın aşağısına kimi) 350 km- dən çox məsafədə uzanır. LQZ- nın müasir quruluşu alt Paleozoyun metamorfik qat­ından, üst palezoyun Hersin qranitodlərindən, nisbətən az qalınlıqlı vulka­no­gen-çökmə sü­xurlarından təşkil olunmuş qədim geoantiklinal bünövrə üzərində ya­ranan böyük geo­sink­linal çökəkliyin inkişafının sonuna müvafiq gəlir.

LQZ- da Alp struktur mərtəbəsi alt Yuranın (Leyasın) az qalınlıqlı terrigen, ol­duqca böyük qalınlıqlı vul­ka­nogen bayos və tufogen batla başlayır. Yuxarıda üst Yu­ranın vulkanogen-çök­mə qatı yer­ləşir (bat çöküntüləri kimi o da zonanın şimali-qər­bində iştirak etmir). Onun ən cənu­bi-şərq his­sə­ində kifayət qədər qalınlığa malik kar­bonatlardan təşkil olunmuş alt Tə­ba­şir çöküntüləri geniş yayılmışdır. Bütün bu törə­mə­lər (Bayos-alt Təbaşir) qalınlığı 5-6 km-ə ça­tan, üst Yura alt Təbaşir qranitoid­lə­ri ilə yarılmış, vahid alt Alp struktur mərtə­­­si­ni təşkil edir. Bir qayda olaraq, xü­su­si çökəkliklərdə bucaq uyğunsuzluğu ilə yatan alt-üst Təbaşir yaşlı terrigen, vulka­no­gen, karbonat qatı 2-ci Alp struktur mərtəbəsini təşkil edir.

LQZ-nın şimali-qərb hissəsinə nisbətən cənubi-qərb hissəsi Mezazoyun daha tam kəsilişinə malikdir. Belə ki, Araz yaxınlığında alt Təbaşir tam kəsilişə malikdir.

Əsası orta Yurada qoyulan və əsasən Təbaşirin sonu-paleogendə formalaşan LQZ-nın müasir struktur planında bir sıra sərbəst tentonik vahidlər ayrılır. LQZ-nin böyük şimali-şərq hissəsini mürəkkəb quruluşa malik Lök-Qarabağ antiklinoriu­mu (LQA) təşkil edir ki, o da öz növbəsində orta-üst Yurada yaranan, üst Yura və alt Təbaşir çöküntüləri ilə dolmuş çökəkliklərlə mürəkkəbləşmişdir.

LQZ-nun şimal-qərb və cənub-şərq hissələri öz quruluşuna görə bir-birindən ki­fayət qədər fərq­lə­nir. Nisbətən qalxmaya məruz qalmış ŞQ hissədə en istiqamətli bra­xiformalı qalxımlar (Şəmkir, Alaverdi, Lok, Xram) yerləşir. Nisbətən çox əyil­mə­yə mə­ruz qal­mış cənubi-şərq hissə üçün isə ensiz xətti qalxımlar (Murovdaq, Qa­rabağ, Ağdam-2-ci də­rəcəli antiklinorium) səciyyəvidir. LQA-nun cənubi-şərq his­sə­sində qal­xımlar morfoloji­ quruluşuna və yaranmasına görə şov (qırılma) antiklinallara mü­va­fiq gəlir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin