4.6. Kiçik Qafqazın geoloji inkişaf tarixi
Böyük Qafqazda olduğu kimi Kiçik Qafqazın da inkişaf tarixində 3 mərhələ (Hersinəqədər, Hersin, Alp) ayrılır.
Hersinəqədər inkişaf mərhələsi geosinklinal rejimlə və vulkanogen-çökmə qatın (PR2-PZ1) toplanması ilə xarakter olunur. Bu mərhələ intensiv qırışıqlıq, regional metamorfizm və kontakt (qədim ultraəsas, əsas və qismən turş intruziyaların formalaşması ilə əlaqədar olan) dəyişmələrlə başa çatır.
Kembri-Ordovik çöküntüləri Qafqazda dəqiq müəyyən olunmamışdır. Bu mərhələnin ümumi qalxma və regional fasilə dövrünə düşdüyü ehtimal olunur.
Hernsin mərhələsi (Silur-erkən Perm). Qafqazarxasında (Dzirul massivi, Lök- Kafanın şimal-qərb hssəsi və Ermənistan zonası) alt Paleozoy metamorfik bünövrə çıxışlarına görə Hersin mərhələsi üçün geoantiklinal şəraitin olmasını qeyd etmək olar. Belə ehtimal olunur ki, erkən Paleozoyda konsolidasiya olunmuş bu əyalətdə Hersin mərhələsində geniş Qafqazarxası aralıq massiv yerləşmişdir. Qədim yaşlı çöküntülər bir sıra yerlərdə, Karbon yaşlı qranitoidlərlə yarılmış və ayrı-ayrı dağarası çökəkliklərdə üst Paleozoy yaşlı turş lava və tufagen-çökmə qatla örtülmüşdür.
Kiçik Qafqazın cənub hissəsində, Türkiyə və İranın ətraf ərazilərində orta Paleozoyda Araz qarşısı miogeosinklinal çökəkliyi yerləşmiş və burada Devon-alt Karbon yaşlı terrigen-karbonat çöküntüləri toplanmışdır. Bu çökəkliyin kənar şərq hissəsində (Zəngəzurda) üst Devon çöküntüləri tufogen materiallarla zənginləşir. Erkən Karbonun sonunda Araz qarşısı əyalət zəif qalxmaya məruz qalır ki, bu da qırışıqlıqla müşayyət olunur. Erkən Permdə bu əyalətin yenidən əyilməsi baş verir.
Alp mərhələsi. Kifayət qədər materialın olması Alp mərhələsində 4 yarımmərhələni ayırmağa imkan verir.
1. Başlanğıc (gec Perm-Trias).
2. Erkən (gec Yura-erkən Təbaşir). Kiçik Qafqazda geosinklinalın yaranması (Lök-Kafan), onların intensiv əyilməsi, güclü maqmatizmə və müşayət olunması, geosinklinalların ox hissəsində mərkəzi qalxımların yaranması, inkişafı ilə xarakterizə olunur.
3. Orta (erkən Təbaşirin sonu-Oliqosen). Muxtəlif tip ikinci gesinklinalların (çökəkliklərin) inkişafı. Mərkəzi qalxımların ətrafında saxlanılan və yeniyaranan əhəngdaşı, filiş, yaşıldaş geosinklinal çökəkliklərinin qapanması sistemin (meqantiklinoriumunun) yaranması ilə xarakterizə olunur.
4. Gec (Oliqosen-Antropogen). Qırışıqlıq sistemin inkişafı, genişlənməsi,ön və aralıq çökəkliklərin yaranması, onların molassla dolması ilə xarakterizə olunur. Bu yarımmərhələnin özü də iki fazaya (Oliqosen-Miosen və Pliosen-Antropogen) ayrılır ki, bunlar da uyğun olaraq alt və üst molassın toplanmasına uyğun gəlir. Alp qırışıqlıq mərhələsinin başlanğıcında Kiçik Qafqazın cənubunda Arazqarşısı zonada miogeosinklinal hövzə, Qafqazarası aralıq massiv isə öz inkişafının davam etdirmişdir. Erkən Alp mərhələsində Böyük Qafqazın cənub hissəsi və Zaqafqaziya aralıq massivinin şimal hissəsi enməyə cəlb olunur.
Kiçik Qafqazın mərkəzi hissəsində, Zaqafqaziya aralıq massivinin parçalanması ilə əlaqədar olaraq, üst Yurada yeni geosinklinal çökəklik Kiçik Qafqaz (Lök-Qafan) yaranır. Bayosda istər bu çökəklikdə, istərsə aralıq massivinin Kür-Rion hissəsində, eləcə də Böyük Qafqazın cənub hissəsində intensiv sualtı vulkanizm baş vermişdir. Rion-Kür enmə zonasında Batda vulkanizm dayanır, sonra ümumi qalxma və qırışıqlıq baş verir. Lök-Qafqan zonasında bu zaman kulisvari yerləşmiş braxiantiklinallar yaranır və sonralar bunlar vahid Lök-Qarabağ geoantiklinalını əmələ gətirir. Vulkanizm nəinki Batda hətta bütün üst Yuruda davam etdirmişdir.
Orta Yuranın sonunda Böyük Qafqazın ox zonasında (şimalda) Lök-Qafqan zonasının cənub ətrafında kimi (cənubda) böyük ərazidə qranitoid intruziyalarının təzahürü qeyd olunur. Lök-Qafan zonasında qranitoid vulkanizminin təzahürü Təbaşirin əvvəllərində yenidən bərpa olunur. Bu mərhələdə vulkanizm nəinki qalxımları, eyni zamanda çökəklikləri də əhatə edir. Ermənistan və Arazqarşısı zonaları bu mərhələdə qalxma və yuyulma sahəsi olmuşdur. Yalnız, Bayos-Kellovey ərzində dəniz Culfa rayonuna və şimal-qərbə doğru irəliləyir.
Alp qırışıqlığının orta mərhələsi (Təbaşir-Orta Paleogen). Bu mərhələdə Kiçik Qafqazın ətrafı blyunca erkən Təbaşirin sonunda Acar-Trialit çökəkliyi intensiv inkişaf edir. Onun Təbaşir kəsilişində vulkanogen süxurlar əhəngdaşları ilə növbələşir. Paleosen-Eosen çöküntüləri filiş xarakteri alır. Acar-Trialet çökəkliyi də Böyük Qafqazın cənub yamacının filiş çökəkliyi kimi qırılmalarla əhatə olunmuşdur.
Lök-Qafqabağ qalxım zonasının digər ətrafı boyunca (Göyçə, Tərtərin üstü və Həkəri hövzəsindən keçən) Albdan (cənub-şərqdə Neokomdan- Berrias, Valenjin, Hoteriv, Barrem) sualtı vulkanizmin intensiv təzahürü ilə müşayət olunan Göyçə-Həkəri geosinklinalı yaranmışdır. Bu sahədə Eosen yaşlı (erkən, orta və gec), böyük qalınlığa malik lava qatı və piroklastolitlər; gec Senonda isə karbonatlar toplanmışdır. Hər iki vulkanik faza çökəkliyin şimal və şimal-şərq sərhəddi boyunca əsas və ultraəsas intruziyalar qurşağının yaranması ilə başa çatmışdır.
Gec Təbaşirdə enmə daha da cənuba genişlənir və Kiçik Qafqazın cənub hissəsini əhatə edərək burada İrəvan və Ordubad çökəkliklərini əmələ gətirir. Talış çökəkliyinin də bu mərhələdə formalaşdığı ehtimal olunur. Hər üç çökəklikdə üst Təbaşir karbonat çöküntülərindən təşkil olunmuşdur. Təbaşirdən Paleogenə keçid tədrici xarakter daşıyır (Talış istisna olmaqla). İrəvan və Ordubad çökəkliklərində Bat-erkən Eosendə terrigen, filiş formasiyası toplanmışdır
Eosendə Ordubad və Talış çökəkliklərində Kiçik Qafqazın şimal çökəkliklərində olduğu kimi, intensiv sualtı vulkanizm arenası olmuşdur. Kiçik Qafqazın bir sıra çökəkliklərində Eosenin sonunda baş verən qalxma, filiş çökəkliklərinin qapanmasına səbəb olur. Kiçik Qafqazda bu mərhələdə, 2-ci böyük qranitoid intruziya kompleksi formalaşır ki, bu da 1-ci intruziya kompleksindən- orta Mezozoydan fərqlənir.
Gec Alp mərhələsi. Oliqosendən başlayaraq ərazi geosinklinal inkişafın son mərhələsinə (orogen) keçir. Bu mərhələ öz növbəsində iki fazaya ayrılır ki, bunlar da müvafmq olaraq alt və üst molas formasiyaların toplanma vaxtına uyğun gəlir.
Böyük Qafqaza nisbətən Kiçik Qafqazın vahid tağ-qayma qalxımına çevrilməsi prosesi olduqca mürəkkəb olmuşdur. Artıq Oliqosendən başlayaraq Kiçik Qafqazın böyük ərazisi qalxmaya cəlb olunur, lakin onun qapanmış geosinklinal çökəkliklərinin yerində (Acar-Trialet, Göyçə, Ordubad, Talış) Oliqosen ərzində qalıq çökəkliklər saxlanılır ki, burada da laqun və kontinental çöküntülər toplanır. Bu çökəkliklərdən bəzisi (İrəvan) Miosenin sonuna kimi inkişaf edir. Daha iri qalıqlar isə (Göyçə zonasında-Göyçə, Leninakan) hətta müasir dövrə kimi saxlanılmışdır. Bununla belə bu zonada və eləcə də digər sahələrdə Pliosen və Antropogendə ayrı-ayrı çökəkliklər əmələ gəlir (əsasən qrabenvari). Beləliklə, Böyük Qafqazdan fərqli olaraq Kiçik Qafqaz daha aydın differensiasiya olunmuş xarakter daşıyır. Plisen və Antropogendə kifayət qədər qalxmaya (2-3,5 km- ə dək) məruz qalan zonalarla (Acar-Trialet, Lök-Qarabağ, vulkanik dağlıq Ermənistan, Daralagöz-Zəngəzur) yanaşı kifayət qədər enməyə məruz qalan zonalar (Göyçə, Arpa-Voratan) da qeyd olunur. Bu hərəkətlər Böyük Qafqaza nisbətən Kiçik Qafqazda zəif maqmatizmlə xarakterizə olunur.
Oliqosendə Göyçə və Ordubad çökəkliklərinin ayrı-ayrı sahələrində vulkanik püskürmələr davam edir. Vulkanik fəaliyyət Miosenin əvvəlində bir qədər zəifləsə də, sonra Sarmatda (xüsusən də Metis-Pontda) kəskin fəallaşır və Ermənistan, Dağlıq Axalkalakidə güclü püskürmə baş verir. Sonralar gec Pliosendə və Antropogendə ayrı-ayrı püskürmələr baş vermişdir. Antropogendə baş verən püskürmələr Transqafqaz eninə qırılması zonasında qeyd olunur.
Oliqosendən başlayaraq orta Araz dağarası çökəkliyinin ayrı-ayrı çökəkliklər yaranır; Miosendə enmənin intensivliyi kəskin artır; Meotis-Pontda isə bu proseslər yalnız Ararat çökəkliklərinin qərb hissəsində davam edir.
Son vaxtlar Orta-Araz çökəkliklərinin tədricən qalxması (0,4-0,7 km) müşahidə olsa da Kiçik Qafqazda qalxmanın intensivliyindən kifayət qədər az olmuşdur. Meotis-Antropogendə Kiçik Qafqazın qalxması 1,5-3,5 km arasında dəyişir. Antropogendə Kiçik Qafqazda buzlaşma baş verir. Lakin bu buzlaşma Böyük Qafqazda nisbətən kifayət qədər zəif olur.
Dostları ilə paylaş: |