Azərbaycanın geologİyası I mühazİrə


Araz qarşısı struktur-fasial zona



Yüklə 412,58 Kb.
səhifə43/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   39   40   41   42   43   44   45   46   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Araz qarşısı struktur-fasial zona. Bu zona Ermənistan struktur-fasial zona­sından cənubi-qərbə (müasir planda İrəvan və Ordubad siklinoriumlarında) yer­ləşir. Bu zona üçün səciyyəvi əlamətlərdən biri onun şimali-qərbində alt Paleozoy­dan; orta his­sə­sində- orta-üst Paleozoy miogeosinklinal törəmələrindən; cənubi-şərqində isə Paleo­zoy, Trias və az qalınlıqlı orta Yura yaşlı bünövrənin olmasıdır. Burada bünövrə nə bir o qədər Hersin qırışıqlığının təsirinə, nə də ki, Alp tentonik mər­hə­lə­sinin əvvə­lin­də və sonunda əyilməyə məruz qalmamışdır. Yalnız Alp ten­tonik tsik­linin ta­mam­la­yı­cı mər­hə­ləsində (oliqosen-Miosendə) bu zona parçalan­ma­ya qırışıq­lığa və inten­siv əyilməyə məruz qalmışdır. Bu mərhələdə Arazqarşısı struktur-faial zona bir sıra dağarası çökəkliklərə və qalıq qalxımlara ayrılmışdır ki, onlardan da yalnız Daralagöz antiklinoriumu Kiçik Qafqaz meqantiklinoriumunun tərkibinə daxil olmuşdur.

Daralagöz antiklinoriumu asimmetrik quruluşa malik olub, şimali-qərb istiqa­mət­­də uzanır. Onun tağ hissəsi orta Paleozoy (D2-S1) yaşlı olub, onun cənubi-qərb ətrafına doğru yerini dəyişmişdir və cənubi-qərbdən, Araz dağarası çökəklik tərəf­dən isə dik qırılma ilə ayrılır. Bu antiklinoriumun şimali-şərq qanadı orta Paleozoy, perm, Trias, eləcədə az qalınlıqlı orta Yura və üst Təbaşir, eosendən təşkil olun­muş­dur.

Kiçik Qafqazda böyük ərazi yeni (Miosen-alt Pliosen, üst Pliosen, antropogen) sübareal vulkanik törəmə örtüyü ilə örtülmüşdür.

Araz dağarası çökəklik. Cənubi-qərbdən KQM-nu öz inkişaf tarixinə və quru­lu­şuna görə Zaqafqaziya dağarası çökəkliyindən kifayət qədər fərqlənən Araz dağ­ara­sı çökəkliyi ilə əhatə olunur. Araz dağarası çökəkliyi Araz qarşısı struktur-faial zo­na­sı­nın (Paleogenin so­nuna kimi qalxım olan) daxilində yaranmışdır, bir neçə ay­dın gö­rünən törəmə çö­kəkliklərdən ibarətdir. Onun şimali-qərb hissəsini Miosen çö­küntüləri ilə dolmuş Ararat dağarası çökəkliyi təşkil edir. Ararat çökəkliyi şimali-şərqdə İrəvan çökəkliyinin daha çox əyilməyə məruz qal­mış hissəsindən ensiz Entidcin qalxımı ilə ayrılır.

Nisbətən böyük olan eninə Qurd qapısı qalxımında orta Paleozoy bünövrəsi Araz çayının akkumulyativ səthindən 400 m yuxarı qalxmışdır. Qurd qapısı qalxımı Sə­də­rək çökəkliyini Naxçıvan çökəkliyindən ayırır. Naxçıvan çökəkliyi qalınlığı 3 km-ə çatan Miosen və qismən oliqosen çöküntüləri ilə dolmuşdur. Naxçıvan çökək­liyinin şi­mali-qərb hissəsi- Noraşen muldası, Ararat və Sədərək çökəklikləri kimi antropogendə də əyilməyə məruz qalmışdır.

Naxçıvan çökəkliyi cənubi-şərqdə qalanır və Nehrəm (Culfa) tağvari qalxımı ilə əvəz olunur. Nehrəm qalxımı Kiçik Qafqaz meqaantiklinoriumundan oliqosen çö­kün­­tülə­rin­dən təşkil olunmuş yəhrlə ayrılır. Onun cənubi-şərqində Araz dağarası çö­kəkliyi­nin uzaq cənubi-şərq elementi olan Culfa çökəkliyi yerləşir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin