Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə51/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   47   48   49   50   51   52   53   54   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Geoloji inkişaf tarixi
Kür çökəkliyinin geoloji quruluşunda iki (Hersin və Alp) başlıca mərhələ ay­rılır. Ərazidə intişar tapmış alt Paleozoy yaşlı metamorfik bünövrənin çıxışları (Dzi­rul mas­sivi, Lök-Qafanın şimal-qərb hissəsi, Ermənistan zonası) Hersin inkişaf mər­hə­lə­sində bu ərazidə geoantiklinal rejimin (şəraitin) olduğunu söyləməyə əsas verir. Belə ehtimal olunur ki, bu ərazidə konsolidasiya prosesi daha erkən zamanda baş vermiş­dir. Bu ərazi, Hersin mərhələsində Qafqazarxası aralıq massivi kimi öz in­kişafını da­vam etdirmişdir. Alp inkişaf mərhələsinin əvvəllərində (gec Perm-Trias) analoji rejim saxlanılmışdır.

Böyük və Kiçik Qafqazda olduğu kimi Kür çökəkliyində də Alp inkişaf mər­hələsi erkən, orta və gec yarımmərhələlərə ayrılır.



Erkən Alp yarımmərhələsi. Kür çökəkliyindən şimala və cənuba ya­yılmış olan Le­yas (alt Yura) yaşlı çö­kün­­tülərin tərkibinin dəyişməsi erkən Yura epo­xa­sında bu çökək­li­yin daxilində Böyük və Kiçik Qafqaz geosinklinallarını qırıntı ma­terialları ilə təmin edən, kifayət qədər böyük ölçüyə malik quru sahəsi olmuşdur. Bundan əlavə bu geo­sinklinalların ətrafla­rın­­­da müəyyən vaxt­larda ayrı-ayrı adalar da mövcud olmuş­dur.

Bu mərhələdə Qafqazarxası aralıq massivinin parçalanması ilə əlaqədar olaraq Kiçik Qafqazın mərkəzi hissəsində yeni geosinklinal çökəklik (Lök-Qafan) yaranır.

Erkən Yura epoxasının əvvəllərində baş verən əyil­mə­yə Dzirul və Xram mas­siv­lə­rində turş tərkibli lavanın təzahürü və tuflarının toplanması uyğun gəlir. Erkən Yura­nın so­nunda hər iki massiv dəniz mənşəli qumlu-konqlomerat çöküntü­ləri ilə əhatə olu­nur. Toarda isə Dzirul massivinin qalxma sürəti azalır və onun ət­ra­fında üzvi mən­şə­li əhəngdaşları toplanır.

Erkən Yuraın sonunda Kür çökəkliyinin cənub sahili boyunca əsas və turş tər­kib­li la­vanın təzahürü müşahidə olunur. Bayosda güclü sualtı təzahür formasında vul­ka­nizm Kür çökəkliyinin btün ətrafını əhatə edir və çökəkliyin özünü də tutur.

Bayosda (J2) həm Lök-Qafan çökəkliyində, həm də aralıq massivinin Kür-Rion seqmentində, eləcədə Böyük Qafqazın cənub yamacında intensiv sualtı vulkanizmin təzahürü qeyd olunur. Kür-Rion zonasında Batda (J2) püskürmə təmamilə dayanır və yalnız ayrı-ayrı çökəkliklərdə kömürlü çöküntülər toplanır. Sonra burada ümumi qal­xma və qırışıqlıq başlayır.

Lok massivinin yamaclarından Cəbrayıl və Hadrut rayonlarının ətrafına kimi, Lök-Qarabağ zonasında “Vulkanogen Yura” (porfirit seriyası) ge­­­niş yayılmışdır. Bü çöküntülər eyni zamanda Dzirül massivinin ətraflarında da qeyd olunur. Bayosun vul­kanogen qatının qalınlığı Lök-Qarabağ və Dzirül mas­sivinin ətrafında 2-3 km-ə çatır. Batda Kür çökəkliyi boyunca bir sıra rayonlarda qal­xmanın intensivliyi güc­lənir.

Kür çayının müasir axını istiqamətində Xram çayının başlanğıcından Yevlağa ki­mi Batın vulkanogen-çökmə qatının qalınlığının artması müşahidə olunur.

Gec Yuranın əvvəllərində (Kellovey-Oksfordda) Kiçik Qafqazın Lok-Qara­bağ zo­­nasında daxili qalxımların formalaşması davam edir və terrigen mənşəli çö­kün­tü­lər başlıca olaraq bu qalxımları bir-birindən ayıran çökəkliklərdə toplanır. Luzitanda transqressiya geniş yayılır ki, bu da öz növbəsində Kiçik Qafqaz üçün səciyyəvi olan eyni formalı üzvi əhəngdaşlarının toplanmasına səbəb olur. Yalnız bu əhəng­daşla­rın­­da qumların yerli xarakter daşıyan artması əvvəllər yaranmış daxili qalxımların ye­rin­də ayrı-ayrı adaların olmamasını söyləməyə əsas verir. Çox ehtimal ki, bu za­man əyil­mə Kür çökəkliyinin əsas hissəsini əhatə etmişdir. Belə ki, uyğun fasiyalı əhəng­­daşları valun formasında eyni zamanda Kaxet silsiləsinin nisbətən cavan konq­lo­me­rat­larında və Böyük Qafqazın cənub yamacında qeyd olunur. Luzitan əhəng­daşı örtü­yünün aşınması çox ehtimal ki, Luzitan trans­­qressiyasından sonra baş ve­­rən Kim­me­ric reqressiyası ilə əlaqədar olmuşdur. Bununla belə Kimmericdə Ka­xet sil­si­ləsi-La­hıc dağları zolağında (Kür çökək­li­yinin şimal hissəsində) ada şəraiti hakim rol oy­na­mış və dəniz hövzəsi yalnız şimalda- Çiauro-Dibrar çö­kək­liyin­də saxlanıl­mış­dır. Ti­ton­da çox da dərin olma­yan dənizin sərhədi kifayət qə­dər genişlənir.



Orta Alp yarımmərhələsi (Təbaşir-Paleosen). Gec Yura epoxasında Qafqazarxası (Kür-Rion) aralıq massivi quru olaraq saxlanılmışdır. Onun şimal ətrafı boyunca qırmızı rəgli laqun, kontinental çöküntülər toplanmışdır. Neokomda (Berrias-Bar­rem) ümumi vəziyyət kifayət qədər dəyişir.

erkən Təbaşir epoxası ərzində bu massivin ərazisi tədricən əyilməyə cəlb olun­muşdur. Nisbətən qalxma sahələrində Neokomda kvarslı qumdaşı, sonra əhəngdaşı toplamışdır. Enməyə məruz qalan şimal ətrafı boyunca və Kolxidada mergel və gil­lər toplanmışdır. Kür çökəkliyinin qərb qurta­ra­cağında (Dzirul qalxımının qana­dın­da), elə­cə də şimal hissəsində (Böyük Qafqazın cənub ətəyində Barrem yaşlı çökün­tülər yer üzünə çıxır. Kür çökəkliyinin digər tə­rə­fində Neokom çöküntüləri heç bir yerdə də­qiq müəyyən olunmamışdır. Alt Seno­man yaşlı çöküntülər adətən bilavasitə Yura yaşlı çöküntülər üzərində yatır.

V.E.Xaının fikrincə Neokom dənizi bütün müasir Acar-Trialet dağlıq zonasını (keç­miş Acar-Trialet çökəkliyini) əhatə etmişdir. Çox ehtimal ki, Acar-Trialet çö­kək­­­liyi Kür çayının müasir dərəsi boyunca (Xram çayının başlanğıcından Yevlağa kimi) davam etmişdir. Bu zaman Böyük Qafqazın müasir cənub ətəyində Kaxet sil­siləsi və Lahıc dağlarından Cənubi Qobustana kimi uzanan başqa bir çökəklik də mövcud ol­muşdur. Kiçik Qafqazda olduğu kimi burada da bir-birin­dən qal­xım­lar­la ayrılan, ku­lisvari yerləşən çökəkliklər sistemi mövcud olmuşdur. Şimali və Cə­nu­bi Kür çökək­lik­ləri bir-birindən qalxımla ayrılmışdır. Çöküntülərin litofasial tərki­binin və qalın­lığı­nın analizi göstərir ki, Bat əsrindən başlayaraq, bu zona intensiv qal­xmışdır.

Cənubi Kür çökəkliyində Apt və Alb mərtəbəsinin əhəngdaşları Ağstafa və To­vuzçayın höv­zələrində, Qazax sinklinoriumunda, Qoşqarçay Kürənçay, Qaraçay, İn­cə­çay, Ağ­ca­kənd sinklinoriumunda öyrənilmişdir. Toplanmış çöküntülərin faial tərki­bi­nin də­yişməsi göstərir ki, müasir Allahverdi, Şəmkir, Murovdağ antiklinorium­ları­nın yerin­də qalxımlar olmuşdur. Bu mərhələdə Xram və Lok qalxımlarını da dəniz ört­mə­miş­dir. Aptda, alt və orta Alpda bütün bu qalxımlar vahid Lök-Qarabağ massi­vi­ni əmələ gətirmişdir. Üst Albda Daşkəsən-Ağcakənd və İncevan-Qazax sinklinori­um­ları bo­yun­ca körfəzlər yaranmışdır.

Senomanda geniş transqressiya Kür çökəkliyinin hər iki sahilini əhatə edir. Cə­nubda lök-Qarabağ qurusu bir neçə sərbəst adalara ayrılmış olur ki, bunlar da hazırda ikinci dərəcəli antisinklinoriumlara uyğun gəlir. şimalda Alazan-Əyriçay çö­kəkli­yi­nin şimal ətrafı boyunca (Balakəndə başlayaraq şərqə, sonra isə Lahıc dağ­la­rında) se­noman çöküntüləri geniş yayılmışdır.

Bununla belə Senoman dənizi heç də bütün Kür çökəkliyini örtməmişdir. Seno­man qumdaşlarının arkoz xarakterli olması, çın­qı­lın, qayma daşların, tufogenkonqlo­me­ratların yayılması göstərir ki, Duşeti və Kaxet silsiləsindən cənuba və Lahıc dağ­larında, ondan cənuba Şabian və Saqian kəndləri zo­nasında qalxımlar var. Bu qal­xı­mın sonra Lengəbiz və Ələt silsilələrinin cənub yamacı boyunca iz­lə­n­diyini ehtimal etmək olar. Ələt silsiləsində, eləcə də Lok adasında palçıq vulkan­la­rının püskürmə məhsulları Kiçik Qafqazın Yura yaşlı porfiridlərini və üst Yuranın əhəngdaşlarının olması bu baxımdan diqqətə layiqdir. Bununla belə A.B.Rotova tə­rə­findən Ələt sil­si­ləsindən cənubda Kürsəngə palçıq vulkanın püskürmə məhsul­arında Yuranın qır­mızı qranitlərinin qalıqlarının tapılması qeyd olunan fikirləri təs­diqləyir. Belə ki, bu sü­xurlar Kür çayı ilə nə müasir dövrdə, nə də qədim epoxalarda gətirilə bil­məz­di. Çox ehtimal ki, A.B.Ronova tərəfindən tapılan bu nümunə vul­kanla əmələ gəldi­yi dövr­də aşınma mənbəyinin çox yaxında yerləşdiyi konqlome­ratdan gətirilmişdir.

Kür çökəkliyinin şimal sahilində, xüsusən də onun şərq hissəsində, artıq gec Alb­­­da, xüsusən də Senomanda sualtı vulkanizmin təzahürü qeyd olunur. Çökəkliyin cə­nub sahilində (Kiçik Qafqazın şimal hissəsində vulkanizm özünün maksimum in­tensivliyinə alt Turonda (Böyük Qafqazın cənub yamacında söndüyü vaxt) çatmış­dır. Kür çökəkliyinin istər cənub, istərsə də şimal sahilərində vulkanizmin güclənməsi, əyilmənin intensivliyinin kəskin artması ilə (1500 m-dən çox) uyğun gəlir.

Səciyəvi karbonat fasiyasına malik üst Turon çöküntüləri (qalınlığı 100 m- ə dək) demək olar ki, Kür çökəkliyinin bütün ətrafı boyunca yayılmışdır. Qalınlığın be­lə az olması əyilmənin intensivliyinin zəiflədiyini və gec Təbaşirin or­talarında qalx­manın intensivləşdiyini göstərir.

Erkən senon qalxması ilə əlaqədar olaraq kon­yak və santon törəmələri Kür çökəkliyinin cənub yamacı ilə sərhəd zolağında məlum deyil­dir. üst Turon çöküntü­ləri bilavasitə alt Turon və Senoman çöküntülərinin üzərində yatır.

Müasir Kiçik Qafqaz dağətəyi boyunca keçən Cənubi Kür çökəkliyində (Acar-Ta­lış) üst Təbaşirin tam kəsilimə malik olduğunu söyləmək olar. Üst Təbaşirin qa­lın­­lığı 3000 m-dən çox olan elə bir fasiləsiz kəsiliş Cənubi Kür çökəkliyinin Qərb da­va­mında Acar-Trialet qırışıqlıq zonasında (Qamkamadze, 1948) məlumdur.

Erkən Senonda baş verən qalxmadan sonra, Kür çökəkiyinin bütün ətrafında geniş gec senon transqressiyası başlayır ki, bu da Qafqazda mezokaynozoyda baş verən ən böyük transqressiya hesab olunur. Kür çökəkliyinin Kiçik Qafqaz ətrafında qalx­ma santonun ortalarına, transqressiya isə üst santona təsadüf edir. Kür çökək­liyi­nin Bö­­­yük Qafqaz ətrafı hissəsində isə transqressiya kampana qədər (bəzi hissə­lər­də isə üst kampana, hətta maastrixtə) qədər davam etmişdir. Kampan epoxasında dəni­zin bütün sahələrdə genişlənməsi Kür çökəkliyinin istər şimal, istərsə də cənub his­sə­sində quru ərazinin kəskin azalmasına səbəb olmuşdur. Bununla əlaqədar ola­raq, eyni tərkibli ağ pelitomorf əhəngdaşları və mergellər olduqca geniş yayılmışdır və bunlar hazırda Böyük Qafqazın cənub ətəklərində və Kiçik Qafqazın şimal və şimal-şərq ətrafı boyunca zolaq şəklində uzanır. (Tixomirov, 1950)

Maastrixtdə, onun kamnanla sərhədində qısamüdətli qalxmadan sonra, terrigen materialların gətirilmə mənbələri hiss olunacaq dərəcədə fəallaşır və əsasən qumlu-üzvi-qırıntı əhəngdaşları toplanır. Dəniz nisbətən kiçik olsa da, əhatə etdiyi sahəyə gö­rə demək olar ki, heç də kamnandan geri qalmır. Üst senon çöküntülərinin ümumi qalınlığı Cənubi Kür çökəkliyinin oxuna yaxın sahələrdə 1000 m-ə, çökəkliyin şimal sahillə­rin­də isə 600-700 m-ə çatır.

Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək olar ki, Qaf­qa­zın geotektonik inkişafının ümumi qanunauyğunluğunu öyrənmək üçün Kür çökək­liyinin Yura, Təbaşir tarixinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Qafqazın geoloji inkişafında Təbaşirin sonu və paleogenin əvvəli ən dönüş anla­rından biri he­sab olunur. Bu mərhələ çöküntütoplanma sahəsinin olduqca azal­masına səbəb olan req­ressiyanın baş verməsi ilə xarakterizə olunur. Fasiləsiz ola­raq mövcud olan dəniz rejimi yalnız nisbətən dərin geosinklinal çökəklik­lər­də saxlanılmışdır.

Danimarka əsrində böyük reqressiya baş verir. Dat çöküntüləri Kür çayının cə­nub ya­ma­cı, yalnız Trialetin şimal ətrafı boyunca Gəncəçay və Kürənçay çay­ara­sı sa­hə­­də dəqiq məlumdur və yal­nız bu rayonlarda üst Təbaşirdən paleogenə keçid təd­ri­ci xarakter daşıyır. karbonatlı fasi­ya­­nın mergel və ya gilli-mergel fasiyası ilə əvəz olu­nan digər sahəsində, xüsusən də Kürəkçay və Xaçınçay çayarası sahədə Da­ni­marka mərtəbəsi iştirak etmir və eosen çöküntüləri bilavasitə senon üzərində yatır.

Təbaşirdən Raleogenə keçidin tədrici xarakter daşıdığı sahələrdə be­lə kəskin litofaial dəyişiklik qeyd olunur. Üst senonun mergel və dənəli əhəng­daş­ları əsasən mergellərdən ibarət olan danimarka, onlar isə paleosenin gilli-mergel çö­kün­tülərinə keçir. Kür çökəkliyinin sahillərində danimarka mərtəbəsi və paleosen kəsilişdə iş­tirak etmir və alt və ya orta eosenin çöküntüləri bilavasitə senon və ya Turon çö­kün­tüləri üzərində yatır.

Kürtçay və Tərtərçay çayarası sahədə paleogen üst Təbaşirin (mastrixtdən Tu­ro­na kimi) üzərində transqressiv yatmışdır. Burada paleogenin kəsilməsi İncəçay sa­hə­­sin­­də üst paleosendən, İncəçaydan şərqə isə alt eosendən başlayır. Kəsilişin aşağı his­sə­si konqlomeratla başlayır. Böyük ölçülərə çatan bu qaymaların içərisində seno­nu, Turonun və senomanın qırıntılarına rast gəlinir.

Kür çökəkliyinin şimal sahili boyunca bir sıra sahələrdə eosenin Təbaşirin üzə­rinə transqrussiv yatmaşı qeyd olunur. Qanıx-Əyriçay çökəkliyinin şərq hissəsinin şi­mal sahəsində (Diallı kəndində) paleosen (sumqait dəstəsi) bilavasitə kampanın əhəng­daşları üzərində yatır. Paleogenin kəsilişində yuxarıya doğru alt və orta eose­nin çöküntülərində Təbaşir süxurları­nın konqlomerantlarına rast gəlinir.

Kür çökəkliyinin qərb hissəsinin cənub sahili böyük (Trialet silsiləsinin boyu) paleosen çöküntüləri əsasən mergel-gilli tərkibə malikdir. Trialet geosinklinalının cə­­­­nub ətrafı boyu Paleosenin qumdaşı, çaqıl və konqromelatlardan ibarət olması Art­vin-lök-Qarabağ qurusunun yuyulmasına dəlalət edir.

Algeti çayının cənubi-şərqindən Xanlar rayonuna kimi paleosenin çıxışı məlum de­yil­dir. Gəncəçay və Kürəkçay hövzələrində paleosen karbonatlı gillərdən, mer­gel və mergelli əhəngdaşı araqatlarından, tək-tək qumdaşı təbəqələrindən ibarətdir. Kə­si­lişin alt hissəsində daha çox karbonatlı, orta hissəsində qumdaşları, üst hissə­də isə gillərdən ibarətdir.

Kürəkçayın cənubi-şərqində açılışlara və qazılmış quruların mə­­lu­­matına görə Ağ­daş ətrafında gill paleosen kəsişində iştirak etmir və cənubi-şər­qə pa­leosen yeni­dən Beyləqan rayonunda meydana çıxır və təmamilə gilli fasiyadan iba­­­rətdir. paleo­sen Talış silsiləsinin cənubunda (Astara rayonunda) yenidən yer üzə­­­ri­nə çıxır. Burada böyük qalınlığa malik tufoalevrolit, alevrolit, tuf və argellit qatını şərti olaraq, paleo­senə aid edirlər (V.P.Renqarten, Ş.F.Mehtiyev, A.S.Bay­ramov və s.). Ş.F.Mehtiyev və A.S.Bayramov astara dəstəsinin üst hissə­si­ni alt Eosen kimi qaldırırlar.

Kür çökəkliyinin şimal sahilinin qərb hissəsində paleosen çöküntüləri yalnız Ca­­vadan və İnot-Kornet massivindən Kaxet silsiləsinə kimi izlənilən kordilyerlərin yalnız şimal qanadı boyunca məlumdur və tünd rəngli gilli və ya alevrolitlərin növ­bələşməsindən ibarətdir.

Dağlıq Kaxetiyanın şərqindən İsmayıllı rayonuna kimi paleosenin çıxışı Diallı kəndində məlumdur və paleosenin aşağısı yaşılmtıl-boz rəngli qumlu, əhəngli gil­lərdən, üstü isə (üst Sumqait) qırmızı-Albalı rəngli zəif karbonatlı gillərdən ibarət­dir (Xain, 1950).

Girdmançaydan başlayaraq Şamaxı və Qobustandan keçərək Abşeron yarı­ma­da­sının qərb ətraflarına kimi uzanan sumqait dəstəsi kəsilişinin alt hissəsində ya­şılmtıl-boz rəngli əhəngli gillərin, əhəngli alevrolit və qumdaşları ilə növbələş­mə­sindən iba­rətdir. Alt sumqayıt horizontunun ən aşağı hissəsində alevro-psammitlərin qalınlı­ğı­nın cənub istiqamətdə artması müşahidə olunur. Bu isə müasir Vandam an­tiklino­riu­mu­nun cənubi-şərq davamında yuyulma sahələlərin olmasını söy­ləməyə əsas verir. Alt sumqaitin qalan hissəsi üçün əksinə cənub istiqamətində qumdaşları­nın pazlaş­ması səciyyəvidir və buna görə də Qobustanda alt sumqait əsa­sən gillidir.

Üst sumqait Şamaxı-Qobustan əyalətində eynitərkibli qırmızı rəngli əhəngsiz pi­ro­lyuzit konqressiyaları gillərdən ibarətdir. Şimali Qobustanda bu fasiyanın ara­sın­da kvarslı alevrolit və qumdaşlarına rast gəlinir. Şimali Qobustandan Sumqait çökün­tü­ləri ensiz zolaq şəkilində şimali-qərbə Girdançay və Göyçayın üst sahələrinə gilli uza­nır. Vandam qalxımının şimal qanadında (Lahıc dağlarının şimal yamacında), Yu­xa­rı Culyanda üst Sumqait boz və qırmızı gillərdən və ovulan alevrolit­lər­dən iba­rət­dir. Bu fasial kompleks Dibrar və Şamaxı-Qobustan çökəkliklərinin normal tip­­­­li paleosen çöküntülərindən fərqlənir.

Paleosenin bütün yuxarıda qeyd olunan çöküntüləri makrofauna ilə xarakterizə olunur. Üzvi qalıqlar yalnız faraminiferlərlə təmsil olunur.

Paleosenin paleocoğrafi paleotektonik şəraiti. Kür çökəkliyinin ətrafında pa­leosen çöküntülərinin litofasial analiz göstərir ki, onlar əsasən incədənəli terri­gen materiallardan ibarətdir. Paleosen çöküntülərinin məhtud yayılması qismən son­rakı dövr­lərdə baş verən yuyulma ilə izah oluna bilər. Ümumiyyətlə, Şərqi Qafqaz­arxa­sın­da paleosen hövzəsini əhatə edən quru sahəsi, aşağı relyefə malik olmuş və hər hansı bir intensiv qalxmaya məruz qalmamışdır. Paleogen hövzəsinin əksər məlum sahə­lərinin enməsi 300-400 metrə çatmışdır. Maksimal əyilmə Triolet çö­kək­­liyində, daha kəskin əyilmə isə müasir Taliş silsiləsinin cənubunda, paleosen çö­küntülərinin 800 metr­dən çox olduğu sahədə baş vermişdir.

Eosen epoxasının əvvəllərində Kür çökəkliyinin əhatə etdiyi hövzənin kon­tur­ları genişlənir. Lakin bu transnressiyaya əsasən paleosenin davamı kimi baxıl­ma­lı­dır, be­lə ki, heç bir yerdə paleosen və eosenin sərhəddində fasilə qeyd olun­mur. Bu halda Talış silsiləsinin cənub hissəsi xüsusi hal təşkil edir. Belə ki, V.L.Renqartenin məlu­mat­larına görə alt və orta eosenə aid olunan vulkanogen qatın qeyri-uyğun yat­ması qeyd olunur.

Alt və ora eosenin Təbaşirin üzərinə transqressiv və qeyri-uyğun yatımı (se­non-Turon daxil olmaqla) kifayət gədər böyük sahədə (Tonoy və Teuzami kor­dil­yer­ləri ara­sında, eləcə də kiçik qafqazın şimal ətrafı boyunca) qeyd olunur. Triolet sil­si­ləsi əya­lətində alt eosenin çöküntüləri paleosendən özünün kobud dənəli və əsa­sən terri­gen mənşəli olması ilə seçilir.

Gec Alb yarımmərhələsi. (Oliqosen-Antropocen). Böyük və Kiçik Qafqazda baş ve­­­rən intensiv qalxma ilə əlaqədar olaraq Qafqazarxası aralıq massivinin ətraf his­sələ­rin­də intensiv əyilməyə məruz qalan çökəkliklər formalaşır və burada Oliqosen, er­kən-orta Miosen yaşlı qumlu-gilli çöküntülər toplanır. Oliqosen və alt Miosenin mak­­si­mal qa­lın­lığı (3 km-ə qədər) Kiçik Qafqaz qarşısında (Quridə, Gəncə rayon­un­da, Talışın ətək­lərində) qeyd olunur.

Orta-gec Miosendə nisbətən intensiv əyilməyə şimal ətraf (Meqrel, Kartali çö­kəkliyi, Şimali Kaxetiya, Qobustan) məruz qalır.

Miosenin sonu-Pliosenin əvvəllərində kənar çökəkliklərin Qafqazarxası aralıq mas­­sivinin mərkəzi hissəsinə doğru irəliləməsi muşahidə olunur. Dzirul massivi müs­təsna olmaqla Qafqazarxası aralıq massivinin bütün ərazisi dənizlə örtülür. Böyük və Kiçik Qafqazda qalxmanın daha da güclənməsi ilə əlaqədar olaraq, çökəkliklər tez­lik­lə gobuddənəli üst molass çöküntüləri ilə dolur və dəniz rejiminin kontinental rejimə keçməsinə səbəb olur. Sarmatdan başlayaraq Kür və Rion çökəklikləri bir-birindən ayrılmağa başlayır.

Kür çökəkliyinin şərq hissəsində, Abşeron-Qobustanda Neogen-Antropogendə əyil­mənin amplitudası 10 km-ə çatır ki, bununda 4 km-ə qədəri alt Pliosen (Məh­sul­dar qat), 1 km isə Antropogen çöküntülərinin hesabına düşür.

Üst Miosendən xüsusəndə alt Pliosendən və Antropogenin əvvəllərində Kür çö­kəkliyi qırışıqlığa cəlb olunur. Neogendə nisbətən intensiv əyilməyə cəlb olunan mər­kə­zi hissədə Antropogendə Şirak-Acınohur qalxımı yaranır. Bu mərhələdə Rion çö­kək­liyində qırışıqlıq özünü nisbətən zəif göstərmişdir.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin